ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

111 
 
Ġrəvan qalasının və Sərdar sarayının Zəngi 
dərəsindən görünüĢü.  
 
Ġrəvan Sərdar sarayının Güzgülü salonunun 
interyeri (XVIII yüzil).  
 
Ġrəvan Sərdar sarayının Yay imarəti  
(XVIII yüzil).  
 
SƏRDAR SARAYI//XAN SARAYI 
 
Ġrəvan qalasında Xan Sarayı. 
Ġrəvan  qalası  tikilən  vaxtdan 
(1510)  mövcud  olan  Saray  Ġrəvan 
Sərdarı  Əmirqunə  xan  Qacar  (1605-
1625)  tərəfindən  yenidən  ucaldılmıĢ, 
1760-1770-ci  illərdə  Ġrəvan  hakimi 
Hüseynəli  xan  (1762-1783)  tərəfindən 
təkmilləĢdirilmiĢdir. 
1791-ci 
ildə 
Hüseynəli  xanın  oğlu  Məhəmməd  xan 
(1784-1805)  Sarayın  ġüĢəbənd  adı  ilə 
tanınan Güzgülü salonunu və yay imarətini inĢa etdirmiĢdir. 
Sərdar  Sarayı  böyük  qəbul  otağının  divarlarında  Sərdar  Hüseyn  xanın, 
qardaĢı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli Ģahın (1797-
1834),  Abbas  Mirzənin  (1783-1833),  Rüstəm  və  Söhrabın  portretləri  həkk 
edilmiĢdi.  Saray  1913-1918-ci  illərdə  erməni  millətçilərinin  təcavüzünə  məruz 
qalmıĢ,  dağıdılmıĢ,  həmin  portretlər  1913-cü  ildə  çıxarılıb  Tiflisə  aparılmıĢdır  və 
onlardan  bir  neçəsi  hazırda  Gürcüstan  Dövlət  Ġncəsənət  Muzeyində  saxlanılır. 
1918-ci ildə isə ermənilər Sarayın binasını yerlə-yeksan etmiĢlər. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-п.,1852,  стр.894;  Х.Ф.Б.Линч.  Армения  (Путевые 
очерки  и  этюды),  т  1,  Тифлис,  1910,  стр.280-283;  В.М.Арутюнян,  М.М.Асратян, 
А.А.Меликян, Ереван, 1968, стр.33-34; Y.V.Çəmənzəminli. Tarixi, coğrafi və iqtisadi Azərbaycan, 
В.,  1993,  səh.30-31;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan", В., 1994,  səh.184-187; 
Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, В., 1995, səh. 452-453; C.Qiyasi, İ.Bozyel. Erməni 
kültür  terrörü,  Ankara,  1996,  səh.8-9;  M.Süleymanov.  İrəvan  xanlığının  Rusiyaya  birləşdirilməsi 
tarixindən, В., 1997, səh.25-26; İ.Məmmədov. Tariximiz, torpağımız, taleyimiz, В., 2002, səh.46-47. 
 
 
 


112 
 
Sərdarabad qalasının rus qoĢunları tərəfindən 
alınması.  
 
SƏRDARABAD QALASI 
 
Sərdarabad  mahalının  Sərdarabad  (03.01.1935-ci  ildən  -  Hoktemberyan) 
rayonu ərazisində türk-müsəlman qalası. 
Ġrəvan  sərdarı  tərəfindən  tikildiyi  üçün  sərdarın  Ģərəfinə  Sərdarabad 
qalası adlanmıĢdır. 
Türkiyə 
sərhədində 
yerləĢən 
Sərdarabad  qalası  Ġrəvan  Ģəhərinin 
qapısı  sayıldığından  həmiĢə  xarici 
hücumların  əsas  zərbəsini  öz  üzərinə 
götürmüĢ,  qanlı  döyüĢlərin  meydanına 
çevrilmiĢdir. 
XIX  yüzilin  əvvəllərində  rus 
generallarının  hücumu  zamanı  da  qala 
uğrunda  amansız  döyüĢlər  getmiĢ,  bu 
döyüĢlər  zamanı  qala  xeyli  dağıntılara 
məruz qalmıĢdır. 
Sovet hakimiyyəti illərində - 1930-cu il sentyabrın 9-da Sərdarabad mahalı 
ərazisində  mərkəzi  Sərdarabad  qalası  olmaqla  Sərdarabad  rayonu  yaradılmıĢ, 
03.01.1935-ci ildə Sərdarabad rayonunun adı dəyiĢdirilərək Hoktemberyan rayonu, 
Sərdarabad qalasının adı isə Hoktemberyan kəndi qoyulmuĢdur. 
Sərdarabad  mahalı  qədimdən  Türk-Oğuz  boylarının  anayurdu  olmuĢ,  bura 
ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Rusiya imperiyası 
tərəfindən iĢğalından sonra baĢlanmıĢdır. 
 
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.149-152; Musa 
Urud. Zəngəzur, В., 2005, səh. 185. 
 
 


113 
 
Dərəbas türk kəndində Arzuman 
körpüsünün ümumi görünüĢü (orta 
yüzillər).  
 
ARZUMAN KÖRPÜSÜ 
 
Zəngəzur 
mahalının 
Qarakilsə 
(02.03.1940-cı  ildən  -  Sisian)  rayonunun 
Dərəbas  kəndində  orta  yüzillərə  aid  birtağlı 
daĢ körpü. 
Yazılı  mənbələrdə  adı  844-cü  ildən 
çəkilən  və  ətrafı  qədim  qəbir  və  abidələrlə 
zəngin  olan  Dərəbas  kəndi  qədimdən  Türk-
Oğuz 
boylarının 
anayurdu 
olmuĢdur. 
Təsadüfi  deyil  ki,  Dərəbas  ("Dərə  baĢı" 
anlamında)  kənd  adı  kimi,  Arzuman  körpü 
adı da türkcədir. 
Dərəbas  kəndinə  ilk  ermənilər  XIX 
yüzilin  əvvəllərində  Ġrandan  və  Türkiyədən 
köçürülüb gətirilmiĢlər. 
 
ƏDƏBİYYAT:  Cиcиan  (справочник-путеводитель),  Ереван,  1987,  cmp.85;  Ə.Ələkbərli.  Qədim 
Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.77-82. 
 
 
 


114 
 
Qədim türk-oğuz kəndi olan Ləmbəlidə körpü 
dayaqları (XVI-XVIII yüzillər).  
 
LƏMBƏLĠ KÖRPÜLƏRĠ 
 
Loru 
mahalının 
Barana 
(31.12.1937-ci 
ildən 

Noyemberyan)  rayonunun  Ləmbəli 
(31.12.1937-ci  ildən  -  DebedaĢen) 
kəndində  Tona  (Debed)  çayı 
üstündə körpü tağları. 
Ləmbəli  kəndi  ilə  Sadaxlı 
kəndini birləĢdirən  üç qədim körpü 
aran  Borçalısı  ilə  dağ  Borçalısını 
birləĢdirməklə  tarixi  Ġpək  Yolunun 
üstündə yerləĢmiĢdir. 
XVI-XVIII 
yüzillərin 
yadigarı  olan  bu  körpülər  XIX 
yüzildə  Rusiya-Ġran  müharibələri 
zamanı dağıdılmıĢdır. 
Ləmbəli  kəndi  qədimdən 
Türk-Oğuz  boylarının  anayurdu 
olmuĢ,  1948-ci  ilə  qədər  burada 
ancaq  azərbaycanlılar  yaĢamıĢlar. 
Kəndə  ilk  ermənilər  1948-ci  ildən 
sonra köçürülüb gətirilmiĢlər. 
 
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.48-52; B.Ənsər. 
Qara əllərin qara əməlləri, "Xalq qəzeti", 13 sentyabr 1997-ci il; S.Nəzərli. Ləmbəli, В., 2004, səh.29-
33. 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə