Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə40/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   36   37   38   39   40   41   42   43   ...   107

Bağ “qonşu”su
(hekayə)
Pərdəsiz  pəncərədən  düşən  günəş  onu  durğuzmaq fikrindəydi.  Professor  üzünü
divara  çevirib  adyalı gözünün üstünə  çəksə  də  hiss  etdi  ki,  daha  yata  bilməyəcək.
Canında  ağrılar  duyurdu,  yuxudan  da  doymamışdı.  Hər  gecə özünə  söz  verirdi  ki,
axşam  saat  12-dən  sonra  əlinə  kitab  götürməyəcək.  Amma  kitabsız  da  yuxusu ərşə
çəkilirdi. Nə yaxşı ki, kitabları vardı! Süleyman müəllim bu kitabları xəzinə bilirdi və
bu kitablar professoru gecələr üstünə hücum çəkən dərddən xilas edir, yuxu dərmanı
olurdu. Səhərə yaxın gözünün acısını alırdısa, çətini ayağa qalxınca idi. Bağın havası,
bir  kilometrdən səsi  gələn  dənizin  doğma  uğultusu  onu  sap-sağlam  edib  ağrılarını
unutdururdu.
Əlini  qaldıranda  nəyəsə  toxundu.  Axşamlar  başının  üstünə oxumaq  üçün
məftillə  çəkib  gətirdiyi  lampaydı.  Ayaqlarını  zoğalı  rəngi  getmiş,  amma  tərtəmiz
sildiyi  taxta  döşəməyə  qoyub  başmaqlarını  geyindi.  Daşdan  hörülmüş  balaca
xudmani  mənzilin  hər  yanı  jurnal-kitab  qalasıydı.  Çarpayı,  yazı  stolu,  şifoner
olmasaydı otaq kitab anbarına oxşardı.
Çarpayını  səliqəyə  saldı.  Mələfələr  təmiz  idi: həftədə  bir  dəyişirdi.  Quyunun
ağappaq suyunda  paltar  tozu  ilə  isladır,  bir  gün  keçəndən  sonra  əllə  yuyurdu.
Mələfədən  korluq  çəkmirdi. Şifonerin  siyirtmələri  dolu  idi,  arvadının sağlığından
qalmaydı. Rəhmətlik bilirmiş ki, vaxt gələcək, belə mələfər od qiymətinə çıxacaq və
ərinin  də  təzəsini  almağa  imkanı  olmayacaq.  Sədaqətin  saysız-hesabsız  mələfələri,
məhrəbaları indi qocanın karına gəlirdi.
Şəraiti  o qədər  yüksək olmasa da  Fatmayıdakı  bu  atasından qalma  ikimərtəbəli
ev, arvadının qab-qacaq, çəngəl-bıçaq, məhrəba, mələfə, süfrə ehtiyatları onu bu ahıl
yaşında heç kəsdən asılı olmağa qoymurdu. Bu onun üçün indi çox böyük təminat idi.
Yayda  suyu  quyudan  hamamın  üstündəki  iri  çənə  motorla  vururdu. Gün  suyu
qızdırırdı,  olurdu əməlli  başlı  hamam.  Nə  qədər  çimirsən,  çim,  dəniz  də  iki
kilometrlikdə.
Bu il bağa lap tez mart ayında köçmüşdü. Gecələr soyuqdan iki yorğanın altında
dişi  dişinə  dəysə  də, professor  özünə  gəlmişdi.  Sinirləri dincəlmişdi.  Nə  yaxşı
babalardan qalma bu bağ vardı! Yoxsa kişi nə edərdi?! Süleyman müəllim 74 yaşında
ilk  dəfəydi  belə  sevinc  hissi  keçirirdi.  O  vaxt  mikrorayondakı  dörd  otaqlı  mənzilini
alanda da belə hiss keçirirdi.
Mənzili havayı almışdı. Onun yaşadığı qəsəbə Bakıda havası ən təmiz olan ərazi
sayılırdı. Ətraf  elə  genişlik  olmasa  da  sakinlər  burada  gözəl  yaşıllıqlar  salmışdılar.
Şam ağacları, çinarlar, zeytunluqlar quşların nəğmə məkanına çevrilmişdi. Süleyman
müəllim bu səslərlə sabahını açırdı. Yaxınlıqdakı məktəbin yaşıl futbol meydançası,
idman  qurğuları  öz  həvəskarlarını  qoynuna  alırdı.  Professorun  pəncərəsi  uşaq
bağçasının  binasına  baxırdı.  Köşklər,  skamyalar, yelləncəklər,  günlüklər  sıx
ağaclardan, yaşıl kollardan görünməz olmuşdu.
Süleyman  müəllimə  hər  gün  onu  arxayın-arxayın  işə  aparan  trolleybus  ləzzət
eləyirdi.  Bu  xətt  düz  bulvara  qədər  gedirdi.  Üç  qapılı,  geniş  salonlu trolleybus.
Professor  geniş  şose  yolunu  iki  yerə  bölən  gül-çiçəkli  yaşıllığı,  sıra  ilə  düzülmüş


2
yaraşıqlı  quşarmudu  kollarını pəncərədən seyr  edə-edə  bir  də  görürdü  ki,  artıq  işə
çatıb.
Yəqin  gözə  gəldilər.  Trolleybus  xətti  ləğv  olundu.  Yerini  “bir  ayaq  ancaq
yerləşən” darısqal maşınlar tutdu. Hələ bu harasıdır, bir səhər gözünü açanda elə bildi
ki,  onları  köçürməyə  gəliblər.  Binanın  dörd dövrəsindəki  buldozerləri,  “Kamaz”
maşınları, traktorları görüb çaşdı. İri, yaşıl ağacları mişarlayır, bağçanı uçururdular.
- Buralarda ev tikəcəklər, - narazı sakinlər bir-birilərinə şikayətlənirdilər:
- Yenə  gen-bol  yer  olsa, adam  dinməz.  Bizə hələ  buralar  darısqal  idi.  Uşaqlar
oynamağa yer tapmırdılar. İndi lap bir-birimizin evinə baxacağıq.
- Bəlkə  icra  hakimiyyətinə  demək  lazımdır. – Süleyman  müəllimə  tapşıraq  bu
işi. Aramızda ad-san yiyəsi odur.
Professor  bunun  mənasız  olduğunu  hiss  etsə  də  adamların  sözünü  yerə  salmaq
istəmədi. Mənzili alandan bəri rayon icra hakimiyyətinə işi düşməmişdi. O vaxt onu
tanıyır, hörmətli adam olduğunu bilirdilər. Onu tanıyanlar, kim bilir, bu illər ərzində
artıq işdən çıxmış, bəlkə yerlərini dəyişmiş olardılar. Hər halda cəhd etməyə nə vardı
ki!
İcra hakimiyyətinin nömrəsini yığdı. Onları kim narahat edir başa saldı.
-
Bizlik deyil, - quru, qısa cavab verdilər.
-
Kimlikdir, a bala?
-
Bilmirik, - dəstəyi asdılar.
Yığışıb qəzetə də yazdılar. Amma qəzetdən də səs-soraq çıxmadı.
Ətrafda  iş  gündən-günə  qaynayırdı.  Bir  neçə  metrlik  ərazidə  dörd  ev  birdən
tikilirdi.  Dörd  traktor,  dörd  buldozer  işləyir,  “Kamaz”ların  biri  gəlib,  biri  gedirdi.
Fəhlələrin  hay-küyünü  də  bura gəlcək  ətrafda  daha  yaşamaq  mümkün  deyildi.  Bu
hələ  gündüzün  səsiydi.  Gündüzün  səsinə  dözmək  mümkün  olmayanda  professor
evdən  çıxıb  bulvara  yollanırdı.  Ancaq  daha  indi  onu  bulvara  aparacaq  yaraşıqlı
trolleybus da yox idi. Havadakı məftillərinəcən izin-tozun itirmişdilər. Lap trolleybus
olsun,  indi  onun  pəncərəsindən  heç  baxmağa  da yer  görmürdü.  Hər  yanda  tikinti
gedir, əvəzində  bəzək  kolları,  yaşıl  ağaclar  kəsilir,  babat  asfaltlar  telefon,
kanalizasiya  və  digər  xətlər  üçün  xəndək  təki  qazılırdı.  Şəhərdə  yerimək  zülmə
dönürdü.  Plansız,  nizamsız,  harada  gəldi,  necə  gəldi  inşa  edilən bu  çoxmərtəbəli
qorxunc  evlər  üzünə  bol-bol ənlik-kirşan  yaxan,  makiyajdan  istifadə  etməyi
bacarmayan  zövqsüz əcaib  qadınlar  təki  ordan-burdan  adamın  gözünə  girirdi.  Bircə
bulvarda  ürəyi  açılırdı.  Dənizin  içində  lövbər  salan,  uzaqdan xəyalı  çəkən gəmilərə,
kolazlara,  barkazlara baxır,  Bakının əzəmətli bir liman şəhərinə  çevrilməsindən  fəxr
duyub  qürrələnsə  də şəhərin  hər  yerində  az  qala  bir-birinin  çiyninə  qonan  eyni
şeylərlə dolu saysız-hesabsız, yaraşıqsız, lüzumsuz marketlər, ərzaq dükanları, qadın
salonları, şadlıq sarayları bu hissi onun qəlbindən qovub çıxarırdı.
...Gecələr  qaranlıq  üzünə  həsrət  idilər.  Hər  yandan  projektorlar  boylanırdı.
Buldozerlər,  traktorlar  dayanmaq  bilmir,  “Kamaz”lar  ardı-arası  kəsilmədən  nəsə
daşıyırdılar.  Adamlar  rahatlıqlarını  itirmişdilər.  Böyüklü-kiçikli  hamının  baş  qulağı
dəng  olmuşdu.  Qonşular  rastlaşanda  salamlaşmaqdan  qabaq  “gözümü  səhərə  qədər
yuma bilməmişəm” deyib əllərini yelləyir, qaşqabaqlı keçirdilər.
Professor  ilk  dəfəydi  təqaüddə  olmasına  sevinirdi.  Pozulan  rahatlığı  ilə  işə
getmək onun yaşda adam üçün çox çətin idi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə