Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə152/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   146   147   148   149   150   151   152   153   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

456 



 

8. İnşaların kollektiv müzakirəsinin monoloji nitqin 

inkişafına təsiri 

 

İnşaların kollektiv müzakirəsi şagirdlərin obyekt haqqındakı bi-



liklərinin  genişlənməsinə  və  dərinləşməsinə,  dinləmək  qabiliyyəti-

nin formalaşmasına və ən başlıcası, monoloji nitqlərinin inkişafına 

əsaslı  təsir  göstərir.  İbtidai  siniflərdə  bu  işin  normal  təşkili  üçün 

müəllim  şagirdlərin  buraxdıqları  səhvləri  və  müvəffəqiyyətləri  şa-

gird kollektivinin birgə səyi ilə meydana çıxarmalıdır. Adətən, I si-

nifdə şagirdlər belə müzakirələrdə fəal iştirak edə bilmirlər. II sinif-

də şagirdlər tədricən bu işə alışır, dərs ilinin axırlarına yaxın müstə-

qil  fikirlər  irəli  sürə  bilirlər.  Tutaq  ki,  III  sinif  şagirdləri  ―Payızda 

meyvə  toplanışı‖  mövzusunda  süjetli  şəkil  üzrə  şifahi  hekayə  qur-

malıdırlar.  Şəkil  nümayiş  etdirilməzdən  əvvəl  müəllim  şagirdlərin 

məlum  biliklərinə  əsasən,  meyvə  bağının  ümümi  görünüşü,  bağda 

yetişən meyvələr, onların adı, rəngi, forması, iyi, dadı, nə ilə və ne-

cə  dərilməsi,  yeşiklərə  doldurulması,  insanlara  faydası  haqqında 

xəbər alır. Sonra şagirdlərə ―Payızda meyvə toplanışı mövzusunda 

şəkil təqdim olunur. Müsahibə əsasında şəklin məzmunu açılır. Nə-

hayət,  danışmaq  təklif  olunur.  Bu  prosesdə  qüvvəli  şagirdlərin  bir 

neçəsinin monoloji nitqi (qurduğu hekayə) maqnitofon lentinə yazı-

lır, işin sonunda ən yaxşı hekayələrdən bir-ikisi kollektiv təhlil olu-

nur. Müzakirə prosesində şagirdlərə mümkün qədər şifahi nitqin tə-

ləbləri mənimsədilir, öz nitqlərinə  tənqidi münasibət  bəsləmək ba-

carığı aşılanır. Belə olduqda şagirdlərin monoloji nitq vərdişlərinin 

inkişaf  etdirilməsi  üzrə  işlərin  effekti  artır.  A.D.Alferov  bu  cəhəti 

xüsusi  qeyd  edərək  yazmışdır  ki,  hər  bir  şifahi  inşa  bütün  siniflə 

birlikdə təhlil edilməlidir. Belə olduqda inşa üzərində iş ümumi xa-

rakter alır və uşaqların hamısı birlikdə bir-birilə mübahisə edə-edə 

müəllimin rəhbərliyi altında fikri ifadə etmək üçün işin həqiqi pri-

yomlarını öyrənirlər. 

Şagirdlər  müzakirə  zamanı  başqalarının  nitqini  dinləmək,  ona 

tənqidi  münasibət  bəsləmək,  onun  zəif  və  nöqsanlı  cəhətlərini  tut-



Ağarəhim                                                                                                     Əsərlər 

 

457 



maq, müsbət formadan nümunə götürmək üzrə bacarıq və vərdişlər 

qazanmalıdırlar. 

Şifahi hekayələr təhlil olunarkən şagirdlər onun məzmununa, fi-

kirlərin məntiqi ardıcıllığına, söz və ifadələrin yerində işlənməsinə, 

cümlələrin üslubi cəhətdən düzgün tərtibinə, danışığın ifadəliliyinə, 

ədəbi  tələffüz  qaydalarının  gözlənilməsinə,  danışanın  davranışına 

diqqət yetirilməlidir. Oradakı nöqsan və nailiyyətlər şərh olunmalı-

dır. Şifahi ifadə vasitələri, hər şeydən əvvəl, rabitəli nitq vərdişləri-

nin inkişafı sisteminə uyğun olmalıdır. 

Şagirdlər bu işə alışdıqdan sonra onların  şifahi  nitqin  ayrı-ayrı 

kompozisiya formaları ilə əlaqədar ifadə vasitələrindən necə istifa-

də  edə  biləcəkləri  üzrə  təhlil  aparılmalıdır.  Təhlil  prosesində  bəzi 

suallara cavablar axtarılmalıdır. Nağıletmənin tonu mətnin məzmu-

nuna uyğun gəlirmi? Jestlər başlıca fikri dinləyiçiyə çatdırmağa kö-

mək göstərirmi? Nağıletmənin sürəti, onun müəyyən yerlərdə azal-

dılıb çoxaldılması özünü doğruldurmu? Bəzi şagirdlər öz fərdi xü-

susiyyətlərinə müvafiq utancaqlıqdan  əl  çəkə bilərlərmi? Şagirdlər 

danışana  reaksiya  verirlərmi?  Fikirlərini  yenidən  qura  bilirlərmi? 

Hansı hissləri keçirirlər? və s. 

Şagirdlərə danışarkən düz dayanmaq, məzmuna uyğun mimika, 

jest seçmək, artıq hərəkətlərə yol verməmək və s. kimi şifahi nitqin 

mühüm şərtləri çatdırılmalıdır. 

Uşaqlarda başqalarının nitqini dinləmək bacarığının aşılanması-

na  da  diqqət  yetirilməlidir.  Bu  məqsədlə  onlara  əvvəlcədən  bəzi 

tapşırıqlar  verilməlidir.  Adətən,  şagirdlər  tapşırıqların  hamısını 

yadlarında  saxlayaraq,  müşahidə  aparmağı  bacarmırlar.  Ona  görə 

də sinifdəki şagirdləri bir neçə qrupa ayırıb, birinciyə göy, hava və 

günəş, ikinciyə ağaclar, yarpaqlar, otlar və çiçəklər, üçüncüyə hey-

vanlar, quşlar və həşəratlar, dördüncüyə insanların əməyinə danışa-

nın şəxsi münasibət bildirməsi, onun davranışı, beşinciyə  müxtəlif 

ifadə  vasitələrindən  necə  istifadə  etmələri  üzrə  tapşırıqlar  vermək 

olar. Şagirdlər hekayəni axıra qədər dinləyərək tapşırıqlar əsasında 

cavablar  hazırlayırlar.  Hər  kəs  yoldaşının  qurduğu  hekayəyə  öz 

münasibətini, nöqteyi-nəzərini bildirməyə can atır. Beləliklə, sinif-




Ağarəhim                                                                                                     Əsərlər 

 

458 



də xüsusi bir aləm yaranır. Hekayənin zəif və uğurlu cəhətləri kol-

lektivin birgə səyi ilə aşkar edilir. 

Müəllim hər bir şagirdin cavabını izləyir, onun münasibətini öy-

rənir,  qeydə  alır,  işin  sonunda  cavabları  ümumiləşdirir,  öz  sözünü 

deyir, şagirdlərdə özünə inam yaradır. Onlarda tədricən özünün və 

yoldaşının nitqinə tənqidi münasibət bildirmək bacarıqları formala-

şır. Hər biri özü üçün nəticə çıxarır, gələcəkdə belə nöqsanlara qa-

yıtmamağı  çalışır.  A.D.Alferov  göstərir  ki,  belə  hallarda  ilk  söz 

qüvvətli  şagirdlərə  verilməlidir.  Danışığından  razı  qaldınmı?  İstə-

diklərinin hamısını dedinmi? Daha yaxşı nağıl etmək üçün nə etmə-

lisən? Sənin nitqinin güclü və zəif cəhətləri hansılardır? Belə sual-

lar  vasitəsilə  şagirdlər  öz  nitqlərinə  həssaslıqla  yanaşır,  onun  zəif 

və  qüvvətli  cəhətlərini  tez  başa  düşür,  zəruri  nəticələr  çıxarmağa 

alışırlar.  Sinifdə  isə  yüksək  əhval-ruhiyyə  yaranır,  fikir  söyləmək 

arzusu baş qaldırır. Tədricən zəif və orta səviyyəli şagirdlər də işə 

qoşulurlar. Şifahi inşa üzrə iş prosesində danışanın sözünü kəsmək 

olmaz.  Müəllim  qeydlər  aparmalı,  fikrini  sonra  söyləməlidir.  Şa-

girdlərin  nitqinin  kəsilməsi  real,  canlı  ünsiyyət  situasiyasını  dağı-

dır, işə süni xarakter verir, şagirdi yoldaşları yanında danışmaqdan 

məhrum  edir.  Müəllim  şagirdin  monoloji  nitqinə  öz  münasibətini 

bildirərkən onun fikrini heçə endirməyə  çalışmamalı, əksinə şagir-

din nöqteyi-nəzərini qiymətləndirməyi, onunda şərik olduğunu bil-

dirməyi bacarmalıdır. 

Şifahi hekayələrin təhlili sinifdəki bütün şagirdlərin nitq inkişafı 

haqqında söz deməyə imkan yaradır. Bu prosesdə şagirdlər bir tə-

rəfdən mövzu üzrə geniş məlumata yiyələnir, hadisənin  yerini,  ge-

dişini,  inkişaf  dinamikasını,  surətlərin  hərəkətini,  finalını  öyrənir, 

digər  tərəfdən  onların  lüğət  ehtiyatı  zənginləşir,  cümlə  qurma  vər-

dişləri formalaşır, inşaların həcmi  genişlənir, hekayənin  məzmunu 

incəliklərinə  qədər  açılır,  əşya  və  hadisələrin  daxili  və  xarici  əla-

mətləri, xarakterik  xüsusiyyətləri  göstərilir. Hekayənin dil tərtibatı 

xeyli yüksəlir, fikir səlis, aydın, dəqiq, ahəngdar, obrazlı və mono-

loji şəkildə təzahür olunur. Artıq məsələlərə yol verilmir. 

İbtidai  siniflərdə  oxunmuş  materiallar,  şəkillər,  təbiət  üzərində 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə