F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Dekabr – Yazıçı, tənqidçi Cəlal Məmmədovun 100 illiyi, (1918-1983)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə140/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   136   137   138   139   140   141   142   143   ...   146

418 

 

9 Dekabr – Yazıçı, tənqidçi Cəlal Məmmədovun 100 illiyi, (1918-1983) 

 

Məmmədov  Cəlal  Cabbar  oğlu  1918-ci  il  dekabrın  9-da  Qərbi  Azərbaycanın 



İrəvan şəhərində qulluqçu ailəsində doğulmuşdur. Orta məktəbi bitirib Azərbaycan 

Dövlət  Universitetinin  hüquq  fakültəsinə  daxil  olmuşdur.  Hekayə  və  məqalələr 

yazmış,  Azərbaycan  ədəbiyyatı  nümunələrini  ruscaya  çevirmişdir.  Azərbaycan 

qadınlarının  İkinci  Dünya  müharibəsindəki  qəhrəmanlığına  həsr  etdiyi  “Tərlan” 

pyesi  1943-1944-cü  illərdə  M.Qorki  adına  Gənc  Tamaşaçılar  Teatrında  səhnəyə 

qoyulmuşdur. Bu illərdə dövri mətbuat və almanaxlarda onun tənqidi məqalələri, 

hekayələri  müntəzəm  dərc  olunmuşdur.  İkinci  Dünya  müharibəsi  illərində  bədii 

tərcümə  ilə  ciddi  məşğul  olmuşdur.  M.S.  Ordubadi,  Mehdi  Hüseyn, 

Ə.Məmmədxanlı, S. Rəhimov kimi sənətkarların  əsərlərini rus dilinə çevirmişdir. 

Azərbaycan  Dövlət  Nəşriyyatı  bədii  ədəbiyyat  şöbəsinin  redaktoru  (1950-1960), 

Dövlət  Radio  və  Televiziya  Verlişləri  Komitəsində  sədr  müavini  (1961-1965), 

“Azərbaycan” jurnalının baş redaktoru olmuşdur(1966-1975). Xalq artisti Ələsgər 

Ələkbərov,  Adil  İsgəndərov,    Mərziyə  Davudova  və  Xalq  artisti  Rza  Təhmasib, 

həmçinin Cəfər Cabbarlı və milli teatr barədə monoqrafiyaları vardır. “Şərəf nişanı” 

ordeni,  üç  dəfə  Azərbaycan  Ali  Sovetinin  Fəxri  fərmanı  və  medallarla  təltif 

olunmuşdur. Cəlal Məmmədov 1983-cü il fevralın 4-də Bakıda vəfat etmişdir. 

 

Kitabları:  “Mərziyə  Davudova”  (1949),  “Həsən  bəy  Zərdabi”  (1950),  “Ələsgər 

Ələkbərov” (1960), “Nuranə” (1961) , “Rza Təhmasib” (1966)  və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 


419 

 

21 Dekabr – Şair Ələkbər Cəfərovun (Ələkbər Ziyatay) 105 illiyi, (1913-1982) 

 

Ələkbər Cəfərov (Ələkbər Ziyatay) 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu 



ailəsində doğulmuşdur. Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna 

daxil  olmuşdur  (1930).  Tələbəlik  dövründə  bədii  ədəbiyyata  onda  güclü  meyil 

oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil 

olur.  İnstitutu  qurtaran  il  "Ədəbiyyat  qəzeti"  redaksiyasında  poeziya  şöbəsinin 

müdiri  təyin  olunur  (1937-1940).  Qiyabi  pedaqoji  institutda  baş  müəllim  (1940-

1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941-

1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş 

müəllim,  ikiillik  və  qiyabi  pedaqoji  institutlarda,  respublika  partiya  məktəbində 

müəllim  işləmişdir.  1940-1950-ci  illərdə  Azərbaycan  Yazıçılar  İttifaqı  Gəncə 

filialında  məsul  katib  vəzifəsində  çalışmışdır.  Gəncə  şəhər  zəhmətkeş  deputatları 

Sovetinin  deputatı  seçilmişdir  (1948).  Sonra  Bakıda  Azərbaycan  Dövlət 

Nəşriyyatında 

redaktor  (1950-1959),  "Ədəbiyyat  və  incəsənət"  qəzeti 

redaksiyasında  poeziya  şöbəsinin  müdiri  (1959-1968)  işləmişdir.  1968-ci  ilin 

yanvarından  ədəbi  fəaliyyətlə  məşğul  olmuşdur.  1973-cü  ilin  dekabrında  fərdi 

təqaüdə çıxmışdır. Tatarıstan MSSR Ali Sovetinin Fəxri fərmanı və medallarla təltif 

olunmuşdur.1982-ci il iyulun 2-də Bakıda vəfat etmişdir. Gəncə küçələrindən biri 

onun adını daşıyır.  O, 1935-ci ildən ədəbi fəaliyyətə başlamışdır. Onun ilk şeirləri 

olan  “İkibaşlı  qartal”,  “Berlində  yanğın”,  “İki  cahan”  respublika  qəzet  və 

jurnallarında dərc olunmuşdur. 



Kitabları: “Məhəbbət sınağı” (1946), “Həyat mahnıları” (1954), “Şeirlər” (1961), 

“Bakı gecələri” (1964), “Şeirə dönən duyğular” (1983) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 




420 

 

23 Dekabr – Yazıçı Yasif Nəsirlinin 80 illiyi, (1938-2012) 



     1980-ildən  SSRİ  Yazıçılar  İttifaqının  üzvü,  Jurnalistlər 

Birliyinin  üzvü  (1964),  filologiya  elmləri  namizədi  (1968), 

filologiya  elmləri  doktoru  (1991),  Azərbaycan  Milli 

Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan 

Respublikası  Milli  Məclisinin  deputatı  (1995),  Beynəlxalq 

mükafatı  laureatı  (1999),  “Qızıl  qələm”  mükafatı  laureatı 

(1999), “Əbədi prezident” qızıl döş nişanı (2008), Əməkdar 

İncəsənət xadimi (2008). 

Nasir,  tənqidçi,    publisist,    tərcüməçi,    tanınmış    ictimai  

xadim,  filologiya  еlmləri  doktoru  Nəsirli  Yasif  Mirzə  oğlu   1938-ci  il  dekabrın  

23-də  Azərbaycanda   Cəbrayıl    rayonunun   Kavdar    kəndində    anadan  olmuşdur. 

Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Mədəni-Maarif 

texnikumunu  (1958)  və  Azərbaycan  Dövlət  Universitetini  (1963)  fərqlənmə 

diplomu ilə bitirmişdir. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi 

və  baş  redaktoru  (1967-1968)  olmuşdur.  Azərbaycan  KP  Mərkəzi  Komitəsində 

təlimatçı (1969-1974), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, 

İdarə  rəisi  və  orada  Kollegiya  üzvü  (1974-1988)  olmuşdur.  Qarabağ  müharibə 

veteranıdır. Respublika "Veteran" Xeyriyyə fondunun prezidenti, bir çox xarici ölkə 

universitetlərinin  fəxri  doktorudur.  Azərbaycan  yazıçılarının  hərbi  vətənpərvərlik 

komissiyası  sədrinin  müavinidir.  Hazırda  "Azərbaycan  Dünyası"  Beynəlxalq 

Əlaqələr  Mərkəzinin  prezidentidir.  Ritsumeikan  Universitetinin  fəxri  doktoru 

(Yaponiya,  2008)  seçilmişdir.  Ədəbi  yaradıcılığa  tələbəlik  illərində  başlamışdır. 

Xidmətlərinə  görə  medallar  və  Azərbaycan  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri 

fərmanlari ilə təltif edilmişdir. P.S. Yаzıçının "Liftdə hadisə", "Təyyarə geri dönür", 

"Qan  qardaşları",  "Dirilən  adam"  pyeslərinin  tamaşaları  dəfələrlə  Azərbaycan 

Dövlət televiziyası ilə nümayiş etdirilib. “Cəlil Məmmədquluzаdənin ilk əsərlərində 

sənətkаrlıq” və “Аzərbаycаn şеirinin inkişаfı” mövzulаrındа yаzdığınız nаmizədlik 

və  dоktоrluq  dissеrtаsiyаlаrı,  çаp  еtdirdiyi  mоnоqrаfiyаlаr  ədəbi  ictimаiyyət 

tərəfindən  mаrаqlа  qаrşılаnmışdır.  Sоnrаlаr  yazıçının  “İnsаnlаr,  görüşlər”,  “Аdsız 

təpə”,  “İntizаr”,  “Çinаr  vüqаrı”,  “Qаyıdаcаğаm”  (rus  dilində),  “Görə  bilmədin”, 

“Аzərbаycаn  şеiri”  və  bаşqа  pоvеst,  hеkаyə,  pyеs  və  еlmi  kitаblаrınız  işıq  üzü 

görmüşdür.  

Kitabları:  “Araz  daşan  yerdə”,  “Qırmızı  qərənfil”,  “Adsız  təpə”,  “Bolluq 

yaradanlar”, “Ömür” və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə