F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə139/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   135   136   137   138   139   140   141   142   ...   146

416 

 

Azərbaycanın tanınmış şəxsiyyətləri 



22 Dekabr – Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi, 

(1918-1944) 

      Mehdi  Hənifə  oğlu  Hüseynzadə  22  dekabr  1918-ci 

ildə   Bakının   Novxanı   kəndində  anadan  olmuşdur.  1932-ci 

ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş, 

1936-cı  ildə  oranı  bitirmişdir.  1937-ci  ildə  Leninqradda 

(indiki Sankt-Peterburq)  Xarici  Dillər  İnstitutunda  təhsil 

almışdır.  1940-ci  ildə  yenidən  Bakıya  qayıdıb, Azərbaycan 

Dövlət  Pedaqoji  İnstitutunda öz  təhsilini  davam  etdirmişdir. 

Böyük  Vətən  Müharibəsi başlandıqdan  sonra  1941-ci  ilin 

avqustunda Mehdi Qızıl Orduya çağrılmış, 1942-ci ildə Tbilisi 

hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanmışdır. Minomyot tağımının 

komandiri kimi Stalinqrad döyüşündə iştirak etmiş, 1942-ci ilin avqustunda Kalaç 

şəhəri  ətrafındakı  qanlı  vuruşmaların  birində  ağır  yaralanaraq,  almanlara  əsir 

düşmüşdür. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında 

iştirak etmiş və alman dilini öyrənmişdir. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə 

azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına 

qoşuldu.  Mehdi  Qradnik  adına  31-ci  diviziyanın  9-cu  qarışıq  italyan-yüqoslav 

körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı. Faşistlər kino-

filminə  baxarkən  Mixaylo  öz  cəsur  kəşfiyyatçı  dəstəsi  ilə  birlikdə  Opçina 

kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 

110  nəfərdən  çoxu  ağır  yaralanmışdı.  Bundan  bir  az  sonra  Mixaylonun  rəhbərlik 

etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun 

nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. 1944-cü il noyabrın 

16-da  Mehdi  Hüseynzadə, partizan  birləşməsi  qərargahının  tapşırığı  ilə  faşistlərin 

böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə 

gəlmişdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. 

İgid partizan çoxlu qan itirərək həlak olur. 1957-ci il aprelin 11-də SSRİ Ali Sovet 

Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına 

qarşı  mübarizədə  göstərdiyi  qəhrəmanlığa  görə  Mehdi  Hənifə  oğlu  Hüseynzadə 

ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. Azərbaycan yazıçıları İmran 

Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin 

bədii  surətini  yaratmışlar.  Hər  iki  müəllifin  ssenarisi  əsasında  isə  çəkilmiş  "Uzaq 

sahillərdə"  bədii  filmi  isə  Mehdi  Hüseynzadənin  qəhrəmanlığından  bəhs  edir. 

Sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun 

təkbaşına  qisası”  (“Jeden  za  vse  Mihajlovo  Mascevanje”)  ikicildlik  romanını 

yaratmışdır.  Sumqayıt  şəhərində və Novxanıda Mehdi  Hüseynzadə adına  idman 

kompleksləri açılmışdır. 

İnternetdə:  

https://az.wikipedia.org/wiki/

 

 



417 

 

Yubilyar yazıçılar 



2 Dekabr – Şair Zeynalov Zeynalabdin İsmayıl oğlunun (Zeynal Vəfa) 80 illiyi, 

(1938) 

Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-

də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. M.T.Sidqi 

adına  Naxçıvan  şəhər  4  nömrəli  orta  məktəbini  bitirdikdən 

sonra  ADU-nun  (indiki  BDU)  filologiya  fakültəsində  (1957-

1962)  təhsilini  davam  etdirib.  İlk  əmək  fəaliyyətinə  1962-ci 

ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq 

Qapısı"  qəzetində  başlayıb.  Sonra  Naxçıvan  MSSR  Dövlət 

Televiziya  və  Radio  Verilişləri  Komitəsində  böyük  redaktor 

(1963-1969)  və  Azərbaycan  Dövlət  Televiziya  və  Radio 

Verilişləri  Komitəsində  redaktor  (1969-1990)  işləyib.  Arada  Azərbaycan  Xarici 

Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən 

Xalq  Demokratik  Respublikasında  çalışıb(1980-1982).  Orada  savadsızlığın  ləğvi 

sahəsində  fəaliyyət  göstərib.  Sonra  yenə  Azərbaycan  Dövlət  Televiziya  və  Radio 

Verilişləri  Komitəsində  redaktor  (1982-1987),  Yəmən  Ərəb  Respublikasında 

tərcüməçi (1987-1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990-

1992),  "Meydan"  qəzetində  baş  redaktor  (1992-1993)  vəzifələrində  çalışıb.  1990-

1993-cü  illərdə  açıq  fikirli  cəsarətli  yazılarına  görə  hakimiyyət  tərəfindən  ağır 

təzyiqlərə  məruz  qalıb.  Evi  və  redaksiyası  dəfələrlə  mühasirə  halqasına  düşüb. 

Zeynal Vəfa 1993-cü ildən Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan 

"Azərbaycan"  qəzetində  baş  redaktorun  müavini  vəzifəsindədir.  Mətbuatda  uzun 

illər səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə 1995-ci ildə "Qızıl Qələm" 

mükafatına layiq görülüb.  Respublika  Prezidentinin 2005-ci il 21 iyul  tarixli 924 

nömrəli sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif edilib. 2007-ci ildə Milli Müdafiə 

Nazirliyinin  ordu  quruculuğu  ilə  əlaqədar  keçirdiyi  "Ən  yaxşı  publisist  yazılar" 

müsabiqəsində birinci dərəcəli mükafatın qalibi olub. 



Kitabları:  “Mənim  körpə  çinarım”,  “Qəlbimin  səsi”,  “Körpələrin  xatirinə”, 

“Beşiklərdən gələn səslər” və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə