«f a t I h ə» s u r ə s I (1)


«Mağara» surəsi (18) 46 -53 -cü ayətlər



Yüklə 2,11 Mb.
səhifə37/78
tarix20.10.2017
ölçüsü2,11 Mb.
#5570
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

«Mağara» surəsi (18) 46 -53 -cü ayətlər

(46).Mal və övlad dünya həyatının zinətidir və baqi olan islahat isə Rəbbinin yanında xeyirlidir savabda və xeyirlidir əməldə. (47).Və o gün seyr etdirərik dağları və görərsən ərzi büruzə və onları bir yerə toplayarıq və onlardan bir kəsi qoymarıq qalsın. (48).Və onlar sənin Rəbbinin hüzurunda səflərlə göstərilmiş olacaqlar. «Bizim yanımıza gəldiniz, nə qədər, əvvəl dəfədə sizi xəlq etmişdik. Bəli, zənn edirdiniz ki, ə, sizin üçün müəyyən olunmuş vaxt qərar verməyəcəyik?» (49).Və qoyular kitab və görərsən cərimə olunmuşları qorxu içərisində, nə ki, onda olandan. Deyirlər: «Vay olsun bizə! Bu nə cür kitabdır ki, onda kiçik və böyük əməl qalmayıb, ancaq hamısı hesab olunub!» Hər kəs əməlini hazır tapar və Rəbbin bir kəsə zülm etməz! (50).Və onda dedik mələklərə: «Adam üçün səcdə edin!» Səcdə etdilər, ancaq İblisdən başqa. O cinlərdən idi və öz Rəbbinin əmrindən üz çevirdi. Ə, siz onu və onun zürriyyətini Məndən başqa özünüzə dostmu götürəcəksiniz və onlar sizin üçün düşməndir? Zalimlər üçün çox pis dəyiş-düyüşdür! (51).Mən onları şahid tutmadım səmaları və ərzi xəlq edəndə və nə də onların özlərini xəlq edəndə. Mən heç vaxt zəlalətə düşənləri Özümə köməkçi tutan deyiləm! (52).Və o gün deyər: «O kəsləri ki, Mənə şərik zənn edirdiniz, çağırın!» Onları çağırarlar və amma onlara cavab verməzlər və onların arasında fəlakət edərik! (53).Və cərimə olunmuşlar odu görərlər və zənn edərlər ki, ora düşəcəklər. Oradan qaçmağa yol tapa bilməzlər.


«Mağara» surəsi (18) 54 -61 -ci ayətlər

(54).Əlbəttə, sərf etdik bu Qur’anda insanlar üçün külli məsəldən və insan əksər şeynən mücadilə edən oldu! (55).Və mane oldu insanlara ki, iman gətirələr onda ki, gəldi onlar üçün hidayət və Rəblərindən bağışlanmaq istəyələr, ancaq ki, əvvəlkilərin sünnəti onlara gələ, ya da əzab onlara müqabil gələ. (56).Biz mürsəlləri göndəririk, ancaq bəşarət verən və nəzərə çatdıran. O kəslər ki, kafirdirlər, mücadilə edirlər batillə haqqı aradan aparmaq üçün və ayətlərimi və nə ki, nəzərinə çatdırılıb, əyləncəyə tuturlar. (57).Və kimdir zalim o kəsdən ki, Rəbbinin ayətləri yad oluna və o isə ondan üz döndərə və unuda nə ki, təqdim edib əlləri? Həqiqətən, etdik Biz onların qəlbləri üzərinə örtük ki, onu anlamayalar və qulaqlarına ağırlıq. Əgər sən onları hidayətə tərəf çağırasan, onda əbədən hidayət olunmazlar. (58).Və sənin Rəbbin Ğəfurdur və rəhmət sahibidir. Əgər onları kəsb etdiklərinə görə tutsaydı, onlar üçün əzabı tezləşdirərdi. Bəli, onlar üçün vəd olunan var, Ondan başqa pənah yeri tapa bilməzlər. (59).Və bu kəndləri həlak etdik onlar zülm edərkən və etdik onların həlakı üçün vədə. (60).Və onda Musa cavan xidmətçisinə dedi: «Mən əl çəkmərəm, ta iki dəryanın cəm olduğu yerə yetişəm, ya bu, illər boyu çəkə!» (61).Amma elə ki, yetişdilər ikisinin arasındakı cəm olma yerinə, balıqlarını unutdular və o, dəryaya tərəf yolunu tutub getdi.




«Mağara» surəsi (18) 62 -74 -cü ayətlər

(62).Amma elə ki, keçib keçdilər, cavan xidmətçisinə dedi: «Gətir qidamızı. Əlbəttə, bu səfərimizdən yorğunluq gördük». (63).Dedi: «Ə, gördünmü, onda böyük qayaya sığınmışdıq, mən balığı unutdum. Onun zikrini ancaq şeytan mənə unutdurdu və əcaib halda dəryaya tərəf yolunu tutub getdi!» (64).Dedi: «Budur nə ki, biz axtarırdıq!» Gəldikləri yolla danışan halda geri qayıtdılar. (65).Və tapdılar Bizim bəndələrimizdən bir bəndəni ki, əta etmişdik ona Öz yanımızdan rəhmət və təlim vermişdik ona Öz tərəfimizdən elm. (66).Dedi ona Musa: «Tabe olummu sənə, təlim verəsən mənə nədən ki, sənə təlim olunub ərşad olandan?» (67).Dedi: «Həqiqətən, sən bacarmazsan mənimlə səbr etməyə. (68).Və necə səbr edə bilərsən ona ki, ondan xəbərin yoxdur?» (69).Dedi: «İnşallah, sən məni səbr edənlərdən taparsan və sənin əmrinə asi olmaram!» (70).Dedi: «Əgər mənə tabe oldun, gərək məndən bir şey sual etməyəsən, ta mən özüm onun barəsində sənə zikr edim». (71).Və getdilər, ta onda ki, gəmiyə mindilər onu deşdi. Dedi: «Ə, onun əhlini qərq etmək üçünmü onu deşdin? Sən çox təəccüblü bir şey etdin!» (72).Dedi: «Ə, mən demədimmi, həqiqətən, sən bacarmazsan mənimlə səbr etməyə?» (73).Dedi: «Tutma məni nə ilə ki, unutdum və məni işimdə çətinliyə vadar etmə!». (74).Və getdilər, ta onda ki, bir oğlanı gördülər, onu qətlə yetirdi. Dedi: «Ə, pak nəfsi qətlə yetirdin, qeyri nəfsə görə? Əlbəttə, sən bəyənilməyən bir şey etdin!»


«Mağara» surəsi (18) 75 -83 –cü ayətlər


16 –cı cüz

(75).Dedi: «Ə, sənə demədimmi, həqiqətən, sən bacarmazsan mənimlə səbr etməyə?» (76).Dedi: «Əgər sual etsəm sənə bir şeydən ondan sonra, mənimlə yoldaşlıq etmə. Əlbəttə, sən mənim tərəfimdən üzürlüsən». (77).Və getdilər, ta onda ki, yetişdilər bir kənd əhlinə, təam istədilər onun əhlindən. Və onlar imtina etdilər ki, onları qonaq edələr. Və onlar orada bir divar tapdılar istəyirdi ki, yıxılsın və o, düzəltdi onu. Dedi: «Əgər istəsəydin, buna görə əcr alardın». (78).Dedi: «Bu, səninlə mənim aramda ayrılıqdır. Mən xəbər verəcəm sənə təvili ilə nə ki, bacarmadın üzərində onun səbrə!» (79).Amma o gəmi - dəryada əməl edən miskinlərin idi ki, mən istədim onun eyibi olsun, çünki onların ardında bir məlik var idi ki, külli gəmiləri tutub qəsb edirdi. (80).Amma o oğlan – onun ata və anası inanan idilər və biz, çəkindik ki, onların ikisini də tüğyana və küfrə vadar edə. (81).Və biz iradə etdik ki, dəyişsin onlar üçün Rəbləri ondan daha xeyirlisinə - pak və mərhəmətə yaxın olana. (82).Amma o divar – şəhərdəki iki yetim oğlanın idi və onun altında onlar üçün xəzinə vardı və onların ataları saleh idi. Və iradə etdi Rəbbin ki, onlar həddi buluğa yetişib və xaric etsinlər xəzinələrini sənin Rəbbindən rəhmət olaraq. Və fəaliyyət etmədim ona öz əmrimdən. Bu, təvilidir nə ki, bacarmadın üzərində onun səbrə!» (83).Və sual edirlər sənə Zilqərnəyndən. De: «Mən tilavat edəcəyəm sizə onun barəsində zikr!»


«Mağara» surəsi (18) 84 -97 -ci ayətlər

(84).Həqiqətən, Biz ona ərzdə imkanat verdik və əta etdik ona külli şeydən səbəb (85) və tabe oldu səbəbə. (86).Ta onda ki, yetişdi şəmsin qürub etdiyi yerə, tapdı onu bulanıq çeşmədə qürub edən və tapdı onun yanında bir qoum. Dedik: «Ay Zilqərnəyn, nə vaxt ki, sən onları əzab edərsən və nə vaxt ki, onları yaxşılıqla tutarsan!» (87).Dedi: «Kim ki, zalimdir, biz onu əzab edəcəyik və sonra o, öz Rəbbinə tərəf qayıdar və O əzab edər onu görünməmiş əzabla. (88).Amma kim ki, inandı və saleh əməl etdi, onun üçün yaxşı mükafat var və deyəcəyik onun üçün əmrimizdən yüngül olanı!» (89).Sonra tabe oldu səbəbə. (90).Ta onda ki, yetişdi şəmsin doğduğu yerə, tapdı onu bir qoumun üzərində doğan, hansı ki, etməmişdık onlar üçün ondan başqa örtük. (91).Belə! Biz əhatə etdik nə ilə ki, onun yanında var idi, xəbərdar olaraq. (92).Sonra tabe oldu səbəbə. (93).Ta onda ki, yetişdi iki səddin arasına, tapdı onlardan başqa bir qoumu ki, az qala söz anlamayalar. (94).Dedilər: «Ay Zilqərnəyn! Həqiqətən, Yəcuc və Məcuc ərzdə fəsad edirlər. Biz edəkmi sənin üçün xərc ki, bizimlə onların arasında sədd edəsən?» (95).Dedi: «O imkanı ki, Rəbbim mənə verib, daha xeyirlidir. Siz qüvvətlə mənə kömək edin, sizinlə onların arasında möhkəm bir sədd edim! (96).Mənə dəmir parçaları gətirin!» Ta onda ki, iki qayanın arasını doldurub bərabər etdi, dedi: «Üfürün!». Ta onda ki, onu oda döndərdi, dedi: «Gətirin mənə misi onun üzərinə töküm!» (97).Və bacarmadılar ki, üzərindən aşsınlar və bacarmadılar ona lağım vursunlar.



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə