ƏZĠZ ƏLƏKBƏRLĠ


Ġrəvanda Gedər körpüsü (XVII yüzil)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   29   30   31   32   33   34   35   36   37

120 
 
Ġrəvanda Gedər körpüsü (XVII yüzil). 
 
GEDƏR KÖRPÜSÜ 
 
Ġrəvan Ģəhərində birtağlı körpü. 
1664-cü  ildə  Zəngi  çayının 
qolu  olan  Gedər  çayı  üstündə  qırmızı 
daĢdan tikilmiĢdir. 
 
 
 
 
 
 
 
 
ƏDƏBİYYAT:  В.М.Aрутюнян,  М.М.Aсратян,  А.А.Меликян,  Ереван,  М.,  1968,  стр.36; 
Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.  184-187;  Ermənistan 
azərbaycanlılarının tarixi coğrafiyası, В., 1995, səh.453. 
 
 
 


121 
 
Ġrəvanda ġah Abbas məscidinin ümumi 
görünüĢü (XVII yüzil). 
 
CAME MƏSCĠDĠ // ġAH ABBAS MƏSCĠDĠ 
 
Ġrəvan qalasında məscid. 
Sərdar 
Sarayının 
Ģərqində 
yerləĢən bu  məscid 1606-cı  ildə  Səfəvi 
hökmdarı  I  ġah  Abbas  (1587-1629) 
tərəfindən  tikdirildiyindən  ona  ġah 
Abbas məscidi də deyirdilər. 
Məscidin  ətrafında  mədrəsə, 
kitabxana,  karvansara  və  onları  əhatə 
edən  böyük  həyət,  həyətdə  hovuz 
olmuĢdur. 
1918-1920-ci 
illərdə  məscid 
erməni daĢnakları tərəfindən dağıdılmıĢ, 
1928-ci 
ildə 
məsciddə 
olmuĢ 
Azərbaycan  Arxeologiya  Komissiyasının  üzvü  Ġsa  bəy  Əzimbəyov  məscidin  ġah 
Abbasın  adı  çəkilən  kitabəsini  oxumuĢ,  tarixini  dəqiqləĢdirmiĢ,  onun  gümbəzinin 
dağıdıldığını, ətrafının viranə Ģəklə salındığını qeydə almıĢdır. 
Uzun  müddət  yararsız  halda  saxlanan  məscid  binasını  ermənilər  1940-cı 
illərdə bütünlüklə məhv etmiĢlər. 
 
ƏDƏBİYYAT:  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.184-187; 
Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, В., 1995, səh. 449-450; C.Qiyasi, İ.Bozyel. Erməni 
kültür  terrörü,  Ankara,  1996,  səh.8;  M.Süleymanov.  İrəvan  xanlığının  Rusiyaya  birləşdirilməsi 
tarixindən, В., 1997, səh.25; Ə.Ələkbərli. İrəvan məscidləri, "Xalq qəzeti", 18 may 1997-ci il. 
 
 
 


122 
 
Ġrəvan Dəmirbulaq məscidinin iç görünüĢləri (XVII-XVIII yüzillər). 
 
DƏMĠRBULAQ MƏSCĠDĠ//GÜNLÜKLÜ MƏSCĠD 
 
Ġrəvan Ģəhərində məscid. 
ġəhərin  Dəmirbulaq  məhəlləsində  yerləĢdiyi  üçün  Dəmirbulaq  məscidi
məscid  binasının  üstündə  düzəldilmiĢ  günlüyə  görə  isə  Günlüklü  məscid   
adlanmıĢdır. 
Məscid  Hacı  Müzəffər  ağa  adlı  Ģəxs  tərəfindən  XVII-XVIII  yüzillərdə 
tikilmiĢdir. 
1988-ci  ilin  fevralına  qədər  fəaliyyət  göstərən  və  Ģəhərin  dindar 
müsəlmanlarına  xidmət  edən  məscid  həmin  ilin  fevralında  erməni  millətçiləri 
tərəfindən hücuma məruz qalmıĢ, talanmıĢ, sonra isə od vurulub yandırılmıĢdır. 
 
ƏDƏBİYYAT:  В.М.Арутюнян,  М.М.Асратян,  А.А.Меликян.  Ереван,  М.,  1968,  стр.32; 
Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.184-187;  "Göyçə"  qəz.,
 
24 
dekabr 1994-cü il. 
 
 
 


123 
 
Ġrəvanda Dəmirbulaq körpüsünün ümumi 
görünüĢü (XVII-XVIII yüzillər).  
 
DƏMĠRBULAQ KÖRPÜSÜ 
 
Ġrəvan  Ģəhərində  birtağlı  daĢ 
körpü. 
ġəhərin  içindən  keçən  kiçik 
Dəmirbulaq  çayı  üstündən  salınmıĢ 
körpünün 
XVII-XVIII 
yüzillərin 
yadigarı olduğu ehtimal edilir. 
Ġrəvan  Ģəhərində  Dəmirbulaq 
adlı məhəllə və məscid də olmuĢdur. 
 
 
 
 
 
ƏDƏBİYYAT:  В.М.Арутюнян,  М.М.Aсратян,  А.А.Меликян.  Ереван,  М.,  1968,  стр.36; 
Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.184-187. 
 
 
 


124 
 
Ġrəvanda Göy məscid (XVIII yüzil). 
 
Ġrəvanda Göy məscidin həyətində hovuz. 
 
Göy məscidin giriĢi.  
 
Göy  məscidin  1981-
ci il mənzərəsi.  
 
GÖY MƏSCĠD // HÜSEYNƏLĠ XAN MƏSCĠDĠ 
 
Ġrəvan  Ģəhərində  məscid. 
Tikintisinə 1760-cı ildə baĢlanmıĢ, 
1764-cü 
ildə 
Ġrəvan 
sərdarı 
Hüseynəli  xan  Qacar  (1762-1783) 
tərəfindən  tamamlanmıĢ,  onun  adı 
ilə  Hüseynəli  xan  məscidi  də 
adlanmıĢdır. 
Eni 66  m,  uzunluğu 97.2  m 
olan Göy məscid Ġrəvan məscidləri 
içərisində ölçüsünə görə ən böyüyü 
və  Ġrəvan  Ģəhərinin  mərkəzi  Came 
məscidi  idi,  digər  məscidlərə  din  xadimləri  buradan 
göndərilirdi. 
Məscid kompleksi ibadət və din xadimləri üçün yaĢayıĢ otaqlarından, qıĢ və 
yay salonlarından, mədrəsədən və s. tikililərdən ibarət idi. Məscidin 4 minarəsi (3-
ü  dağıdılmıĢ,  yalnız  1-i  qalmıĢdır),  çarhovuzlu-fəvvarəli  geniĢ  həyəti,  zəngin 
kitabxanası olmuĢdur. 
Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılmıĢdır: 1) 1918-ci 
ildə; 2) 1955-ci ilin martında türk din xadimi Mahmud Aruz oğlu, həyat yoldaĢı və 
22 nəfər türk üləması məsciddə ibadət edərkən. 
Son  zamanlar  məscidin  binası  tarix  muzeyinə  çevrilmiĢdi.  Hazırda 
ermənilər bu məscidi "Fars məscidi" adı ilə dünyaya təqdim edirlər. 
 
ƏDƏBİYYAT: Х.Ф.Б.Линч. Армения (Путевые очерки и этюды), т 1, Тифлис, 1910, стр. 277-
280;  В.М.Арутюнян,  М.М.Асратян,  А.А.Меликян.  Ереван,  М.,  1968,  стр.31-32;  Ə.Ələkbərli. 
Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.184-187;  Ermənistan  azərbaycanlılarının 
tarixi  coğrafiyası.  В.,  1995,  səh.450-452;  C.Qiyasi,  İ.Bozyel.  Erməni kültür  terrörü, Ankara,  1996, 
səh.8;  Ə.Ələkbərli.  İrəvan  məscidləri,  "Xalq  qəzeti",  18  may  1997-ci  il;  S.Şükürov.  İrəvan  hakimi 
Hüseynqulu  xan  və  onun  Zəngibasar  mahalı,  Gəncə,  2000,  səh.51-53;  C.Qiyasi.  Qədim  İrəvan 
şəhəri, "Respublika" qəz.,14 noyabr 2002-ci il. 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə