Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə56/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

Məmmədin  ikinci  oğlu  Əsəd  1847-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Məmmədin  üçüncü  oğlu  Kərim  1857-ci  ildə  Şuşa şəhərində 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Məmmədin  dördüncü  oğlu  Rəhim  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul olmuşdu.
Bağırın  üçüncü  oğlu  Cəfər  1825-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Ağababalı tayfası
Bu  soyun  ulu  babası  Ağababadır.  Ağababa  Təbrizli 
məhəlləsində yaşamışdı.  Ticarətlə məşğul olmuşdu.
Ağababanın Xudaverdi adlı oğlu vardı.
Xudaverdi  1786-cı  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.  Müqəddəs Kərbəla 
torpağım ziyarət etmişdi.
Kərbəlayı  Xudaverdi  Mürəssə  ilə  ailə  qurmuşdu.  Məmməd 
adlı oğlu, Minə, Balaxanım adlı qızları vardı.
Məmməd  1806-cı ildə  Şuşa şəhərində doğulmuşdu. Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  olmuşdu.  Pak Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Məmməd  Pəri  ilə  ailə  qurmuşdu.Əbdürrəhim  adlı 
oğlu vardı.
Əbdürrəhim  1837-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə təhsili  almışdı. Ticarətlə məşğul olmuşdu.
268
Ağababalılar
Bu  soyun  ulu  babası  Ağababadır.  Ağababa  Təbrizli 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.
Ağababanın İsmayıl adlı oğlu vardı.
İsmayıl  1786-cı  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı  İsmayılın  Məmməd,  Əbdürrəhim,  Əhməd, 
Mahmud adlı oğlanları vardı.
Məmməd  1826-cı  ildə Şuşa şəhərində doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul olmuşdu.
Məmmədin İbrahim, Ağa adlı oğlanları vardı.
İbrahim  1854-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul olmuşdu.
Məmmədin  ikinci  oğlu  Ağa  1859-cu  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  İsmayılın  ikinci  oğlu  Əbdürrəhim  1836-cı  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul  idi.
Kərbəlayı  İsmayılın  üçüncü  oğlu  Əhməd  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  İsmayılın  dördüncü  oğlu  Mahmud  I844-cü  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Abdulla uşağı
Bu  soyun  ulu  babası 
Abdulladır. 
Abdulla  Təbrizli 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.
Abdullanın Ələsgər adlı oğlu vardı.
269


Ələsgər  1755-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  olmuşdu.  Pak  Xorasan 
torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Ələsgər  1852-ci ildə vəfat edib.
Məşədi Ələsgərin Hüseyn, Həsən,  Sadıq adlı oğlanlan vardı.
Hüseyn  1807-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağım ziyarət etmişdi.
Kərbəlayı Hüseyn  1854-cü ildə vəfat edib.
Kərbəlayı Hüseynin Qulu adlı oğlu vardı.
Qulu  1844-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Ələsgərin  ikinci  oğlu  Həsən  1808-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu. 
Sərrac  dükanı  açmış,  yəhər 
düzəltməklə məşğul olmuşdu.
Həsənin İsmayıl, Məhərrəm, Ələkbər adlı oğlanlan vardı.
İsmayıl  1845-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Kiçik 
ticarətlə məşğul idi.
Həsənin  ikinci  oğlu  Məhərrəm  1852-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Kiçik ticarətlə məşğul idi.
Məhərrəmin Müseyib adlı oğlu vardı.
Müseyib  1872-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Kiçik 
ticarətlə məşğul idi.
Həsənin  üçüncü  oğlu  Ələkbər  1854-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Kiçik ticarətlə məşğul idi.
Məşədi  Ələsgərin  üçüncü  oğlu  Sadıq  1826-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Kiçik ticarətlə məşğul idi.
Allahverdilər (Hacıyevlər)
Bu  soyun  ulu  babası  Allahverdidir.  Allahverdi  Təbrizi i 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.
Allahverdinin İbrahim adlı oğlu vardı.
İbrahim  1780-ci  ildə  Təbrizli  məhəlləsində anadan olmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  olmuşdu.  Müqəddəs 
Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı İbrahimin törəməsi  Hacıyev soyadını daşıyırdı.
270
Hacı İbrahimin Allahverdi,  Məmiş, Əhməd,  Məmmədəli adlı 
oğlanları, Səkinə, Gövhər adlı qızları vardı.
Allahverdi  1815-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsədə oxumuşdu.  Ticarətlə məşğul idi.
Allahverdi  1858-ci ildə vəfat edib.
Allahverdi 
Xeyrənsə 
ilə 
ailə 
qurmuşdu. 
Əbdüləli, 
Məmmədbağır, Əbdülhəmid adlı oğlanlan vardı.
Əbdüləli  1853-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Allahverdinin  ikinci  oğlu  Məmmədbağır  1855-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məmmədbağır  Sitarə  xanım  Mirzə  Ələkbər  qızı  ilə  yaşam 
qurmuşdu.  Rəsul adlı  oğlu vardı.
Rəsul  1898-ci ilin yanvar ayının 29-da Mamayı məhəlləsində 
doğulmuşdu.  1910-cu ildən  1913-cü  ilədək Şuşa şəhər məktəbində 
oxumuşdu.  Elə  həmin  ildə  Yelizavetpol  (Gəncə) şəhər məktəbinin 
nəzdində  pedaqoji  kurs  keçmişdi.  Quberniya  məktəb  idarəsinin 
əmri  ilə  Ağcabədi  ikisinifli  məktəbinə  müəllim  təyin  olunmuşdu. 
1914-cü  ilin  iyulun  birinədək  bu  məktəbdə  dərs  demişdi.  1914-cü 
ilin  sentyabrın  1-dən  ikisinifli  Zəngilan  məktəbinə  dəyişilmişdi. 
1916-cı  il  iyulun  15-də  baş  idarəyə  ərizə  ilə  müraciət  etmişdi  ki, 
Şuşa  şəhərinə  yaxın  bir yerə dəyişilmək  istəyir.  Ərizəsinə  müsbət 
cavab almışdı.
Allahverdinin  üçüncü  oğlu  Əbdülhəmid  1857-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.
*  *  *
Hacı  İbrahimin  ikinci  oğlu  Məmiş  1817-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məmişin Nəcəfqulu, Mövsüm adlı oğlanlan vardı.
Nəcəfqulu  1857-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
271


Yüklə

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə