Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   52   53   54   55   56   57   58   59   60

--Bəs sonra? 
 
--Sonra  da  özünün  ona  nə  hədiyyə  edəcəyini  düşünməyə  başladıq.  Mən  də 
dedim  ki,  heç  əziyyət  çəkməsin.  Maşını  sizin  aldığınızı  deyərəm.  O  da  narazı 
oldu.  Dedi  bircə  qızım  var.  Ona  da  elə  hədiyyə  etməliyəm  ki,  nə  şiş  yansın  nə 
kabab. 
 
--Bunu  nə mənada deyirdi? 
 
--Deyirdi ki, Qönçəyə böyük hədiyyə verəcəyəm. Elə bir hədiyyə ki, ondan qəti 
etiraz edə bilməyəcək. 
 
--Hədiyyəsi nə ola bilərdi? 
 
--Vallah yalan niyə deyim. Dedi ki, fabriki onun adına keçirəcək. 
 
--Hansı fabriki? – Məmmədzadə stulunu daha da irəliyə çəkib maraqla soruşdu. 
 
--Hansı olacaq?! Tikinti materialları istehsal edən fabriki deyirəm. 
 
--Bunu  birdən  birə  niyə  edəcəkdi  axı?  –  Eyvazov  təəccüb  dolu  baxışlarla 
soruşdu. 
 
--Bilmirəm... Bəzən insan öləcəyini hiss edir. Deyirəm bəlkə onun da ürəyinə nə 
isə damıb? 
 


--Ürəyinə  nə  dama  bilərdi?  Yağış,  qar,  yoxsa  dolu?  –  kinayəli  halda  əllərini 
havada  yellədərək  danışan  Polkovnik-leytenant  ayağa  qalxdı.  –  İndi  məlum 
oldu. 
 
--Nə?- Səyavuş təəccüblə soruşdu. 
 
--Nə olacaq? Əlbəttə ki, sənin qayınatanı nəyin üstündə öldürdüyün məlum oldu. 
Ə-ə-ə ..Sən bizi ələ salırsan? Səni elə hala qoyaram ki, dəymişin dura-dura kalın 
tökülər. 
 
--Mən nə dedim axı? – bir daha təəccüblənmiş Səyavuş soruşdu. 
 
--Kişisənsə  düzünü  de  də.  Kişi  kimi    de  ki,  mən  öldürmüşəm.  Biz  də  bilək  də 
işimizi. 
 
--Mən niyə yalandan boynuma götürməliyəm ki? 
 
--Bizi ələ salmısan hə? Sən öl səni - əsəbi halda iki əli ilə Səyavuşun yaxasından 
yapışıb yuxarı dartaraq -  Öz çörək verəninə etdiklərin az deyil, hələ üstəlik bizi 
də axmaq yerinə qoymusan?! 
 
--Özünüzü  ələ  alın.  –  bir  əli  ilə  Məmmədzadənin  qolundan  tutub,  digər  əli  ilə 
Səyavuşun yaxasını boşaltmağa çalışan Eyvazov dilləndi. 
 
--Mən  heç  vaxt  yalan  danışmaram.  Kişi  kimi  sözümü  dedim.  Onu  mən 
öldürməmişəm.  Mənə böhtan atmayın. 
 
--Onda de görək həmin gecə harada olmusan? 


 
--Dedim də fabrikdə. 
 
--Gördün?  Sənin  gecə  saat  10-11  arası  orda  olduğuna  subutun  yoxdur.  Şahidin 
yoxdur. Qətl  yerində ayaqqabının  izi tapılıb bundan artıq  nə  istəyirsən? Üstəlik 
də yoldaşının fabrik sahibi olmağı. -  Mayor Eyvazov yenidən stulda əyləşdi. 
 
--Vallah  da,  billah  da  mənim  günahım  yoxdur.  Öldürməmişəm  onu.  Necə 
qıyardım axı? – Səyavuş boğuq səslə dilləndi. 
 
--Bunu  dəqiqləşdirmək  üçün  ayaqqabınızı  bizə  verməlisiniz  -  Mayor  Paşazadə 
təmkinlə dedi. 
 
--Necə yəni? 
 
--Yəni ki, ayaqqabınızı verəcəyik ekspertizaya. Onlar da tapılmış ayaq izləri  ilə 
sizin  ayaqqabınızın  alt  hissəsinin  bir-birinə  uyğun  olub  olmadığını  müəyyən 
edəcəklər.  Əyər  uyğun  gələrsə  bu  o  demək  olur  ki,  siz  Vahid  Zamanı  qətlə 
yetirmisiz. 
 
--Onda  alın  bu  da  ayaqqabılarım.  –Səyavuş  tələsik  ayaqqabılarını  çıxarıb 
Hikmətə ötürdü. – Göndərin ekspertizaya. Mən müqəssir deyiləm. 
 
--Bu  gecəni  burda  qalmalı  olacaqsan.  Zəng  et  evə  nigaran  qalmasınlar.  – 
Paşazadə  ayaqqabıları  iri  torbaya  salıb,  barmağı  ilə  masanın  üzərindəki  şəhər 
telefonunu göstərdi. 
 


--Yaxşı...-  Səyavuş  telefonun  dəstəyini  qaldırıb  öz  ev  nömrəsini  yığdı.  –Alo? 
Alo? Salam Qönçə. Mən bu gecə burda qalacam. Sən  nigaran qalma. Səhər hər 
şey  aydınlaşsın  gələcəm.  Qapını  kimsəyə  açma.  Vəfa  xala  da  bizdə  qalsa  yaxşı 
olar. Dedim axı, nigaran qalma. Hər şey yolundadır. Birlikdə qatili tapacıq. Sağ 
ol.  –Dəstəyi  yerinə  asıb  üzünü    Məmmədzadəyə  tutdu  -  Sizi  qınamıram. 
Vəzifənizi  yerinə  yetirirsiniz.  Bəlkə  mən  də  sizin  yerinizdə  olsaydım  eyni 
hərəkət edərdim. Bircə onu bilin ki, mən Vahid əmini öldürməmişəm. Öldürə də 
bilməzdim.  Siz  burada  məni  qatil  hesab  edirsiniz.  Əsil  qatil  isə  rahat  yatağında 
şirin yuxusunu görür. 
 
--Aparın içəri. –Məmmədzadə arxaya çevrilmədən əmrini verdi.  
 
Bir  dəqiqə  ərzində  Leytenant  Nəsirov  Səyavuşu  kameraya  apardı.    Artıq  hava 
qaralmışdı. Hikmət Qədirin əsnədiyini görüb, gülümsədi. 
 
--Deyəsən çox yorulmusan? 
 
--Hə! – üzünü Məmmədzadəyə tutub – Siz nə düşünürsünüz? 
 
--Heç  nə!  Heç  nə  düşünə  bilmirəm.  Səyavuşa  inansaq  belə  çıxır  ki,  bu  qətli 
başqası törədib. Özü də elə qətiyyətlə ayaqqabılarını verdi ki, az qalıram inanım. 
Əyər səhər ekspertlər təyin etsələr ki, Səyavuşun ayaqqabısı qatilin ayaqqabısına 
uyğun gəlmir, işimiz daha da uzanır. 
 
--Səyavuş  o  qədər    ağıllı  birinə  bənzəmir.  –  Paşazadə  dilləndi.  –  Mən  belə 
düşünürəm  ki,  qatil  hər  kimdirsə  çox  bic  adamdır.  Biz  ağ  vərəqləri,  yerdə 
tapılmış torpaq parçasını unutmuşuq. 
 
--Yox  unutmamışıq.  Onların  ekspertiza  cavablarını  səhər  təhvil  verərəm.    – 
Eyvazov  qarşısındakı  qələmi  barmaqları  arasında  fırladaraq  dedi.  –  Tezdən 


Səyavuşun  işlədiyi  fabrikə  gedib  müqaisə  üçün  torpaq  parçası  götürərəm  ki,  
ekspertlər hadisə yerində tapılmış torpaqla tutuşdursunlar. 
 
--Yaxşı  gedin  dincəlin.  Səhər  burada  görüşərik.  –Məmmədzadə  yorğun  sələ 
dedi. 
 
--Oldu Asif bəy. Sabahadək!  – Mayor Eyvazov və Mayor Paşazadə kabinetdən 
çıxdılar. 
Səkkizinci fəsil 
Kabinetində  tək  qalan  polkovnik-leytenant  Məmmədzadə  fikirli 
halda  divana  yaxınlaşdı.  Havanın  qaralmağına  baxmayaraq  evə  getmək 
istəmirdi.  Bilirdi ki, onu  gözləyən  yoxdur. İki  həftədir ki, yoldaşı Qumru 
xanım  uşaqlarla  birlikdə  yay  tətilini  keçirmək  üçün  gözəl  rayonlardan 
birinə  istirahətə  gediblər.  Bəzən  Məmmədzadə  özü  də  onların  yanında 
olmaq  istəyir,  lakin  bilir  ki,  qarşısındakı  cinayəti  mütləq  açmalıdır. 
İstirahət  etməyə  isə  hər  zaman  vaxt  tapılar.  Görəsən  bu  hadisəni  belə 
qəlizləşdirən  məqam  nədir?  Yəni  qatil  doğurdanmı  inanırdı  ki,  bunun 
intihar olduğunu düşünəcəyik? Ya o ağ vərəqlər? Bunlar nə deməkdir axı? 
Vahid  bəy  Faiq  bəyin  qurbanı  ola  bilərdimi?  Bəlkə  də...  Qatilə  lazım 
olacaq  nə  vardı  Vahid  bəydə?  Fabriki?  Var  dövləti?  Yoxsa  ölümü?  Kim 
qazandı onun ölümündən? Qönçə sevimli  atasını  itirdi. Vəfa xanım sadiq 
yoldaşını-amma  o  Qönçəyə  nisbətən  soyuqqanlı  görünürdü.  Səyavuş  ata 
bildiyi  insanı  itirsə  də  qazandığı  da  oldu.  Belə  çıxır  ki,  fabrikin  idarəsi 
Səyavuşla  Qönçəyə  qalır.  Bunu  dəqiqləşdirmək  lazım  gələcək.  Faiq  bəy 
də  qazanır.  O  da  Vahid  bəyi  öldürərkən  fabriki  öz  adına  keçirəcək  sənəd 
imzalatdıra  bilərdi.  Hansı  ki,  əlimizdə  o  vərəqdən  yalnız  həriflərinin  izi 
qalıb.  Başqa  hansı  sənəd  ola  bilərdi  ki,  Vahid  bəy  son  nəfəsində  yazıb 
imzalaya?  Deyəsən  iş  getdikcə  aydınlaşmağa  başladı.  Bəs  onda  tapılan 
ayaqqabı  izi? Əyər  o doğurdan da qatilindirsə belə çıxır ki, qatil qapıdan 
deyil  hasardan  aşaraq  gəlmiş  və  getmişdir.  Evə  də  kabinetin 
pəncərəsindən  daxil  ola  bilərdi.  Kabinetin  birinci  mərtəbədə  olmasına 
baxmayaraq  ev  kürsülüdür.  Elə  buna  görə  də  həmin  otaqda  eyvan  da 
vardı.  Çox  güman  ki,  qatil  məhz  eyvandan  daxil  olaraq  girmiş  və  oradan 
da  çıxmışdır.  Qatilə  lazım  olan  təkcə  Vahid  bəyi  öldürmək  deyil,  hətta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə