ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   29   30   31   32   33   34   35   36   37

130 
 
Köhnə Ġrəvanın keçmiĢ çar küçəsində 
azərbaycanlı evi (XIX yüzil).  
 
Köhnə  Ġrəvanın  keçmiĢ  Astafyev  küçəsində 
Müəllimlər Seminariyasının binası  
(XIX yüzil).  
 
Buğakar pirinin ümumi görünüĢü. 
 
BUĞAKAR PĠRĠ 
 
Zəngəzur 
mahalının 
Meğri 
rayonunun  Buğakar  kəndi  ərazisində 
ziyarətgah. 
Buğakar kəndi öz adını IX yüzil 
ərəb  sərkərdəsi  Buğa  əl-Kəbirin, 
adından  almıĢ,  ziyarətgah  isə  kəndin 
adı  ilə  -  Buğakar  ziyarətgahı  kimi 
tanınmıĢdır.  Sultan  Seyid  Əhməd 
məqbərəsi  kimi  də  tanınan  bu 
ziyarətgah,  əslində,  ərəb  sərkərdəsi 
Əhməd  ibn  əl-Xəlil  ibn  HiĢamın 
məzarı, məqbərə də onun məqbərəsidir. 
Kənddə həmiĢə azərbaycanlılar yaĢamıĢlar. 
1930-cu  illərdə  Buğakar  kəndi  ləğv  edilmiĢ,  əhalisi  qonĢu  azərbaycanlı 
kəndlərinə  köçürülmüĢdür.  Buna  baxmayaraq,  Buğakar  (yerli  tələffüzdə  Bığıkar) 
piri ətraf kəndlərin Azərbaycanlı əhalisi üçün ziyarətgah olaraq qalmıĢdır. 
 
ƏDƏBİYYAT:  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.  144-148; 
Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, səh.170; H.Vəli. Babək Xürrəmidinin 
son taleyi, Bakı, 1998. 
 
 
 


131 
 
Cadırğan pirinin müxtəlif görünüĢləri. 
 
CADIRĞAN PĠRĠ 
 
Loru  mahalının  Barana  (04.01.1938-ci  ildən  -  Noyemberyan)  rayonunun 
Ləmbəli  (18.06.1960-cı  ildən  -  DebedaĢen,  1972-ci  ildən  -  BaqrataĢen)  kəndi 
ərazisində, böyük Cadırğan düzünün cənubunda pir. 
Bölgədə  məĢhur olan  bu pirə  ətraf  kəndlərin də  müsəlman  əhalisi ziyarətə 
gələrdilər. 
Qədimdən insanların inanc yeri olan bu pirin tarixi haqqında dəqiq məlumat 
yoxdur,  çünki  burada  heç  bir  tədqiqat  aparılmayıb.  Ehtimala  görə  isə  bu  yerdə 
vaxtilə  hansısa  bir  müqəddəs  insanın  məzarı  olmuĢ  və  bu  məzar  sonralar 
ziyarətgaha çevrilmiĢdir. 
Pirin  yerləĢdiyi  Ləmbəli  kəndi  qədimdən  Türk-Oğuz  boylarının  anayurdu 
olmuĢ,  bura  ilk  ermənilər  1949-cu  ildə  kəndin  azərbaycanlı  əhalisi  sürgün 
olunduqdan sonra köçürülüb gətirilmiĢ, azərbaycanlı evlərində yerləĢdirilmiĢlər. 
 
ƏDƏBİYYAT:  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.48-52;  Bilal 
Ənsər. Qara əllərin qara əməlləri, "Xalq qəzeti", 13 sentyabr 1997-ci il; S.Nəzərli. Ləmbəli, В., 2004, 
səh.42-46. 
 
 
 


132 
 
Kəkilli pirdə Seyid Əhmədin məqbərəsi (XX yüzil).  
 
KƏKĠLLĠ  PĠR 
 
Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndi ərazisində pir. 
ġərbiĢəyə  (ġərqmeĢəyə)  doğru  uzanan  yolun  üstündə,  təpə  baĢındakı  üç 
böyük  palıd  ağacı  qədimdən  yerli  sakinlərin  inam  yerinə  çevrilmiĢdir.  Bu 
yerlərdəki  meĢəliklər  ildən-ilə  qırılıb,  tükənsə  də,  Kəkilli  pirin  palıdlarına 
toxunmağa,  hətta  oradan  quru  odun  aparmağa  belə  heç  kəs  cürət  etməmiĢdir.  Bu 
qadağanı  pozanlardan  ağzı  əyilən,  boynu  yana  dönənlər  də  olmuĢdur.  1930-cu 
illərdə belə bir rəvayət də yayılmıĢdır 
ki,  Səlimə  adında  bir  qadın  Quranı 
palıdın  koğuĢunda  gizlətmiĢ,  bir 
gecənin içində koğuĢ qovuĢmuĢdur. 
Həmin  palıd  ağaclarından  ən 
ucasının  yarpaqları  dəfnə  ağacı 
yarpağına  oxĢayan  qəribə  bir  budağı 
vardı.  Görünür,  həmin  budağı 
adamlar,  nə  vaxtsa,  ağacın  kəkili 
hesab etmiĢlər və pirin Kəkilli adı da 
buradan yaranmıĢdır. 
Kəndin  sakinləri  bura  dilək 
diləməyə gələr, qurbanlar kəsər, palıd 
ağaclarının  koğuĢlarında  çıraq  yandırardılar.  Pirin  ərazisində  Zəngilan  bölgəsinin 
hörmətli  din  xadimlərindən  sayılan  Seyid  Mir  Əhməd  ağanın,  bir  neçə 
qohumlarının  məzarları  vardı.  1950-ci  illərdən  sonra  ermənilərin  Qafanın 
Pirdavdan  kəndində  dağıtdıqları  sərdabədən  Mir  Əhməd  ağanın  qəbrini  də  bura 
köçürdülər və oğlu Mir Əli ağa atasının məzarı üstündə sərdabə tikdirdi... 
 
ƏDƏBİYYAT: Rəşid Təhməzoğlu. Kəndimizin tapım yerləri. "Qafqazın səsi" qəz., 8 may 2003-cü il. 
 
 


133 
 
Uluxanlı məktəbi. 
 
ULUXANLI MƏKTƏBĠ 
 
Zəngibasar  mahalının  Uluxanlı  (31.12.1937-ci  ildən  -  Zəngibasar,  31-
07.1950-ci ildən - Masis) kəndində yerləĢən, 1881-ci ildə əsası qoyulan bu məktəb 
XIX  yüzilin  2-ci  yarısında  Ġrəvan  çuxurunda  fəaliyyətə  baĢlayan  ilk  dünyəvi 
məktəblərdən biri idi. 
Qafqaz  tədris  dairəsi  müdirinin 
1880-ci 
il 
tarixli, 
1879 
saylı 
məruzəsində  bildirilir  ki,  Ġrəvan 
qubernatoru  ilə  Uluxanlı  kəndinin 
camaatı  arasında  əldə  edilmiĢ  razılığa 
görə,  kənd  camaatı  ikisinifli  məktəb 
üçün  lazım  olan  binanı  tikməyi 
öhdələrinə 
götürüblər. 
Kənd 
adamlarından  biri  isə  məktəb  binası 
tikilib  qurtarana  qədər  öz  evini 
təmənnasız 
olaraq 
məktəbxanaya 
çevirməyə hazır olduğunu bildirmiĢdir. 
Buna görə də Ġrəvan qubernatoru xahiĢ 
edir ki, Uluxanlı kəndində ikisinifli məktəb açmaq üçün lazımi sərəncam verilsin. 
Beləliklə,  1881-ci  ildə  fəaliyətə  baĢlayan  məktəb  Allahverdi  Hacı  Həsən  oğlunun 
evində yerləĢir. 
Xanlar  bəy  Həsənbəyov  və  Hacı  MəĢədi  Hüseyn  oğlu,  Məmməd  bəy 
Qazıyev,  Əbduləli  Muxtarov,  Hacı  Molla  Kərim  Rzaquliyev,  Mirzə  Ələkbər 
Rzazadə, Cəlil Məmmədquluzadə, ġəmdin bəy Mahmudbəyov və baĢqa görkəmli 
pedaqoqlar bu məktəbdə dərs demiĢlər. 
1918-ci  ildə  ermənilərin  bölgədə  törətdikləri  qırğınlar  nəticəsində  məktəb 
fəaliyyətini dayandırmıĢ, 1920-ci illərin əvvəllərində bərpa olunmuĢ, yeni məktəb 
binası  tikilib  istifadəyə  verilmiĢdir.  1940-cı  ildə  məktəb  üçün  ikimərtəbəli  yeni 
bina tikilmiĢdir. 
Qədimdən  ancaq  azər  türklərinin  yaĢadığı  Uluxanlı  kəndinin  azərbaycanlı 
əhalisi  1988-ci  ildə  ermənilər  tərəfindən  soyqırıma  məruz  qalaraq  qovulub 
çıxarılmıĢ, kənd bütünlüklə erməniləĢdirilmiĢdir. 
Uluxanlı məktəbi də elə həmin vaxt fəaliyyətini dayandırmıĢdır. 
 
ƏDƏBİYYAT:  Ə.Zeynalov.  Bir  məktəbin  ömür  yolu,  "Ağrıdağ"  qəzeti,  8-14  aprel  1988-ci  il; 
Ə.Ələkbərli. Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, Bakı, 2002, 
səh.81-82, 319-355; İ.İsmayılov, E.Həsənov. Uluxanlı məktəbi – 125 il, Bakı, 2006. 
 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə