Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə9/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   5   6   7   8   9   10   11   12   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

27 



dır? 

— Hecalarla. 

— Oxu görüm. 

— Pa-paq. 

Müəllimin  köməyi  ilə  şagirdlər  pomidor,  pambıq,  palıd,  lalə 

və  s.  sözləri  hecalarla  deyir  və  düzüm  taxtasında  kəsmə  əlifba  ilə 

düzürlər. Tədricən şagirdlər Polad pambıq yığır və s. kimi cümlə-

ləri kəsmə əlifba ilə yazırlar. Onlar Polad sözünü yenə kiçik hərflə 

başladıqda, müəllim insan adlarının yazılışı və cümlənin ilk sözün-

dəki  ilk  hərfın  böyüklə  başlanması  qaydasını  xatırladır.  Şagirdlər 

öz səhvlərini özləri düzəldirlər. Bundan sonra onlar dərsliyin sütun-

larında verilmiş sözləri və mətnləri oxuyurlar. İşin sonunda səhifə-

nin aşağısında verilmiş əşya şəkillərinin adlarında buraxılmış heca-

ları yerinə qoyub, sözləri tamamlamaq tələb olunur. 



Ü səsi və hərflnin öyrədilməsi. 

Bu mövzunun tədrisinə müəllim ütü təsvir olunmuş şəklin mü-

şahidəsi ilə başlayır. Şagirdlər şəklə baxırlar. Müəllim əşyanın adı-

nı soruşur. Məktəblilər ütü deyə cavab verirlər. 

Müəllim onlara müraciətlə deyir: 

— Ütü sözünü gəlin birlikdə tələffüz edək, görək o neçə heca-

dan ibarətdir. 

Şagirdlər müəllimin ağzına baxaraq tələffüz edirlər. 

— Ü-tü. 

— Birinci heca hansıdır? 

— Ü. 

— Bəs ikinci? 



— Tü. 

— Birinci heca neçə səsdən ibarətdir? 

— Bir səsdən: Ü

— Bəs ikinci heca? 

— İki səsdən: 

Müəllim şagirdlərin diqqətini dərslikdəki şəklə yönəldərək: 

— Uşaqlar, qız nə edir? — deyə soruşur. 

— Qız paltar ütüləyir. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

28 



— ―Qız paltar ütüləyir‖ cümləsində yeni səs hansı sözdə işlən-

mişdir? 


— Ütüləyir. 

— Yaxşı, bu sözü hecalara ayırm. 

— Ü-tü-lə-yir. 

— Bu sözdə neçə heca var? 

— Dörd heca. 

— Ele sözlər deyin ki, əvvəlində Ü səsi işlənsin. 

— Ütü, üzüm, üzük, ülgüc, ürək, üzmək və s. 

Bu  sözləri  şagirdlər  də  hecalara  ayırırlar.  Sonra  onlardan  orta-

sında və sonunda ü səsi işlənən sözləri tapmaq tələb olunur. Uşaq-

lar küçə, gül, sünbül, Ülkər, tülkü, sürü sözlərini deyir və bu söz-

ləri hecalara ayırırlar. Müəllim ütü,  üç sözlərinin tələffüzünü uza-

daraq deyir: ü, ü, ü, tü, ü, ü, üç. 

Sonra maşının necə siqnal verdiyini soruşur. Şagirdlər bildirir-

lər ki, maşm düüüt, düüt şəklində siqnal verir. 

— Uşaqlar, biz ü səsini deyərkən dodaqlarımız bir qədər qaba-

ğa uzanır, kiçik dairəvi şəkil alır. Hava ağzımızda heç bir maneəyə 

rast gəlmədən sərbəst şəkildə çıxır. Beləliklə, ü səsı tələffüz olunur. 

Bu səs dilimizdəki saitlərdən biridir. 

Müəllim əlifba kassasından böyük və kiçik ü hərfini çıxararaq: 

Uşaqlar, biz bu gün ü hərfıni öyrənmişik, — deyir. 

— Bunlar da onun işarə olunduğu hərflərdir: Ü, ü. Böyük kar-

toçkadakı hərf böyük Ü, kiçikdəki isə kiçik ü-dür. Biz səsləri deyi-

rik, eşidirik, hərfləri isə görürük, yazırıq. 

Müəllim ütü, üzüm, sürü, Süsən sözlərini kəsmə əlifba ilə dü-

züm lövhəsində eyni vaxtda dörd şagirdə düzdürür. Qalanlar da öz 

əlifba kassalarından və düzüm lövhəsindən istifadə edərək müstəqil 

işləyir. 

Müəllim şagirdlərin işlərinə nəzarət edir, səhvə yol verəni sinfin 

ümumi düzüm lövhəsində işlədir. Hər dəfə bir sözdən başqa sözün 

düzülməsi  üzrə  iş  gedir:  məsələn;  bülbül  sözündən  sünbül  sözü 

yaradılır. 

Sonra -kü,  -sü, -çük,  -rü və s. hecalarına heca cədvəlində mü-




Ağarəhim                                                                                                     Əsərlər 

 

29 



vafiq heca artırmaqla sözlərin tərkibi üzrə işlər aparılır. Bu proses-

də  şagirdlər  fikirləşib  hecaların  hər  birinə  cədvəldən  uyğun  gələni 

tapıb, onları müxtəlif əlaqələrdə birləşdirir, iki, üç hissəcikdən (he-

cadan)  müəyyən  mənalı  sözlər  yaradır.  Beləliklə,  bir  tərəfdən  şa-

girdlər  sözlərin  səs-heca  tərkibini  öyrənir,  digər  tərəfdən  onların 

mənasını düzgün anlayırlar. 

Sonra müəllim Süsən sünbül yığır cümləsini deyir və məktəb-

lilərə düzüm lövhəsində həmin cümləni düzmək tapşırılır. 

Məlumdur ki, savad təlimi dövründə uşaqlar səs və hərfiərlə ta-

nış olduqdan sonra səs təhlil-tərkib oxu mərhələsi başlanır. 

Tədricən oxunun düzgünlüyü, sürəti, ifadəliliyi, şüurluluğü yük-

səlir, şagirdlərin nitq və təfəkkürü inkişaf etməyə başlayır. 

 

4. Savad təlimi dövründə şagirdlərdə oxu vərdişləri  

aşılanması prosesində yol verilən nöqsanlar 

 

I sinifdə oxu təlimi sahəsində müvəffəqiyyətli nəticələr əldə et-



mək üçün savad təlimi dövründə yol verilən nöqsanları araşdırmaq, 

dəqiq qeydə almaq zərurəti meydana çıxır. Təcrübə göstərir ki, hə-

min nöqsanları üç qrupa ayırmaq mümkündür. 

1. Müəllimlərin fəaliyyəti ilə bağlı olmayan nöqsanlar: 

— bəzi məktəblərdə savad təlimi üçün normal şərait yaradılma-

ması; 

—  proqram  və  dərsliyin  şagirdlərin  idrak  səviyyəsinə  tam  uy-



ğun qurulmaması; 

— müəllimlərə istiqamət verəcək zəruri metodik ədəbiyyatın ol-

maması; 

— siniflərin əyani-texniki vasitələrlə, didaktik materiallarla tə-

min edilməməsi; 

— maarif işçilərinin, məktəb rəhbərlərinin bu sahədə təsəvvür-

lərinin aydm olmaması və bu işə məsuliyyətsiz yanaşılması və s. 

2. Müəllimlərin fəaliyyəti ilə əlaqədar nöqsanlar. 

Bəzi müəllimlərin: 

—  savad  təliminin  vəzifələrini,  təşkilini  aydm  təsəvvür  etmə-



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə