59
qıfıllamışdım. Günlərin birində bu otağın havasını dəyişən-
də radiostansiyanın və generatorun istismarı qaydalarına
dair təlimat kitabları əlimə keçdi. Bu kitabları bəlkə də 50
dəfə oxudum. Oxudum və radiostansiyanı quraşdırmaq qə-
rarına gəldim. Özümə bir-iki cavan yardımçı götürüb ava-
danlıqları və cihazları bayıra çıxardım. Otağı səliqəyə salıb
təlimata uyğun olaraq stansiyanı yenidən quraşdırmağa baş-
ladım. Fəyyaz bizə dizel yanacağı gətirdi. Akkumulyatorları
doldurmağa göndərdim və yenilərini aldırdım. İlk olaraq, ən
çox əziyyət çəkənim və köməkçim İsmilgilin evinə kabel
çəkdik. Məndən 25 yaş kiçik olmasına baxmayaraq İsmillə
əməlli-başlı simsarlaşmışdıq. İndi günün istənilən vaxtı İs-
millə sərbəstcə danışa bilirdik. Bu əsl telefon idi. Xəttin hər
iki ucunda dinamik, mikrofon və düymə var idi. Düyməni
açaraq danışa və dinləyə bilirdin. Camaat bizim bu ixtira-
mızdan ildırım sürətilə xəbər tutdu. Hamı bir-biriylə tele-
fonla danışmaq üçün xəttin uclarındakı yerlərini dəyişirdilər.
Kabellərin çatdığı qədər 5, sonra 15, daha sonra 25 evə
“radio” çəkdik. Yerdə qalan qırıq kabelləri calayıb, rayondan
əlavə kabellər aldıq və kəndin bütün 36 evinin kabelləşmə-
sini – radiolaşdırılmasını başa çatdırdıq. “Komutator” ota-
ğımdakı hər işıq düyməsinin altında telefonun o biri ucunun
ünvanını səliqəylə yazmışdım. İşıq yanan kimi bilirdim ki,
“zəng” vuran hansı evdəndir, düyməni basıb onunla aydın
danışırdım. Və onun sifarişini asanlıqla başqasına çatdırır-
dım. Danışıqlarımız çox bəsit olurdu. Məsələn, Fədail dayı: –
“Dostəli, bala, qadanı alım, Aşa oğlu Ələmdara de, sabah
oğlu Etibarı mənə versin qaratikan qırmağa gedək”. Ya da,
Çimnaz xala zəng vururdu, – “Başına dönüm, Süsənbərə de
ertədən tez gəlsin, sac asacağam, yuxa salaq”. Bu radio
60
kəndin qüruruna çevrildi. Amma bir narahatlıq var idi, onu
da Qəniş ağa yaman qabardırdı:
– Sizin bu radiodu, telefondu nədi, bütün kəndi bir-
birindən soyudub. İnsanlar tənbəlləşib, daha qonşu qonşu-
nun halını radioyla soruşur. Bax Əhməd, sən axırıncı dəfə
bizə nə vaxt gəlmisən.
Əhməd:
– Keçən həftə.
Qəniş ağa:
– Amma radio çıxmamışdan qabaq hər axşam ya siz bizə
gələrdiniz, ya da biz sizə. Bəlkə düz demirəm?
Əhməd:
– Əşşi indi halını gündə yüz dəfə soruşuram, vallah belə
daha rahatdır.
Mən Qəniş ağanın fikriylə razılaşırdım. Mənim bu
“icadım” kəndin əvvəlki təbii harmoniyasını pozmaqdaydı.
Elə özümdən götürürəm ki, evim əvvəlki kimi qonaqlı-qaralı
deyildi və radionun tablosu arxasında oturub onu-buna,
bunu-ona calamaqdan bezirdim.
Tez-tez rayona düşüb ATS-dən bu ministansiyanı tək-
milləşdirmək yollarını arayırdım. Öz pulumdan xərcləyib
avtomatik qoşulmanı təmin etdim. İndi hər kəs istədiyi evi
sərbəstcə yığıb telefonla danışa bilirdi. Lakin bir qüsur daha
var idi, o da, cihazların və stansiyanın elektrik təchizatı ilə
etibarlı və fasiləsiz təminatı idi. Buna da əncam tapıldı – “Hi-
dayət” bulağının bütün arxlarını birləşdirib qıjnov düzəltdik
və üzərində su dəyirmanı quraşdırdıq. İndi burda həm
elektrik istehsal edir, həm də un üyüdürdük. Kəndin bütün
evlərini elektriklə təchiz etdik. Təəssüf ki, bu, ancaq gecələr
işıqlandırmaya kifayət edirdi və işıq dayanmadan əsib ada-
61
mı hirsləndirirdi. Nəticədə kerosinə və dizelə olan tələbat
xeyli azalmışdı. Kəndin cavanları qonşu kəndlərdə Xırnaz-
dan olduqları üçün ədəbazlıq edirdilər – axı onların kəndin-
də un dəyirmanı, elektrik, radio-telefon vardı... Ahıllar isə
kəndlərindəki “kommunizm”i ağızdolusu tərifləyir, hələ
qaz, televizor, tam elektrikləşmənin olacağını da deyib yan-
dıq verirdilər. Xırnaz muzeyə dönmüşdü. Rayon mərkə-
zindən olan qohum-əqraba, tanış-biliş “kommunizmin bəh-
rələrini” görməyə həvəslə gəlirdilər. Ancaq görəndə ki, bun-
lar primitiv cihazlar və elektrik lampalarından başqa bir şey
deyil, onları lağa qoyub gedirdilər. Ancaq eyni dərddə olan
qonşu kəndlər, sözün həqiqi mənasında xırnazlılara qibtə
edirdilər.
Mən isə yorulub-ərinmədən fizika dərsliklərini əldə edib
elektrikə aid mövzuları öyrənirdim. Faradeyin qanunlarını
əzbərdən bilirdim. Peyin və digər tullantıların çürüntüsün-
dən yanacaq qazı almaq üçün baş sındırırdım. Bu işdə bütün
kənd arxamda idi. Simuzər xala hər dəfə məni görəndə, –
“Ay oğul, bircə bu qaz məsələmizi də həll eləsəydin, bu me-
şələri doğramaqdan, odun daşımaqdan canımız qurtarardı.
Səni verənə şükür, gör neyləyə bilirsən...” – deyirdi. Bu işi
bacaracağıma əminiydim, başqa yolum da yox idi. Çünki,
bütün kəndin sözü-söhbəti mənim araşdırmalarımıydı. Bir el
mənə mənəvi dəstək göstərib, – “Qorxma alınacaq, mütləq
alınacaq” – deyirdi. Yenə də etibar elədiyim, elmdən anla-
yan, ən yaxşı köməkçim İsmil idi. Artıq İsmil fizikayla əlaqəli
elmləri – riyaziyyat və kimyanı da öyrənirdi. Praktik təcrü-
bələrimiz o qədər bəsit idi ki, bütün mövzuların mahiyyətini
tam dərk edirdik. Sizi inandırım ki, mənim təhsil aldığım ən
qabaqcıl məktəb olan Xaldan məktəbində də belə laborato-
Dostları ilə paylaş: |