Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə151/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   146   147   148   149   150   151   152   153   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

453 



məz hadisə‖, ―Tətilin ən maraqlı günü‖, ―Yaşıllıqları necə qoruyu-

ruq‖, ―Neft mədənində nə gördük‖, ―Bizim futbol komandamız‖ və 

s.) mövzu yazıb şagirdlərə xoşladıqlarını seçdirmək və bu xüsusda 

danışdırmaq monoloji nitqin inkişafı nöqteyi-nəzərindən çox fayda-

lıdır. Bu prosesdə şagirdlər öz istədikləri, arzuladıqları əsasında bil-

diklərini  həyəcanla,  emosiya  ilə  danışdılar.  Lakin  bundan  həmişə 

istifadə etmək yaxşı nəticə verməz. Buna adət etsələr, sonralar tələb 

olunan mövzularda inşa qurmaqda çətinlik çəkərlər. 

Ona  görə  də  şəxsi  təcrübələri  əsasındakı  inşalar  həyatımızın, 

məişətimizin mümkün qədər müxtəlif sahələrini əhatə etməlidir. 

Ümumiyyətlə,  deyilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  şa-

girdlərə şəxsi təcrübələri əsasında inşalar aşağıdakı sistem və ardı-

cıllıqla qurdurulmalıdır: 

1. Xatırladıcı sualların köməyi ilə yaxın və uzaq zamanlarda hə-

yatlarında baş vermiş hadisələr üzrə hekayələrin qurdurulması; 

2. Prosesi açan sualların köməyi ilə uşaqların əməyi üzrə heka-

yələrin tərtibi; 

3.  Şagirdlərə  oyunları,  əyləncələri  əsasında  müstəqil  hekayələ-

rin qurdurulması; 

4. Şagirdlərin başlarına gələn qorxunc hadisələr əsasında heka-

yənin qurdurulması; 

5.  Şagirdlərin  başlarına  gələn  məzəli  əhvalatlar  əsasında  heka-

yələrin qurdurulması və s. 

 

7. Mühakimə xarakterli monoloji nitq 

 

Mühakimə məntiqi ardıcıllıqla ifadə edilən bir sıra fikirlərin əq-



li nəticəsi olub, hər hansı bir şey və şəxs haqqında düşünməkdir. O, 

monoloji nitqin nəqli və təsvir janrları kimi,  yalnız məlum faktları 

təfsilatı ilə sadalamaqla, hər hansı portretin məlum cizgilərini xatır-

latmaqla  məşğul  olmur.  Doğrudur,  mühakimədə  də  bəzi  məlum 

faktlar, hissələr göstərilir. Lakin bünlar, məzmunun açılışı üçün zə-

min  yaradan  köklər,  rişələr  funksiyası  daşıyır.  Mühakimə  yalnız 

ağıla,  məntiqi  təfəkkürə  və  inama  əsaslanır,  hadisələrin  hansı  za-



Ağarəhim                                                                                                     Əsərlər 

 

454 



manda  təzahürü  onu  düşündürmür.  Bu  baxımdan  mühakimə  sər-

bəstdir.  Bununla  belə  mühakimənin  özü  də  qarşıya  qoyulmuş  hər 

hansı problemdən doğur. Deməli, mühakimə üçün şagird qarşısında 

problemi  həll  etmək  üçün  müəyyən  ehtimallar  irəli  sürür.  ―Nə 

üçün?‖, ―Hansı səbəbə görə?‖, ―Hansı inandırıcıdır?‖, ―Nə etməli?‖ 

və s. kimi suallara cavablar axtarır. Özünün düşüncə və səyi nəticə-

sində əldə etdiyi faktları təfəkkür süzgəcindən keçirir, qruplaşdırır, 

ümumiləşdirib  əqli  nəticələrə  gəlir,  inandırıcı  və  məntiqi  fikirlər 

sistemi yaradır. 

Oxunmuş  material,  müşahidə,  şəkil  və  şəxsi  təcrübə  əsasında, 

yaxud bir qism sərbəst inşalarda mühakimə elementləri olsa da, on-

ları mühakimə xarakterli inşa adlandırmaq olmaz. Ona görə də mü-

hakimə xarakterli inşa tərtib etdirərkən başlıca diqqət mövzusunun 

seçilməsinə yönəldilməlidir. Belə ki, sərlövhə şagirdləri problemlə 

qarşılaşdırmalı,  mühakimə  yürütməyə  məcbur  etməlidir:  ―Sadiq 

dost kim ola bilər?‖, ―Mən vətənimizi nə üçün sevirəm?‖, ―Kəndi-

mizin  sabahı‖,  ―Mən  kim  olacağam?‖,  ―Müəllim  nə  üçün  bizim 

qayğımıza  qalır?‖,  ―Biz  dirrikdə  necə  işləyəcəyik‖,  ―Yay  tətilini 

Göy göldə keçirəcəyik‖ və s. 

Təcrübə  göstərir  ki,  mühakimə  xarakterli  inşanın  mövzusunu 

müəyyənləşdirmək hələ işin hamısı deyildir. Bunun üçün şagirdlər-

də  aydın  təsəvvür  yaratmaq,  əsas  məzmuna  dərindən  nüfuz  etmək 

üçün onlara müəyyən ideya və istiqamət verilməlidir. Başqa sözlə, 

III-IV sinif şagirdləri mövzu ilə bağlı fikri axtarışlara cəlb olunma-

lıdırlar. Qabaqcıl müəllimlər bu işin müxtəlif variantlarından istifa-

də edirlər. Məsələn, tutaq ki, III sinifdə yazı taxtasının yuxarı hissə-

sində ―Uşaqlar meşədə yolu necə tapdılar?‖ mövzusunu və aşağıda 

inşanın sonuncu ―Çətinliklə də olsa uşaqlar meşədən kəndə gedən 

yolu tapıblar‖ cümləsi yazılır. Şagirdlər mövzunu və cümləni oxu-

yur,  fikirləşir,  başlıqdan  sonluğa  qədərki  mərhələni  axtarır,  nə  isə 

yeni  bir  şey  qurmağa  çalışırlar.  Onlar  çətinlik  çəkdikdə  məzmuna 

istiqamətləndirici  ―Görəsən,  uşaqlar  meşədə  nə  üçün  yolu  itirmiş-

lər?‖, ―Meşədə hansı işlərlə məşğul olmuşlar?‖, ―Yolu tapmaq üçün 

çoxmu əziyyət çəkmişlər?‖, ―Bəs necə olmuşdur ki, onlar yolu tap-




Ağarəhim                                                                                                     Əsərlər 

 

455 



mışlar?‖ və s. kimi suallar verilir. Beləliklə, şagirdlər artıq məlum 

faktları  sadalamaqla  hadisənin  müəyyən  hissəsini  təsvir  etməli  ol-

mur,  əksinə  müstəqil  və  məntiqi  təfəkkürə  əsaslanaraq,  daha  çox 

yaradıcılıq fəaliyyəti göstərirlər. Bir neçə məlum faktın köməyi ilə 

mövzunu ideya istiqamətinə uyğun ehtimallar irəli sürürlər. Müxtə-

lif detallar arasında möhkəm məntiqi əlaqə yaradır, sistem hazırla-

yır, inşa qururlar. 

Mövzu  və  sonluq  şagirdlərin  düşüncələrini  əvvəlcədən  qarşıya 

qoyulmuş məqsədə düzgün istiqamətləndirmişdir. Ona görə də şa-

girdlərin  hər  biri  canlı,  yaradıcı  inşalar  qururlar.  Hər  birinin  inşa-

sında mühakimə elementləri özünü göstərir. 

Yaxud  IV  sinifdə  müəllim  yazı  taxtasına  qurulacaq  inşanın 

mövzu və başlanğıcını yazır: 

Sürü necə xilas oldu? 

Payız fəslidir. Sürü meşənin kənarındakı talada otlayırdı. Birdən 

sürü hürkdü. Çoban yapıncısını soyundu. Alabaş yerindən sıçradı... 

Mövzu və başlanğıc bir növ fraza olur, şagirdləri düşünmək, ax-

tarmaq  vəzifəsilə  qarşılaşdırır.  Bu  zaman  şagirdlər  inşanın  inkişaf 

istiqamətini  müəyyənləşdirir,  hadisənin  fabulasını,  kulminasiya 

nöqtəsini, fınalını mühakimənin köməyi ilə verməyə çalışırlar. 

Ola bilər ki, III-IV siniflərdə müəllim inşanın fabulasını özündə 

əks etdirən mövzunu və onun ətrafında şagirdləri mühakimə yürüt-

məyə təhrik edən sualları (və ya planı) yazı taxtasına yazsın. Sonra 

həmin  sualın  (planın)  hər  bir  maddəsinə  aid  ətraflı  cavab  hazırla-

mağı şagirdlərdən tələb etsin. 

Təcrübə göstərir ki, belə priyomların müntəzəm tətbiqi əsasında 

şagirdlərin hamısı öz düşüncələrini, hiss və həyəcanlarını, əşya və 

hadisələrə  münasibətini  inşaya  daxil  edirlər.  Nəticədə  hər  bir  inşa 

müstəqil təfəkkürün məhsulu kimi meydana çıxır. 

 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə