ġəriət risaləsi
348
DƏSTƏMAZ
Sual 10: Ġnsan üçün bir baĢqasının dəstəmaz və ya qüslünü yerinə
yetirməsi düzgündürmü?
Cavab: Belə bir Ģəxsin dəstəmaz və qüslü batildir. Amma dəstəmaz və
qüsl zamanı suyu onun bədəninə tökərlərsə və o özü yuyarsa eybi yoxdur.
Amma zərurət olmayan hallarda bu iĢ məkruhdur.
Sual 11: Xüms verməyən Ģəxsin evində dəstəmaz almaq, namaz qılmaq
və qidadan istifadə etməyin hökmü nədir?
Cavab: Ev və qidaların xümüslü olduğuna əmin yoxsa, ondan istifadə
etmək olar. Yəqinlik olsa, icazə verilir ki, istifadədən sonra həmin miqdarın
xümsü ehtiyaclı seyidlərə çatdırılsın. Ġmkan olmadıqda bu miqdar öhdəyə
götürülür və imkan olan vaxt ödənir.
QÜSL
Sual 12: Qadının heyz halında imamların hərəminin zərihi ətrafına
yaxınlaĢmasının eybi varmı?
Cavab: Ətrafa yaxınlaĢmağın eybi yoxdur, amma hərəmə daxil
olmasınlar.
Sual 13: Cərrahi əməliyyatla körpəsi çıxarılan qadının bətnindən gələn
qan nifas, yoxsa istihazə qanıdır?
Cavab: Nifas qanıdır.
NAMAZ
Sual 14: KiĢilərin sarı, ağ qızıldan və platindən istifadə etməsinin hökmü
nədir?
Cavab: Qızıl adlanan Ģeylə zinətlənmək kiĢilərə haramdır. Qızıl sarı,
qırmızı və ya ağ olmasının fərqi yoxdur. Amma platin baĢqa bir filizdir və
qızıl sayılmır.
Sual 15: Məsciddə Ģər’i ölçülərlə çəkilmiĢ film nümayiĢ etdirmək
olarmı?
Cavab: Bu iĢ məscidin Ģə’ninə münasib deyil. Bu qəbil iĢlər üçün ayrıca
yer nəzərdə tutulmalıdır.
Sual 16: Gündəlik yövmiyyə və cümə namazlarında qadınların iĢtirakının
kərahəti varmı?
Cavab: Hazırkı Ģəraitdə onların iĢtirakı daha yaxĢıdır, bə’zən isə
zəruridir
Sual 17: Ġmam camaat bayram namazını iki yerdə camaatla qıla bilərmi?
Cavab: Çətindir. Amma yövmiyyə namazlarını iki qrupla iki dəfə qılmaq
olar.
Sual 18: Namazın qunutunda qeyri-ərəbcə dua oxumaq olarmı?
ġəriət risaləsi
349
Cavab: Düzgün məzmunlu istənilən bir duanı, istənilən bir dildə qunutda
oxumaq olar.
Sual 19: Zaman ötdükcə qəsbi yerin hökmü dəyiĢirmi?
Cavab: Qəsbi yerdə namaz qılmaq haramdır. Zaman bu hökmü dəyiĢmir.
Sual 20: Sementə, mozaikaya, mərmərə səcdə etmək olarmı?
Cavab: Eybi yoxdur.
Sual: Qadın vətən məsələsində ərinə tabedirmi?
Cavab: Əgər qadının məqsədi bu məsələdə ərinə tabeçilikdirsə, tabe
olacaq. Amma məqsədi ərini baĢqa bir yerə köçməyə təĢviq etməkdirsə, tabe
sayılmır.
Sual 22: Qəza namazı və orucu olan Ģəxs baĢqa birinin qəza namaz və
oruclarını pulla yerinə yetirə bilərmi?
Cavab: Eybi yoxdur.
Sual: Aylı gecələrdə sübh namazı nə vaxt qılınır?
Cavab: Aylı və aylı olmayan gecələr arasında fərq yoxdur.
Sual 24: GünəĢin doğub-doğmamasına Ģübhə edənin sübh namazında
niyyəti necə olmalıdır?
Cavab: Vacib namaz və ya əda niyyəti ilə qıla bilər.
ORUC
Sual 25: Ayın görünməsinin sübutu hansı Ģəhərlər üçün dəlildir.
Cavab: Həmin Ģəhərlərlə eyni və ya yaxın üfüqdə olan Ģəhərlərdə, eləcə
də, Ģərqdə göründükdə qərb məntəqəsində dəlil sayılır.
XÜMS
Sual 26: Diyə olaraq alınmıĢ pulun il keçdikdən sonra xümsü varmı?
Cavab: Diyənin xümsü yoxdur.
Sual 27: Qocalıq təqaüdünə xüms düĢürmü?
Cavab: Təqaüdə çıxdıqdan sonra dövlətin verdiyi pul həmin ilin qazancı
sayılır. Əgər həmin ilin xərcindən artıq qalarsa, xümsü var.
Sual 28: Ġslam respublikasında verilən vergilər Ģər’i vergiləri əvəz
edirmi?
Cavab: Vergi alıĢ-veriĢ xərclərindən sayılır və Ģər’i vergini əvəz etmir.
Sual 29: Cehizə xüms düĢürmü?
Cavab: Əgər cehiz adi və ehtiyac duyulan cehizdirsə, xümsü yoxdur.
BaĢqa hallarda xüms vermək vacibdir.
Sual 30: Anası seyid olan Ģəxs seyid hökmündədirmi?
Cavab: Müəyyən baxımlardan seyiddir, müəyyən baxımlardan yox. Belə
bir Ģəxs xüms ala bilməz, seyidlərə məxsus libas geyə bilməz. Amma
müəyyən baxımdan seyidlərin Ģərafətinə malikdir.
ġəriət risaləsi
350
HƏCC
Sual 31: Karvana xidmət üçün Həccə gedən Ģəxs vəzifəli olmadığı halda
Həcci necə yerinə yetirməlidir? Vacib Həcc niyyəti etməlidirmi?
Cavab: Karvan xidmətçiləri vəzifəli sayılır. (Bir Ģərtlə ki, ailə-
övladlarının Həcc müddətindəki xərcini ödəsin) Belə bir Ģəxs vacib Həcc
niyyəti etməlidir. Əgər birinci dəfə gedirsə, kiminsə tərəfindən naib ola
bilməz. Kömək üçün biri ilə Həccə gedən də belədir.
BAXIġ (HĠCAB VƏ BAXIġIN HÖKMLƏRĠ)
Sual 32: Ġnsanın bağ-bağçadan, gül-çiçəkdən ləzzət aldığı kimi kiĢi və ya
qadına baxıb ləzzət alması haramdırmı?
Cavab: Adətən belə baxıĢlar cinsi ləzzətlə müĢayiət olunduğundan
eyblidir.
Sual 33: Qadınların qrup Ģəklində kiĢilərlə birlikdə mahnı oxumasının
hökmü nədir?
Cavab: Eyblidir.
Sual 34: Əgər qadın özünü zinətləndirsə, çöhrəsinə zinət verib niĢan
üzüyü taxsa, üzünü və əllərini örtməsi vacibdirmi?
Cavab: Üzük kimi zinət əĢyalarının eybi yoxdur. Amma üzünə bəzək
verməsinə irad var.
Sual 35: Sürmə, qaĢın alınması, əqiq üzük, saat, gözəl tibbi eynək qadın
üçün zinət sayılırmı və o örtünməlidirmi?
Cavab: Zahirən bunlar qadağan olunmuĢ zinət sayılmır.
Sual 36: Qadının naməhrəm adamlara iynə vurmasının hökmü nədir?
Cavab: Qeyri-zəruri hallarda caiz deyil.
Sual 37: Qadın həkim olmadıqda, qadının kiĢi həkimə müraciət
etməsinin hökmü nədir?
Cavab: Zəruri hallarda eybi yoxdur.
Sual 38: Qadının naməhrəm kiĢi ilə əlində əlcək olan vəziyyətdə
görüĢməsinin hökmü nədir?
Cavab: YaxĢı olar ki, bu iĢ görülməsin.
Sual 39: Naməhrəm qadının gülüĢü fəsada səbəb olmazsa, onu eĢitməyin
hökmü nədir? Fəsad səbəbi olarsa hökm nədir?
Cavab: Fəsad qorxusu olmadıqda eybi yoxdur.
Sual 40: Adətən saçının bir hissəsi görünməyən çadralı qadının simasına
baxmağın hökmü nədir? Belələri həmin qaydada örtünməyə adət etmiĢlər və
xəbərdarlığa məhəl qoymurlar.
Cavab: Əgər ləzzət almaq məqsədi olmasa baxmağın eybi yoxdur.
Sual 41: Ġran Ġslam Respublikasının televiziyasından yayımlanan xarici
filimlərə baxmağın hökmü nədir? Bu filimlərdə adətən örtüksüz xanımlar
iĢtirak edir.
Dostları ilə paylaş: |