95
Ağkənd karvansarasının yerüstü görünüĢü
(XIV yüzil).
Ağkənd karvansarasının interyeri (XIV yüzil).
AĞKƏND KARVANSARASI
Dərələyəz mahalının KeĢiĢkənd
(06.12.1957-ci ildən - Yeğeqnadzor)
rayonu ərazisində, Ağkənd kəndindən 3
km aralıda, Səlim gədiyinin aĢağısında
karvansara. QıĢda isti, yayda sərin
olmaq üçün bina bütünlüklə torpağın
altında tikilmiĢdir. Bir zaldan ibarət
olan karvansara iç üzdən yonulmuĢ
bazalt daĢlarla, çöl hissəsi isə torpağın
altda qaldığı üçün adi daĢlarla inĢa
edilmiĢdir.
Üçnefli binanın daxili sahəsi
12,2 x 25,1 m, ümumi sahəsi 306 m-dir.
Sağ və sol tərəflərdə hər cərgədə 9
dayaq olmaqla cəmi 18 dayaq yonulmuĢ
daĢlarla
bir-biri
ilə
möhkəm
birləĢdirilmiĢdir.
Səlim karvansarasının zalı ilə
Ağkənd karvansarası zalı arasındakı fərq
yalnız ikincidə axur və su kanalının
olmamasındadır. Bu oxĢarlıq onların hər
ikisinin Əbu Səid Xan Bahadur (1316-
1335) tərəfindən tikildiyini söyləməyə
əsas verir.
Karvansaranın
yaxınlığında
yerləĢən Ağkənd kəndində 1918-ci ilə
qədər ancaq Azərbaycan türkləri yaĢamıĢlar. Kəndə ilk ermənilər (cəmi 172 nəfər)
1923-1925-ci illərdə köçürülüb gətirilmiĢlər.
ƏDƏBİYYAT: О.Егиазарян. Памятники культуры Азизбековского района, Ереван, 1955,
стр.69-72; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.133-137;
K.Dərələyəzli. Dərələyəz od içində, В., 2001, səh.83-85; Həsən Mirzəyev. Qərbi Azərbaycanın
Dərələyəz mahalı, Bakı, 2004, səh.99-100.
96
Sınıq karvansara.
SINIQ KARVANSARA
Zəngəzur mahalının Gorus rayonunun Yaycı (03.07.1968-ci ildən - Qarjis)
kəndi yaxınlığında, qədim Urud yolunun üstündə türk-müsəlman abidəsi.
Bölgədəki bir sıra digər eynitipli karvansaralar (Dərələyəz mahalındakı
Səlim və Ağkənd karvansaraları) kimi, Sınıq Karvansara da Azərbaycan Elxanilər
dövlətinin hökmdarı Əbu Səid
Bahadur xan tərəfindən qədim
Ġpək
Yolunun
üstündə
tikilmiĢdir. Elə buna görə də o,
bəzən Əbu Səid Karvansarası
da adlanmıĢdır. "Г" Ģəkilli
karvansaranın giriĢ qapısının
üstündəki iri daĢın üzərində ərəb
əlifbası ilə fars dilində yazılar və
698-ci hicri tarixi yazılmıĢdır ki,
bu da abidənin 1319-cu il miladi
tarixdə tikildiyini təsdiq edir.
Karvansaranın
"Sınıq"
adlanması isə tədqiqatçılar tərəfindən onun "Г" Ģəklində olması ilə izah olunur.
Xatırladırıq ki, "Sınıq" sözü türkcədir, "sınmıĢ" anlamındadır.
Karvansaranın divarı çaylaq daĢından, əhəng və qum qarıĢıqlı məhlulla
hörülmüĢdür. Tağlar və sütunlar isə yonulmuĢ bazalt daĢdan tikilmiĢdir.
Karvansaranın ətrafında çox qədim qəbiristanlıq qalıqları mövcuddur.
Karvansaranın yerləĢdiyi ərazi, bütövlükdə Zəngəzur mahalı qədimdən
Türk-Oğuz boylarının anayurdu olmuĢ, bura ermənilərin ilk kütləvi axını XIX
yüzilin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən iĢğalından sonra
baĢlanmıĢdır.
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh. 141-143; Musa
Urud. Zəngəzur, Bakı, 2005, səh.89.
97
Alıxan pəyəsi körpüsünün ümumi görünüĢü
(XIV yüzil).
ALIXAN PƏYƏSĠ KÖRPÜSÜ
Dərələyəz
mahalının
KeĢiĢkənd (06.12.1957-ci ildən -
Yeğeqnadzor) rayonu ərazisində,
Səlim çayının üstündə, Qoytul
kəndi ilə Həsənkənd kəndi
arasında, hazırda xarabalıqları
qalan Alıxan pəyəsi kəndinin
aĢağısında biraĢırımlı daĢ körpü.
Hazırda Səlim çayının sağ
sahilində körpünün bir hissəsi
qalmaqdadır. Körpünün yerində
çayın sağ və sol sahilləri arasında
məsafə 13 m, körpünün eni 4 m,
su səthindən orta xətti 9 m, ümumi
uzunluğu 30 m olmuĢdur.
Körpü divarındakı kitabələrin birində Süleyman Ģahın adı qeyd
olunduğundan onun 1666-cı ildə tikildiyi ehtimal edilsə də, körpünün Elxani
hökmdarı Süleyman xan 1340-1344 tərəfindən tikdirilməsi versiyası daha
inandırıcıdır.
ƏDƏBİYYAT: Сборник сведений о Кавказе (Списки населенных мест Кавказского края по
сведениям 1873 года), Эриванская губерния, 5 т., Тифлис, 1879, № 780; Ə.Ələkbərli. Qədim
Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh. 133-137; K.Dərələyəzli. Dərələyəz od içində,
B.,2001, səh.91-92; İ.Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri, В., 2002, səh.65;
Həsən Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı, Bakı, 2004, səh,111-112.
98
Həsənkənd körpüsünün ümumi görünüĢü (XIV yüzil).
HƏSƏNKƏND KÖRPÜSÜ
Dərələyəz
mahalının
KeĢiĢkənd (06.12.1957-ci ildən
-
Yeğeqnadzor) rayonunun
Həsənkənd (03.01.1935-ci ildən
-
ġatin) kəndində, Səlim
çayının üstündə birtağlı daĢ
körpü.
Su səthindən 3,5 m
yüksəklikdə yerləĢən, eni 2,67
m
olan körpünün ümumi
uzunluğu 12 m-dir.
XIV yüzildə türksoylu
Çesar Orbelian tərəfindən inĢa
edilmiĢ,
XVII
yüzildə
bütünlüklə yenidən bərpa olunmuĢdur.
Həsənkənd kəndi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuĢ, bura ilk
ermənilər (17 ailədə 92 nəfər) 1828-1829-cu illərdə Ġrandan köçürülüb
gətirilmiĢlər.
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее
присоеденения к Российской империи, С-п., 1852, стр.615-618; О.Егиазарян. Памятники
культуры Азизбековского района, Ереван, 1955, стр.48-49; Ə.Ələkbərli. Qədim Türk-Oğuz
yurdu – "Ermənistan", B., 1994, səh.133-137; K.Dərələyəzli. Dərələyəz od içində, B., 2001, səh.93;
Həsən Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı, Bakı, 2004, səh.267.
Dostları ilə paylaş: |