297
yah kimi xalqın arasındasan. Müşahidə etmək, qeydlər apar-
maq şansın çoxdur. Mahir söz ustalarının çoxunda heç belə
imkan olmayıb.
– Deyirsiniz yəni zəmanəmizin ən mükəmməl əsərini
yazmaq mənim qismətimdədir?
– İnsan ən mükəmməl əsəri yaratmaq iqtidarında deyil.
Amma sənin söz sərrafı olmaq şansın var.
Namiq:
– Mən, yazıçı olmağı bir insan faciəsi kimi duyuram. Nə
qədər kövrək və duyğulu olmalısan ki, hisslərin içinə gir-
məli, onları yaşamalı və üstəlik, həqiqət kimi oxucuya sirayət
etdirməyi bacarmalısan. Buna insan ürəyi tab gətirməz.
Şəmşid:
– Haqlısan. Ancaq yazmağın gözəlliyi də elə bundadır.
Yazıçı dediyin, bir sözün üstündə əsim-əsim əsənlərə de-
yirlər. Arı min bir gülü ələk-vələk edib bir damla şirə çəkən
kimi, yazıçı da düzgün sözü yerində seçməyi, işlətməyi ba-
caranlardır. Sözlə əlləşib-vuruşanlar, onunla “haqq-hesab
çəkmək”dən zövq alanlardır. Bu zövq mənimçün hər ali
hissdən üstündür. Sənin dilənçi, mikrob, qarışqa, ölkə baş-
çısı, oğru, qəhrəman olmaq, başqa planetə getmək imkanın
var və sən bu səyahətdən zövq alırsan. Uşaq vaxtı məcara
kitablarını oxuduqca, mən də özümü insan ayağı dəyməyən
adada hiss edirdim, piratlarla vuruşub xəzinələr tapırdım...
– Şəmşid dayı, ədəbiyyat elə budursa, onda yazmağına
dəyər – məni düz yola çəkmək üçün məlhəm canfəşanlığına
görə ona xeyli qanım qaynayırdı.
– Sən yazmağa məhkumsan! – səsinin tonunu qaldırdı.
Gündə minyol rastlaşdığın haqsızlığa, şərəfsizliyə göz yum-
maq haqqın yoxdur. Sən ziyalısan, bu vətənin övladısan,
298
haqsız yerə incidilən isə sənin həmvətənlərin – qardaş-bacı-
larındır.
Yatağımda dirsəkləndim:
– Vallah yazacağam. De, nədən başlayım?
– Lap elə siftə olaraq Selen balamızı gəlini kimi qəbul et-
məyən yaşlıların dirənib qaldığı ürf-adətimizin ziyanlı tərə-
findən başla. Sonra, çamadanımı oğurlayan uşağın, onu
oğurluğa məcbur edən həyatından yaz. Mənim yol yoldaşım
olan Cavidin, Əsgərın və üçüncünün adı nəyidi – yadımdan
çıxdı – bax onların yad bir qıza olan səmimi qardaş hisslərini
işıqlandır. Namiqin atasının qonaqpərvərliyini göstər. Öz
dolaşıq həyatını yaz.
– Oxuyanlar da oxuyub tullasınlar...
– Yazdığını oxuyan adam darıxıb kitabı yana tullayırsa,
demək hələ bacarmamısan. Düzdür, “pis oxucu” deyilən bir
məvhum da var. Elə mən özüm pis oxucuyam. Amma Vik-
tor Hüqonu oxuya-oxuya bu əsərdən düz beş hekayə yazma-
ğa girişmişəm – “Səfilləri” bəlkə də on dəfə oxumuşam.
Amma öz hekayələrimi yazmaq, Hüqonun özündən də yaxşı
yazmaq məqsədilə oxumuşam. Ancaq hər dəfə təkrar oxu-
yanda mənim “səfillərim” Hüqonun kölgəsində itib-batıb.
Belə qaralamaları işığa həsrət qoymuşam. Ancaq birdən Hü-
qodan da güclü bir şey yazdığıma inanaraq günlərcə xoşbəxt
olmuşam. Ta ki, növbəti Hüqo kimi nəhəng “qayalarla”
rastlaşanadək...
– Vallah bir məktəbsiniz siz. Keçmişdə “usta yanına ge-
dən şəyird” qaydalarımız yaşasaydı, məmnuniyyətlə sizin
şəyirdiniz olardım. Gündə bir hekayə, novella yazanlar da
var, amma nə olsun – adları it dəftərində də yoxdur. Yazdıq-
ları bir qara qəpiyə dəyməz. Hələ gör mən neçə il yazma-
299
lıyam ki, alababat bir yazıyla ortaya çıxa bilim. Bu yaşdan
sonra...
– Latın Amerikası yazıçısı var – Qabriel Qarsia Markes,
deyir ki, – “əgər hekayə yazıramsa, gündə bir sətirlə kifa-
yətlənirəm, roman yazıramsa, bir səhifə ilə”. Düzdür, məh-
suldar yazıçı deyil, ancaq yazdığına söz ola bilməz. Başa
düşürsənmi? Yazmaq xatirinə yazmaq, mənasız işdir. Mənim
də yazdıqlarımın içində tələsik yazdığım – heç oxumadıq-
larım var. Ancaq eləsi var ki, sözlə açıq meydanda tək qalıb
vuruşmuşam – beləsi də var. Onsuz da sonda söz qalib gəlir,
ancaq bu çarpışmadan böyük əsərlər yarana bilir. Gərək tə-
ləsmədən, hansısa pul, mükafat və ya qalib gəlmək xatirinə
yazmayasan.
– Onda niyə yazım ki? Dolanışıqdır ey əsas dərd Şəmşid
əmi, dolanışıq... Yenə Namiq deyənə gəlirsiniz, – yazmaqla
dolana bilməyəcəyəmsə, niyə ömrümü el yolunda köz eli-
yim? Ailəm, övladlarım qarşısında atalıq borcum var, əsas
vəzifəm budur. Ailəmin yolunda kiminsə cibinə girməkdən
belə çəkinmirəmsə, bu yalnız...
– Çarəsizlikdən, acizlikdən və xətrinə dəyməsin – yaşda
səndən şox böyüyəm – alçaqlıqdandır! – kişi hirslənirdi. Ger-
çəkliyi, düşünülmüş qərəzli ideologiya naminə dəyişənlər
ədəbiyyat tarixinin zibilliyində çürüyəcəklər və daim lənətlə
anılacaqlar. Yaxın tarixin yazıçılarının aqibətini görmürsən-
mi – hanı “Kapital”, “Xam torpaqlar”, nə bilim nələr?
– İncimirəm. Bunları bəlkə də yüz dəfə başqasından, yüz
min dəfə də vicdanımla təkbaşına qalanda öz dilimdən eşit-
mişəm. Filoloq olsam da, mən ədəbiyyat deyilən elmdən heç
nə qanmıram və bu barədə heç vaxt fikir yürütmürəm. Onu
bilirəm ki, ədəbiyyat olmasaydı dünyaya heç nə olmazdı.
300
Ancaq ədəbiyyat dünyanı daha da gözəlləşdirir, insanlığı
cilalayır. Hərdən fikirləşirəm ki, jurnalist yox, bağban olsay-
dım, daha faydalı biri olardım. Müxbirliyim, qorxaqlığım-
dandır, çarəsizlikdəndir, ümumi axında üzmək məcburiyyə-
tindəndir...
– Mən də yazıçıların çoxu kimi cəsarətsizliyimdən yazıçı
olmuşam, qorxudan ədəbiyyat cəngəlliyində gizlənmişəm.
Çünki, “hər günahı üzə deyən də abırsızdır”. Mən gördü-
yüm günahları kitabın dəri üzlüyü altında gizləməyə çalış-
mışam.
– Yoxsa, gündə minlərlə insanın doğulub öldüyü bir
dünyada nə qədər istəsən mövzu var yazmağa.
Namiq:
– Bir az da reallığı bədii dillə bəzəmək, şişirtmək, təbliğ
etmək qabiliyyətin olsa, olursan əsl yazıçı.
Şəmşid:
– Məsələ də burasındadır ki, pisin gətirdiyi pisliyi şişir-
dib elə murdar göstərmək, gözə elə soxmaq lazımdır ki, in-
san ondan uzaq dursun. Yaxşını elə bəzəmək, elə cilalayıb
parlatmaq lazımdır ki, hamı yaxşılığa – işığa can atsın. Ya-
zıçının əsas vəzifəsi budur. Yoxsa, bəzən reallığı yalnış
yöndə – məddahcasına şərh edəndə isə həmin yazıçı tənha
qalır, azadlığı, açıq fikri bir az da məhv edir, sözün gözünə
kül üfürür – sözü boğur.
Namiq:
– İndiyədək yazanlarımız bizi Qafqazın və ya Şərqin bir
hissəsi kimi deyil, həm də dünyanın bir parçası kimi gös-
tərsəydilər, dünyanın da bizdən xəbəri olardı, bundan ən çox
özümüz qazanardıq. Qayda-qanun tanımayan cavanlar kimi,
indiki dünya da əmindir ki, xırda dövlətlər mütləq dünyanın
Dostları ilə paylaş: |