ƏZĠZ ƏLƏKBƏRLĠ


Sənain türk məbədinin ümumi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

86 
 
Sənain türk məbədinin ümumi 
görünüĢü (XIII yüzil).  
 
SƏNAĠN KÖRPÜSÜ 
 
Allahverdi  (19.09.1969-cu  ildən  - 
Tumanyan) 
rayonunun 
Sənain 
kəndi 
kənarında,  Tona  (sovet  dövründə  -  Debed) 
çayı üstündə birtağlı daĢ körpü. 
1234-cü  ildə  yonulmuĢ  daĢ  plitələrdən 
hörülmüĢ  körpünün  sol  qurtaracağı  iri  qaya, 
sağ qurtaracağı isə sahil üzərində dayanmıĢdır. 
Sağ  tərəfdən  körpünün  ortasına  qədər  yol 
pillələrlə  qalxır,  sonra  isə  düz  Ģəkildə  davam 
edir. 
Körpü 
1940-cı 
ildə 
yenidən 
qurulmuĢdur. 
Qədimdən 
Türk-Oğuz 
boylarının 
anayurdu  olan  Sənain  kəndinə  ermənilərin  ilk 
gəliĢi XIX yüzilin əvvəllərinə təsadüf edir. 
 
ƏDƏBİYYAT:  Н.Г.Буниатов,  Ю.С.Яралов.  Архитектура  Армении,  М.,  1950,  стр.92;  В.М. 
Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского  зодчества,  М.,  1951,  стр.56;  Ə.Ələkbərli. 
Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.29-33.
 
 
 
 


87 
 
Çırpılı körpüsü. 
 
ÇIRPILI KÖRPÜSÜ 
 
ġörəyel  mahalının  Ağin  rayonunun  Çırpılı  (03.02.1947-ci  ildən  -  Nerkin 
Crapi) kəndi yaxınlığında, Arpaçay çayı üstündə körpü. 
Dəqiq 
tikilmə 
tarixi 
bilinməyən  bu  körpü  Qərbi 
Azərbaycan 
ərazisində 
orta 
çağlara aid ən böyük körpü sayılır. 
Hazırda  körpünün  ancaq 
sol 
tağı 
qalmıĢdır, 
Türkiyə 
ərazisinə  düĢən  sağ  tağını  isə  çay 
yuyub aparmıĢdır. 
Körpünün  yerləĢdiyi  ərazi 
qədimdən  Türk-Oğuz  boylarının 
anayurdu  olmuĢ,  bura  ermənilərin 
ilk  kütləvi  axını  XIX  yüzilin  əvvəllərində  bölgənin  Rusiya  imperiyası  tərəfindən 
iĢğalından sonra baĢlanmıĢdır. 
 
ƏDƏBİYYAT: В.М.Арутюнян, С.А.Яралов. Памятники армянского зодчества, Москва, 1951, 
стр.65-66; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan ", В., 1994, səh. 25-28. 
 
 
 


88 
 
Teğər türk-xristian məbədinin 
ümumi görünüĢü (XIII yüzil). 
 
TEĞƏR MƏBƏDĠ 
 
ƏĢtərək  rayonunun  Teğər  kəndində, 
Alagöz  dağının  ətəyində  arman-türk  xristian 
məbədi. 
1220-1232-ci  illərdə  inĢa  edilmiĢ,  XV 
yüzildə  ətrafı  qala  divarları  ilə  əhatə 
olunmuĢdur. 
Məbəd 
1950-ci 
ildə 
ermənilər 
tərəfindən  bərpa  edilərək  ona  bir  çox  erməni 
elementləri əlavə edilmiĢdir. 
Qədimdən 
Türk-Oğuz 
boylarının 
anayurdu  olan,  mənbələrdə  Teğər,  Diğir, 
Dığır  adları  ilə  qeydə  alınan  kənddə  XIX 
yüzilin  ortalarına  qədər  ancaq  Azərbaycan 
türkləri  yaĢamıĢlar.  Kəndə  ilk  ermənilər  XIX 
yüzilin ortalarında köçürülüb gətirilmiĢlər. 
 
 
ƏDƏBİYYAT:  В.М.Арутюнян,  С.A.Сафарян.  Памятники  армянского  зодчества,  М.,  1951, 
стр.62; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.113-116. 
 
 
 


89 
 
Alban-türk məbədi Erdəpinin 
ümumi görünüĢü (XIII-XIV 
yüzillər).  
 
ERDƏPĠN MƏBƏDĠ 
 
Dərələyəz 
mahalının 
KeĢiĢkənd 
(06.12.1957-ci  ildən  -  Yeğeqnadzor)  rayonunun 
Erdəpin 
(10.09.1946-cı  ildən  -  Yeğegis) 
kəndindən  6  km  Ģimal-Ģərqdə  yerləĢən  qədim 
alban-türk xristian məbədi. 
Bir-birindən  200  m  aralıda  tikilmiĢ  iki 
kilsədən  ibarət  olduğu  üçün  yerli  camaat  onu 
QoĢavəng də adlandırmıĢdır. 
Məbədin  adı  V  yüzildən  etibarən 
mənbələrdə  çəkilir.  Lakin  məbəd  kompleksində 
həmin  dövrə  aid  heç  bir  tikili  qalmamıĢdır. 
Məbədin hazırkı tikilisinin XIII-XIV yüzillərə aid 
olduğu ehtimal edilir. 
Qədimdən Türk-Oğuz yurdu olan Erdəpin 
kəndinə ilk ermənilər (38 ailədə 172 nəfər) 1828-
1829-cu illərdə Ġrandan köçürülüb gətirilmiĢlər. 
10.09.1946-cı  ildə  kəndin  və  məbədin 
Erdəpin  adı  ermənilər  tərəfindən  dəyiĢdirilərək 
Yeğeqis qoyulmuĢdur. 
 
ƏDƏBİYYAT:  О.Егиазарян.  Памятники  культуры  Азизбековского  района,  Ереван,  1955, 
стр.51;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.133-137;  Həsən 
Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı, В., 2002, səh.185-186. 
 
 
 


90 
 
Qılkörpü//Qabaxlı körpüsünün ümumi görünüĢü 
(XIII-XIV yüzillər).  
 
QILKÖRPÜ//QABAXLI KÖRPÜSÜ 
 
Dərələyəz 
mahalının 
KeĢiĢkənd  (06.12.1957-ci  ildən  - 
Yeğeqnadzor)  rayonu  ərazisində, 
dərin  bir  dərədə,  Саnı  çayının 
üstündə,  "Qılkörpü"  adı  ilə  də 
tanınan körpü. 
Qabaxlı  ilə  Hüseynqulular 
kəndini  və  Yazılı  qayanın  üstündə 
yerləĢən  Nəbilər  kəndi  arasında 
olan köhnə yolu birləĢdirirdi. 
Çayın  səthindən  6-7  m 
yüksəklikdə, 
sıldırım 
qayanın 
üzərində  özülü  qoyulan  birtağlı 
körpünün  uzunluğu  10  m,  eni  isə 
3,5 m olmuĢdur. 
Çayın sağ və sol sahillərində qalıqları qalan körpünün XIII-XIV yüzillərdə 
inĢa olunduğu ehtimal edilir. 
 
ƏDƏBİYYAT:  Сборник  сведений  о  Кавказе  (Списки  населенных  мест  Кавказского  края  по 
сведениям  1873  года),  Эриванская  губерния,  5  т.,  Тифлис,  1879,  №  764;  О.Егиазарян. 
Памятники культуры Азизбековского района, Ереван, 1955, стр.68; Ə.Ələkbərli. Qədim Türk-
Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.133-137;  K.Dərələyəzli.  Dərələyəz  od  içində,  В.,2001, 
səh.94; Həsən Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı, Bakı, 2004, səh.335. 
 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə