mənimsəmiĢ yurdsevər və elsevər PREZĠDENT gəlib. O, ürəyində nə qədər arzu edirdi ki, ona
səs vermiĢ milyonlarca soydaĢı 5 ildən sonra onu ĠOSĠF STALĠN və MĠRCƏFƏR BAĞIROV kimi
yox, MƏMMƏDƏMĠN RƏSULZADƏ və VATSLAV HAVEL kimi xatırlasınlar. Ancaq, təəssüf ki,
onun da qismətinə özünə mənəvi ata saydığı MƏMMƏDƏMĠN RƏSULZADƏ'nin uzun illər
sürən təqib və təhqirlərlə dolu taleyini eynilə təkrarlamaq düĢdü. 70 il boyunca insafsızcasına
söydürülmüĢ Rəsulzadənin Azərbaycana müstəqil dövlət bəxĢ etməsindən kommunistlərin
xəyanəti nəticəsində xəbərsiz qalmıĢ millət, nə yazıqlar ki, yüzilimizin baĢlanğıcında olduğu
kimi sonunda da yenidən kommunistlərin fitnəsinə aldandı və bütün varlığıyla Azərbaycan
xalqına güclü dövlət bəxĢ etməyə çalıĢan ikinci liderini də amansız təhqirlərə tuĢ etdi və bu
zaman onun AZADLIĞ'ımız və MÜSTƏQĠLLĠY'imiz yolunda nələr etdiyindən tam xəbərsiz
olduğunun fərqinə varmadı, çünki o, yeni RƏSULZADƏ'nin yaĢadılmasına da hazır deyildi və
eyni zamanda aldanıĢlı həsrətlə yenə STALĠN'i gözləyirdi...
Ən pisisə buydu ki, onunla yanaĢı eyni səngərdə çiyin-çiyinə azadlıq mücadiləsi aparmıĢ
minlərcə silahdaĢı da mövcud durumun mürəkkəbliklərini yetərincə ayıq dəyərləndirmək
gücündə olmadı və bu üzdən də müstəqil Ģəkildə çıxıĢ yolları axtarıb tapmaqdansa,
quruculuq, yaradıcılıq iĢləriylə yeni hakimiyyətə dəstək verməkdənsə hədsiz tələb, iddia
("bizim çiyinlərimizdə hakimiyyətə gəlmisən!"), irad və yerli-yersiz Ģikayətlərlə onun əl-
ayağına dolaĢmağa baĢladı. Deyilənə ən səciyyəvi bir örnək.
Ġyunun 17-sidir - andiçmənin ertəsi günü. Prezident hələ öz kürsüsünə əyləĢərək onu
isitməyib! Ancaq onun baĢçılıq etdiyi təĢkilatın - Azərbaycan Xalq Cəbhəsinin orqanı "Azadlıq"
qəzetisə bu haqda əməlli-baĢlı bir reportaj və ürəkdən gələn səmimi təbrik verməkdənsə
özünün ilk səhifəsinin ilk materialı olaraq prezidentə yetərincə kəskin tonlu tələblər
ünvanlayıb...
Ancaq bədbin olmağa da dəyməz, çünki Elçibəy öz yüksək mənəvi ucalığıyla bircə ildə
hakimiyyətin və cəmiyyətin mənəvi saflığı və maddi yüksəliĢi yolunda böyük iĢlər görməyi
bacardı. Professor Vaqif Sultanlı çox doğru yazır:
"Elçibəy idarəçiliyin əxlaqını dəyiĢdi, siyasətdə humanizmin, insansevərliyin, səmimiyyətin,
doğruluğun əsasını qoydu.
Elçibəy saf, dərviĢsayağı, sufi bir ömür yaĢadı, dünyanın maddi dəyərlərindən imtina etməklə
mənəvi-ruhani ömrün ucalığını və təntənəsini nümayiĢ etdirdi.
Elçibəy özü üçün, doğmaları üçün yaĢamadı, Vətən üçün, millət üçün yaĢadı, bəĢər övladı
nəyə qadirdisə, nəyi etməyi bacarardısa onu elədi.
Elçibəy Vətəni,
milləti sevməyin, yurdun azadlığı uğrunda Ģəhid olmağın örnəyini qoyub getdi.
Elçibəy heç kəsdən incimədi, onu aldadanları, yarıda qoyub qaçanları, xəyanət yolu tutanları,
kürəyinə bıçaq saplayanları belə bağıĢladı və dostlarının, silahdaĢlarının günahlarını
öz üzərinə
almaqla hamıdan ucada durduğunu bir daha göstərdi".
(
"Savalanda görüĢənədək, Bəy!"
.
Bakı, 2000, s.121-122).