Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə12/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   8   9   10   11   12   13   14   15   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

36 



ba  ilə  düzür,  heca  və  səslərə  ayırır,  hər  səsi  heca,  hecaları  isə  söz 

içərisində birləşdirirlər. Qalan uşaqlar isə həmin sözün üzünü köçü-

rürlər. 

Təsadüfı  materialların  seçilməsinə  yol  verilməməlidir.  Əlifba 

təliminin  sonlarında  şagirdlər  təbii  olaraq,  qoşa  samitli  (səkkiz, 

doqquz, müəllim, mürəbbə və s.) sözləri yazmağı bacarmalıdırlar. 

Savad  təlimi  dövründə  əvvəllər  yalnız  hecalar,  tək-tək  sadə  sözlər 

müəllimin diqtəsinə əsasən yazılırsa, ilin sonunda məktəblilər “Tu-

tu  tutdu”,  “Aslan  oxudu”,  “Süsən  gəldi”  kimi  cümlələri  yazmağı 

bacarmalıdırlar. 

Beləliklə,  savad  təliminin  sonunda  15-20  sözdən  ibarət  imla 

yazdırmaq mümkün olur. 

 

6. Yazı üçün hazırlıq işləri 

 

Əlifba təlimi dövründən etibarən şagirdlər ikicızıq, seyrək mail 



xətləri  olan  dəftərdən  və  diyircəkli  qələmdən  istifadə  edirlər.  İlk 

gündən onlara qələm və dəftərdən düzgün istifadə etmək bacarıqla-

rı  aşılanmalıdır.  “Qələmi  üç  barmaqla  tutmaq  lazımdır‖.  Belə  ki, 

şagird qələmi orta və baş barmaqla tutmalıdır, şəhadət barmağı isə 

cizgiləri  (ştrixləri)  qaydaya  salmaq,  hərfin  elementlərini  təzyiqlə 

yazmaq  üçün  yuxarıda  durmalıdır,  qələmin  sol  yanında  azca  üst 

tərəfıni isə şəhadət barmağı ilə tutmalıdır. 

...Şagird  yazarkən  “qələmi  boş  tutmalı  və  onu  kağız  üzərində 

bərk sıxmamalıdır‖

1

.  



Yazıya  hazırlıq  prosesində  gigiyenik  qaydaların  gözlənilməsi 

müəllimin diqqət mərkəzində olmalıdır. 

Əks halda, şagirdlərdə müxtəlif (onurğanın əyilməsi, gözün gör-

mə qabiliyyətinin zəifləməsi və s.) xəstəliklər yarana bilər.  

Gigiyenik  tələblər  hansılardır?  1)  Partanın  uşağın  boyuna  uy-

ğunluğu; 2) İşığın sol tərəfdən düşməsi, dəftərin sağ tərəfə 65 dərə-

cəlik  bucaq  altında  qoyulması,  qolun  və  biləyin  sərbəst  fəaliyyət 

                                                 

1

 A.Abdullayev, Y.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. 



Bakı, ―Maarif‖, 1968, səh.68. 


Ağarəhim                                                                                                     Əsərlər 

 

37 



göstərməsi; 3) Yazı prosesində şagirdin ayağının (pəncəsinin) par-

tanın  altında  yerləşdirilmiş  dayanacağa  möhkəm  birləşdirilməsi;   

4) Gözlə dəftər arasında məsafənin 25-30 sm saxlanılması və s. 

Yazını uzun sürən prosesə çevirmək olmaz. Əks təqdirdə uşaq-

larda yorğunluq yaranır, yazıda müxtəlif xarakterli nöqsanlar mey-

dana çıxır. I sinifdə  gigiyenik tələblər şagirdlərə çatdırılır, sonrakı 

siniflərdə isə yeri gəldikcə xatırladır. 

 

7. Yazı prosesində yaranan psixoloji cəhətlər 

 

Yeni təlimə başlayan uşaq üçün yazı sirli bir aləmdir. Bu zehni 



və hərəki proses olmaqla şagirdlərdən möhkəm və dəqiq əl hərəkət-

ləri  tələb  edir.  Buna  baxmayaraq,  onlarda  yazı  vərdişləri  dərsdən-

dərsə  tədricən  yaranır.  Başqa  sözlə,  əl  yazısı  işarələrinin  təsviri 

kimi gərgin prosesin avtomatlaşmış prosesə çevrilməsi başlanır. 

Məlumdur  ki,  yeni  yazmağa  başlayan  uşaq  üçün  pedaqoji-psi-

xoloji  tələblər  həddən  artıq  çoxdur.  O,  bu  tələblərin  hamısını  eyni 

vaxtda  tətbiq  etməyi  bacarmır.  Belə  vəziyyətdə  o,  daxili  psixoloji 

gərginlik keçirir. Bu gərginliyi üç mərhələyə ayırmaq olar: a) hərfin 

elementlərinin öyrədilməsi; b) şagirdin şüurunda hərfin düzgün ob-

razının yaradılması; v) yazı mərhələsi. 

Birinci, şagirdin bütün diqqəti hərfin elementlərinin ayrılmasına 

yönəlir, sonra isə texniki və qrafik qaydaların gözlənilməsinə, dəf-

tərin qoyuluşuna, qələmin tutulmasına və s. cəlb olunur. İkinci, hər-

fin  elementlərinin  düzgün  yazılmasıdır.  Bu  prosesdə  şagird  hərfi 

elementlərə ayırır, onun quruluşunu, digər elementlərdən onun fər-

qini müəyyənləşdirir. Sonra hərəki fəaliyyətə atılır. Bu mərhələlər-

də məktəblini həm hərfin texniki və qrafik cəhətləri, həm də sözün 

semantikası düşündürür. O, tədricən əldə etdiyi bilikləri praktikaya 

şüurlu tətbiq edir. Şüurlu fəaliyyət onu avtomatlaşmış yazıya gəti-

rib çıxarır. 

Yazının mərhələləri əsasən əlifba təlimi dövrünü əhatə etsə də, 

o bəzən hüsnxət məşğələlərində də özünü büruzə verir. II-IV sinif-

lərdə  hüsnxət  məsələsinə  xüsusi saatlar ayrılsa da,  əlifba təlimi və 



Ağarəhim                                                                                                     Əsərlər 

 

38 



əlifbadan sonrakı dövrdə hərflərin kolliqrafik cəhətdən düzgün ya-

zılışına xüsusi əhəmiyyət verirlər. 

Təcrübə göstərir ki,  yazı təlimində bir sıra tələblərə əməl olun-

malıdır. Belə ki: a) yazı təlimində sistem və ardıcıllığın gözlənilmə-

si;  b)  sadədən  mürəkkəbə  prinsipinin  gözlənilməsi;  c)  nümunəvi 

yazıların üzünün köçürülməsi (xüsusilə müəllimin xəttinin hüsnxət 

tələblərinə  cavab  verməsi);  ç)  müəllimin  şagirdlərin  yazısını  diq-

qətlə izləməsi və yol verilən nöqsanlara qarşı müntəzəm mübarizəsi 

və s. 

 

8. Hüsnxət təliminin yolları 



 

Hüsnxət təlimi prosesində müəllim I sinif şagirdlərinin fıziopsi-

xoloji  imkanlarını  nəzərə  almaqla  rəngarəng  yollardan  istifadə  et-

məlidir: 



1. Genetik yol. Bu yazı təlimi asandan çətinə, sadə hərflərin və 

eləcə  də  sözlərin  yazılışından,  mürəkkəb,  çətin  (çox  elementli) 

hərflərin və ya sözlərin yazılmasına aparan yoldur, Genetik yoldan 

necə gəldi istifadə etmək olmaz. Bu işə I sinifdə şagirdlər yazmağı 

bacardıqdan (əlifba təlimindən) sonra başlamaq lazımdır. 

2. Takt yolu. Bu yol sinifdə xüsusi situasiya yaradır. Şagirdləri 

say  altında  yazmağa  həvəsləndirir.  Bəs  bu  iş  necə  aparılmalıdır? 

Müəllim eyni zamanda eyni şeyi yazmağı şagirdlərə tapşırır. Mək-

təblilərin hamısında sürət eyni deyil, ona görə də müəllim bu işi şa-

girdlərin  səviyyəsindən  asılı  olaraq  müxtəlif  variantlarda  apara  bi-

lər:  məsələn,  savad  təlimi  dövründə  müəllim  “bir”,  “iki”  deyir, 

məktəblilər  hərfin  elementlərini,  savad  təlimindən  sonrakı  dövrdə 

bütövlükdə hərfı, II-IV siniflərdə isə bütöv sözü yazmalıdırlar. Belə 

olduqda təlim prosesi maraq doğurur. Takt  altında şagirdlərin  yazı 

sürəti bərabərləşir. 

Beləliklə, onlar tədricən taktla, say altında rabitəli yazı vərdişlə-

rinə yiyələnirlər. 

İndi də yazı təlimi ilə əlaqədar iki dərsin bəzi epizodlarına diq-

qət yetirək. 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə