ƏQİDƏ Kİtabi 1 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ


ALLAH - Subhənəhu Və Təalə – nin QISQANMAQ SİFƏTİ



Yüklə 0,85 Mb.
səhifə7/12
tarix14.04.2018
ölçüsü0,85 Mb.
#38179
1   2   3   4   5   6   7   8   9   ...   12

ALLAH - Subhənəhu Və Təalə – nin QISQANMAQ SİFƏTİ


Rəvayət edilir ki, bir gün Sad b. Ubadə - radıyallahu anhu – qışqıraraq: «Əgər mən yad bir kişini öz arvadımla görsəydim onu qılıncla doğrayardım (vurardım)». (Bunu eşidən) Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrə: «Sadın qısqanclığı sizi təəcübləndirirmi? Həqiqətən mən ondan da qısqancam, Allah isə məndən də qısqancdır» deyə buyurdu. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhə yox ki, Allah qısqanır. Allahın qısqanması mömin bir qulun Allahın haram (qadağan) etdiyi şeyləri etməsi ilədir»248. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan daha qısqanc bir kəs yoxdur. Allah bu qısqanclığına görə açıq və gizli olan bütün çirkin əməlləri haram etmişdir. Təriflənməyi Allahdan daha çox sevən bir kimsə yoxdur. Buna görə Uca Allah Öz nəfsini tərifləmişdir. Allahdan daha çox dəlil sevən yoxdur. Bax, bunun üçün də bir çox müjdələyən və qorxudan Peyğəmbərlər göndərmişdir (Başqa rəvayətdə: Bax buna görə də Allah peyğəmbərlərini göndərmiş və kitablarını endirmişdir)249.
ALLAH - Subhənəhu Və Təalə – nin QƏZƏBLƏNMƏK SİFƏTİ

Allah - subhənəhu və təaləqəzəblənirmi? Uca Allahın kitabını səhifə-səhifə çevirmiş olsaq bu sualın cavabını tapmış olarıq. Allah buyurur: «Onun barəsində bədgüman, bədniyyət olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və Allah onlara lənət etmişdir. Allah Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir». (əl-Fəth 6). «Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin». (əl-Mumtəhinə 13). «Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın.(israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız». (Ta ha 81). Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəsində varid olmuş səhih hədisdə insanlar qorxaraq şəfaət üçün Peyğəmbərlərin yanına gedəcəklər, hər bir Peyğəmbər isə: «Şübhəsiz ki, Rəbbimiz bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir»250. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «O, (Allah) qəzəb də edər. Razı da olur. Onun qəzəbi cəzalandırması, rizası da mükafatlandırması kimi deyilməz»251.



O, halda müsəlmanın üzərinə düşən Rəbbinin bu sifətə sahib olduğunu qəbul etmək onu müxaliflərin təvil etdikləri kimi təvil etməməkdir252. Allah və Rəsulunun və bu ümmətin sələfinin Allahın sifətləri xüsusunda izlədikləri yol budur. Müsəlmana da bu xüsusda onların yolunu izləmək düşər. Çünkü qurtuluş bu yoldadır.
İSİM VƏ SİFƏTLƏR TÖVHİDİNƏ ZİDD OLAN ETİQADLAR (SÖZ VƏ ƏMƏLLƏR)

1. Allahın isimlərini bütlərə qoymaq. Məs: Allahın əl-İlah adını, əl-Lat adı ilə dəyişərək öz bütlərinə qoymuşlar. əl-Lat Taif şəhərində ağ dağın adı idi. Sukayf qəbiləsindən olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişam rahmətullahi aleyhi deyir: «Peyğəmbər sallallahu aleyhi və səlləm in əmri ilə Muğirə b. Şöbə və Əbu Sufyan b. Hərb - radıyallahu anhum onu yandırıb dağıdırlar. Sonralar isə onun yerində Məscid tikirlər». əl-Əziz adını, əl-Uzza İbn Cərir rahmətullahi aleyhi deyir: «Məkkə ilə Taif arasında, Nəxl adlanan yerdə ağac adı idi». İbn Hişam deyir: «Məkkənin fəthi günü Xalid b. Valid - radıyallahu anhu oranı dağıdır». əl-Mənnan adını, əl-Manat Məkkə ilə Mədinə arasında, Hudeydə adlanan yerin adı idi. Aişə - radıyallahu anhə deyir: «Əli - radıyallahu anhu Məkkənin fəthi günü oranı dağıdır»253. «Bir deyin görək Lat və Uzza nəyə qadirdir. Digəri üçüncüsü olan Manat da həmçinin..O, bütlər sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir dəlil endirməmişdir». (ən-Nəcm 19-23). «Allahdan başqa ibadət etdikləriniz sizin və atalarnızın qoyduğu adlardan başqa bir şey deyildir. Allah isə heç bir dəlil endirməmişdir. Hökm ancaq Allahındır. O, sizi yalnız Onun özünə ibadət etməyə çağırır». (Yusuf 40).

2. Allaha layiq olmayan adı vermək. Məs: Yəhudi və Xristianların dediyi kimi Ata, oğul və bizim dilimizdə işlənən o, kişiyə qurban olum və s. «Şübhəsiz ki, Allah Məryam oğlu İsadır deyənlər kafir oldular. Halbuki, Məsih belə demişdir. Ey israil oğulları! Mənim də sizin də Rəbbiniz olan Allaha ibadət edin». (əl-Maidə 72).

3. Allaha naqis sifətlər vermək. Məs: Yəhudilər və Xristianlar dedilər ki, Allah xəsisdir, göyləri və yeri xəlq etdikdən sonra dincəldi və s. Yəhudilər dedilər: «Allahın əlləri bağlıdır. Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr! Allahın əlləri açıqdır, istədiyi kimi lütf və ehsan edər». (əl-Maidə 64). «O, nə mürgü nə də yuxu bilər». (əl-Bəqərə 255). Finhas adlı bir yəhudi Əbu Bəkr - radıyallahu anhu onu İslama dəvət etdikdə demişdir: «Allaha and olsun ki, ey Əbu Bəkr! Biz fəqir (kasıb) olmadığımızdan Allaha ehtiyacımız yoxdur. O, isə fəqir birisidir. Əgər möhtac olmayan bir varlıq olmasaydı bizdən borc tələb etməzdi» «Allah kasıbdır, biz isə dövlətliyik! deyənlərin sözlərini Allah, əlbəttə eşitdi. Biz onların dediklərini və Peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və (Qiyamət günü) onlara: «Atəşin əzabını dadın!» deyəcəyik». (Ali İmran 181)254. Allah bütün bu deyilənlərdən münəzzəhdir.

4. Allahın Sifətlərinə keyfiyyət isnad edib və onun Sifətlərini Allahın yaratdıqlarına bənzədən – Müşəbbihlər (bənzədənlər). Bunlar müşriklərdən də pisdirlər. Müşriklər yerdəkiləri Allaha şərik qoşurlar, onlar isə Allahı yaratdıqlarına bənzədirlər. «Allah ona aid etdikləri sifətlərdən uzaqdır». (əs-Saffət 159). “Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!”. (əş-Şura 11). “Heç yaradan (Allah) yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?!”. (ən-Nəhl 17). “O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər)”. (Məryəm 65).

5. Allahın İsim və Sifətlərini qismən və ya tamamilə inkar edən – Muattila (Cəhmilər). Onların iddialarına görə Allahın İsim və Sifətlərini qəbul etmək Allahı yaratdıqlarına bənzətmək deməkdir. Bunlar Da İki Qismdirlər:

1) Allahın İsimlərini qəbul edərək mənasız olduğunu qeyd edirlər. Bütün bunlara Sifəti Səlbiyyə Uca Allahın zatına və varlığına yaraşmayan, uca Allah haqqında imkansız olan vəsflərdir. Səlb Etmək qaldırmaq, uzaqlaşdırmaq mənasındadır. Bunlar da Sifəti Səlbiyyə Sifəti Subutuyyə255 başlıqları altında sayılan on dört sifətin ziddidir. Bunlar Adəm (yoxluq), Hudus (sonradan var olmaq), Fəna (varlığının sonu olması, bəlli bir müddətdən sonra yox olub getməsi), Təaddüt (ortağı, şəriki, köməkçiləri olması), Muşabəhət (sonradan yaradılmış bir şeyə bənzəməsi, bənzəri və oxşarı olması), Başqalarına möhtac olmaq, Ölü və ya cansız olmaq, Cahil (elmsiz, biliksiz), Aciz (gücsüz olmaq), İradəsiz olmaq, Görməmək, kor olmaq, Eşitməmək, kar olmaq, Danışmaması, Yaratmamaq.

2) Bütün İsim və Sifətləri inkar edənlər.

Əvvəla bütün bunlar batil fikirlərdir. Çünki Allah Qurani-Kərimdə bir çox ayələrdə İsim və Sifətlərinin olduğunu buyurduğu halda, digər ayələrdə heç bir şeyin İsim və Sifətlərində ona bənzəmədiyini buyurmuşdu. Əgər bu İsim və Sifətləri qəbul etmək, onu yaratdıqlarına bənzətməyi irəli sürmüş olsaydı, Allahın ayələrinin bir qisminin digərini yalanladığını qəbul etməli olardıq. Allahın Səmi (eşidən) olduğunu bilirik. Eşitmək isə məna etibarı ilə səsləri qəbul (idrak) etmək deməkdir. Lakin Allahın eşitməsinin həqiqi mənası bizim tərəfimizdən bilinməzdir. Çünki biz iki şəxs gördükdə: Bu ikisinin insanlıq xüsusiyətləri olan eşitmək, görmək və danışmaq kimi xüsusiyətlərinin eyni olduğunu fikirləşmirik. Məs: İnsanın ayağı, əli olduğu kimi hər hansısa bir heyvanın da əli, ayağı vardır. İnsanın da gücü var, heyvanında, İnsanında eşitmə, görmə orqanı var, heyvanında. Bu sifətlər eyni adı daşıyırlar. Lakin keyfiyyət və forma cəhətdən bir-birindən çox fərqlənirlər. Bundan da belə bir nəticə çıxır ki, adların eyni olması, onların keyfiyyət və formalarının eyni olması demək deyildir. Çarpayının üstünə istiva etmək ilə dəvənin üstünə istiva etmək arasında fərqlər vardır. Bütün bunlar yaradılanlar arasında fərqli olduğu halda, Yaradıcı (Allah) ilə yaradılan (məxluq) arasında belə bir fərq daha açıq və daha böyükdür. Allah Öz sifətləri barəsində bizə xəbər vermişdir, lakin onların forma və keyfiyəti barəsində bir xəbər yoxdur. Sən nə qədər onları təsəvvür etməyə çalışsan Allah daha Uca və Böyükdür. Bütün bunlar da vacib edir ki, Müsəlman bir kimsə nə qəlbi, nə dili, nə də qələmi ilə Allahı təsəvvür etməyə çalışmasın.



6. İnsanlar arasında olan bəzi müraciətlər. Məs: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç kim öz (qulluqçusuna) Rəbbinə su ver, Rəbbini doydur, Rəbbinə dəstəmaz aldır və s deməsin. (Ey kölələr!) Sizdən də heç kimsə Rəbbim deyə xitab etməsin. Həmçinin qulum deyə xitab etməsin. Oğlum, qızım desin»256.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə