ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

95 
 
Ağkənd karvansarasının yerüstü görünüĢü  
(XIV yüzil).  
 
Ağkənd karvansarasının interyeri (XIV yüzil).  
 
AĞKƏND KARVANSARASI 
 
Dərələyəz  mahalının  KeĢiĢkənd 
(06.12.1957-ci  ildən  -  Yeğeqnadzor) 
rayonu ərazisində, Ağkənd kəndindən 3 
km aralıda, Səlim  gədiyinin aĢağısında 
karvansara.  QıĢda  isti,  yayda  sərin 
olmaq  üçün  bina  bütünlüklə  torpağın 
altında  tikilmiĢdir.  Bir  zaldan  ibarət 
olan  karvansara  iç  üzdən  yonulmuĢ 
bazalt  daĢlarla,  çöl  hissəsi  isə  torpağın 
altda  qaldığı  üçün  adi  daĢlarla  inĢa 
edilmiĢdir. 
Üçnefli  binanın  daxili  sahəsi 
12,2 x 25,1 m, ümumi sahəsi 306 m-dir. 
Sağ  və  sol  tərəflərdə  hər  cərgədə  9 
dayaq olmaqla cəmi 18 dayaq yonulmuĢ 
daĢlarla 
bir-biri 
ilə 
möhkəm 
birləĢdirilmiĢdir. 
Səlim  karvansarasının  zalı  ilə 
Ağkənd karvansarası zalı arasındakı fərq 
yalnız  ikincidə  axur  və  su  kanalının 
olmamasındadır. Bu oxĢarlıq onların hər 
ikisinin Əbu Səid Xan Bahadur (1316-
1335)  tərəfindən  tikildiyini  söyləməyə 
əsas verir. 
Karvansaranın 
yaxınlığında 
yerləĢən  Ağkənd  kəndində  1918-ci  ilə 
qədər ancaq Azərbaycan türkləri yaĢamıĢlar. Kəndə ilk ermənilər (cəmi 172 nəfər) 
1923-1925-ci illərdə köçürülüb gətirilmiĢlər. 
 
ƏDƏBİYYAT:  О.Егиазарян.  Памятники  культуры  Азизбековского  района,  Ереван,  1955, 
стр.69-72;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.133-137; 
K.Dərələyəzli.  Dərələyəz  od  içində,  В.,  2001,  səh.83-85;  Həsən  Mirzəyev.  Qərbi  Azərbaycanın 
Dərələyəz mahalı, Bakı, 2004, səh.99-100. 
 
 


96 
 
Sınıq karvansara. 
 
SINIQ KARVANSARA 
 
Zəngəzur mahalının Gorus rayonunun Yaycı (03.07.1968-ci ildən - Qarjis) 
kəndi yaxınlığında, qədim Urud yolunun üstündə türk-müsəlman abidəsi. 
Bölgədəki  bir  sıra  digər  eynitipli  karvansaralar  (Dərələyəz  mahalındakı 
Səlim və Ağkənd karvansaraları) kimi, Sınıq Karvansara da Azərbaycan Elxanilər 
dövlətinin  hökmdarı  Əbu  Səid 
Bahadur  xan  tərəfindən  qədim 
Ġpək 
Yolunun 
üstündə 
tikilmiĢdir.  Elə  buna  görə  də  o, 
bəzən  Əbu  Səid  Karvansarası 
da  adlanmıĢdır.  "Г"  Ģəkilli 
karvansaranın  giriĢ  qapısının 
üstündəki iri daĢın üzərində ərəb 
əlifbası ilə fars dilində yazılar və 
698-ci hicri tarixi yazılmıĢdır ki, 
bu da abidənin 1319-cu il miladi 
tarixdə tikildiyini təsdiq edir. 
Karvansaranın 
"Sınıq" 
adlanması  isə  tədqiqatçılar  tərəfindən  onun  "Г"  Ģəklində  olması  ilə  izah  olunur. 
Xatırladırıq ki, "Sınıq" sözü türkcədir, "sınmıĢ" anlamındadır. 
Karvansaranın  divarı  çaylaq  daĢından,  əhəng  və  qum  qarıĢıqlı  məhlulla 
hörülmüĢdür.  Tağlar  və  sütunlar  isə  yonulmuĢ  bazalt  daĢdan  tikilmiĢdir. 
Karvansaranın ətrafında çox qədim qəbiristanlıq qalıqları mövcuddur. 
Karvansaranın  yerləĢdiyi  ərazi,  bütövlükdə  Zəngəzur  mahalı  qədimdən 
Türk-Oğuz  boylarının  anayurdu  olmuĢ,  bura  ermənilərin  ilk  kütləvi  axını  XIX 
yüzilin  əvvəllərində  bölgənin  Rusiya  imperiyası  tərəfindən  iĢğalından  sonra 
baĢlanmıĢdır. 
 
ƏDƏBİYYAT: Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh. 141-143; Musa 
Urud. Zəngəzur, Bakı, 2005, səh.89. 
 
 
 


97 
 
Alıxan pəyəsi körpüsünün ümumi görünüĢü  
(XIV yüzil).  
 
ALIXAN PƏYƏSĠ KÖRPÜSÜ 
 
Dərələyəz 
mahalının 
KeĢiĢkənd  (06.12.1957-ci  ildən  - 
Yeğeqnadzor)  rayonu  ərazisində, 
Səlim  çayının  üstündə,  Qoytul 
kəndi  ilə  Həsənkənd  kəndi 
arasında,  hazırda  xarabalıqları 
qalan  Alıxan  pəyəsi  kəndinin 
aĢağısında biraĢırımlı daĢ körpü. 
Hazırda  Səlim  çayının  sağ 
sahilində  körpünün  bir  hissəsi 
qalmaqdadır.  Körpünün  yerində 
çayın sağ və sol sahilləri arasında 
məsafə  13  m,  körpünün  eni  4  m, 
su səthindən orta xətti 9 m, ümumi 
uzunluğu 30 m olmuĢdur. 
Körpü  divarındakı  kitabələrin  birində  Süleyman  Ģahın  adı  qeyd 
olunduğundan  onun  1666-cı  ildə  tikildiyi  ehtimal  edilsə  də,  körpünün  Elxani 
hökmdarı  Süleyman  xan  1340-1344  tərəfindən  tikdirilməsi  versiyası  daha 
inandırıcıdır. 
 
ƏDƏBİYYAT:  Сборник  сведений  о  Кавказе  (Списки  населенных  мест  Кавказского  края  по 
сведениям  1873  года),  Эриванская  губерния,  5  т.,  Тифлис,  1879,  №  780;  Ə.Ələkbərli.  Qədim 
Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.  133-137;  K.Dərələyəzli.  Dərələyəz  od  içində, 
B.,2001,  səh.91-92;  İ.Bayramov.  Qərbi  Azərbaycanın  türk  mənşəli  toponimləri,  В.,  2002,  səh.65; 
Həsən Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı, Bakı, 2004, səh,111-112. 
 
 
 


98 
 
Həsənkənd körpüsünün ümumi görünüĢü (XIV yüzil). 
 
HƏSƏNKƏND KÖRPÜSÜ 
 
Dərələyəz 
mahalının 
KeĢiĢkənd  (06.12.1957-ci  ildən 

Yeğeqnadzor)  rayonunun 
Həsənkənd (03.01.1935-ci ildən 

ġatin)  kəndində,  Səlim 
çayının  üstündə  birtağlı  daĢ 
körpü. 
Su  səthindən  3,5  m 
yüksəklikdə  yerləĢən,  eni  2,67 

olan  körpünün  ümumi 
uzunluğu 12 m-dir. 
XIV  yüzildə  türksoylu 
Çesar  Orbelian  tərəfindən  inĢa 
edilmiĢ, 
XVII 
yüzildə 
bütünlüklə yenidən bərpa olunmuĢdur. 
Həsənkənd kəndi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuĢ, bura ilk 
ermənilər  (17  ailədə  92  nəfər)  1828-1829-cu  illərdə  Ġrandan  köçürülüb 
gətirilmiĢlər. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-п.,  1852,  стр.615-618;  О.Егиазарян.  Памятники   
культуры    Азизбековского  района,  Ереван,  1955,  стр.48-49;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz 
yurdu –  "Ermənistan", B., 1994,  səh.133-137; K.Dərələyəzli.  Dərələyəz od  içində,  B., 2001,  səh.93; 
Həsən  Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı, Bakı, 2004, səh.267. 
 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə