ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   73   74   75   76   77   78   79   80   ...   88

 
301 
 
iki dövlətinin ağalığı altında yaşamalıdırlar. Tənhalığımız bu 
qədər  acıdır.  Dünyanın  gözəlliyinə  rəng  qatan  əsərlərimiz 
çox  azdır.  Nə  qədər  və  nə  vaxta  qədər  Fizuli,  Nizamiylə 
öyünmək olar – onların da parası bizimdi, yarısı da farsın? 
Şəmşid: 
–  Haqlısan  oğul...  Heç  bir  təbii  fəlakət,  xəstəlik,  müha-
ribə həyatın ölüm üzrərindəki üstünlüyünü əldən ala bilməz. 
İnsanları  yaşamağa  sövq  etdirən  xoş  ruhlu  mövzular,  son-
luqlar düşünülüb tapılmalıdır. “Bəşəriyyətin sonu yetişib” – 
deyənlərdən zəndeyi-zəhləm gedir. Bil, bu dünya hələ ən azı 
milyon  il  yaşayacaq.  İnsanlarda  dünyanın  sonuna  hazırlıq 
əhval-ruhiyyəsi hakim kəsilib. Bu mövzu şeytani mövzudur. 
Sevgi  həqiqətdir,  xoşbəxtlik  mümkündür,  tənhalıq  fəlakət-
dir,  insanın  hər  zaman  özünü  dikəldib  həyatı  yenidən  baş-
lamağa  şansı  var.  Bax  bunlardan  yazmaq  lazımdır.  Utopik 
həyata  can  atanları  real  həyata  cilovlamaq  lazımdır.  Yazıçı 
zəmanəsinin ağırlığını həmişə öz çiyinlərində hiss etməlidir. 
Daha ədalətli cəmiyyət qurulanadək amansız və barışmaz ol-
malıdır.  Əslində  bu  hamının  borcudur,  ancaq  ilk  növbədə 
yazıçının  ali  vəzifəsidir.  Qarsia  Markes  deyir  ki,  –  “Yaxşı 
yazmaq mənim borcumdur, həm də inqilabi borcum!”.  
–  Deyəsən  bu  Markes  kimdirsə,  onu  çox  oxuyursunuz 
ha... – dilləndim. 
Şəmşid: 
–  Hərənin  bir  idealı  olur,  mənim də  ən  sevdiyim  yazıçı 
Markes  və  Selincerdir.  Ədəbiyyat  məddahlığı  sevmir.  O  ba-
xımdan,  ruhuma  ən  yaxın  olan,  amma  farsca  yazan  dahi 
Nizamiyə heç qanım qaynamır. Di gəl ki, Nizaminin “Fərhad 
və  Şirin”i  kimi  bir  əsər  yaza  bilsəydim,  daha  əlimə  qələm 
almadan dərdsiz yaşayardım. 


 
302 
 
Araya söz qatdım: 
– Ədəbiyyata başımız elə qarışdı ki, öz həyatınızı danış-
mağı  unutdunuz  Şəmşid  əmi...  Amma  səmimi  deyirəm, 
məndə də yazmaq həvəsi yaratdınız. Düzünü deyin, ən yaxşı 
əsərinizi yazmısınızmı? 
–  Buna  mənim  əsəblərim  dözməz,  lazımi  təcrübəm, 
texnikam, iş vərdişim çatmaz. Amma bilirəm ki, gerçəkliyin 
astarını  göstərə  bilən  əsər  ideala  ən  yaxındır.  Qara  rəngdə 
ağı seçənlərdir dahilər, dahiyanə yazılar... 
– Bəs hansı rüzgar sizi Ukraynaya atdı? 
–  Yazıçıların  və  əsərlərin  bir  mənası  olmayan  ölkədə 
yaşamaq məni çox geri saldı. Hamı məni məsxərəyə qoydu. 
Arzuladığım  oxucumdan  min  kilometrlərlə  məsafə  aralıda 
qaldım  –  oxucumdan  aralı  düşdüm.  Heç  oxuyanım  oldumu 
ki, yazdıqlarımın təsirini hiss edə bilim... Yazıçı üçün yeganə 
göstərici  oxucu  və  həyatdır.  Qalan  göstəricilər  bunların  ya-
nında  yalandır.  Yazılarımla  öz  qəbrimi  qazdım,  özümü  və-
təndən didırgin saldım... Sifəti yanğın qəzasında eybəcər ha-
la  düşmüş,  küçələrdə  siqaret  satmaqla  gününü  sovuran,  elə 
küçələrdə  yatan,  kimsəsiz  saydığım  Orxan  adlı  qəhrəma-
nımın  sən  demə  kalan  kimsəsi  varmış.  Bir  gün  qabağımı 
kəsdilər  ki,  –  “Orxanın  gününə  düşmək  istəmirsənsə,  kitab-
larının hamısını yandır!”. Başqa bir qəhramanım bomj həyatı 
sürən  “Cimi”  içkili  halda  bizim  zibillikdə  eşələnəndə  so-
ruşdu  ki,  –  “Bir  mahnı  bəstələmişəm,  qulaq  asırsanmı?”, 
“Hə”  –  dedim.  Qulaq  asdım.  Bu,  gurultudan  başqa  bir  şey 
deyildi. Ancaq sonda topladığı şüşə butulka kisəsini başıma 
çırpıb, – “Bir də mənə dəli desən, səni dəlixanalıq edəcəyəm” 
–  hər  ikisini  öyrədib  üstümə  salmışdılar.    Orxan  və  Cimmi 
küçələrin  bərəkətiylə  qarnını  doyuran,  atılmış  kimsəsiz,  ça-


 
303 
 
rəsiz və ətraf üçün dəyərsiz məxluqlar olsa da, onların hər iki 
mənim yazılarımda dünyanın ən xoşbəxt insanlarıydı. 
Onlar  zibil  yeşiklərində  qida  eşələdiyi  kimi,  mən  də 
cəmiyyətin “zibilliyində” ümid, insanlıq eşələyirdim. Yazıla-
rımı  hərə  bir  cür  yozdu.  Hər  kəs  öz  ağlından  o  yana  gedə 
bilmədi.  Evimizə  gündə  bir  dəstə  gəlirdi  –  “haqq-hesab 
çürütməyə”. Yeyib-içdiyimiz zəhərə dönmüşdü, ailənin ipini 
itirmişdim.  Arvadım  yazdıqlarımı  elə  hirs-hikkəylə  oxudu 
ki,  axırda  dedi,  –  “Dilbərlə  nə  vaxtdan  birlikdəsən?  Kimdir 
bu  Kəbutər, Şikufə, Nargilə, Aynişan...!? Gərək elə Aşa kimi 
sənin  başının  ətini  yeyəydim,  onda  ağlın  başında  olardı!”. 
Hamının  fahişə  kimi  tanıdığı  Kəbutərin  söz-söhbəti  onun 
ailəsinə çatanda “namus davası”na düşdüm. Aləm bir-birinə 
dəydi.  Ailəm  məndən  bezdi.  Haqqı  tapdanmış  bir  alimin 
halını yazdım, o qədər qahmar çıxanı üzə çıxdı ki, halımı an-
latmaq  çox  çətindir.  Dedilər  ki,  –  “Deyəsən  başın  bədəninə 
ağırlıq  edir  ha..,  yığışdır  kitablarını,  yoxsa  səni  məhv  edə-
rik!”. Özümdən və ətrafımdakı hər kəsdən bezdim. 
Vəzifədə olan qardaşım oğlu gəldi ki, – “Sən qanmırsan 
ki,  mənim  nazirimin  çörəyini  yeyirik!?  Ağlına  gələni  cənab 
nazirim haqqında yazırsan!?” 
– Nazirinin pisliyinə nə yazmışam axı! Gəlib qırmızı lent 
kəsməyə,  kəsib  getsin, daha  yolları  niyə  bağlatdırıb  camaatı 
yayın istisində ac-susuz saatlarla yollarda saxlayır! – dedim. 
–  Əcəb  eliyir!  Nazirdir  o.  Özü  bilər,  öz  xalqını  necə 
istəyər, elə də saxlayar! 
– Mən də yazıram ki, – “Ay möhtərəm nazir, sən axı pre-
zident  deyilsən...  Vallah  bu  tıxaclarda  qalanlar  sənin  ünva-
nına söyüş-qarğış tökür...” 


 
304 
 
–  Qələt  eləmisən!  –  deyib  özündən  28  yaş  böyük  olan 
mən əmisinin qulağının dibinə bir sillə də çəkdi. 
Nəysə  qohum-əqrabam  da  mənə  qənim  kəsildi,  əzizlə-
rimdən də  bezdim. Səs-səda yuxarıların qulağına çatdı. “On 
günə  rədd  ol  bu  məmləkətdən!”  –  dedilər.  Bütün  yollarım 
bağlandı... 
Mənə  qahmar  çıxan,  toxtaqlıq  verən,  halıma  acıyan  ol-
madı. Hər şeyə – ailə, canım qədər sevdiyim vətən, qonum-
qonşu.., hər şeyi atıb, dedikləri kimi “rədd oldum”. Mən isə 
məmurların  qəlbində  insaf  yaratmaq,  xalqın  böyük  hissəsi-
nin  qəlbində  mərhəmət  oyatmaq,  onların  ehtiramını  qazan-
maq istəyirdim. Alınmadı... 
Ukraynada  azadlıq  nəfəsi  aldım.  Azərbaycana  və  azər-
baycanlılara dəxli olan bütün yazılarımı tullayıb qalan yazı-
larımı  rus  və  ukrayna  dilində  çap  etdirdim.  Ən  qısa  vaxtda 
üç yüz min tirajla çap olunanda, vətənimə, vətənimdə qoyub 
gəldiklərimə  yazığım  gəldi.  Sözə,  insana,  azadlığa  bu  qədər 
önəm verən qürbət bir məmləkətdə yaşamaqdan zövq alsam 
da,  bu  lənətə  gəlmiş  ürəyim  övladlarım  yanımda  olmadan 
dözmürdü.  Fikirdən  ikinci  infarktı  qürbətdə  keçirdim.  Əv-
vəllər  qürbət  dərdindən  yazanlara  gülürdüm  ki,  –  “Fanta-
ziyadır,  torpaq  elə  hər  yerdə  torpaqdır,  sənə  nə  var  harda 
ölüb-dəfn  olunacaqsan...”.  Ancaq  ölümün  qoxusunu  qulağı-
nın  dibində  hiss  edəndə,  sən  demə  adamı  vətən  torpağı  ya-
man  çəkirmiş.  Gecəm-gündüzüm  olmadı,  bütün  xoş  həyatı 
vətən dərdi üstələdi. Yeyib-içdiyim, deyib-güldüyüm günlə-
rin  keyfi  gecələr  qan  yaş  kimi  gözümdən  gəldi.  Hər  şeyi 
tullayıb ölməyə vətənə gəldim. Burda da çamadanımı oğur-
ladılar. Azərbaycan heç dəyişməyib, – oğru, cibkəsənlər hələ 
də durur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə