ƏZĠZ ƏLƏKBƏRLĠ


"QƏRBĠ AZƏRBAYCAN ABĠDƏLƏRĠ"



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   29   30   31   32   33   34   35   36   37

138 
 
"QƏRBĠ AZƏRBAYCAN ABĠDƏLƏRĠ" 
KĠTABI HAQQINDA 
RƏYLƏR 
 
Budaq BUDAQOV 
akademik, АMEA-nın  
Coğrafiya İnstitutunun direktoru 
 
Bu mövzu mənə doğmadır. Mən ömrümün bir hissəsini  Qərbi Azərbaycan 
mövzusuna - indiki Ermənistan toponimlərinin tədqiq edilməsinə həsr etmiĢəm. 
"Qərbi  Azərbaycan  abidələri"  indiki  Ermənistan  ərazisində  qalan  maddi 
mədəniyyət  nümunələrimiz  haqqında  dəyərli  bir  kitabdır.  Bu  kitabın  müxtəlif 
dillərə  tərcümə  olunub,  dünya  ictimaiyyətinə  çatdırılması  vacibdir.  Dünya 
bilməlidir  ki,  Ermənistan  ərazisində  yerləĢən  və  bu  gün  dünya  ictimaiyyətinə 
"qədim  erməni  abidələri"  kimi  təqdim  olunan  qədim  yaĢayıĢ  məskənləri 
qalıqlarının, nekropol və kurqanların, qala, saray və qəsrlərin, karvansara, körpü və 
dini məbədlərin çox böyük əksəriyyəti Azərbaycan xalqına məxsusdur... 
 
* * * 
Vəli ƏLİYEV, 
tarix elmləri doktoru, professor, 
AMEA-nın müxbir üzvü, 
ADPU-nun Ümumi tarix kafedrasının müdiri. 
 
Azərbaycanın  maddi  mədəniyyət  nümunələrinin  bir  hissəsi  bu  gün  Qərbi 
Azərbaycan adlandırdığımız  indiki Ermənistan ərazisindədir. Lakin  təəssüf  ki,  bu 
abidələr  tədqiqatçılarımız  tərəfindən  vaxtında  öyrənilməmiĢ  və  bundan  istifadə 
edən  həmin  əraziyə  gəlmə  ermənilər  о  abidələrin  bir  hissəsini  məhv  etmiĢ,  bir 
hissəsini isə erməniləĢdirməyə çalıĢmıĢlar. Lakin daĢlara yazılmıĢ yaddaĢı pozmaq 
və ya dəyiĢmək yadellilərə heç də həmiĢə nəsib olmamıĢdır. 
Tədqiqatçı  Əziz  Ələkbərlinin  "Qərbi  Azərbaycan  abidələri"  kitabı  bu 
boĢluğu  doldurmaq  üçün  atılan  mühüm  addım  sayıla  bilər  və  indiki  vaxtda,  mən 
deyərdim  ki,  siyasi  baxımdan  da  son  dərəcə  vacibdir.  Çünki  nəhayət,  dünya 
bilməlidir  ki,  "qədim  erməni  mədəniyyəti"  deyilən  bir  anlayıĢ  kökündən 
uydurmadır və Qərbi  Azərbaycan ərazisindən tapılıb dünya ictimaiyyətinə sırınan 
bütün yeraltı və yerüstü maddi mədəniyyət nümunələri əslində Azərbaycan xalqına 
məxsusdur... 
 
*** 
 
 


139 
 
Cəfər QİYASİ 
Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, 
Azərbaycan MEA-nın müxbir üzvü 
 
Azərbaycan  mədəni  irsinin  böyük  bir  bölümü  -  çoxsaylı  abidələr  indiki 
Ermənistan  ərazisindədir.  Təəssüf  ki,  bu  irs  indiyəcən  geniĢ  və  hərtərəfli 
öyrənilməmiĢdir.  Tədqiqatçı  Ə.Ələkbərlinin  "Qərbi  Azərbaycan  abidələri"  adlı 
kitab-albomu  bu  boĢluğu  xeyli  dərəcədə  doldurur.  Mən  təqdim  edilən  kitab 
albomun  əlyazması  ilə  tam  tanıĢ  olmuĢam  və  onun  elmi  redaktoru  olmağa  öz 
razılığımı bildirirəm. 
 
*** 
Nizami CƏFƏROV 
filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü,  
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri 
 
Dünyada  bir  mədəniyyət  abidəsini  yaratmaq  nə  qədər  çətindirsə,  bu 
abidənin sənin olduğunu sübut eləmək və о abidəni tarix-tarix öz millətinin adına 
qorumaq ondan da çətindir. 
Əziz Ələkbərlinin bu kitabı bizim üçün bu baxımdan çox əhəmiyyətlidir. 
Mən  qəti  olaraq  bu  fikirdəyəm  ki,  bu  kitab  həqiqətən  dəyərli  kitabdır  və 
bizim tarixi elmi düĢüncəmizin məhsulu olan bir kitabdır. Нəm də tarixi dəqiqliklə, 
bir qədər də üsyankarlıqla yazılmıĢ kitabdır. 
 
