Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

78 
 
predmetidir.    Bu  yöndə  futurologiya  gələcək  proseslərin  sistemli  qaydada 
öyrənilməsindən ibarət olan bir fənn və təlimdir. Hər bir sözün etimologiyası, 
mənşəyi, həmçinin bazası yanına loqos sözü əlavə olunur və bununla da sözün 
kökünə  uyğun  olaraq  elm  və  fənn  meydana  gəlir.  Fənn  elə  elmi  istiqamətin 
tərkibini  ifadə  edir.  Futurologiyanın  bazasında  zamanı  ifadə  edən  “gələcək” 
anlayışı  dayanır.  Bu  anlayış  çox  geniş  məzmunludur,  özündə  bütün  elmlərin 
davamedici, genişləndirici xassələrini ehtiva edir. Həyatda insan yaradıcılığını 
və  qurucluğunu  təşkil  edən  bütün  sahələrin  futuroloji  əsasları  mövcuddur. 
Futurologiya  bu  baxımdan  gözlənilə  bilən  yeni  təzahürü  özünə  obyekt 
kimi  müəyyən  edir.  Dəyişmələr  gələcək  zamanı  yaradır.  Ona  görə  də 
dəyişmələrin əsasları futurologiyanın örənmə obyektidir.   
Nəzərə  almaq  lazımdır  ki,    bütün  elm  sahələrində,  o  cümlədən  elmin 
özünə  obyekt  seçdiyi  sahələrdə  dəyişikliklər,  formasiya  və  məzmun  
dəyişiklikləri  davam  etməkdədir.  Çünki  elm  insanlar  tərəfindən  yaranır  və 
insanlara  xidmətə yönəldilir. İnsan həyatı davam edir, yeni dəyişikliklər tələb 
olunur. Bütün fənlərdə, elmi istiqamətlərdə mövcud biliklərin analizi sayəsində 
yeni  biliklər  meydana  gəlir.  Bu  şaxələnmə  özündə  futuroloji  əsasları  əks 
etdirir.  Bu  baxımdan  da  futurologiya  elmin  gələcəkdə  şaxələnməsinə  xidmət 
edən əsasları özündə ehtiva edən sistemli biliklər  məcmusudur.   
Enerjinin ardıcıl qəbulu, qüvvələrin ardıcılı tətbiqi, bu baxımdan da forma 
və  məzmun  dəyişiklikləri  gələcəyin  əsaslarını  meydana  gətirir.  Futurologiya 
gələcəyə  yönəlik  elementləri,  sürəti,  inkişaf  tempini  və  dəyişiklikləri  yaradan 
digər əsasları konkretliliklə və universallıqla, bu baxımdan da şərtləndiriciliklə  
öyrənir.    Dəyişikliklərin    zəruri  şərtləri  və  şərtlərin  öyrənilməsi  elə 
futurologiyanın əsaslarını yaradır.  
 
Futurologiya nəyi öyrənir 
 
Məlumdur ki, hər bir istiqamətdə sahələr yaranır. Bir sahə digər sahələrlə 
ə
laqəli  olaraq  formalaşır.  Formalaşma  zamanı,  həm  də  davam  edən  gələcək 
zamanı  özündə  şərtləndirir.  Bu  formalaşmanı  yaradıcılıq  və  quruculuq 
meydana  gətirir.  Yaradıcılıq  və  quruculuq  mədəniyyətdir,  bu  baxımdan  da 
demək olar ki, futurologiya gələcək mədəniyyətin öyrənilməsini təmin edir
Dəqiq elmlər inkişaf edir. Yeni texnologiyalar yaranır. Lakin insanlar daha çox 
ş
eyləri  əldə  etmək  məqsədilə,  həyatı  daha  da  geniş  təminatlı  etmək  və 
rahatlamaq  məqsədilə  bütün  çətin  yolların  asan  variantlarını    axtarırlar.  Bu 
istiqamətdə  öz  bilik  və  bacarıqlarını  ortaya  qoyurlar.  Futurologiya  müəyyən 
sahələrdə elmin şaxələnməsini təmin edən fikirlər məcmusudur. 
Dövlət  və  cəmiyyət  inkişaf  edir.  Bu  baxımdan  da  sahələrdə    yeni 
elementləri,  strukturları  və  mexanizmləri    qazanmaq    üçün  müxtəlif  metodlar 
tətbiq edirlər. Metodlar forma və məzmun dəyişikliklərinə səbəb olur. Deməli, 
futurologiya  dəyişən  forma,  dəyişən  məzmun,  dəyişən  tərkib  və  dəyişən 


79 
 
zaman  haqqında  elmdir
.  Futurologiya  dəyişən  normalar,  dəyişən 
qaydalar,  strukturlar  və  mexanizmlər  haqqında  təlimdir.
      Futuroloji 
ə
saslar  həm  təcrübədən  meydana  gəlir,  həm  də  nəzəri  olur.  Məsələn,  dövlət 
resurslardan  istifadə  edir,  mövcud  zamandan  başlayır  və  zaman  ardıcıllığı  ilə 
sahələri  inkişaf  etdirir.  Eləcə də  gələcəyə  yönəlik,  gələcək  təminat  üçün  uzaq 
hədəfləri müəyyən edir və resursları onun arxasınca aparır. Əsas məqsəd yeni 
təkmil  sistemliliyin  qazanılmasından  ibarət  olur.  Əsas  məqsəd  həm  də  yeni 
vasitələrin,  təkmil  vasitələrin  əldə  olunmasından  ibarət  olur.  Buna  görə 
dövlətin  inkişafının  deduktiv  və  induktiv  fəlsəfi  meyarları,  prinsipləri  
futuroloji əsasları meydana gətirir.
 Dövlətin gələcək strateji konsepsiyaları, 
qanunvercilik  aktları  obyekt  kimi  futurologiyanın  predmetini  təşkil  edir. 
Futurologiya bütün sahələrdə ardıcıl şaxələnməni yaradan, ardıcıl şaxələnməni 
təmin  edən  nəzəri  və  təcrübi  təlimlər  məcmusudur.  Futurologiyanın  əsasında 
fəlsəfi  kateqoriyalar  dayanır.  Məsələn,  mövcud  və  gələcək  məkan  arasında 
trayektorik  bağlılıq  meydana  gəlir.  Zaman  ardıcıllığı  arasında  trayektorik 
bağlılıq formalaşır. Futurologiya başlanğıc və son koordinatları öyrənir və 
onlar  arasında  olan  tərkib  dəyişmələrinin  əsaslarını  təhlil  obyektinə 
çevirir.   
 
Futurologiyanın metodları necə tətbiq olunur  
 
Təbii  ki,  hər  bir  elm  sahəsində  olan  universal  metodlar  burada  da  tətbiq 
edilir.  Universal  qaydalar  yaranır.  Tezis,  antitezis,  sintez  və  analiz  metodları 
burada  da  tətbiq  olunur.  Çünki  futurologiya  sahələrdə  başlanğıc  və  sonu 
sistemli qaydada, əlaqəli və şərtləndirici vəhdətdə  öyrənir.  
Futurologiyada  obyekt  üzrə  rasional  (əqli  nəticəyə  gəlmək  metodu) 
metod  tətbiq  olunur.  Məsələn,  dövlətin  proqramları,  gələcək  müddət  üçün 
inkişaf kosepsiyaları qəbul edilir. Bu, rasional metod hesab oluna bilir. Çünki 
nəzəridir.  Futurologiya  daha  çox  nəzəri  hədəf  üzərində  qurulur  və  maraqları 
özünə  doğru  sürükləyir.  Burada  gələcək  müəyyən  olunur  və  istəklər  və 
ümumiləşir.    Yaxın,  orta  və  uzaq  müddətli  hədəflər  seçilir,  hədəf  sahələri  və 
obyektləri  müəyyənləşir.  Sonra  başlanğıclar  və  şərti  sonlar  arasaındakı 
müstəvinin  nəzəri,  xəyali  kəmiyyəti,  sahəsinin  ölçüsü  və  tərkibinə  cəlb 
ediləcək elementlərin miqdarı müəyyən olunur. Sistemli konstruksiya yaradılır. 
Yeni  mühit  üçün  yeni  nəzəri  təfəkkür  formalaşır.  Dəyişikliklər  fantaziyalarda 
cəmləşir. Buna görə də futurologiya bütün sahələrdə fantaziyalar haqında 
elmdir.
  Fantaziya  da  gələcək  reallıqları  yaradır.  Deməli,  futurologiya 
özlüyündə gələcək reallıqlar haqqında bir elm istiqamətidir,  bütün elmlər 
üçün  xarakterik  olan  universallıqdır.
  Futurologiya  gələcəyə  yönəlik 
proseslərin xarakterini öyrənən elmi sistemlilikdir. Burada elmin bütün əsasları 
məcmuələşir.  Gələcəyi  müəyyən  etmək,  yeni  xəyalları  yaratmaq,  yeni  mühiti 
obrazlandırma  özlüyündə  istedad,  bilik  və  bacarıq  tələb  edir.  Bu  yöndə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə