ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

104 
 
Öksüz ocağı. 
 
ÖKSÜZ OCAĞI 
 
Ağbaba mahalının Amasiya rayonu ərazisində, rayon mərkəzi olan Amasiya 
Ģəhərindən 25 km Ģimalda  yerləĢən Öksüz (19.04.1991-ci ildən - Darik)  kəndinin 
kənarında müsəlman ocağı. 
Öksüz  piri  3-4  metr 
hündürlüyündə 
qranit 
qayadan  ibarətdir.  Ağbaba 
bölgəsində  adamların  ən 
çox  inam  bəslədiyi,  tez-tez 
ziyarət 
etdiyi, 
kömək 
dilədiyi ocaqlardandır. 
Rəvayətə  görə,  bu 
pir 
Qaraqoyunlu 
Qara 
Məhəmmədin 
tanınmıĢ 
sərkərdələrindən  Öksüzün 
qəbridir.  Deyilənə  görə, 
Öksüzgil 
yeddi 
qardaĢ 
olmuĢlar. Onlardan birinin də adı ĠbiĢ olmuĢdur. Təsadüfi deyil ki, Ağbaba mahalı 
ərazisində iki ĠbiĢ kəndi mövcuddur. Hazırda biri Türkiyə ərazisində (köhnə ĠbiĢ), 
digəri Qərbi Azərbaycanın Amasiya rayonundadır (təzə ĠbiĢ). Türkiyə ərazisindəki 
köhnə ĠbiĢ kəndində Öksüz pirinə oxĢar ĠbiĢ piri mövcuddur. 
Abidənin yerləĢdiyi ərazi, bütövlükdə Ağbaba mahalı tarix boyu Türk-Oğuz 
boylarının  anayurdu  olmuĢ,  burada  yaĢayan  azəri  türkləri  1988-ci  il  soyqırımı 
zamanı həmin ərazilərdən qovulub çıxarılmıĢlar. 
 
ƏDƏBİYYAT:  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.34-38; 
A.Bayramov.  Qədim  Oğuz  ellərinin  -  Ağbaba,  Şörəyel  və  Pəmbək  bölgələrinin  yer-yurd  adları 
(toponimləri), Sumqayıt, 1996, səh.179. 
 
 
 


105 
 
Cəfərabad//Pir Hüseyn 
türbəsinin əsl görkəmi (XV 
yüzil).  
 
Cəfərabad//Pir Hüseyn 
türbəsi gümbəzi dağılmıĢ 
halda.  
 
Cəfərabad//Pir Hüseyn 
türbəsinin kitabəsi (XV 
yüzil).  
 
CƏFƏRABAD//PĠR HÜSEYN TÜRBƏSĠ 
 
Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 
14 km Ģimalda, Ġrəvan Ģəhəri yaxınlığında yerləĢən Cəfərabad kəndində qırmızı tuf 
daĢdan inĢa edilmiĢ səkkiztilli türbə. 
Qaraqoyunlu  əmirlərinin  sərdabəsi  üstündə  ucaldılan  türbənin  hündürlüyü 
günbəzsiz  12  m  olmuĢdur.  Türbəni  yuxarıdan  kəmərvarı  əhatə  edən  22  m 
uzunluğunda ərəbdilli kitabədə Çuxur Səd vilayətinin Saatlu (Sakadlı) tayfasından 
olan əmirləri Pir Hüseyn və atası Əmir Səədin (1411-ci ildə vəfat etmiĢdir) adları 
çəkilmiĢdir. BaĢqa sözlə, kitabədə yazılıb ki, bu günbəzli müqəddəs sərdabə böyük 
hökmdar Pir Budaq xanın və noyon Yusifin padĢahlığında Əmir Səədin oğlu Pir 
Hüseynin əmri ilə hicri tarixlə 816-cı il rəcəb ayının 15-də (miladi tarixlə 1413-
cü il oktyabrın 11-də - Ə.Ə.) tikilmiĢdir. 
Türbə Pir Hüseyn türbəsi kimi də tanınırdı. 
1828-ci ilə qədər kənddə ancaq Azər türkləri, 1830-cu illərdən etibarən isə 
Ġrandan köçürülüb gətirilmiĢ ermənilər yaĢamıĢlar. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-п.,  1852,  стр.266-267;  Сборник  сведений  о  Кавказе 
(Списки населенных мест Кавказского края по сведениям 1873 года), Эриванская губерния, 5 
т.,  Тифлис,  1879,  N:18;  S.Məmmədov.  Qaynaqların  sözü  birdir,  "Azərbaycan"  jurn.,1989,  N:11; 
S.Məmmədov.  İrəvan  şəhərində  etnik  proseslər,  "Azərbaycan"  jurn.,  1992,  №  1-2;  С.A.Мамедов. 
Азербайджан  по  источникам  XV  -  первой  половины  XVIII  вв.,  Б.,  1993,  стр.138-140; 
М.С.Неймат. Корпус эпиграфических памятников Азербайджана, т. III, Б., 2001, стр. 66-67, 
174;  Ə.Ələkbərli.  Qərbi  Azərbaycan,  II  cild,  Zəngibasar,  Gərnibasar  və  Qırxbulaq  mahalları,  В., 
2002, səh.139-142. 
 


106 
 
I  Sənduqə.  Kəndxuda  ġeyx  Rizanın  oğlu  Əmrusəl.  883-cü  ilin  ramazan  ayı  (miladi  noyabr-dekabr 
1478-ci il - red), avğvan nəslindən. 
 
II Sənduqə. Bu məzarın sahibi mərhum Oğul 
ibn Muraddır. 963-cü il. (Miladi 1555/56-cı il 
- red). 
 
III  Sənduqə.  Məmmədqulunun  oğlu  Əmirəmin 
gəlini  Pəri  xan.  Taun  xəstəliyindən  vəfat 
etmiĢdir. 909-cu il. (Miladi 1503/04-cü il - red).  
 
URUD QƏBĠRĠSTANLIĞINDA 
QƏBĠRÜSTÜ ABĠDƏLƏR 
 
Zəngəzur  mahalının  Qarakilsə  (02.03.1940-cı  ildən  -  Sisian)  rayonunun 
Urud  (03.07.1968-ci  ildən  -  Vorotan)  kəndindəki  orta  yüzillər  qəbiristanlığında 
üstü yazılı çoxlu qəbirüstü sənduqələr və qoç heykəlləri qeydə alınmıĢdır. 
1961-ci  ildə  Urud  kəndində  elmi  ezamiyyətdə  olan  AMEA-nın  müxbir 
üzvü,  t.e.d.  M.Nemətova  XV-XVII  yüzillərə  aid  100-ə  qədər  belə  abidəni  tədqiq 
etmiĢdir.  Həmin  abidələrin  hər  birinin  üstündə  ərəb  dilində  mərhumun  kimliyi, 
ölüm tarixi, bəzən də ölüm səbəbi qeyd olunmuĢdur. 
Qədimdən Türk-Oğuz boylarının anayurdu olan Urud kəndində 1988-ci ilə 
qədər  ancaq  Azərbaycan  türkləri  yaĢamıĢlar.  Kəndə  ilk  ermənilər  Qərbi 
Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra ayaq basmıĢlar. 
 
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu  - "Ermənistan", В., 1994, səh.77-82; 
M.Urud,  Urud,  В.,  2000,  səh.28-49;  M.C.Heймат.  Корпус  эпиграфических  памятников 
Азербайджана, т. III, Б., 2001, стр.71-73, 184-190. 
 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə