Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə5/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   2   3   4   5   6   7   8   9   ...   145

əllifdən 

18 

Tufarqanlı, Aşıq Ələsgər, Valeh, Hüseyn Bozalqanlı, Növrəs İman, Miskinli 



Əli kimi saz və söz ustalarının  yaradıcılıq ənənələrini davam etdirən Aşıq 

Əsəd  Rzayevin,  Aşıq  Mirzə  Bayramovun,  Aşıq  İslam  Yusifovun,  Aşıq 

Avakın və bunlardan dərs almış bugünkü istedadlı aşıqlarımızın ifa etdikləri 

qoşmalar, gəraylılar, təcnislər, müxəmməs və dodaqdəyməz kimi formaların 

musiqisind

ə eşidirik

3



Lüğətdə aşıq yaradıcılığına aid terminlərlə bərabər muğamat janrlarına 



v

ə  fomalarına  məxsus  terminlər  də  mərkəzi  yer  tutur.  Bu  təbiidir.  Çünki 

vaxtı  ilə  eyni  zamanda  bədii  ədəbiyyat  janrlarından  biri  olan  muğamat

4

  – 



xalq 

dühasının  böyük  ilham  və  incə  zövqlə  uzun  illər  ərzində  sevə-sevə 

yaratdığı möhtəşəm musiqi abidəsidir. Muğamat – xalq musiqi təfəkkürünün 

ən gözəl yaradıcılıq məhsuludur. Dərin məna, aydın və səlis ifadə daşıyan 

m

əntiqi qaydalara, dürüst üsullara və müəyyən musiqi sisteminə əsaslanan 



muğamat dolğun məzmuna və zəngin formalara malikdir. 

Muğamatın  yaranması  və  tarix  boyu  inkişafı  işində  bir  çox  xalqlar 

iştirak etmişlər. Yaxın və Orta Şərq ölkələri arasında olan qarşılışlı iqtisadi 

v

ə  mədəni  əlaqə,  böyük  karvan  yolları  üzərində  salınmış  şəhərlərdə 



musiqinin 

yayılması  və  sairə  bu kimi  amillər  ərazisi  bir-birinə  yaxın  olan 

qonşu  xalqların  musiqisində  bir  çox  ümumi  cəhətlərin  varlığını  meydana 

g

ətirmişdir. 



Bu  xüsusda  görk

əmli  sovet  musiqi  alimi  X.S.Kuşnaryovun 

mülahiz

ələri çox maraqlıdır. O yazır: “Muğamat əsas etibarı ilə müsəlman 



al

əmi  xalqlarının  incəsənətidir.  Muğamatın  inkişafında  qeyri-müsəlman,  o 

cüml

ədən  ermənilərin  də  müəyyən  dərəcədə  iştirak  etdiyi  haqqında  olan 



mülahiz

ə,  xüsusən  məsələ  muğamatın  nisbətən  gec,  sonralarda  yaranmış 

formalarına aid edilərək irəli sürülürsə – əsassız deyil”. 

Bu  m


əsələ  ilə  əlaqədar  olaraq,  X.Kuşnaryov  oradaca  bir  haşiyə 

çıxaraq  qeyd  edir  ki,  Şərqdə  X  əsrdən  başlayaraq  musiqinin  nəzəri 

m

əsələlərinə  ciddi  maraq  göstərən  əl-Farabi



5

  v


ə  Əbu  Əli  ibn-Sina

6

  kimi 



                                                           

3

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 1. Azərbaycan xalq musiqisi

s.391.


 

4

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 2. Muğamat, s.392. 

5

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 3. Əl-Farabi, s. 392. 

6

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 4. İbn-Sina, s. 394. 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

19 


aliml

ərin  və  həmçinin  onların  məsləkdaşlarının  tətbiq  etdikləri  tədqiqat 

metodu il

ə qədim erməni musiqi nəzəriyyəçilərinin metodu arasında heç bir 

t

əmas nöqtəsi, rabitə və  yaxınlıq yoxdur. 



Lakin  professor  X.

Kuşnaryov  bu,  əslində  düzgün  olan  müddəalarını 

şərh  etdikdə,  muğamat  sənətinə  aid  olan  bir  neçə  vacib  və  çox  mühüm 

c

əhətləri  nəzərindən  qaçırdığına  görə  və  həm  də  bəzən  sadəcə  faktoloji 



s

əhvlərə  yol  verdiyindən  arabir,  lazımınca  əsaslandırılmamış,  birtərəfli 

n

əticələr çıxarmış olur. 



O, 

muğamat  sənətinin  tarixi  və  xüsusiyyəti  haqqında  qiymətli  elmi 

müşahidələrini davam etdirdikdən sonra məsələyə bir qədər səthi və formal 

t

ərzdə  yanaşdığından  ayrı-ayrı  hallarda  mahiyyəti  etibarı  ilə  yanlış 



mülahiz

ələr  irəli  sürür.  Məsələn  o,  Aşıq  Həyatın  “Matin  matani  anıman” 

(“

Yarın  barmağındakı  üzük  nə  gözəldir”)  mahnısını  təhlil  etdikdə  göstərir 



ki: 

1)     


Mahnı “Müxalif” muğamı kökündə bəstələnmişdir; 

2) 


“Müxalif”  muğamı  isə  “sinfi mənsubiyyəti”  etibarı  ilə 

“Zaqafqaziyadakı əsilzadələr (aristokratlar) zümrəsinə məxsus olan bir 

muğamdır” (!?); 

3)

 



  “Müxalif” az

əri xalq musiqisində güya ən az işlənən muğamdır. 

Burada  mü

əllif  öz  şəxsi  fikrini  əsaslandırmaq  üçün  Üzeyir 

Hacıbəylinin  məlum  kitabının  9-cu  səhifəsində  olan  elmi  müddəaya  isnad 

edir. 


X.

Kuşnaryovun  irəli  sürdüyü  bu  mülahizələrin  üçü  də  həqiqətdən 

uzaqdır. Çünki: 

1)  Biz 


Kuşnaryovun  təhlil  etməyə  çalışdığı  mahnını  diqqətlə 

dinl


ədikdə  (xüsusən  onun  doqquzuncu  xanədə  “si  bemol”  notunda  qərar 

tapdığını  nəzərə  aldıqda),  bu  mahnının  “Müxalif”  məqamı  üzərində  yox, 

b

əlkə  daha  doğrusu  “Hümayun”  kökündə  (həm  də  Azərbaycanda  işlənən 



“Hümayun”  m

əqamında  yox,  -  İran  “Hümayun”u  üstündə)  bəstələndiyini 

y

əqin etmiş olarıq; 



2)  Az

əri  xalq  musiqisinin  ən  orijinal  nümunələri  içərisində  məhz 

“Müxalif”  kökünd

ə  bir  çox  gözəl  mahnı,  təsnif  və  rənglərin  olduğunu, 

“Çahargah”  d

əstgahının  ən  mərkəz  şöbələrindən  birinin  “Müxalif”  olması, 

vaxtil

ə Zaqafqaziyada, o cümlədən Azərbaycanda kübarların xüsusi olaraq 




əllifdən 

20 

imtiyazlı  vəziyyətdə  yaşadıqları  dövrdə  (XIX  əsr)  azəri  xalq  musiqisində 



“Müxalif”in  bir  çox  d

əstgah  tərkibində  mühüm  yer  tutması  və  s.  bu kimi 

c

əhətlər həmin muğamın heç də yalnız zadəganlara məxsus olduğuna dəlalət 



etmir. Bizc

ə, muğamların bu tərzdə, süni surətdə və bəzi zahiri əlamətlərinə 

gör

ə  təsnif  edilməsi,  bu  qayda  üzrə  onların  “sinfi  mənsubiyyətini” 



b

əlliləşdirmək  təşəbbüsü  düzgün  prinsip  sayıla  bilməz;  məsələyə  belə 

yanaşma axırda saxta sosioloji mülahizələrlə nəticələnə bilər; 

3) “Müxalif” 

muğamının  Azərbaycan  xalq  kütlələri  içərisində  güya 

geniş yayılması haqqında Ü.Hacıbəylinin kitabında heç bir söz yoxdur. 

Sonra  professor  X.

Kuşnaryov  muğamat  məfhumuna,  məlum  olduğu 

kimi, “öz  üsulu  v

ə  xarakterinə  görə  improvizasiya  mahiyyətli  geniş 

instrumental-vokal, ya da instrumental 

əsər” - deyə əslində tamamilə düzgün 

t

ərif verməklə bərabər, əvvəla, muğamatın qeyd olunan formalarından əlavə, 



h

əm  də  yalnız  vokal  şəklinin  də  varlığını  nəzərdən  qaçırır,  ikincisi  də 

muğamatın başqa formalara nisbətən məhz instrumental-vokal tərəfinin əsas 

mövqe 


tutduğu  məsələsinə  nədənsə  az  fikir  verir.  Halbuki  muğamatın 

instrumental-vokal 

əsər şəklində ifası işində vokal cəhətinin, daha doğrusu 

oxunan  m

ətnin,  şerin  (başlıca  olaraq  qəzəl  formasının)  tutduğu  böyük 

mövqeyi  unutmaq  düzgün  olmaz.  Biz 

muğamatın  vokal  ifaçılığında  əruz 

v

əznində yazılmış şeirlərin bəzi hallarda daha münasib, daha təbii olması və 



üstünlük  göst

ərməsi  səbəbləri  kimi  incə  və  “nazik  mətləbləri”  nəzərə 

aldığımız  bir  halda,  muğamatın  “qeyri-müsəlman  xalqları”  dilində  necə 

s

əslənə biləcəyini və nə kimi təsir bağışlayacağını təsəvvürə gətirmək heç də 



ç

ətin  deyil.  Məhz  buna  görə  də,  ehtimal  etmək  olar  ki,  X.S.Kuşnaryovun 

“qeyri-müs

əlman və o cümlədən erməni” deyə nəzərdə tutduğu sənətkarların 

muğamat  ifaçılığındakı  iştirakı,  -  muğamatın  əsas  etibarı  ilə  yalnız 

instrumental  sah

əsi üzrə məhdudlaşmış və bu xalqlar öz arasından bir çox 

istedadlı  və  muğamatı  böyük  məharətlə  ifa  edən  sazəndələr  – 

instrumentalistl

ər  (tarçılar,  kamançaçılar,  düdükçülər,  nağaraçılar  və  sairə) 

yetişdirdikləri  halda,  bunun  müqabilində,  sözün  həqiqi  mənasında  əsil 

muğamat müğənnisi – xanəndə tərbiyələndirə bilməmişlər. 

Professor  X.

Kuşnaryov  çox  haqlı  olaraq  qeyd  edir  ki,  muğamat 

s

ənətinə aid bir çox problemlər, o cümlədən muğamatın tarixi inkişafı, onun 



kompozisiya  prinsipl

əri,  milli  xüsusiyyəti  kimi  məsələlər  hələ  bu  vaxta 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə