BAKI - 2013
AZƏRBAYCAN RESPUBLİKASININ
MƏRKƏZİ BANKI
Pul yığımı və
e
e
MAN T
Pul yığımına necə başlamalı?
Pula qənaət etmək bir mədəniyyətdir. Təbii ki, hər
bir insan öz tələbatını ödəmək üçün gəlirinin
müəyyən hissəsini istehlak edir. İstehlakın
səviyyəsi və strukturu insan həyatının
keyfiyyətinə və tərzinə təsir edir. Bununla belə,
istehlakla yığım arasında müəyyən bir tarazlıq
saxlanılmalıdır. İnsan yığım etməyi bacarmalıdır.
Çünki bu, onun gələcək maddi təminatına
əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
Pul yığmağın əsas qaydası: “İlk növbədə
yığıma vərdiş et!”
Əmək haqqı və ya təqaüdü aldıqda əvvəlcə
yığım haqqında və yalnız bundan sonra pulu
hara xərcləyəcəyiniz barədə düşünün. Çünki,
xərclənən pullar geri qayıtmır. Bu səbəbdən
yalnız yığdığınız pullar sizə gələcəkdə gəlir
gətirə bilər.
Pul yığımına başlamağın ən sadə üsulu
gündəlik xərclərdən qənaət etmək yollarını
axtarıb tapmaqdır.
İnsanlar 2 yığım forması arasında
seçim edə bilərlər: evdə yığılıb saxlanılan
(sandıqda, pul daxılında və s.) pullar və bank
depozitləri (müddətli əmanətlər). Onlar
arasında əsas fərq yığılan pulun nə qədər
artması və itkisiz olması ilə bağlıdır. Əgər
yığdığınız pulu evdə saxlasanız bu pul sizə
gəlir gətirməyəcəkdir. Bundan əlavə, pulun
evdə saxlanması onun bankda saxlanma-
sından daha risklidir. Əmanət hesabı açdığınız
təqdirdə isə əmanətinizin məbləği faiz gəliri
hesabına artacaqdır.
Maliyyə savadlılığı -
pulunuza dəyər qatın!
“QAYNAR XƏTT”
493 11 22 (3-87)
Bank üzrə:
493 13 23
Milli valyuta üzrə:
Əgər bank müddətli əmanət üzrə sizə müəy-
yən bir faiz dərəcəsi vəd edibsə, onda
əmanətin müddəti başa çatana qədər bank, bu
faiz dərəcəsini dəyişdirə bilməz.
Faiz iki üsulla hesablana bilər: sadə faiz və
mürəkkəb faiz. Sadə faiz hesablandıqda əma-
nətin başlanğıc məbləği baza kimi götürülür.
Mürəkkəb faizin hesablanması zamanı isə
əmanətin faizlə birlikdə yaranmış məbləği baza
kimi qəbul edilir.
Ən sadə əmanət növü – müddətsiz əmanətdir.
Bu əmanətin müddəti yoxdur və siz pulunuzu
istədiyiniz vaxt əmanət hesabınızdan götürə
bilərsiniz. Adətən əmək haqqı və ya təqaüdlər
məhz belə bir hesaba köçürülür. Lakin, bu
əmanətlər üzrə faiz dərəcəsi bir qayda olaraq
aşağıdır. Bu səbəbdən yığdığınız pul üçün
əmanətin digər növü olan müddətli əmanət
hesabından istifadə edə bilərsiniz.
Əmanət qəbul etmək hüququ olan bankda
müddətli əmanət hesabı açdırmaq müm-
kündür. Pulunuzu hesabınıza köçürürsünüz,
sonradan isə onu və ya faizləri, bilavasitə
bankdan alır, yaxud da bankomat vasitəsilə
istifadə edirsiniz.
Hansı əmanət növü seçilməlidir?
Əmanət nədir?
Əmanət
Faiz dərəcəsi
– yığım məqsədilə bankdakı əmanət
hesabınıza qoyduğunuz pul vəsaitidir. Faiz –
sizin pulunuzdan istifadə etdiyinə görə bankın
sizə ödədiyi kompensasiyadır. Hesab edin ki,
öz pulunuzu banka borc verirsiniz, bank isə
bunun müqabilində sizə faiz ödəyir. Faiz
gəlirlərini bankdan aylıq, rüblük, altı aylıq, illik
və əmanət üçün müəyyən edilmiş müddətin
sonunda götürmək imkanı vardır. Faiz gəlirləri
əmanətinizin məbləğini artırır. Banklar isə
depozit hesablarında olan pulları başqa
şəxslərə (müştərilərə) borc vermək üçün
istifadə edirlər.
– bankın sizə müntəzəm olaraq
ödəməyi öz öhdəsinə götürdüyü məbləğin sizin
əmanətinizin məbləğinə olan nisbətidir. Faiz
dərəcəsi həmişə faiz (%) ilə və illik əsasda
ifadə edilir.
Əmanətin xüsusiyyətləri
Əmanət
bir vasitədir, çünki insanlar
üçün əmanət hesabı açmaq hüququna malik
olan Azərbaycan bankları Əmanətlərin
Sığortalanması Fondunun (ƏSF) üzvləridir.
Bank müflis olduqda Fond, bu bankdakı 12 %-
dən çox olmayan faizlə yerləşdirilən
əmanətlərinizin 30.000 manata qədər olan
hissəsini sizə geri qaytaracaqdır.
Nəzərə alın ki, qanunvericiliklə gələcəkdə bu
rəqəmlər dəyişə bilər. Odur ki, əmanəti banka
qoyduğunuz və ya əmanət müqaviləsinin
vaxtını uzatdığınız tarixdə bu rəqəmləri
bankdan bir daha öyrənin.
etibarlı