76
müddətli hədəfləri, niyyətləri müşahidələrlə və hisslərlə, duymalarla nəzərə
alınır. Onu da nəzərdən qaçırmaq lazım deyil ki, təcrübələr və onlardan
nəticələr çıxarmaq və bu istiqamətdə müşahidələrlə əqli nəticələrə gəlmək və
dərk etmək müəyyən qədər düzgün proqnozlaşdırmanın əsasını təşkil edir.
Dövlət siyasətinin (beynəlxalq əlaqələrdə) proqnozlaşdırılması və
gələcəyi müəyyən etmək düşüncələrdə həm də belə aparıla bilər:
-Əvvəlcə hər hansısa bir mərhələdə böyük dövlətin iqtisadiyyatının
güclənməsi amilləri nəzərə alınır. Bundan irəli gələrək güclənməkdə olan
dövlətin gələcək strateji planları nəzərdən keçirilir və həm də praktik addımları
nəzərdən keçirilir. Dövlətdə zaman-zaman resurslar hesabına iqtisadiyyat
güclənir. Bütün sistemlər də müvafiq olaraq güclənir, inkişaf edir.
İ
qtisadiyyatın güclənməsi müqayisədə digər böyük dövlətlərə-iqtisadiyyatı
güclü olan dövlətlərə- nəzərən də müşahidə edilir. Böyük dövlətin iqtisadiyyatı
gücləndikcə onun hərbi və digər potensialı güclənir. Dövlət kompleks
elementlərini gücləndirir. Hərbi potensial həm də iqtisadiyyatı qorumaq üçün
təşkil olunur. İqtisadiyyatın güclü olması ümumilikdə dövlətin gücünü artırır.
Dövlətin gücü artanda əhalisinin sosial-rifah halı güclənir. Bu anda dövlətə
qarşı münasibət də müsbət yöndə dəyişir. Dövlət sabitləşir və daxilən
möhkəmlənir. Əhali öz dövlətlərinin güclü olmasında maraq nümayiş etdirir,
dəyərləri artırmaq və qorumaqda maraqlı olur. Dövlət gücləndikcə daha da
dəyərli bir subyektə çevrilir. Böyük dövlət (dünya siyasətində mərkəzi
dövlət) iqtisadiyyatını həm daxili, həm də ətraf və kənar dövlətlər hesabına
gücləndirməyə can atır. İqtisadiyyatın güclənməsini müşahidə edərkən belə
qəbul etmək lazımdır ki, təbii olaraq dövlət ardınca ətraf dövlətlərin
resurslarına əla ətmağa və bundan da yararlanmağa çalışır. Müşahidələr
sayəsində belə qənaətə gəlmək olur ki, mərkəz güclənir, ətrafı da özünə cəlb
etməyə çalışır. Həm də sanki, böyük dövlət öz ətrafında iqtisadi kordonlar
yaratmaq siyasətini tətbiq edir. Böyük dövlətin kiçik dövlətə təsirləri iqtisadi
mühafizə siyasətindən də meydana gəlir. Ətraf dövlətə həm öz bazarı kimi
baxır, həm də bu əraziyə iqtisadi çəpər kimi nəzər salır.
-Ətraf dövlətin iqtisadiyyatına nüfuz təbii olaraq həmin dövlətin siyasi
həyatına nüfuza gətirib çıxarır. Ətraf dövlət də böyük dövlətin cəlb etmək və
nüfuz etmək siyasətindən faydalanmağa çalışır. Böyük dövlətin ərazisi və
resursları hesabına öz iqtisadiyyatını gücləndirməyə can atır. Nəticədə
qarşılıqlı asılılıq meydana gəlir. Bu asılılıqdan böyük dövlət istifadə etməyə
çalışır.
-Böyük dövlət ətraf dövləti cəlb etmək üçün ona təzyiq metodlarından
tutmuş (məsələn, hərbi təzyiq, hədələr, ərazisində münaqişələr yaratmaq,
inqilabi çevrilişlər etmək, sanksiyalar və embarqolar tətbiq etmək və s. kimi
aktlar), liberal metodlara qədər bir çox variantlardan istifadə edir. Liberal
metodlar-miqrasiya siyasətinin asanlaşdırılması, ətraf dövlətin vətəndaşlarına
ə
lavə güzəştlər, güzəştli gömrük və ticarət, tranzit siyasəti, maliyyə yardımı
77
göstərilməsi, ali məktəblərdə güzəştli təhsil hüquqları, beynəlxalq aləmdə
dəstək və s. kimi metodlar nəzərdə tutulur.
Beynəlxalq aləmdə mərkəzi dövlət güclənəndə onun mərkəz hissəsi
artmağa başlayır. Bu anda geosiyasət və geostrategiya öz məkanını böyüdür.
Proqnozlaşdırmada tarixi hadisələr də, tarixi təcrübələr də nəzərdən keçirilir.
Proqnozlaşdırma elementlərin artımını, təsir imkanlarını, siyasətin
böyüyən və kiçilən əhatəsini özündə ehtiva edir.
Dövlətdaxili
siyasətin
güclənməsi
də
elementlərın
artması
və
hərəkətlərinin genişlənməsi hesabına baş verir. Dövlətdaxili siyasətin
güclənməsi dövlətin iqtisadi imkanlarının artmasını özündə ehtiva edir.
Dövlətin güclənməsi daxili istehsal və ixrac-idxal hesabına baş verir. Xaricdən
gələn valyuta ölkə bazarının və milli valyutasının güclənməsini özündə ehtiva
edir. Proqnozlaşdırmada sistemin ümumi möhkəmlənməsi özünü təsdiq
etdirmiş olur.
Proqnozlaşdırmada dövlətlərin qarşılıqlı niyyətləri, səmimiyyətləri və
gizli maraqları nəzərə alınır. Siyasət oyunlarını, hiylələri dərk etmək , siyasi
fəndləri əvvəlcədən dərk etmək başlıca prinsipə çevrilir. Proqnozlaşdırma
analitikanın tərkibi kimi nəzərdən keçirilir. Proqnozlaşdırma nəticələrə gəlmək
qabiliyyətidir və proqnozlar müddətlə müəyyən olunan nəticələrdir.
Bütün hadisələr ümumən makro məkanda qərarlaşır. Hər bir hadisə
məntiqi nəticədən ortaya çıxır. Hadisələrin baş verməsi onun nəticələrinin
xassələrini özündə ehtiva edir. Bu aspektdə başlanğıcdan qismən də olsa sonu
demək mümkün olur. Son öz əlamətini başlanğıcdan götürür. Bu aspektdə
müəyyən başlanğıc özündə sonun əlamətini göstərir. Buna görə də
proqnozlaşdırma sistemlilik prinsiplərinə söykənir.
Hər dəfə məntiqdən irəli gələn nəticə, təkrar olunan obrazlanma özündə
proqnozlar üçün ilkin və müəyyən digər əlamətləri əks etdirir. Təkrarlıq və
təcrübə onu deməyə əsas verir ki, hadisələr hansı axarda davam edə biləcəkdir.
Təbii ki, ortaya çıxan əlavə şərait hadisələr axarını dəyişmək zərurətində qala
biləcəkdir. Bu baxımdan da proqnozlaşdırmada ehtimallar da mümkündür.
Çünki dəyişən şərait elementlər axarının dəyişməsi zərurətini meydana
gətirmək iqtidarında olur.
Futurologiya haqqında
(proqnozlaşdırma futurologiyanın tərkibi kimi)
Çoxlarımıza məlumdur ki, “future” sözü tərcümədə gələcək deməkdir.
“Loqos” sözü isə təlim mənasını bildirir. Təlim fənni, elmi ifadə etdiyindən,
belə məntiqi nəticəyə gəlirik ki, futurologiya gələcək haqqında təlim, elm
deməkdir. Futurologiya elmin gələcək zamanı öyrənməsidir. Elmin əsas
obyektini gələcək zaman təşkil edir. Burada məkan və məkandakı proseslər,
onların xassələri, sistemli əsasları da futurologiyanın əsas obyekti və
Dostları ilə paylaş: |