ƏZĠZ ƏLƏKBƏRLĠ


Qıpçaq türk-xristian məbədinin ümumi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

72 
 
Qıpçaq türk-xristian məbədinin ümumi 
görünüĢləri (XIII yüzil).  
 
QIPÇAQ MƏBƏDĠ 
 
ġörəyel  mahalının  Artik  rayonunun  Qıpçaq  (31.05.1946-cı  ildən  -  Ariç) 
kəndində arman-türk xristian məbədi. 
Məbəd  iki  kilsə  və  digər  tikililərdən  ibarətdir.  Günbəzli  zal  üslubunda 
tikilmiĢ baĢ məbədin 1201-ci ildə inĢa olunduğu ehtimal edilir. 
1946-cı  il  mayın  31-də  kəndin  türkcə  Qıpçaq  adı  dəyiĢdirilərək  Ariç, 
məbədin adı isə Ariçavəng qoyulmuĢdur. 
Adından  da  göründüyü  kimi,  məbəd  Qıpçaq  türklərinə  məxsus  olmuĢdur. 
Məbədin  yerləĢdiyi  Qıpçaq  kəndi  qədimdən  Türk-Oğuz  boylarının  anayurdu 
olmuĢ, kəndə ilk ermənilər XIX yüzilin ortalarında Ġrandan, Türkiyədən köçürülüb 
gətirilmiĢlər. 
 
ƏDƏBİYYAT:  А.Берже.  Кавказ  в  археологическом  отношении,  Тифлис,  1875,  стр.55; 
В.М.Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского  зодчества,  М.,  1951,  стр.61-62; 
Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh. 109-112. 
 
 
 


73 
 
Uzuntala məbədi. 
 
UZUNTALA MƏBƏDĠ 
 
Qazax-ġəmĢəddil  sultanlığı  ərazisində,  Karvansaray  rayonunun  Uzuntala 
(25.05.1967-ci ildən - Onut, 12.02.1969-cu ildən - Aygehovit) kəndi yaxınlığında, 
kənddən 3 km cənub-qərbdə meĢənin dərinliyində alban-türk xristian məbədi. 
Vaxtilə  daĢ  hasar  içində  olan  məbəd 
kompleksinə 2 kilsə və yardımçı tikililər daxildir. 
Həmin  daĢ  hasarın  isə  bu  gün  ancaq  özülü 
qalmaqdadır.  Kompleksin  ətrafında  həm  də 
qədim 
yaĢayıĢ 
məskəninin 
xarabalıqları 
mövcuddur. 
Monastırın  baĢ  məbədi  günbəzli  zal 
formasındadır,  yarımsütunlar  çatma  tağlarla 
birləĢmiĢ  və  bu  tağların  üstündə  12  üzlü  günbəz 
ucalmıĢdır. 
Məbəd  bir  neçə  dəfə  təmir  olunmuĢ  və 
əvvəlki  görkəmi  xeyli  dəyiĢikliyə  məruz 
qalmıĢdır.  Hörgünün  divar  daĢları  bəzi  yazılı  daĢ 
və  lövhələrlə  əvəzlənmiĢdir  ki,  onlardan  da 
birində  "1201"  tarixi  qeyd  olunmuĢdur.  Bu  da 
həmin  yerdə  daha  qədim  bir  məbədin  mövcud 
olduğunu söyləməyə əsas verir. 
Ġstər  Karvansaray  rayonu,  istərsə  də  Uzuntala  kəndi  qədimdən  Türk-Oğuz 
boylarının  anayurdu  olmuĢ,  bura  ermənilərin  ilk  kütləvi  axını  XIX  yüzilin 
əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən iĢğalından sonra baĢlanmıĢdır. 
 
ƏDƏBİYYAT:  О.Егиазарян.  Исторические  памятники  Армянской  ССР,  V,  Иджеванский 
район,  Ереван,  1947,  стр.45-46;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan"  В.,  1994, 
səh.127-132. 
 
 
 


74 
 
QoĢavəng məbədinin ümumi görünüĢü. 
 
QOġAVƏNG MƏBƏDĠ 
 
Qazax-ġəmĢəddil 
sultanlığı 
ərazisində,  Karvansaray  (09.09.1930-
cu  ildən  -  Ġcevan)  rayonununda, 
Böyük Qarakilsə (03.01.1935-ci ildən 
-  Kirovakan)  Ģose  yolunun  sağ 
tərəfində, 
TurĢsu 
bulağının 
yuxarısında 
alban-türk 
xristian 
məbədi. 
Ermənilər 
azərbaycanca 
"qoĢa"  sözünü  sətri  tərcümə  edərək 
(cuğt  -  ermənicə  "qoĢa"  deməkdir) 
məbədin  adını  Cuğtağvəng  Ģəklinə 
salmıĢlar. 
QoĢavəng  kompleksi  iki  abidədən  ibarətdir.  Birinci  abidə  XII  yüzildə, 
ikincisi isə 1201-ci ildə tikilmiĢdir. Ġkinci abidə qübbəsizdir. 
Məbədin  yerləĢdiyi  ərazilər  qədimdən  Türk-Oğuz  boylarının  ana-yurdu 
olmuĢ, bura ilk ermənilər XIX yüzilin əvvəllərində Ġrandan, Türkiyədən köçürülüb 
gətirilmiĢlər. 
 
ƏDƏBİYYAT:  Исторические  памятники  Делижанского  района,  Ереван,  1937,  стр.33; 
Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.127-132. 
 
 
 


75 
 
Oğuz türklərinin yadigarı olan Ərgəz//Ərqazan 
pirinin müxtəlif görünüĢləri (XIII yüzil).  
 
ƏRGƏZ//ƏRQAZAN PĠRĠ 
 
Dərələyəz 
mahalının 
KeĢiĢkənd  (06.12.1957-ci  ildən  - 
Yeğeqnadzor)  rayonunun  Ərgəz 
kəndi 
yaxınlığında 
alban-türk 
məbədi. 
Qədim mənbələrdə Ərkazan 
kimi  qeydə  alınan  və  bu  adı  ilə 
Oğuz  ərlərinə  məxsusluğu  (Ər 
Qazan)  aydın  olan  bu  pirin 
yaxınlığındakı  kiçik  daĢ  kilsədəki 
kitabələrdə  Siyuni  hakimi  Vasakın 
(türk  adı  -  Qazan)  oğlu  ProĢun 
(Urosun),  onun  Xatununun  (Qutlu 
Xatunun),  onların  oğlu  Atçının  və 
Canbuğa ağanın adlarının çəkilməsi 
və  746  (miladi  1297)-cı  il  tarixin 
qeydə  alınması  abidənin  XIII 
yüzildə 
tikildiyini 
və 
türk 
mədəniyyət nümunəsi olduğunu qəti 
Ģəkildə təsdiq edir. 
Uzunluğu  16,  eni  14  addım 
olan  bu  daĢ  məbəd  1870-ci  ildə 
bərpa  edilmiĢ,  lakin  1918-ci  ildə 
erməni  daĢnakları  pirin  ətraf 
divarlarını  dağıdıb  içəri  hücum  etmiĢ,  binaya  xeyli  ziyan  vurmuĢlar.  1950-60-cı 
illərdə  isə  ermənilər  bu  müqəddəs  ocağı  "bərpa  edərək"  görkəmini  baĢqa  Ģəklə 
salmıĢlar. 
Ərgəz  kəndində  1918-ci  ilə  qədər  ancaq  Azərbaycan  türkləri  yaĢamıĢlar. 
Həmin  tarixdə  kənd  ermənilər  tərəfindən  yandırılmıĢ,  elə  о  vaxtdan  da  xaraba 
qalmıĢdır. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения к Российской империи, С-п.,1852, стр.334; А.Берже. Кавказ в археологическом 
отношении,  Тифлис,  1875,  стр.30;  Сборник  сведений  о  Кавказе  (Списки  населенных  мест 
Кавказского края по сведениям 1873 года), Эриванская губерния, 5 т., Тифлис, 1879, № 752; 
Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.133-137; М.С.Неймат. Корпус 
эпиграфических  памятников Азербайджана, т.  III,  Б.,  2001,  стр.75;  K.Dərələyəzli,  Dərələyəz 
od içində, В., 2001, səh. 108-110, 183; Həsən Mirzəyev. Qərbi Azərbaycanın Dərələyəz mahalı, Bakı, 
-      2004, səh.207. 
 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə