ĠSA QƏMBƏR: "BU, OLDUQCA ƏDALƏTLĠ VƏ AZAD BĠR SEÇKĠYDĠ"
Əbülfəz Elçibəyin düĢüncədaĢı, neçə illərin sınağından çıxmıĢ sevimli arxadaĢı, eyni hərəkatda
daim kürək-kürəyə söykəyərək bir səngərdə çarpıĢdığı cəbhədaĢı və müstəqil Azərbaycan
dövləti qurarkən onunla çiyin-çiyinə vermiĢ əməldaĢı olan Müsavat Partiyasının baĢqanı Ġsa
Qəmbərin 1988-dən üzübuyana Elçibəyin bütün savablarında da, günahlarında da az-çox payı
var. ġəxsən mən
Əbülfəz Elçibəy deyən kimi istər-istəməz gözlərim qarĢısına onunla yanaĢı
Ġsa bəyi də gətirirəm, çünki 1988-dən 2000-ədək onları daim qoĢa addımlayan, millətin taleyi
üçün ən məsuliyyətli, ən ağır anlarda bir yerdə çarə axtaran görmüĢəm.
Fikrimcə, Əbülfəz Elçibəy-Ġsa Qəmbər əqidə və əməl qardaĢlığı Azərbaycan Xalq hərəkatının
ən önəmli nailiyyətlərindən biridir və bu qardaĢlıq hərəkatın 1992-də Elçibəyin prezident
seçilməsiylə sonuclanan qələbəsini Ģərtləndirən mühüm amillərdəndi. Ona görə də "Prezident
Elçibəy" adlı kitab yazarkən Ġsa Qəmbərlə görüĢərək Elçibəy və prezidentliyi mövzusunda
onunla çox geniĢ söhbət etdim, axı Ġsa bəy həm də Elçibəy iqtidarında prezidentdən sonra
ikinci Ģəxs - qanunverici hakimiyyətin baĢçısı olaraq 1992-93-dəki
bütün önəmli hadisələrin ya
mərkəzində olub, ya onları öz gözləriylə qıraqdan izləyib, ya da, ən azı, onlar haqqında geniĢ
bilgi toplayıb.
Əbülfəz bəyi hərtərəfli tanıyan Ġsa Qəmbər milli liderimizin həm Ģəxsiyyətini, həm prezident
kimi keyfiyyətlərini, həm də dövlətə baĢçılıq etdiyi bir ildə görülmüĢ iĢləri söhbətimizdə
layiqincə dəyərləndirdi. Gördüm ki, Ġsa bəyin dedikləri əslində kitabın bütün mahiyyətini öz
içinə alır və hörmətli baĢqanın fikirlərini əsərin baĢlanğıcında verməyi faydalı saydım.
Dəyərləndirmələrini qəti hökm yox, düĢünməyə, ilkin fikir bildirməyə cəhd adlandıran Ġsa
Qəmbər aĢağıdakıları söylədi:
-Əbülfəz Elçibəy Azərbaycan milli azadlıq hərəkatının rəhbəriydi və mən həmiĢə demiĢəm ki,
Azərbaycanın XX əsrdə iki böyük lideri olubdur; birincisi Məmmədəmin Rəsulzadədir - böyük
bir ideoloq olmaqla yanaĢı, bütöv bir siyasi cərəyanın əsasını qoyubdur və əslinə qalsa, bütün
XX əsr həmin siyasi cərəyanın üzərində gedib. Əbülfəz Elçibəysə əsrin sonunda xalq
hərəkatının yenidən yüksəlməsində, onun idarə edilməsində həlledici rol oynamıĢ böyük bir
siyasətçidir. Əbülfəz Elçibəyin prezidentliyinə yanaĢanda bu amil nəzərə alınmalıdır, yəni
Əbülfəz Elçibəy sıradan prezidentliyə namizəd olaraq prezident seçilmiĢ bir Ģəxs deyil.
Bir məqam, nədənsə, az xatırlanılır.
7 iyun 1992-ci ildə prezident seçkisi keçirilərkən bütün namizədlərə bərabər imkanlar
yaradılmıĢdı - imza toplanılmasıyla, qeydiyyata alınmaqla, seçicilərlə görüĢlərlə, televiziyada
çıxıĢlarla bağlı heç bir süni maneə yoxdu. Bəlkə də hansısa məntəqədə, hansısa dairədə
kimsə saxtakarlıq etməyə, yaxud baĢqa bir namizədin xeyrinə bülleten atmağa, hətta rəqəmi
dəyiĢməyə də cəhd göstərib
və nəyəsə də nail olub, ancaq bütövlükdə bu, olduqca ədalətli və
azad bir seçkiydi. Onun nəticələri də hər Ģeyi aydın göstərir - bütün xalqın dəstəklədiyi
Azərbaycan Xalq Cəbhəsi kimi bir siyasi qüvvənin lideri cəmi 59 faiz səs toplamıĢdı. Avropa
standartları baxımından bu, çox yüksək rəqəm görünsə də Azərbaycan gerçəkliyindən