Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə8/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   4   5   6   7   8   9   10   11   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

24 



nün hansı səslə başlanmasnıı və göstərilmiş q hərfinin adını düzgün 

deyirlər. Sonra müəllim  qar,  quzu,  vaqon,  qoruq,  toyuq,  tonqal 

sözlərini tələffüz edir. Uşaqlar müəllimin tələffuzünə əsasən, q sə-

sinin həmin sözün əvvəlində, ortasında və sonunda gəlməsini bildi-

rirlər.  Müəllim  toyuq  şəklini  göstərir  və  to  hecasını  deməklə  sözü 

tamamlayırlar. Sonra müəllim toyuu... kimi deyir, q səsini uşaqlar 

artırırlar. Uşaqlardan sözün əvvəlində, ortasında və sonunda q səsi 

işlənən söz tapmaları tələb olunur. Onlar sözlərin səs-hərf tərkibinə 

daxilən  nəzər  salır,  onu  başqa  səslərdən  fərqləndirir  və  qala,  qo-

yun, qaş, tonqal, Namiq, qovaq, qazmaq, qovun və s. sözlərinin 

adlarını çəkir və yeni səsin harada işləndiyini göstərirlər. 

Müəliim şagirdlərin diqqətini dərslikdəki şəklə yönəldir və oğ-

lana ―Qədir‖ adı verir. Sonra sinfə müraciətlə: 

— Qədir nə edir? — deyə soruşur. 

— Qədir qazları qovur

— Doğrudur. Uşaqlar, siz ―Qədir qazları qovur‖ cümləsini qur-

dunuz. Kim deyər, bu cümlədə neçə söz var? 

Şagirdlər  diqqətlə  şəklə  baxaraq,  cümləni  bir  də  səssiz  təkrar 

edirlər. 

— Bu cümlədə üç söz var. 

— Qədir qazları qovur cümləsini sözlərə ayırın. 

— Qədir, qazları, qovur. 

Müəllim Qədir sözünü Qə-dir kimi hecalara ayırır və tələffuz 

edir. Şagirdlər də müəllimə baxaraq onu olduğu kimi təqlid edirlər. 

Sonra müəllim  hecasını deyir, məktəblilər dir hecasını artı-

rırlar. Beləliklə, şagirdlər sözün əvvəlində, ortasında və sonunda Q 

səsinin ayrılması və qısa tələffuzü üzrə məşq edirlər. 

Tədqiqat göstərir ki, qo, qa, qu və s. kimi açıq hecalarda mək-

təblilər  sözlərin  ayrılmasında  çətinlik  çəkirlər.  Bu  baxımdan 

S.P.Redozubov qeyd edir ki, təlimin ilk mərhələsində uşaqlar üçün 

ən çətin, eyni zamanda ən vacib açıq hecaların oxunması və sözlə-

rin  tərtibidir.  Şagirdlər  əks  halda  sait  səslərin  tələffıizündən  sonra 

asanlıqla  samitləri  deyirlər.  Beləliklə  də  uşaqlar  açıq  hecaların  tə-

ləffüzündən təbii şəkildə bütöv sözün tələffüzünə doğru gedirlər. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

25 



Nəhayət,  müəllim  quş,  qovun,  quzu,  vaqon,  zanbaq  şəkilləri 

göstərir və onların adlarını soruşur. 

Uşaqlar əşya adlarını bildirdikdə müəllim q səsinin yerini xəbər 

alır. Onlar çətinlik çəkdikdə müəllim tərəfindən sözlər hecalara ay-

rılır. Q səsinin yeri müəyyənləşdirilir. Bundan sonra şagirdlər q sə-

sini  bildirən hərfi kəsmə əlifbadan tapıb  göstərirlər. Onlar tanıma-

dıqda müəllim özü yeni hərfi göstərir. 

Müəllimin  tələbi  ilə  uşaqlar  quzu,  Qədir,  qayıq,  qovaq  və  s. 

sözləri kəsmə əlifba ilə düzüm lövhəsində yerləşdirirlər. Kim səhvə 

yol verirsə, yoldaşı ona köməyə gəlir. Qədir sözünün ilk hərfi kiçik 

hərflə başladıqda insan adiarının böyük hərflə yazılması qaydası bir 

daha xatırladılır. Sözün əvvəlində kiçik q hərfi böyüyü ilə əvəz olu-

nur. Uşaqlar belə bir məlumata yiyələndikdən sonra q səsi və hərfi-

nin müxtəlif hecalarda oxunması üzrə iş gedir. Məktəblilər q səsini 

hər  dəfə  yeni  əlaqələrə,  yeni  birləşmələrə  daxil  edirlər:  məsələn, 

qo-vaq, qa-tar, va-qon, Qə-mər, qaz-lar və s. 

Bu prosesdən sonra müəllimin tapşırığı ilə dərsliyin sütunların-

dakı  sözlər  və  mətn  bir  neçə  dəfə  oxunur.  Ən  nəhayət,  uşaqların 

diqqəti səhifənin aşağısında verilmiş şəkillərə yönəldilir. Şəkillərin 

altında yazılmış sözlərdə buraxılmış hecalar tapılıb nöqtələrin yeri-

nə artırılır. Şagirdlər tapşırığı icra edirlər. 



P səsinin və hərfinin öyrədilməsi. 

P səsi və hərfi öyrədilərkən ―Əlifba‖ dərsliyindəki müvafiq sə-

hifədə verilmiş şəkil üzrə müsahibə aparılır. Bu zaman  Pəri  pam-

bıq  toplayır  cümləsinə  istinad  edilir.  Sonra  şagirdlərə  müraciət 

olunur: 


— Uşaqlar, Pəri pambıq toplayır cümləsində neçə söz var? 

— Üç söz: Pəri, pambıq, toplayır. 

 Pəri sözü deyilərkən ilk dəfə hansı səs eşidilir? 

— P səsi. 

— Bəs pambıq sözünü deyəndə? 

— Onda da ilk dəfə p səsi eşidilir. 

— Uşaqlar, fıkir verin. Toplayır sözünü tələffüz edəndə səsi 

sözün harasında eşidilir? 




Ağarəhim                                                                                                     Əsərlər 

 

26 



— Toplayır sözündə p səsi sözün ortasında eşidilir. 

— Doğrudur. İndi isə elə sözlər deyin ki, p səsi sözün əvvəlində 

gəlsin. 

— Palto, parta, palaz, pomidor, porsuq və s. 

— Doğrudur. Fikiriəşib elə sözlər tapın ki, p səsi sözün ortasın-

da işlənsin. 

— Çəpiş, qarpız, torpaq və s. 

— İndi də sözün sonunda p səsi işlənən sözlər deyin. 

— Turp, ip, tap, top və s. 

— Uşaqlar, fikir verin, görün ip, tap, top sözlərini necə tələffuz 

edirəm. 

— İ...ap, tooo..p, taaa..p. 

— İ, -to, -ta hecalarını deyəndə ağız aralanır, p səsinin tələffü-

zündə isə dilin ucu üst damağa tərəf (qarşıdakı üst dişlərin arxasına 

doğru) uzanır, dodaqlar bir-birinə qapanır, sonra hava axını (partla-

yışı) nəticəsində dodaqlar aralanır, p səsi əmələ gəlir. 

Şagirdlər p hərfıni əlifba kassasından götürürlər. 

Müəllim başa salır ki, Pəri,  pamhıq,  top və s. sözləri deyirik. 

Bu sözlərdəki səsləri eşidirik. Başqa səslər kimi p  da qulağımızda 

səslənir.  Biz  bunları  eşitdiyimiz  kimi  tələffüz  edirik.  İndi  isə  siz 

əlifba  kassasından  p-nın  çap  şəklini  götürmüsünüz.  Biz  bu  p-nı 

gördüyümüz  üçün  onu  hərf  adlandırırıq.  Kitab  oxuyarkən  hərflər-

dən istifadə edirik. 

Şagirdlərdən biri düzüm lövhəsində papaq sözünü hecalarla dü-

zür, sonra oxuyur. 

— Papaq sözündə neçə heca var? 

— İki heca. 

— Hansılardır? 

— Pa-paq. 

— Nədən bildiniz ki, bu sözdə iki heca var? 

— Papaq sözündə iki sait var. 

Başqa bir şagird: 

— Sözdə neçə sait varsa, o qədər də heca olur. 

— Hər ikinizin cavabı doğrudur. Bu sözü necə oxumaq lazım-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə