ƏZĠZ ƏLƏKBƏRLĠ


QoĢavəng türk-xristian məbədinin ümumi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

76 
 
QoĢavəng türk-xristian məbədinin ümumi 
görünüĢü (XII-XIII yüzillər). 
 
QOġAVƏNG MƏBƏDĠ 
 
Karvansaray 
(09.09.1930-cu 
ildən  -  Ġcevan)  rayonu  ərazisində, 
Dilican  yaxınlığında  yerləĢən  QoĢ 
kəndində alban-türk xristian məbədi. 
XII-XIII yüzillərin yadigarıdır. 
Bəzi  mənbələrdə  abidənin  "Alban 
salnaməsi"nin 
müəllifi, 
QoĢ 
kəndindən  olan  Mxitar  QoĢ  (1212-ci 
ildə 
vəfat 
etmiĢdir) 
tərəfindən 
tikildiyi  göstərilir.  Məbəd  adını  QoĢ 
kəndinin  adından  almıĢdır.  Məbədin 
baĢ  kilsəsi  1191-ci  ildə  tikilmiĢ, 
sonrakı  yüzillərdə  yeni  tikililər  əlavə 
edilmiĢdir. 
Məbədin  yerləĢdiyi  QoĢ  kəndi 
qədimdən 
Türk-Oğuz 
boylarının 
anayurdu  olmuĢ,  bura  ilk  ermənilər 
XIX  yüzilin  əvvəllərində  Ġrandan, 
Türkiyədən köçürülüb gətirilmiĢlər. 
Sovet 
dövründə 
ermənilər 
kəndin  adı  ilə  yanaĢı,  məbədin  də 
adını dəyiĢib Nor Getik qoymuĢlar. 
 
 
ƏDƏBİYYAT:  В.М.Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского  зодчества,  М.,  1951, 
стр.61-62;  Н.М.Токарский.  Архитектура  Армении  IV-XIV  вв.,  Ереван,  1961,  стр.290-291; 
Архитектурные памятники Армении, М., 1974, стр. 8-9; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu 
- "Ermənistan", В., 1994, səh.127-132. 
 
 
 


77 
 
Güneyvəng məbədinin  
ümumi görünüĢü.  
 
Güneyvəng məbədinin 
yarımdağılmıĢ vəziyyəti.  
 
GÜNEYVƏNG MƏBƏDĠ 
 
Qazax-ġəmĢəddil 
sultanlığı  ərazisində, 
Karvansaray  rayonunun  Güney  (03.01.1935-ci 
ildən  -  GetaĢen,  25-05.1967-ci  ildən  -  Kirants) 
kəndi yaxınlığında, kənddən 12 km qərbdə alban-
türk xristian məbədi. 
Güneysu  çayının  sol  sahilində  düzənlikdə 
yerləĢən  abidə  kompleksi  3  kilsə,  1  kilsə 
yeməkxanası  və  bir  sıra  yardımçı  tikililərdən 
ibarətdir. 
XII-XIII yüzillərin yadigarı olan baĢ məbəd 
biĢmiĢ  qırmızı  kərpicdən  tikilmiĢdir.  Məbədin 
içindəki 10 ədəd yarımsütun  tağlarla  birləĢmiĢ və 
bu  sütun  və  tağlar  üzərində  səkkizguĢəli  günbəz 
ucaldılmıĢdır. Məbədin qərb və cənub tərəflərə iki 
əsas qapısı vardır. ġərqində isə qədim qəbiristanlıq 
mövcuddur. 
Məbəd  kompleksi  vaxtilə  daĢ  divarla 
əhatələnmiĢ  olsa  da,  hazırda  bu  divar  dağılmıĢ 
vəziyyətdədir. 
25.05.1967-ci  ildə  məbəd  kompleksinin 
yaxınlığında  yerləĢən  Güney  kəndinin  adı 
dəyiĢdirilib  Kirants  qoyulduqdan  sonrakı  bütün 
erməni 
mənbələrində 
məbədin 
adı 
da 
saxtalaĢdırılaraq  "Kirants-vank"  kimi  yazılmağa 
baĢlanmıĢdır. 
Məbədin  yerləĢdiyi  Karvansaray  rayonu  və 
Güney  kəndi  əraziləri  qədimdən  Türk  tayfalarının 
anayurdu olmuĢ, bura ermənilərin ilk kütləvi axını 
bölgənin  XIX  yüzilin  əvvəllərində  Rusiya 
imperiyası 
tərəfindən 
iĢğalından 
sonra 
baĢlanmıĢdır. 
 
ƏDƏBİYYAT:  О.Егиазарян.  Исторические  памятники  Армянской  ССР,  V,  Иджеванский 
район,  Ереван,  1947,  стр.42-44;  В.М.Арутюнян,  С.А.Яралов.  Памятники  армянского  зод-
чества,  Москва,  1951,  стр.63;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994, 
səh. 127-132. 
 
 
 


78 
 
Əxi Təvəkkül zaviyəsinin uzaqdan görünüĢü  
(XII-XIII yüzillər).  
 
Əxi Təvəkkül zaviyəsindən 
götürülmüĢ daĢ lövhə. Lövhənin 
təxmin dilən ilkin görünüĢü.  
 
ƏXĠ TƏVƏKKÜL ZAVĠYƏSĠ 
 
Dərələyəz 
mahalının 
KeĢiĢkənd 
(06.12.1957-ci  ildən  -  Yeğeqnadzor)  rayonunun 
Ələyəz 
kəndindən 
təqribən 
600-700 

Həsənkəndi  istiqamətində,  yolun  sol  sahilində 
türk-müsəlman məbədi. 
Zaviyənin 
girəcəyindən 
götürülmüĢ, 
üzərində  3  varlığın  -  yerin,  ayın,  günəĢin  rəmzi 
olan  3  dairə,  hər  dairədə  12  imamın  rəmzi  kimi 
12  xətt  və  Dərələyəz  mahalında  yaĢayan  türk 
tayfalarının  sayını  bildirən  səkkizguĢəli  ulduzlar 
həkk  olunmuĢ  daĢ  lövhəni  (hündürlüyü  2,5  m, 
eni  1,4  m)  ermənilər  sonradan  xaçlaĢdıraraq 
"erməniləĢdirməyə" 
çalıĢmıĢlar. 
DaĢ 
plitə 
üzerində  nəsx  xətti  ilə  ərəb  dilində  yazılmıĢ 
aĢağıdakı  yazı onun Əxi Təvəkkülün qəbirüstü abidəsi olduğunu təsdiq edir: "Bu 
məzar mərhum və uca Ģəhid, qadir Allahın mərhəmətinə ehtiyacı olan - Allah onun 
günahlarından keçsin - Əxi Təvəkkülündür. 950-ci ilin məhərrəm ayında" (950-ci 
hicri ilinin məhərrəm ayı = 6 aprel - 6 may 1543-cü il). 
XII-XIII  yüzillərdən  mövcud  olan  zaviyənin  süqutu  XVI  yüzildə  Sultan 
Səlimin Azərbaycana yürüĢü ilə bağlı olmuĢdur. Zaviyə tam dağıdılıb yerlə-yeksan 
edilmiĢ, onun Ģeyxi - Əxi Təvəkkül qətlə yetirilmiĢ, təxminən 30 il sonra isə onun 
məzarı üstündə daĢ abidə ucaldılmıĢdır. 
ƏDƏBİYYAT:  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  -  "Ermənistan",  В.,  1994,  səh.  133-137; 
М.С.Неймат.  Корпус  эпиграфических  памятников  Азербайджана,  т.  III,  Б.,  2001,  стр.75; 
K.Dərələyəzli.  Dərələyəz  od  içində,  В.,2001,  səh.107-108;  Həsən  Mirzəyev.  Qərbi  Azərbaycanın 
Dərələyəz mahalı, Bakı, 2004, səh.191-194. 
 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə