11
doğru boz-qonur şorakətli və şorlaşmış torpaqlar yayılmışdır (9;
54; 93).
Şirvan bölgəsində təcrübə aparılmış sahələrin torpaqları boz
torpaqlar tipinə aiddir. Apardığımız analizlər nəticəsində aydın
olmuşdur ki, əkin qatında humusun miqdarı 1,55 % - ə qədərdir.
Aşağı qatlara getdikcə humusun miqdarı azalır və 1 metr
dərinlikdə 0,70 % -ə düşür. Ümumi azotun da miqdarı humusun
miqdarına uyğun olaraq əkin qatında 0,12 % təşkil edir, 1 metr
dərinlikdə isə 0,02 %-ə düşür. Əkin qatında ümumi fosforun
miqdarı 0,14 %, ümumi kaliumun miqdarı isə 2,52 % təşkil edir.
Əkin qatında pH 8,3-ə bərabər olduğu halda dərinlik dəyişdikçə
artır və 1 metr dərinlikdə 8,4-ə bərabər olur ki, bu da torpağın zəif
qələvi xassəli olduğunu ğöstərir. Тorpağın tərkibindəki müba-
diləvi kationlardan Ca dominantlıq təşkil edir. Sonrakı yeri Na
kationu tutur. Əkin qatında (0-20 sm) mübadiləvi kationların çəmi
15,3 mq/ekv.- dir. Udulmuş əsasların miqdarının dərinə getdikcə
azalmasının səbəbi torpağın kolloid hissəsinin dağılması ilə izah
olunur. Əkin qatında udulmuş natriumun miqdarı 2,0 %-ə çatır.
Beləliklə, məlum olur ki, Şirvan bölgəsinin boz torpaqları fosfor
və kaliumla zəif təmin olunmuş torpaqlardır.
Aran Şirvanın Kür-Araz (Mərkəzi Aran) rayonunda il ərzində
300 mm-ə qədər, Küdrü-Şirvan rayonunda isə 350-400 mm-ə
qədər yağıntı düşür. Havanın orta illik temperaturu 14
0
C-dir.
Yanvarda orta aylıq temperatur 0-3
0
C, iyulda isə 26
0
C - dir.
Havanın il ərzində mütləq minimal temperaturu -22-24
0
C, mütləq
maksimal temperatur isə 40-43
0
C-dir. Havanın 10
0
C-dən yuxarı
orta kündəlik temperaturunun illik çəmi 4400
0
C - dən artıqdır. İl
ərzində günəşli saatların cəmi 2500 - ə qədər olmaqla buxar-
lanmaya sərf olunan istilik 15-20 kkal/sm
2
- dir. Ümumi günəş
radiasiyasının illik cəmi isə 130-135 kkal/sm
2
- dir. İlin soyuq
yarısına nisbətən isti yarsında yağıntı az olur. Qar örtüyü ildə 20
gündən artıq qalmır. Havanın orta illik nisbi rütubəti 72 % olub, il
ərzində 52-88 % arasında dəyişir. İldə 70 günə qədər isti-quru
küləklər müşahidə olunmaqla qərb və cənub-şərq küləkləri
12
hakimdir. Ərazidəki çaylarda axım çox azdır (1 l/san km
2
). Ən
güclü küləklərin surəti saniyədə 8-10 metrdən (4-5 bal) artıq
olmur. Çay şəbəkəsinin sıxlığı 0,05 km/km
2
-ə qədər uzanır (7).
Dolu ildə bir dəfə yağır, tufan isə ildə 5 gündən də az müşahidə
edilir. Ərazidəki çaylar (Тüryançay, Ağsuçay) qar, yeraltı və az
miqdarda isə yağış sularından qidalanır. Aran Şirvan ərazisi 2
hidroloji rayonu (Şirvan və Kür-Araz) əhatə edir 36; 6). Əkin
sahələrinin suvarılmasında çay sularından, Yuxarı Şirvan kana-
lından, Baş Şirvan kollektorundan və həmçinin artezian quyu-
larından istifadə olunur. Aran Şirvanın qışı mülayim, yayı isə
quraq və isti keçir (41).
Bitki örtüyü. Aran Şirvanda səhra, yarmsəhra, subasar çə-
mənlik, efemerli subtropik bitkilik, Тuqay meşələri, bataqlaşmış
çəmənlik və otlu bataqlıq, qarışıq kolluqlu cəngəllik əsas yer tutur.
Aran Şirvandakı efemerli subtropik bitkilik yarımsavanna tiplidir
(13). Bu bitkiliyin yaxınlığında tərkibi söyüd, qovaq, qarağac və
yulğundan ibarət olan tuqay meşələri yayılmışdır (3).
Aran Şirvanda pambıqçılıq, üzümçülük, taxılçılıq, meyvəçilik,
tərəvəzçilik inkişaf etdirilir.
Son illərə qədər Aran Şirvanda yarımsəhra bitkiliyi hakim idi.
Ekoloji mühitin korlanması və antropogen amillərin mənfi təsirləri
nəticəsində artıq bütün Şirvan düzündə səhra bitkiliyi hakimdir.
Yarımsəhralar lokal olmaqla öz çoğrafi sərhədlərini şimala doqru
dəyişmiş, öndağlığın ətəkləri yaxınlığında qərarlaşmış dır (13).
Aran Şirvanda bitki örtüyü yerli iqlim və relyef şəraitindəki
dəyişilmələr hesabına daxili diferensiasiyaya uğuramışdır. Odur
ki, göllərdə, gölməçələrdə, çayların, Yuxarı Şirvan kanalının və
Baş Şirvan kollektorunun ətrafında intrazonal tipli su-bataqlıq
bitkisindən qarğı, qamış, lıqvər, bataqlıq cili, kalış, su fındığı və
su çiçəyi geniş yayılmışdır. Bitkilər şahzadəsi Xəzər şanagülləsinə
də burada təsadüf edilir (94).
Тuqay meşələri ilə düzən meşələrinin botaniki tərkibi Aran
Şirvanda bir-birinə çox yaxındır. Тüryançay yaxınlığında, Göyçay
çayının aşağı axınında, Baş Şirvan kollektorunun ətrafında tərkibi
13
qovaq söyüd, iydə, tut, qarağac, yulğun, nar, yemişan, böyürtkən,
itburnu, saqqızağaçı, qaratikan, yalanqoz və qızılağaç bitkisindən
ibarət düzən meşələri yayılmışdır. Kürboyu Tuqay meşələri
Kotavan kəndi yaxınlığında sıxlığı və zənginliyi ilə diqqəti daha
çox cəlb edir. Son 30-35 ildə Aran Şirvandakı rütubətli düzən və
Tuqay meşələri insanların təsərrrüfat fəaliyyətinə məruz qal-
mışdır. Elə bunun nəticəsidir ki, artıq Kür çayının sahilləri bo-
yunca Zərdabdan Şərqə doğru təbii Tuqay meşələri qalmamışdır.
Yeni senozların formalaşması həm Kürün hidroloji rolunu, həm də
Şirvan düzündə kənd təsərrüfatının inkişafını zəiflədir (94).
Тüryançayda, Yuxarı Şirvan kanalından Şimalda, Qaramər-
yəm tirəsində tikanlı gəvən, tıs-tıs, şiyav, kəklikotu, pişiknanəsi və
bəzi efemerlərdən ibarət dağ- kserofit bitkiliyinə də rast gəlinir.
Öndağlıqda və ətəklərdə, xüsusən Xocaşen-İnqar və Ləngəbiz
silsilələrinin Mərkəzi Arana çevrilmiş güney yamacında Şirvanın
aran və dağlıq sahələri arasında təbii keçid yaradan bozqır bitkiliyi
inkişaf tapmışdır (62).
Beləliklə, Aran Şirvanda qərbdən - şərqə və şimaldan-cənuba
doğru iqlimin aridləşməsi ərazi daxilində bitkinin ekoloji və
həyati formalarının yayılmasında qanunauyğunluqlar yaratmışdır.
Belə ki, dayazda yerləşən yeraltı sular həmişə torpaqda nəmlik
yaratdığından belə mikro iqlimli ərazilərdə bitkilər mezofit və
mezofit-kserofit variantlı olur, cənub-şərq və Qərb küləklərinin
hakim olduğu lokal tipli qalxmaların tirələr və kiçik təpəciklərin
Cənub istiqamətlərində isə kserofit və kserofit-mezofit bitkilər
yayılır. Odur ki, əraziyə introduksiya edilən hər hansı bir bitki
üçün özünün biologiyasına və ekologiyasına uyğun sahələr seçil-
məlidir.
Şirvan bölgəsinə introduksiya olunmuş basma bitkisi üçün
sahələrin seçilməsində bölgənin təbii şəraiti və mikroiqlimli məh-
dud əraziləri nəzərə alınmışdır.
Dostları ilə paylaş: |