104
Öksüz ocağı.
ÖKSÜZ OCAĞI
Ağbaba mahalının Amasiya rayonu ərazisində, rayon mərkəzi olan Amasiya
Ģəhərindən 25 km Ģimalda yerləĢən Öksüz (19.04.1991-ci ildən - Darik) kəndinin
kənarında müsəlman ocağı.
Öksüz piri 3-4 metr
hündürlüyündə
qranit
qayadan ibarətdir. Ağbaba
bölgəsində adamların ən
çox inam bəslədiyi, tez-tez
ziyarət
etdiyi,
kömək
dilədiyi ocaqlardandır.
Rəvayətə görə, bu
pir
Qaraqoyunlu
Qara
Məhəmmədin
tanınmıĢ
sərkərdələrindən Öksüzün
qəbridir. Deyilənə görə,
Öksüzgil
yeddi
qardaĢ
olmuĢlar. Onlardan birinin də adı ĠbiĢ olmuĢdur. Təsadüfi deyil ki, Ağbaba mahalı
ərazisində iki ĠbiĢ kəndi mövcuddur. Hazırda biri Türkiyə ərazisində (köhnə ĠbiĢ),
digəri Qərbi Azərbaycanın Amasiya rayonundadır (təzə ĠbiĢ). Türkiyə ərazisindəki
köhnə ĠbiĢ kəndində Öksüz pirinə oxĢar ĠbiĢ piri mövcuddur.
Abidənin yerləĢdiyi ərazi, bütövlükdə Ağbaba mahalı tarix boyu Türk-Oğuz
boylarının anayurdu olmuĢ, burada yaĢayan azəri türkləri 1988-ci il soyqırımı
zamanı həmin ərazilərdən qovulub çıxarılmıĢlar.
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.34-38;
A.Bayramov. Qədim Oğuz ellərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları
(toponimləri), Sumqayıt, 1996, səh.179.
105
Cəfərabad//Pir Hüseyn
türbəsinin əsl görkəmi (XV
yüzil).
Cəfərabad//Pir Hüseyn
türbəsi gümbəzi dağılmıĢ
halda.
Cəfərabad//Pir Hüseyn
türbəsinin kitabəsi (XV
yüzil).
CƏFƏRABAD//PĠR HÜSEYN TÜRBƏSĠ
Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən
14 km Ģimalda, Ġrəvan Ģəhəri yaxınlığında yerləĢən Cəfərabad kəndində qırmızı tuf
daĢdan inĢa edilmiĢ səkkiztilli türbə.
Qaraqoyunlu əmirlərinin sərdabəsi üstündə ucaldılan türbənin hündürlüyü
günbəzsiz 12 m olmuĢdur. Türbəni yuxarıdan kəmərvarı əhatə edən 22 m
uzunluğunda ərəbdilli kitabədə Çuxur Səd vilayətinin Saatlu (Sakadlı) tayfasından
olan əmirləri Pir Hüseyn və atası Əmir Səədin (1411-ci ildə vəfat etmiĢdir) adları
çəkilmiĢdir. BaĢqa sözlə, kitabədə yazılıb ki, bu günbəzli müqəddəs sərdabə böyük
hökmdar Pir Budaq xanın və noyon Yusifin padĢahlığında Əmir Səədin oğlu Pir
Hüseynin əmri ilə hicri tarixlə 816-cı il rəcəb ayının 15-də (miladi tarixlə 1413-
cü il oktyabrın 11-də - Ə.Ə.) tikilmiĢdir.
Türbə Pir Hüseyn türbəsi kimi də tanınırdı.
1828-ci ilə qədər kənddə ancaq Azər türkləri, 1830-cu illərdən etibarən isə
Ġrandan köçürülüb gətirilmiĢ ermənilər yaĢamıĢlar.
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее
присоеденения к Российской империи, С-п., 1852, стр.266-267; Сборник сведений о Кавказе
(Списки населенных мест Кавказского края по сведениям 1873 года), Эриванская губерния, 5
т., Тифлис, 1879, N:18; S.Məmmədov. Qaynaqların sözü birdir, "Azərbaycan" jurn.,1989, N:11;
S.Məmmədov. İrəvan şəhərində etnik proseslər, "Azərbaycan" jurn., 1992, № 1-2; С.A.Мамедов.
Азербайджан по источникам XV - первой половины XVIII вв., Б., 1993, стр.138-140;
М.С.Неймат. Корпус эпиграфических памятников Азербайджана, т. III, Б., 2001, стр. 66-67,
174; Ə.Ələkbərli. Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, В.,
2002, səh.139-142.
106
I Sənduqə. Kəndxuda ġeyx Rizanın oğlu Əmrusəl. 883-cü ilin ramazan ayı (miladi noyabr-dekabr
1478-ci il - red), avğvan nəslindən.
II Sənduqə. Bu məzarın sahibi mərhum Oğul
ibn Muraddır. 963-cü il. (Miladi 1555/56-cı il
- red).
III Sənduqə. Məmmədqulunun oğlu Əmirəmin
gəlini Pəri xan. Taun xəstəliyindən vəfat
etmiĢdir. 909-cu il. (Miladi 1503/04-cü il - red).
URUD QƏBĠRĠSTANLIĞINDA
QƏBĠRÜSTÜ ABĠDƏLƏR
Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonunun
Urud (03.07.1968-ci ildən - Vorotan) kəndindəki orta yüzillər qəbiristanlığında
üstü yazılı çoxlu qəbirüstü sənduqələr və qoç heykəlləri qeydə alınmıĢdır.
1961-ci ildə Urud kəndində elmi ezamiyyətdə olan AMEA-nın müxbir
üzvü, t.e.d. M.Nemətova XV-XVII yüzillərə aid 100-ə qədər belə abidəni tədqiq
etmiĢdir. Həmin abidələrin hər birinin üstündə ərəb dilində mərhumun kimliyi,
ölüm tarixi, bəzən də ölüm səbəbi qeyd olunmuĢdur.
Qədimdən Türk-Oğuz boylarının anayurdu olan Urud kəndində 1988-ci ilə
qədər ancaq Azərbaycan türkləri yaĢamıĢlar. Kəndə ilk ermənilər Qərbi
Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra ayaq basmıĢlar.
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.77-82;
M.Urud, Urud, В., 2000, səh.28-49; M.C.Heймат. Корпус эпиграфических памятников
Азербайджана, т. III, Б., 2001, стр.71-73, 184-190.
Dostları ilə paylaş: |