*** 
Məşədixanım NEMƏT 
tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü 
 
Ə.Ələkbərlinin  "Qərbi  Azərbaycan  abidələri"  əsəri  Qərbi  Azərbaycan 
torpaqlarının  Azərbaycanın  tarixi  ərazisi  olmasını  bir  daha  əsaslı  surətdə  sübut 
edir. DaĢ kitabələr, memarlıq abidələri, məzar daĢları üzərində yaĢadığımız torpağa 
bizə  vətəndaĢlıq  hüququ  verən  pasportlarımızdır.  Bu  abidələr  ermənilərə  "bu 
torpaqda mənim babam yaĢamıĢdır, səninki yox" deməkdir. 
Ümumiyyətlə,  Ə.Ələkbərlinin  gördüyü  iĢ,  çapa  təqdim  etdiyi  əsər  dövrün 
tələblərinə tamamilə uyğundur. Əsər dünya ictimaiyyətinə çatdırılmağa layiqdir. 
Kitabın  iki  dildə  -  Azərbaycan  və  ingilis  dillərində  çap  olunması 
təqdirəlayiqdir. 
 
*** 
 
 


140 
 
Həsən MİRZƏYEV 
filologiya elmləri doktoru, professor; 
 
Mən  Ə.Ələkbərlinin  Qərbi  Azərbaycan  torpaqlarına  dair  araĢdırmaları  ilə 
tanıĢam,  onun  bu  istiqamətdəki  yaradıcılığını  diqqətlə  izləyir  və  alqıĢlayıram. 
"Qərbi Azərbaycan" çoxcildliyini yazmaqla o, tarixi bir missiyanı yerinə yetirir. 
"Qərbi  Azərbaycan  abidələri"  həmin  araĢdırmaların  tərkib  hissəsi  olmaqla, 
həm  də  bu  gün  dövlətimizə  və  millətimizə  gərəkli  bir  kitabdır.  Bu  kitab  "qədim 
mədəniyyəti"  ilə  dünya  qarĢısında  öyünən  ermənilərin  yalanını  beynəlxalq 
miqyasda  açıb  ortaya  qoymaq  üçün  alim  və  siyasətçilərimizin  əlində  kəsərli 
silahdır. 
Belə  hesab  edirəm  ki,  Ə.Ələkbərlinin  "Qərbi  Azərbaycan  abidələri"  kitabı 
və  bu  tipli  kitablar  həm  təcili  çap  olunmalı,  həm  də  müxtəlif  dillərə  tərcümə 
edilərək dünyaya yayılmalıdır. 
 
*** 
Hüseyn İSMAYILOV 
filologiya elmləri doktoru, AMEA Folklor İnstitutunun direktoru 
 
Mən Əziz Ələkbərlinin elmi yaradıcılığı, kitabları ilə yaxından tanıĢam. O, 
"Qərbi  Azərbaycan"  çoxcildliyi  ilə  sübut  edir  ki,  indiki  Ermənistan  əraziləri 
coğrafi, tarixi və toponimik baxımdan qədim Azərbaycan torpaqlarıdır. 
Ġndi də bu iĢi "Qərbi Azərbaycan abidələri" kitabı ilə gördü. Hamımıza gün 
kimi  aydın  olan  bir  həqiqəti  ilk  dəfə  dünyaya  car  çəkdi  ki,  Qərbi  Azərbaycan 
ərazisindəki  tarixi  abidələrin  böyük  əksəriyyəti  qeyd-Ģərtsiz  həmin  ərazilərin 
qədimdən əsl sakinləri olan Azərbaycan türklərinə məxsusdur. 
Biz bu istiqamətdə tədqiqatları dərinləĢdirməliyik. 
 
*** 
 
Süleyman MƏMMƏDOV, 
tarix elmləri doktoru, professor,  
ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri. 
 
Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi Azərbaycanın tarixi torpaqları 
olmaqla, buradakı qədim və orta əsrlər maddi mədəniyyət nümunələri də xalqımıza 
məxsusdur.  Lakin  Sovet  dövründə  həmin  abidələri  Azərbaycan  abidələri  kimi 
tədqiq  etmək  obyektiv  səbəblər  üzündən  mümkün  olmadığından  ermənilər  də 
onları özlərininkiləĢdirmək, dünyaya öz abidələri kimi təqdim etmək yolunda xeyli 
irəli getmiĢlər. 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə