366
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü, (1995)
“Bizim konstitusiyamız xalqın konstitusiyasıdır. Hər bir vətəndaşın
konstitusiyasıdır.
Məqsədimiz
xalqımızın mənəviyyatını
qorumaq
və
zənginləşdirməkdir”.
Ümummilli lider Heydər Əliyev
Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə
ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu,
Azərbaycan
Respublikasının
müstəqilliyi
bərpa
edildikdən sonra ilk Konstitusiyası idi.
Konstitusiya (lat.
constitutio – "quruluş") – ölkənin əsas sənədi, dövlətin ali
hüquqi qüvvəyə malik hüquqi-normativ aktıdır, dövlətin
siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi
statusunu müəyyən edir.
Azərbaycanın dövlətinin birinci
Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan
Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR
Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni
redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında
qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son
Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən
özünəməxsusluğa malik idi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən
sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident
Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə
1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq
referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən
ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və
dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın
6-da Prezident Heydər Əliyevin sərəncamı ilə 12 noyabr Azərbaycan
Respublikasının Konstitusiya Günü elan edilmişdir.
İnternetdə:
www.books.google.com
367
13 Noyabr – Ümumdünya Gözdən Əlillər Günü, (1745)
13 noyabr 1745-ci ildə anadan
olmuş görkəmli fransız pedaqoqu Valentin
Hayuinin şərəfinə bir çox Avropa ölkələri
13 noyabr tarixini Beynəlxalq Korlar
Günü kimi qeyd etməklə, mövcud
ictimayyətin, dövlət qurumlarının və
vətəndaş cəmiyyətinin diqqətini görmə
qüsurlu insanların problemlərinə və
onların inteqrasiya məsələlərinə cəlb
etmişlər. Birləşmiş Millətlər Təşkilatı və
Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə 13 noyabr Ümumdünya Gözdən Əlillər
Günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə
əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Azərbaycanda da, beynəlxalq
təcrübədə olduğu kimi, aidiyyatı dövlət orqanları tərəfindən gözdən əlil insanların
sosial müdafiəsinə, onların təhsil, səhiyyə, idman, məşğulluq, sosial adaptasiya,
istirahət və bu kimi problemlərinə daha çox diqqət yetirilir. 5 dekabr 2014-cü ildə
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Gənc Ana və Uşaqların
Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bilavasitə maliyyə və
texniki dəstəyi və TİKA-nın Bakı Ofisinin əməkdaşlığı çərçivəsində görmə
qabilliyyəti zəif və məhdud uşaqlar üçün Dil kursları və İnformasiya Mərkəzi
açılmışdır. Son illər ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanlara dövlət
tərəfindən daha çox diqqət artırılıb. Ölkə başçısının imzaladığı sərəncamlar bu
təbəqədən olan insanların həyat şəraitinin yaxşılaşmasında və onların cəmiyyətə
inteqrasiyasında əhəmiyyətli rol oynayır. Həmçinin bu insanları öz sıralarında
birləşdirən, onların problemlərini işıqlandırıb, həllinə çalışan ictimai təşkilatların da
fəaliyyətləri üçün geniş imkan yaranıb.
İnternetdə:
www.books.google.com
368
14 Noyabr – Ümumdünya Diabet Günü, (1991)
Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı
problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-ın) və
Beynəlxalq Diabet Federasiyasının (BDF-nın)
tövsiyələrinə görə bu tarix Ümumdünya Diabet
Günü kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr
BMT günü elan edilərək bütün üzv dövlətlərdə
xüsusi qeyd edilir. Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli
diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında
keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. Qeyd etmək
lazımdır ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş
həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana
gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı üçün, yəni onun
həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal
psixoloji duruma və bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var.
Hazırda dünyada 371 milyon insanda şəkərli diabet diaqnozu qeyd olunur. Güman
olunur ki, 50 %-i öz xəstəliyi haqqında məlumatsızdır. Azərbaycanda da bu
xəstəlikdən əziyyət çəkənlərin sayı 182 min nəfərdən çoxdur. Bu xəstəliyin yayılma
tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion
epidemiya kimi dəyərləndirir.
Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət
ayırır. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 12 fevral tarixli Fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin 2005-ci il 7 iyun
tarixli 101 nömrəli qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət
proqramı” təsdiq edilmişdir. Növbəti illər üzrə Nazirlər Kabinetinin 2010-ci il 26
noyabr tarixli 222 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə
Tədbirlər Proqramı” təsdiq edilmişdir. Bu proqram çərçivəsində respublikada ilk
dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər
pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən
problem aradan qaldırılmışdır. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli
diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir.
İnternetdə:
www.books.google.com
Dostları ilə paylaş: |