Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 
Ondan sonra bir müddət başqasıyla yatağa girməyə utanırdım. Cabbar da onun 
oğludu.  
 
Uşaq istəmirdim, qorunurdum, amma bədbəxt oğlu elə hoqqalar çıxarırdı ki, 
qorunmağın nə faydası, bir də onda ayıldım, hamiləyəm. Qan çəkir, Cabbar da 
rəssam oldu». 
 
Arvadı danışdıqca qəribə hallar keçirirdi, damarlarında qanı donur, nəfəs alması 
çətinləşir, boğulurdu.  
 
Sən beləymişsən, qarıya deyirdi, kim gəldi, dartıb aparırmışsan yatağa. Bir kimsəyə 
belə yox deməyibsən. «Guya sən yox deyirdin?- Qarı istehza ilə dedi.- Sən məni ələ 
saldın, alçaltdın, təhqir elədin, adam yerinə qoymadın, mən də səndən qisas almağa 
qərar verdim.  
 
Sən hər növbəti qadına vurulanda, mən də mütləq yeni kişi tapırdım.  
 
Kişiyə nə gəlib, kimsə mənə yox demirdi, özünə baxma, məndən ötrü ölənlər çox idi. 
Fərqimiz buydu ki, sən qadınların çoxunu zorla, hiyləylə yatağına salırdın, mən isə 
xoşla, öz razılıqları ilə».  
 
- Qarı, - soruşdu, - uşaqların bilirmi?  
 
- Uşaqlara deyiləsi işlərdi? – qarı nifrətlə dedi. – Qoca köpək, narahat olma, uşaqlar 
bilmir. Niyə də bilsinlər?  
 
Neyləyə bilərdi, ona xəyanət eləmiş, onu diri gözlü qəbrə qoymuş qadını necə öldürə 
bilərdi?  
 
Bəlkə yatmağını gözləsin, yatandan sonra düşüb həyətdən baltanı gətirsin, başını 
kəssin? Ya da bıçaqla, nəyə görə həyətə düşüb balta axtarmalıydı.  
 
Belə də eləyəcəkdi, öldürəcəkdi bu ifritəni, yoxsa ömrünün sonuna kimi rahat ola 
bilməzdi.  
 
Bu qadın onun həyatının üstündən qara xətt çəkmişdi, cəzasını da almalıydı! Gecə bu 
ifritəni öldürüb çıxıb gedəcəkdi evdən.  
 
Qarı ayrıca otaqda tək yatırdı, evdəkilər yatandan sonra qarının otağına gedər, başını 
kəsərdi.  
 


Qoyun başı kimi kəsəcəkdi, bıçağı boğazına sürtdükcə də qulağına pıçıldayacaqdı. 
«Gəbər, fahişə! Bu da xəyanətinin cəzası!» 
 
Dünənə kimi özünü dünyanın ən xoşbəxt adamı sayır, hamıya yuxarıdan aşağı baxır, 
həyatda bütün arzularına çatdığını güman eləyirdi. İndisə belə məlum olurdu heç 
nəyi yox imiş, sonsuz imiş. Öz evladı bilib, onun-bunun uşağını saxlayırmış, bu özgə 
küçüyü də puldan ötrü onu öldürmək istəyirdi.  
 
Başqalarının arvadları ilə kef çəkəndə, onun da arvadı ilə kef çəkirmişlər. Ömrünün 
sonunda heç kimi və heç nəyi olmadan gedəcəkdi dünyadan. Dilənçi kimi. Özünü 
hamıdan ağıllı, çox bilmiş, fərasətli hesab eləyirdi, imkanlıydı, pulu, vəzifəsi, nüfuzu! 
Harda yanlışlığa yol vermişdi, niyə öz sonunu görə bilməmişdi?  
 
«Qoca köpək! – qarı otaqdan çıxanda qalibanə ədayla gülümsəyib dedi. – Sən neçə 
illərdi kişi deyilsən, qadınlara yaxın düşə bilmirsən. Amma mən imkan olan kimi öz 
kişilərimlə görüşürəm. Sonda şəhərdə rəssamla görüşmüşəm. Arvadından ayrılıb, 
məni buraxmaq istəmirdi, deyirdi, gəl evlənək. Uşaqlara görə razılaşmadım». Bu 
yaşda da qarı fahişəliyindən əl götürməyibmiş, haçan fürsət düşdü keçmiş 
oynaşlarını axtarır. Fil qulağında yatıbmış, maymaqlığını özünə bağışlaya bilmirdi. 
Atıq hər şey gec idi, nəyisə geri döndərməyə gücü çatmasa da, aldadılmasının 
qisasını alacaqdı. 
 
Qarı, yana-yana deyirdi, gördün səni aldadıram, adam yerinə qoymuram, evə başqa 
qadınlar gətirirəm, niyə çıxıb getmədin? «Əvvəl fikrim eləydi, - qarı özündən razı 
halda dedi, - gecələrin biorində başını baltayla kəsib, evdən getmək istəyirdim. 
Amma sonra düşündüm ki, bu səninçün yüngül cəza olar.  
 
Səni həm cismən, həm də mənən öldürməyi qərara aldım. Elə cəza verim ki, insan 
evladına bundan ağır cəza düşünüb tapmaq mümkün olmasın. Qisasımı alır, səni 
tədricən öldürür və bütün bunları sənə deyəcəyim günü səbirsizliklə gözləyir, az qala 
saniyələri sayırdım.  
 
Soruşmasaydın da həqiqəti bu gün, sabah deyəcəkdim. Yan, yaxıl, qoca kaftar, mən 
qisasımı aldım. Həyatımın ən xoşbəxt anlarıdır!» 
 
- İfritəymişsən! – boğula-boğula dedi. 
 
- Sən də iblis! 
 
- Öldürdün məni! 
 
- Mən iblis öldürdüm! – qarı qürurla dedi. 


 
- İblis öldüsə, ifritə də ölər! 
 
«Sən başımı kəsib evdən gedə bilmədin, ürəyində deyirdi, ancaq mən kəsib 
gedəcəyəm. Sən bacarmadın, mən bacaracağam!» Qarı çıxandan sonra ağrılardan 
və əzabdan qovrula-qovrula əllərini göyə açıb: «Tanrım! – dedi. – İnsan evladına 
bunca ağır cəza verərlərmi?» Səsi lap yaxınlıqdan eşitdi, sanki kimsə yanında 
dayanıb qulağına pıçıldayırdı: «İnsan evladı bunca ağır günah işlərmi?  
 
İşlərsə, cəzası bundan da ağır olur!» «Bundan da ağır cəza olurmu?» - qorxa-qorxa 
soruşdu. «Olur!» Bədəninə üşütmə salan səs dedi. Diksinib ətrafına boylandı, ancaq 
heç kimi görmədi. 
 
*** 
 
Anası və bacısıyla birlikdə yaz yağışlarından sonra göyərən torpaq yolla qəsəbəyə 
doğru gedirdilər.  
 
Kiçik bacısının əlindən tutmuşdu, yol uzun olsa da, bacısı yorulduğunu biruzə vermir, 
torpaq yolla inamla addımlayırdı.  
 
Bacısıyla anası yalnız çaya kimi gedə bildilər, çay daşmışdı, üzərindəki asma taxta 
körpünün üstündən belə su aşıb keçir, qəzəbli hay-küylə sahilləri yuyaraq axırdı. 
Anasının və bacısının həyəcanlı, qorxu dolu baxışları altında körpüyə ayaq qoydu. 
Körpü yellənirdi, yaş və sürüşkən idi, hər an ayağı sürüşə, çaya yumalana bilərdi.  
 
Çətinliklə də olsa çayı keçdi, o biri sahilə çıxcaq dönüb doğmalarına əl elədi. Anası 
qışqıraraq nəsə deyirdi, ancaq çayın gurultusu eşitməyə mane olurdu. Əliylə işarə 
elədi, yəni mən gedirəm, siz də çıxın gedin.  
 
Tez getməliydilər, yoxsa kəndə qayıdana kimi axşama düşərdilər. Əslində tək gəlmək 
istəyirdi, ancaq neylədisə, anasını razı sala bilmədi.  
 
Çay daşıb, deyirdi, öz gözlərimlə çayı sağ-salamat keçdiyini görməsəm, rahat 
olmaram. 
 
Dönüb yoluna düzəldi, qəhərlənmişdi, iki il əskərilikdə olacaqdı, atası hələ o uşaqkən 
qəzaya düşüb öləndən sonra ailəni anası saxlayırdı, ancaq elə ki, o böyüdü, bütün 
işlərdə anasına yardımçı olmağa başladı.  
 
Ot biçir, odun gətirir, mal-qoyunu otarır, bostanı şumlayır, bağda işləyirdi.  
 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə