ƏZĠZ ƏLƏKBƏRLĠ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

63 
 
Becni türk qalasının xarabalıqları  
(X-XI yüzillər).  
 
Becni qala divarları. 
 
Becni türk-xristian məbədi (XI yüzil). 
 
BECNĠ QALASI VƏ MƏBƏDĠ 
 
Dərəçiçək mahalının Axta (30.06.1959-cu ildən - Razdan) rayonunun Becni 
(erməni  tələffüzündə  -  Bjni)  Ģəhəri  kənarında,  Zəngi  çayının  sıldırım  qayalıqları 
sahilində türk qalası və məbədi. 
Becni  qalası  X-XI  yüzillərdə  inĢa 
edilmiĢ, 
çöldən 
daĢ 
divarlarla 
əhatələnmiĢdir. 
Günbəzli zal üslubunda inĢa edilmiĢ 
Becni  məbədi  isə  1031-ildə  əslən  becnili, 
türksoylu  knyaz  Qriqor  Maqistr  tərəfindən 
tikilmiĢdir.  Bəzi  erməni  mənbələri  isə 
məbədin  VII  yüzildən  mövcud  olduğunu 
iddia edir. 
Mənbələrdə  Bcni,  Beçni,  Beçini, 
Becənə  kimi  qeydə  alınan  Bcni  qala  adı 
əslində  peçeneq  türklərinin  adını  daĢıyır. 
Qədimdən  türk  boylarının  anayurdu  olan 
Bcni  Ģəhərinə  ilk  ermənilərin  gəliĢi  XVIII  yüzilin  sonlarına  -  XIX  yüzilin 
əvvəllərinə təsadüf edir. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения к Российской империи, С-П., 1852, стр.591-594; В.М.Арутюнян, С.А.Сафарян. 
Памятники армянского зодчества, М., 1951, стр.51; Архитектурные памятники Армении, 
М., 1974, стр.11; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.39-43. 
 
 
 


64 
 
Vağudi məbədi. 
 
VAĞUDĠ MƏBƏDĠ 
 
Zəngəzur  mahalının  Qarakilsə  (02.03.1940-cı  ildən  -  Sisian)  rayonunun 
Vağudi kəndindən 2 km cənubda alban-türk xristian məbədi. 
Ġki  kilsə  və  yardımçı  tikililərdən  ibarət  olan  məbəd  kompleksinin  ilk 
kilsəsini  1000-ci  ildə  Siyuni  alban  hökmdarı  Smbatın  köməkliyi  ilə  onun  arvadı 
ġahanduxt ucaltmıĢ, 1007-ci ildə isə onun oğlu Sevada buradakı ikinci  - günbəzli 
kilsəni tikdirmiĢdir. 
Məbəd  1931-ci  il  zəlzələsi 
zamanı  böyük  dağıntılara  məruz 
qalmıĢdır. 
Ermənilər 
məbədi 
"Vorotnavank" adı ilə erməni kilsəsi 
kimi  təbliğ  edirlər.  Halbuki  məbədin 
yerləĢdiyi  Zəngəzur  mahalı  və 
Qarakilsə  ərazisi  qədimdən  Türk-
Oğuz  boylarının  anayurdu  olmuĢ,  bu 
yerlərə  ermənilərin  ilk  kütləvi  axını 
XIX  yüzilin  əvvəllərində  bölgənin 
Rusiya  tərəfindən  iĢğalından  sonra 
baĢlanmıĢdır. 
Vağudi  kəndində  isə  1918-ci  ilə  qədər  ancaq  Azərbaycan  türkləri 
yaĢamıĢlar. Burada azərbaycanlıların 1918-1920-ci illər soyqırımından sonra kəndə 
Türkiyə-Ġrandan  onlarla  erməni  ailəsi  köçürülüb  gətirilmiĢ  və  kənd  ermənilərlə 
Azərbaycanlıların  qarıĢıq  yaĢadığı  kəndə  çevrilmiĢdir.  1988-ci  ildə  isə  kəndin 
azərbaycanlı  əhalisi  növbəti  dəfə  soyqırımına  məruz  qalaraq  tamamilə  qovulub 
kənddən çıxarılmıĢ, kənd bütünlüklə erməniləĢdirilmiĢdir. 
 
ƏDƏBİYYAT: Сисиан (справочник-путеводитель), Ереван, 1987, стр.115; Ə.Ələkbərli. Qədim 
Türk-Oğuz yurdu - "Ermənistan" В., 1994, səh.77-82; Musa Urud. Zəngəzur, В., 2005, səh.376-378. 
 
 
 


65 
 
Qanlıca türk-xristian məbədinin müxtəlif 
görünüĢləri (X-XI yüzillər).  
 
QANLICA MƏBƏDĠ 
 
Düzkənd  (07.12.1945-cı  ildən  -  Axuryan)  rayonunun  Yuxarı  Qanlıca 
(26.04.1946-cı  ildən  -  MarmaĢen)  kəndi  yaxınlığında,  Arpa  çayının  sahilində  X-
XIII 
yüzillər 
arman-türk  xristian 
məbədi. 
Məbədin 
divarlarındakı 
yazılardan  onun  988-ci  ildə  böyük 
sərkərdə  Bəhram  (Vaxram)  tərəfindən 
tikilməyə  baĢlandığı  və  1029-cu  ildə 
tamamlandığı  anlaĢılır.  Bu  yazılarda 
Bəhramla 
yanaĢı, 
atası 
Vasakın, 
qardaĢları  Apelqəribin  və  Həmzənin  də 
adları  çəkilmiĢdir.  Məbəd  1225-ci  ildə 
əsaslı Ģəkildə təmir edilmiĢdir. 
Məbəd  öz  adını  Qanlıca  qədim 
türk  etnonimindən  almıĢdır.  Ermənilər 
isə  məbədin  ilkin  adının  MarmaraĢen 
olduğunu  və  "mərmər  bina"  anlamına 
gəldiyini  iddia  etsələr  də  (hərçənd  ki, 
mərmər  sözünün də  ermənilərə  heç  bir 
aidiyyatı yoxdur), özlərinin də etirafına 
görə, 
məbəd 
çəhrayı 
daĢdan 
hörülmüĢdür  və  orada  mərmər  adına 
heç nə yoxdur. 
Qanlıca  kəndi  qədimdən  Türk-
Oğuz  boylarının  anayurdu  olmuĢ,  bura  ilk  ermənilər  XIX  yüzilin  əvvəllərində 
köçüb gəlmiĢlər. 
 
ƏDƏBİYYAT:  А.Берже.  Кавказ  в  археологическом  отношении,  Тифлис,  1875,  стр.  94-96; 
Х.Ф.Б.Линч.  Армения  (Путевые  очерки  и  этюды),  т  1,  Тифлис,  1910,  стр,  170-173; 
Н.Г.Буниатов,  Ю.С.Яралов.  Архитектура  Армении,  М.,  1950,  стр.76-77;  В.М.Арутюнян, 
С.А.Сафарян.  Памятники  армянского  зодчества,  М.,  1951,  стр.50-51;  Архитектурные  па-
мятники  Армении,  М.,  1974,  стр.9;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В., 
1994, səh.99-103. 
 
 
 


66 
 
Keçarus türk məbədinin bərpaya qədərki 
görünüĢü (XI yüzil).  
 
Keçarus türk məbədinin bərpadan sonrakı 
görünüĢü.  
 
KEÇARUS MƏBƏDĠ 
 
Dərəçiçək  mahalının  Axta 
(30.06.1959-cu 
ildən  -  Razdan) 
rayonunun Dərəçiçək (sovet dövründə 

Tsaxkadzor) 
kəndində,  Zəngi 
çayının  sağ  sahilində  arman-türk 
xristian məbədi. 
Gümbəzli 
dördkünc 
bina 
Ģəklində olan məbəddəki kitabələrdən 
məlum olur ki, o, 1033-cü ildə Siyuni 
knyazı  Vasakın  (Qazanın)  oğlu 
Qriqor  Maqistr  tərəfindən  tikilmiĢdir 
və burada onun sərdabəsi yerləĢir. 
Sonrakı 
yüzillərdə 
məbəd 
kompleksinə 
yeni 
tikililər 
əlavə 
edilmiĢdir. 
Məbəd  1939  və  1947-1948-ci 
illərdə  ermənilər  tərəfindən  bərpa 
edilərək, ona bir çox erməni elementləri 
əlavə olunmuĢdur. 
Keçarus  məbədinin  yerləĢdiyi 
Dərəçiçək  kəndi  qədimdən  Türk-Oğuz 
boylarının  anayurdu  olmuĢ,  bura  ilk 
ermənilər  XIX  yüzilin  əvvəllərində 
köçüb gəlmiĢlər. 
 
ƏDƏBİYYAT:  А.Берже.  Кавказ  в  археологическом  отношении,  Тифлис,  1875,  стр.82; 
Н.Г.Буниатов, Ю.С.Яралов. Архитектура Армении, М., 1950, стр. 106-107; В.М.Арутюнян, 
С.А.Сафарян.  Памятники  армянского  зодчества,  М.,  1951,  стр.59;  Архитектурные  па-
мятники Армении, М., 1974, стр.9-10; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 
1994, səh39-43. 
 
 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə