Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

 

35

Bərk  cisimlərin  möhkəmlik  və  dağılma  nəzəriyyələri  materiallarda  onları 



zəiflədən  müxtəlif  struktur  nöqsanlarının  (kristall  torun  əyilməsi,  mikroçatlar)  m 

övcudluğunu həmişə nəzərə almalıdır. Belə ki, bərk cisimlərin tanınmış və vacib olan 

möhkəmlik  nəzəriyyəsi  (Qriffit  nəzəriyyəsi)  materialların  real  möhkəmliyinin  nəzəri 

(hesablanmış)  möhkəmliyinə  nisbətən  xeyli  az  olmasını  mikroçatların  uclarında 

nümunənin  orta  gərginliklərindən  on,  hətta  yüz  dəfələrlə  artıq  olan  yüksək  lokal 

gərginliklərin  yaranması  ilə  izah edir. Struktur nöqsanların defektoskopiya  metodları 

ilə aşkar edib öyrənirlər. 

Defektoskopiya  məmulatı  dağıtmadan  keyfiyyətinə  nəzarətin fiziki  metodların 

cəminə deyilir. Bu metodlar defektoskoplar vasitəsilə nəzərə çarpmayan çatları daxili 

boşluqları,  boş  sahələri,  qaynaq  tikişlərində  birləşməyən  yerləri,  digər  təbiətli 

əlavələri və material-məmulatların bircinsliyinin digər pozulmalarını müşahidə etmək 

imkanını verir. 

Defektoskopiyanın  daha  yayılmış  metodlarına  kapilyar,  lüminesent,  maqnit, 

rentgen,  qamma  şüalı  və  ultrasəs  metodları  aiddir.  Elektronların  xətti 

sürətləndiricilərini  istifadə  etməklə  radiasiya  defektoskopiyası  metodu  perspektiv 

sayılır. Bu sürətləndiricilər yüksək enercili şüaların alınmasını təmin edir və material 

daxilində,  ələlxüsus  qalın  materiallarda  gizli  struktur  nöqsanlarının  aşkarlanmasının 

etibarlılığını xeyli artırır. 

Rentgen  defektoskopiyası  ilə  material  və  məmulatlarda  daxili  nöqsanların 

mövcudluğu,  yerləşməsi  və  ölçüləri  aşkarlandırılır.  Bu  metod  rentgen  şüalarının 

müxtəlif  sıxlıqlı  məmulatlardan  keçərkən  enercilərinin  fərqli  zəifləməsinə  əsaslanır. 

Alınan  işıqlı-kölgəli  şəkil  ekranda  vizual  olaraq,  yaxud  fotoplyonkada  müşahidə 

edirlər. 

Ultrasəs  defektoskopiyası  tədqiq  olunan  materialın  daxilindən,  yaxud  ayrılan 

səthlərdən  (boşluqlar  və  s.)  ultrasəs titrəyişlərinin  əks olunmasına əsaslanır.  Ultrasəs 

defektoskoplarının bir neçə növü məlumdur (kölgə, rezonans və s.). 




 

36

Tərkib nöqsanları kompozisiyalı plastik kütlələrdə keyfiyyətsiz komponentlərin 



istifadəsi,  yaxud  onların  düzgün  seçilməməsi,  komponentlərin  optimal  ni  sbətinin 

pozulması zamanı yaranır. Tərkib nöqsanlarına aşağıdakılar aiddir: 

-  qeyri-cinsli  əlavələr  –  plastik  kütlə  kompozisiyası,  yaxud  avadanlığın 

çirklənməsinin nəticəsi olan gözlə görünən kənar əlavələr; 

-  doldurucunun  az,  yaxud  artıq  miqdarda  olduqda  yaranan  aşağı  mexaniki 

möhkəmlik  az  olduqda  doldurucu  tələb  olunan  bərkidici  effekti  göstərmir,  artıq 

olduqda polimer tərəfindən tam islanıb yapışmır; 

- yüksək sundma xassəsi – hiqroskopik doldurucuların artıq olmasının nəticəsi. 

Formalaşdırma nöqsanları forma və formalaşdırıcı maşınların konstruksiyasının 

çatışmazlıqları,  plastik  kütlələrin  emalı  reciminin  düzgün  seçilməməsi,  yaxud 

pozulması ilə əlaqədar yaranır. Formalaşdırma əməliyyatlarının temperatur recimi və 

müddətinə  riayət  edilməsi,  xüsusən  əhəmiyyətlidir.  Optimal  formalaşdırma 

temperaturundan  kənarlaşma,  formaların  qeyri-bərabər  qızması,  sürətli,  yaxud  zəif 

soyuma  zamanı  destruktiv  proseslər  baş  verir  və  məmulatların  deformasiyası,  xarici 

görkəm  nöqsanları,  eləcə  də  aşağı  mexaniki  möhkəmliyə  səbəb  olan  yüksək  daxili 

gərginliklər  yaranır.  Daha  geniş  yayılmış  formalaşdırma  nöqsanlarına  aşağıdakılar 

aiddir: 

-  qabarıq  –  press  formanın  orta  mil  və  matrisasının  temperaturlarının  fərqlənməsi, 

formadan  soyumamış  məmulatın  çıxarılması,  plastik  kütlə  komponentlərinin  xətti 

ölçülərinin qeyri-bərabər dəyişməsi nəticəsində məmulatların formalarının əyilməsi; 

-  çatlar  –  formalaşdırmanın  temperatur  reciminin  pozulması  zamanı  yüksək  daxili 

gərginliklərin,  eləcə  də  formalaşdırılan  qarışığın  yüksək  nəmliyi  nəticəsində 

məmulatlarda ensiz yarıqların yaranması; 

-  boşluqlar  –  kənar  əlavələrin  düşməsi,  yaxud  iri  qabarıqların  dağılması  zamanı 

məmulatlarda  yaranan  boş  yerlər.  Xətti  ölçülərin  dəyişməsi  ilə  əlaqədar  boşluqlar 

qarışığın  ayrı-ayrı  komponentlərinin  xətti  ölçülərinin  yüksək  dərəcədə  dəyişməsi 

zamanı yaranır; 



 

37

-  şişlər  –  səthdə  xırda,  yaxud  iri  qabarıqların  qarışıqda  rütubətin  yüksək  miqdarı, 



formalaşdırma  reciminin  pozulması  (hava,  vuranmilik  yüksək  sürətlə  hərəkəti,  aşağı 

xüsusi təzyiq və s.) zamanı əmələ gəlir; 

-  qopuqlar – məmulat səthində mexaniki zədələnmələr zamanı yaranan girintilər; 

-  tilişkələr – məmulatın qıraq və dib tərəflərində iti qırıntılar; 

-  texnoloci  qovuşuqlar – tökmə  kütlə  paylarının  gözlə  görünən  birləşən  yerləri (PVX 

xalçalarda).  Onlar  kütlənin  həddən  artıq  qızdığında  və  formalaşdırma  təzyiqi  aşağı 

olduqda yaranır; 

-  ləkələr  –  əridilmiş  formalaşdırılan  qarışığın  müxtəlif  qatlığı  nəticəsində  plastik 

kütlənin zolaq, yaxud ləkə şəklində axmasının görünən izləri; 

-  obloy  (qrat)  –  press  poroşokun  artıq  olması  və  aşağı  axıcılığı  səbəbindən  formanın 

sökülən yerlərində preslənmiş məmulatların səthində qalın yerlər; 

-  xətt  və  cızıqlar  –  iridənəvərli  abraziv  materiala  səthin  emalı,  yaxud  çirklənmiş 

formadan zədələnmənin nəticəsi; 

-  çıxıntılı nov – məmulatın astar səthində novun təmizlənməmiş qalığı; 

-  itələyici  qurğunun  izləri  –  bərkidilmiş  məmulatın  formadan  itələnməsi  zamanı 

yaranın və korpusun üzərində olan çıxıntı və girintilər; 

-  formanın  sökülən  yerlərinin  izləri  –  forma  hissələrinin  sıx  birləşdiyi  zaman  plastik 

kütlənin axması nəticəsində məmulat üzərində yaranan qalın tikiş; 

-  tutqunluq  –  formanın  kifayət  dərəcədə  parçalanmaması  və  yağlanmaması, 

preslənməsinin  aşağı  temperaturda,  yaxud  az  bir  zamanda  aparılması  nəticəsində 

yaranan az parıltılı ləkələr. 

Bəzəndirmə  nöqsanları  çox  işlənmiş  formaların  istifadəsi  formalaşdırıcı 

qarışıqla  rəngləyicinin  pis  qarışdırılması,  aşağı  yapışığına  qabiliyyəti  olan  boyaq 

məhlullarının  istifadəsi,  bəzək  işlənməsinin  və  məmulatla  rəftarın  səliqəsizliyinin 

nəticələridir. 

Bəzəndirmə nöqsanlarının əsas növlərinə aşağıdakılar aiddir: rəngin az davamlı 

olması;  Sulu  ağ  pambıq  parçanı  sürtdükdə  boyaq  maddəsinin  ayrılması;  aydın 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə