ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   29   30   31   32   33   34   35   36   37

125 
 
Ġrəvanda Hacı Novruzəli 
məscidinin ümumi 
görünüĢü (XVIII yüzil).  
 
 
HACI NOVRUZƏLĠ MƏSCĠDĠ 
 
Ġrəvan Ģəhərində məscid. 
XVIII  yüzilin  2-ci  yarısında  Qara  Seyid  adlı 
Ģəxs tərəfindən tikilmiĢdir. 
Məscid  Ģəhərin  Hacı  Novruzəli  məhəlləsində 
(indiki  dəmiryol  vağzalı  rayonunda)  yerləĢdiyindən 
məhəllənin  adı  ilə  Hacı  Novruzəli  məscidi  də 
adlanmıĢdır.  Bu  məhəllədə  XX  yüzilin  əvvəllərinə 
qədər  bir  nəfər  də  erməni  yaĢamamıĢdır.  Hacı 
Novruzəli  bu  məscidi  tikdirən  Qara  Seyidin  nəvəsi 
olmuĢdur. 
Тəк  minarəli  bu  məscid  XX  yüzilin 
əvvəllərində 
erməni 
millətçiləri 
tərəfindən 
yandırılaraq məhv edilmiĢdir. 
Məsciddə  uzun  illər  Molla  Qasım  axundluq 
etmiĢdir. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-П.,  1852,  стр.687;  Seyfulla  Cəfərli.  Насı  Novruzəli 
məscidi,  "Vətən  həsrəti"  qəz.,  23  iyul,  1993-cü  il;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  - 
"Ermənistan",  В.,  1994,  səh.184-187;  C.Qiyasi,  İ.Bozyel.  Erməni  kültür  terrörü,  Ankara,  1996, 
səh.8. 
 
 
 


126 
 
Ġrəvan  hamamlarından  birinin  giriĢ  qapısı 
(XVIII yüzil).  
 
ĠRƏVAN HAMAMLARI 
 
Ġrəvan  Ģəhəri  orta  yüzillərin  ən 
böyük  Qafqaz  Ģəhərlərindən  biri  kimi, 
çoxlu mədəni tikililərə də malik olmuĢdur. 
Belə  tikililər  sırasında  hamamlar  mühüm 
yer  tutur.  Ġ.ġopen  1829-1832-ci  illərdə 
belə hamamlardan 9-u siyahıya almıĢdır: 
Ġrəvanın  ġəhər  hissəsində:  1. 
ġeyxülislam,  2.  Zal  xan,  3.  Mehdi  bəy; 
TəpəbaĢı  hissəsində:  4)  Hacı  Bəyim,  5. 
ġeyxülislam,  6.  Hacı  Əliyev,  7.  Qafar,  8. 
Kərim  bəy;  Dəmirbulaq  hissəsində: 
9.Həsənəli  (Cəfər  bəy  adı  ilə  də  tanınır) 
hamamları. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-п.,  1852,  стр.867;  В.М.Арутюнян,  М.М.Асратян, 
А.А.Меликян. Ереван, М., 1968, стр.41; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 
1994, səh.184-187. 
 
 
 


127 
 
Ġrəvanda Bazar meydanının ümumi görünüĢü 
(XVIII-XIX yüzillər).  
 
ĠRƏVANDA BAZAR MEYDANI 
 
Köhnə  Ġrəvan  Ģəhərinin  baĢ 
meydanı. 
Burada  böyük  ticarət  mərkəzi 
(bazar)  yerləĢdiyindən  o,  Bazar  meydanı 
adlanmıĢdır.  ġəhərin  əsas  dükan  və 
karvarsaraları burada yerləĢirdi. 
 
 
 
 
 
 
ƏDƏBİYYAT:  В.М.Арутюнян,  М.М.Асратян,  А.А.Меликян.  Ереван,  М.,  1968,  стр.41; 
Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan" В., 1994, səh. 184-187. 
 
 


128 
 
Qədim türk kəndi Urudda Urud 
körpüsünün müxtəlif görünüĢləri (XIX 
yüzil).  
 
URUD KÖRPÜSÜ 
 
Zəngəzur  mahalının  Qarakilsə 
(02.03.1940-cı  ildən  -  Sisian)  rayonunun 
Urud  (03.07.1968-ci  ildən  -  Vorotan) 
kəndində,  Bazarçay  çayı  üstündə  birtağlı 
körpü. 
Bədir və Qala qayalarının arasında 
iki iri daĢın üzərində 1855-ci ildə bölgənin 
müsəlman 
bəyləri 
tərəfindən 
inĢa 
edilmiĢdir. 15-20 addım uzunluğunda olan 
bu körpü Urud azərbaycanlı  kəndini onun 
kövĢənləri,  bağları  ilə  birləĢdirir,  mahalın 
ġam,  Dərəbas,  Ġrmis,  Bəhrülü,  Ġlizin  və  s. 
Azərbaycanlı kəndlərinə gediĢ-gəliĢi təmin edirdi. 
Körpünün  tikintisində  çay  daĢları,  əhəng  və 
s.  təbii  tikinti  materialları  ilə  yanaĢı,  yüz  minlərlə 
yumurta sarısından da istifadə olunmuĢdur. 
Qədimdən  Türk-Oğuz  boylarının  anayurdu 
olan  Urud  kəndində  1988-ci  ilə  qədər  ancaq 
Azərbaycan  türkləri  yaĢamıĢlar.  Kəndə  ilk 
ermənilər  Qərbi  Azərbaycan  türklərinin  1988-ci  il 
soyqırımından sonra ayaq basmıĢlar. 
 
 
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh. 77-82; M.Urud. 
Urud, В., 2000, səh.54. 
 
 
 


129 
 
Ġrəvan Ģəhərinin ümumi görünüĢü (XIX yüzil).  
 
Ġrəvan sərdarı Hüseynqulu xanın qardaĢı 
Pənah xanın evi (XIX yüzil).  
 
Ġrəvan  xanı  Əli  xanın  Ģəhər  küçəsində  Ģəxsi 
evi (XIX yüzil).  
 
 
 
Köhnə Ġrəvanda azərbaycanlı evi (XIX yüzil).  
 
KÖHNƏ ĠRƏVANDA AZƏRBAYCANLILARIN ġƏXSĠ EVLƏRĠ 
 
Orta  yüzillər  Ġrəvan  Ģəhəri  Qafqazın  ən  böyük  siyasi-mədəni 
mərkəzlərindən biri olmaqla həm də nadir maddi mədəniyyət nümunələri ilə zəngin 
Azərbaycan  türk  Ģəhəridir.  Burada  azərbaycanlı  memarların  ucaltdığı  türk 
zadəganlarına  məxsus  Ģəxsi  mülklər,  yaĢayıĢ  evləri  də  öz  bitkin  memarlıq  həlli 
baxımından abidə adı daĢımağa layiqdir. 
 
ƏDƏBİYYAT:  В.M.Арутюнян,  М.М.Aсратян,  А.А.Меликян.  Ереван,  М.,  1968,  стр.43; 
Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.184-187. 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə