549) Hüceyrə genomuna inteqrasiya olunmuş virus necə adlanır?
A) pikornavirus
B) reovirus
C) provirus
D) adenovirus
E) rabdovirus
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
550) Virusun nuklein turşusunun sahibin xromosomu ilə birləşməsi necə adlanır?
A) septikopiyemiya
B) virogeniya
C) bakteriemiya
D) virusemiya
E) toksinemiya
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
551) Virusun genomunda məlumatın əks transkripsiya mexanizmində hansı ferment iştirak edir?
A) hialuronidaza
B) katalaza
C) kollagenaza
D) revertaza
E) plazmokoaqulaza
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
552) Profaq tərkibli bakterial hüceyrələr necə adlanır?
A) aqqlütinasiya edən
B) lizogen
C) defektli
D) antitoksik
E) toksik
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
553) Hansı xəstəliyin törədiciləri RNT tərkibli viruslardır?
A) quduzluq
B) adenovirus anginası
C) herpes
D) qızılca
E) məxmərək
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
554) Hansı xəstəliyin törədiciləri DNT tərkibli viruslardır ?
A) poliomielit
B) A viruslu hepatit
C) İİV-infeksiya
D) quduzluq
E) qızılca
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
555) Quduzluğa qarşı vaksin ilk dəfə kim tərəfindən yaradılıb?
A) L.Paster
B) N.Qamaleya
C) R.Kox
D) Samoyloviç
E) L.Meçnikov
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
556) Viruslu hepatitlər üçün tipik hemoqramma hansıdır?
A) leykositoz, monositoz, atipik mononuklearlar
B) leykopeniya, limfositoz, EÇS-nin normal göstəriciləri
C) eozinofiliya, limfositoz, EÇS-nin artması
D) leykositoz, anemiya, trombositopeniya
E) nisbi limfositoz, anemiya, eozinofiliya
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург
557) Babeş – Neqri cisimcikləri hansı xəstəlikdə rast gəlir?
A) poliomielit
B) quduzluq
C) traxoma
D) təbii çiçək
E) qrip
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
558) Qvarnieri cisimcikləri hansı xəstəlikdə rast gəlir?
A) herpes
B) quduzluq
C) traxoma
D) qrip
E) təbii çiçək
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
559) Virionun strukturunda olan simmetriyanın tipi hansıdır?
A) sapşəkilli
B) dairəvi
C) çubuqşəkilli
D) spiralşəkilli
E) başlı
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
560) Hansı xəstəliyin törədiciləri Pikornaviruslara aiddir?
A) gənə ensefaliti
B) A virus hepatiti
C) qızılca
D) məxmərək
E) qrip
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
561) Hansı virusun nukleokapsidinin simmetriyası kubvari (ikosaedral) tipdədir?
A) paramiksoviruslar
B) ortomiksoviruslar
C) adenoviruslar
D) koronanaviruslar
E) rabdoviruslar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
562) Hansı viruslar ortomiksoviruslara aiddir?
A) reoviruslar
B) gənə encefaliti
C) quduzluq
D) qrip
E) hepatit A
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
563) Hansı viruslar retroviruslara aiddir?
A) quduzluq
B) Sarı qızdırma
C) qızılca
D) rotoviruslar
E) insan immun çatmamazlığı virusu
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
564) Hansı viruslar hepadnaviruslara aiddir?
A) məxmərək
B) vezikulyar stomatit
C) Koksaki
D) hepatit B
E) Lass xəstəliyi
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
565) Çöpşəkilli viruslar hansılardır?
A) tütün mozaikası
B) təbii çiçək
C) qrip
D) quduzluq
E) çiçək vaksini
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
566) Hansı virus kubşəkilli formaya malikdir?
A) rotavirus
B) təbii çiçək
C) tütün mozaikası
D) bakteriofaq
E) qrip
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
567) Hansı virus sferik formadadır?
A) qrip
B) təbii çiçək
C) quduzluq
D) çiçək vaksini
E) tütün mozaikası
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
568) Disyunktiv reproduksiya ilə çoxalma hansılar üçün xarakterdir ?
A) viruslar
B) bakteriyalar
C) spiroxetlər
D) ibtidailər
E) göbələklər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
569) Lui Paster nə kəşf edib?
A) laborator praktikada bərk qidalı mühitləri tətbiq edib
B) vərəm törədicisini kəşf edib
C) quduzluğa qarşı vaksin yaradıb
D) immunitetin faqositar nəzəriyyəsini yaradıb
E) vəba vibrionu kəşf edib
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
570) Hansı virus dairəvi formadadır?
A) təbii çiçək
B) qrip
C) çiçək vaksini
D) quduzluq
E) tütün mozaikası
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
571) İİV- infeksiyanın yayılmasında hansı yollar əhəmiyyətsizdir?
A) hemotransfuziya
B) inyeksion
C) cinsi əlaqə
D) hava-damcı
E) şaquli yol
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
572) Donorun oğlu B viruslu hepatit ilə xəstələnmişdir. Donor nə zaman qan verə bilər?
A) oğlu hospitallaşdırıldıqdan 1 ay sonra
B) istənilən vaxt
C) hospitalizasiyadan 3 ay sonra
D) hospitalizasiyadan 6 ay sonra
E) qan verə bilməz
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
573) Hansı manipulyasiyalar zamanı tibb işçiləri İİV-infeksiyası ilə yoluxma riskinə məruz qala bilərlər?
A) sitoskopiya
B) rentgenoqrafiya
C) dişlərin çıxarılması
D) bronxoskopiya
E) rektoromanoskopiya
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
574) Virusları nə xarakterizə edir?
A) hüceyrəvi quruluşa malikdirlər
B) qidalı mühitlərdə böyüyürlər
C) obliqat hüceyrədaxili parazitlər sayılırlar
D) miseliləri vardır
E) tumurcuqlanma ilə çoxalır
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
575) Qanla təmasda olan tibb işçilərinin HBs-Ag (avstraliya antigeni) görə müayinəsi hansı tezliklə aparılmalıdır?
A) yalnız işə qəbul edildikdə müayinə olunurlar
B) ayda 1 dəfə
C) yarım ildə 1 dəfə
D) hər rüb
E) ildə 1 dəfə
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
576) Ağız boşluğunu tez-tez zədələyən virus hansıdır?
A) herpes virusu 1
B) qızılca virusu
C) hepatit C virusu
D) arboviruslar
E) qrip virusu
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
577) Qrip virusunda hansı ferment aşkar olunub?
A) katalaza
B) kollagenaza
C) neyramidaza
D) plazmakoaqulaza
E) hialuronidaza
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
578) Ekzotoksin nədir?
A) ferment
B) hüceyrə divarı
C) zülal tərkibli maddə
D) lipopolisaxarid
E) piqment
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
579) Quduzluq virusunu nə xarakterizə edir?
A) DNT-yə malikdir
B) pikornaviruslar qrupuna aiddir
C) immun sistemini zədələyir
D) dermatrop viruslara aiddir
E) RNT-yə malikdir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
580) Stomatoloji alətlər vasitəsilə ötürülə bilən virus infeksiyası hansıdır?
A) poliomielit
B) B viruslu hepatit
C) A viruslu hepatit
D) paraqrip
E) rotavirus infeksiyası
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
581) Faqovarlar – həmin növün daxilində hansı əlamətə görə bir-birindən fərqlənən variantdır?
A) bu və ya digər bioloji əlamətə görə
B) faqlara qarşı həssaslığına görə
C) antibiotiklərə qarşı həssaslığına ğörə
D) antigen xüsusiyyətlərinə görə
E) biokiyəvi xüsusiyyətlərinə görə
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
582) Xemovar – həmin növün daxilində hansı əlamətə görə bir-birindən fərqlənən variantdır?
A) faqlara qarşı həssaslığına görə
B) antibiotiklərə qarşı həssaslığına görə
C) biokimyəvi xüsusiyyətlərinə görə
D) bu və ya digər (bir) əlamətə görə
E) antigen xüsusiyyətlərinə görə
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
583) Antirabik vaksinin yeridilmə texnikası necədir?
A) dəriiçi
B) dəriüstü
C) venadaxili
D) əzələdaxili
E) dərialtı
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
584) Antirabik vaksinlə peyvənd prosesində ağırlaşmalar əmələ gəldikdə hansı preparatlar yeritmək lazımdır?
A) antibiotiklər
B) bakteriofaqlar
C) allergiya əleyhinə
D) immunostimulyatorlar
E) sulfanilamidlər
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
585) Xəstənin qanında kəskin mərhələdə HbsAg aşkar olunması hepatitin hansı formasının olduğunu göstərir?
A) B viruslu hepatit
B) Delta virus hepatiti
C) kəskin virus hepatitinin bütün formaları
D) A viruslu hepatit
E) nə A, nə B virus hepatiti
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
586) Qrip virusu üçün giriş qapısı nədir?
A) mədə - bağırsaq sistemi
B) sidik – cinsiyyət sisteminin selikli qişası
C) mədə - bağırsaq yolunun selikli qişası
D) yuxarı tənəffüs yollarının selikli qişası
E) gözlərin selikli qişası
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
587) Qrip zamanı etiotrop terapiya məqsədilə nə istifadə olunur?
A) remantadin
B) parasetamol
C) antibiotik
D) aspirin
E) amidopirin
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
588) Hansı sistem reovirus infeksiyasında zədələnir?
A) mədə - bağırsaq sistemi
B) ürək – damar sistemi
C) dayaq - hərəkət aparatı
D) sinir sistemi
E) qan sistemi
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
589) Epidemik parotitdə diaqnozun təsdiqi üçün ən informativ üsullar hansılardır?
A) seroloji
B) rentgenoloji
C) bakterioloji
D) tüpürcək vəzlərindən götürülmüş punktatın müayinəsi
E) virusoloji
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
590) Kəmərləyici dəmrov (herpes zoster) hansı xəstəliyi keçirmiş şəxslərdə inkişaf edir?
A) su çiçəyi
B) rotavirus infeksiyası
C) genital herpes
D) infeksion mononukleoz
E) sitomeqalovirus infeksiyası
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
591) İnfeksion mononukleoz zamanı periferik qanda atipik mononuklear hüceyrələrinin əmələ gəlməsi nə ilə şərtlənir?
A) T4- limfositlərinin zədələnməsi ilə
B) eritrositlərin zədələnməsi ilə
C) T-limfositlərin sayının və aktivliyinin artması ilə
D) ləng tipli yüksək həssaslıq reaksiyasının inkişaf etməsi ilə
E) limfoid və retikulyar toxumanın hiperplaziyası ilə
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
592) İİV-infeksiyası zamanı inkubasiya dövrünün başa çatması nə ilə assosiasiya olunur?
A) selikli qişaların və dəri örtüklərinin kandidozunun əmələ gəlməsi ilə
B) sinir sisteminin zədələnməsi ilə
C) limfatik düyünlərin böyüməsi ilə
D) İİV-yə qarşı anticisimlərin yaranması ilə
E) bədən temperaturunun yüksəlməsi ilə
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
593) Sadalananlardan hansı ləng infeksiyalara aiddir?
A) İİV- infeksiya
B) gənə qayıdan yatalağı
C) tetanus
D) vərəm
E) qarın yatalağı
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
594) Hansı səbəblərə əsasən göyöskürək alovlanmalarından fərqli olaraq qızılcanın alovlanmaları adətən maksimal inkubasiya dövrünün davametmə müddətindən uzun sürmür?
A) yoluxma mexanizmindən asılı olaraq
B) qızılcada əmələ gələn aerozol iri disperslidir
C) qızılcanın törədicisi göyöskürək törədicisinə nisbətən ətraf mühitdə davamsızdır
D) xəstədə ifraz olunan sekret duru konsistensiyaya malikdir
E) qızılcaya qarşı həssaslıq göyöskürəyə nisbətən xeyli yüksəkdir
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
595) Qızılca vaksini olan qutunu açdıqda, onun içərisində preparatın tətbiqinə dair təlimat aşkar edilmədikdə nə etmək lazımdır?
A) vaksini işlətməkdən imtina etmək
B) həmin seriyadan olan digər qutunun içərisindəki təlimatdan istifadə etmək
C) təlimatı digər həkimdən götürmək
D) peyvəndin aparılması texnikasını bilərək təlimatdan istifadə etməmək
E) istifadə etmək
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
596) Hansı hallarda A viruslu hepatit (VHA) ocaqlarında immunoqlobulin profilaktikasını aparmaq məqsədəuyğundur?
A) VHA ilə tək xəstəlik hadisəsi baş verdikdə
B) ilin müəyyən aylarında
C) ilin müəyyən dövründə
D) VHA ilə bir neçə xəstəlik hadisəsi baş verdikdə
E) müəyyən ərazidə xəstələnmənin səviyyəsindən və uşaq kollektivlərində epidemik ocaqların intensivliyindən asılı olaraq
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
597) A hepatiti üçün hansı mövsümilik xasdır?
A) yaz
B) xas deyil
C) yay
D) payız-qış
E) payız
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
598) Hansı dövrdə qızılca xəstəliyi yoluxucudur?
A) yalnız səpgilər dövründə
B) inkubasiya dövrünün son günləri, prodromal dövrdə
C) inkubasiya dövrünün son günləri, prodromal dövr və səpgilərdən sonra 5 gün ərzində
D) yalnız prodromal dövrdə
E) 10 gün ərzində
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
599) Kəskin B virus hepatitli (VHB-nin) xəstələrlə təmasda olan şəxslər hansı hallarda qanverməkdən azad edilirlər?
A) donorların qanını yüksək həssas metodlarla müayinə etmək imkanı olmadıqda
B) VH “B” xəstəsinin hospitalizasiyasından sonra 6 ay ərzində
C) ömürlük
D) azad olunmurlar
E) VH “B” xəstələri ilə təmas başa çatana qədər qan verməkdən azad edilirlər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
600) İİV-infeksiyasında sadalan yoluxma yollarından hansı epidemiyanın yayılmasında daha çox rol oynayır?
A) cinsi yol
B) qan və onun preparatları köçürüldükdə
C) ümümi iynə və şprislərdən istifadə etməklə dərman preparatlarının parenteral yeridilməsi zamanı
D) qida yolu ilə
E) infeksiyalaşmış anadan uşağa
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
601) İİV-infeksiya ilə cinsi əlaqə vasitəsilə yoluxma təhlükəsi çox zaman nədən asılıdır?
A) cinsiyyət orqanlarının selikli qişasında iltihabi proseslərin olmasından
B) cinsi əlaqəyə girən şəxslərin yaşından
C) xəstəliyin dövrüliyindən
D) dəyişən cinsi partnyorların sayından
E) cinsi əlaqələrin texnikasından
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
602) Müayinə edilən şəxsdə İİV-infeksiyasına qarşı anticisimlərin olması nəyi sübut edir?
A) qazanılmış immunitetin yaranmasını
B) törədicinin virulentliyindən
C) əvvəllər infeksiyanın keçirilməsini
D) yoluxmanın baş verdiyini
E) orqanizmin infeksiyaya qarşı qeyri həssas olmasını
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
603) Sitomeqaliya virusları hansı ailəyə aiddirlər?
A) pikornaviruslar
B) adenoviruslar
C) arenoviruslar
D) herpesviruslar
E) rabdoviruslar
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
604) Quduzluq – infeksion virus xəstəliyi olub hansı tipə aiddir?
A) psittakoz
B) ornitoz
C) antroponoz
D) antropozoonoz
E) zoonoz
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
605) Sadə herpes virusunun mənbəyi və rezervuarı nədir?
A) virus gəzdirənlər
B) quşlar
C) heyvanlar
D) qida məhsulları
E) gəmiricilər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
606) Qrip virusu hansı ailəyə aiddir?
A) pikornaviruslar
B) rabdoviruslar
C) ortomiksoviruslar
D) adenoviruslar
E) paramiksoviruslar
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
607) Latın terminologiyasında “quduzluq” nəcə adlanır?
A) Aphtae epizooticae
B) Rabies
C) Variola
D) Pertussis
E) Pestis
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
608) Viruslu hepatit hansı xəstəliklərə aiddir?
A) antropozoonoz
B) zoonoz
C) konvension
D) transmissiv
E) antroponoz
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
609) Qrip virusu nə ilə xarakterizə olunur?
A) mitoxondriləri vardır
B) süni qidalı mühitlərdə kultivasiya olunur
C) pikornaviruslara aiddir
D) antigen strukturunun dəyişkənliyi ilə
E) köndələn bölünmə ilə çoxalırlar
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
610) Poliomielit virusu nə ilə xarakterizə olunur?
A) immunotrop təsirə malikdir
B) efirə qarşı həssasdır
C) DNT tərkiblidir
D) reoviruslara aiddir
E) pikornaviruslara aiddir
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
611) Orqanizmdə quduzluq virusu harada toplanır?
A) mərkəzi sinir sisteminin hüceyrələrində
B) parenximatoz orqanlarda
C) immunokompetent hüceyrələrdə
D) bağırsaqda
E) əzələ toxumasında
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
612) Herpesviruslar ailəsinə hansı viruslar daxildir?
A) adenoviruslar
B) rabdoviruslar
C) sitomeqaloviruslar
D) poksviruslar
E) pikornaviruslar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
613) Virus infeksiyasının müalicəsi məqsədilə nə istifadə olunur?
A) antitoksik zərdab
B) interferon
C) anatoksin
D) kolibakterin
E) bakteriofaq
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
614) Su çiçəyi virusu hansı ailəyə aiddir?
A) arboviruslar
B) herpesviruslar
C) pikornaviruslar
D) hepadnoviruslar
E) rabdoviruslar
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
615) İnsanın immunçatmamazlığı virusu (İİV) hansı ailəyə aiddir?
A) arenoviruslar
B) miksoviruslar
C) retroviruslar
D) parvoviruslar
E) toqoviruslar
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
616) İİV-infeksiyalı şəxslərin “tüklü” leykoplagiyasının səbəbi hansı virusdur?
A) Epşteyn - Barr
B) qrip
C) herpes
D) dabaq
E) hepatit B
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
617) QİÇS – indikator infeksiyaların törədicilərinə hansı virus aiddir?
A) herpes virusu
B) Koksaki virusu
C) ECHO virusu
D) qızılca virusu
E) parotit virusu
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
618) Hüceyrə səviyyəsində virus infeksiyasının tipi hansıdır?
A) persistensiya edən
B) qarışıq
C) ocaqlı
D) latent
E) produktiv
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
619) B viruslu hepatit zamanı rekovalessentlər üzərində dispanser müşahidənin davametmə müddəti nə qədərdir?
A) 1 ay
B) 3 ay
C) 12 ay
D) 2 il
E) 6 ay
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
620) İİV-infeksiyası ilə yoluxmuş şəxsin qanında anticisimlər nə zaman əmələ gəlir?
A) 2 həftədən 3 aya qədər olan müddətdə
B) 6 aydan sonra
C) 8 aydan sonra
D) 1 aydan sonra
E) 1 ildən sonra
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |