F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   ...   5   6   7   8   9   10   11   12   13

51 

 

nəşr  olunub.  Daha  sonra  kitabxanaya  yaxın  park  və  istirahət 



yerlərinin birində Ev heyvanlarının yarışı keçirilir. Qalib olan ev 

heyvanı münsiflər təfəfindən qiymətləndirilir. 

Tədbirin maraqlı və yaddaqalan olması üçün kiçik yaşlı oxucular 

üçün  kitabxananın  kiçik  oxu  zalında  “Qara  qulaq  və  ag  Bim” 

adlı kino göstərilir.   

 

 



    

 

 



 

 

 



 

 

                                       



Yumurta günü 

Dünyanın  bir  çox  ölkələrində  oktyabrın  ikinci  cümə 

günü  Ümumdünya  Yumurta  Günü  (World  Egg  Day),  deməli, 

bütün  yumurtadan  olan  yeməkləri,  omletləri  və  s.  sevənlərin 

bayramı qeyd olunur. Yumurta ən universal qida məhsuludur, o 

bütün  ölkələrin  və  mədəniyyətlərin  kulinariyasında  istifadə 

olunur.  Kulinariyada  yumurtadan  ən  müxtəlif  formalarda 

istifadə etmək mümkündür.  

Bayramın  yaranma  tarixi  belədir:  1996-cı  ildə 

Beynəlxalq 

Yumurta 

Komissiyası 

Vyanda 

keçirilən 



konfransında  yumurtaya  həsr  olunmuş  günün  oktyabrın  ikinci 

cümə  günündə  keçiriləcəyini  elan  etmişdir.  Bu  günlə  bağlı 




52 

 

yumurta  mövzusunda  müxtəlif  tədbirlər  keçirilir:  ən  yaxşı 



resept, ən yaxşı şəkil, mühazirələr, aksiyalar, flaşmoblar və s.  

Son  zamanlar  yumurtanın  orqanizmə  təsiri  haqqında 

müxtəlif fikirlər səslənsə də, yeni tədqiqatlar sübut etmişdir ki, 

yumurtadan imtina etmək olmaz. Yumurtada yüksəkdəyərli, tez 

həzm olunan zülal vardır. Dünyada ən çox yumurta Yaponiyada 

istifadə  olunur.  Yaponlar  gündə  ən  azı  bir  yumurta  yeyirlər. 

Amerikalılar isə ildə bir dəfə Nəhəng Omlet Günü keçirirlər.  

 

 

 



 

 

 



 

 

 



Ümumdünya  Yumurta  Günü  ilə  bağlı  F.Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanasında  sərgi  keçirilir.  Sərgidə 

müxtəlif çür quş yumurtalarının fotoları, gündəlik mətbəximizdə 

yumurtadan hazırlanmış şirniyyat, yemək nümunəri və yumurta 

üzərində əl işləri nümayiş olunması nəzərdə tutulur. Həmçinin 

yumurta  günü  ilə  bağlı  kitabxanada  “Yumurta  haqqında 

bilmədiklərimiz” adlı söhbət keçirilir. Kitabxanaçı yumurta və 

onun  faydaları    haqqında  ətraflı  məlumat  verir.  Yumurta  Ana 

südündən sonra ən yararlı qida mənbəyi olaraq dəyərləndirilir. 

Tərkibi  zülal  ilə  zəngindir,  hansı  ki  uşaqların  əsas  qida 

mənbəyidir  və  hamilə  qadınlar  üçün  ən  faydalı  qidadır.  Çiy 



53 

 

yumurta yemək sağlamlığa zərərli deyil, amma həzm problemi 



və vitamin-mineral əksikliyinə yol açacağından zərərli ola bilər. 

Qəhvə rəng  yumurtalarla ağ rəng  yumurtaların arasındakı fərq 

ondan ibarətdir ki, qəhvə rəng yumurtalar daha iri olur və qabığı 

daha sərt olur,tərkib fərqi yoxdur. Yumurta günü ilə bağlı bir çox 

tədbirlər keçirmək olar. Ən əvvəl kitabxanada “Yumurta günü” 

ilə əlaqədar olaraq, “O  yanı qaya, bu yanı qaya, içində sarı 



maya” adlı sərgi keçirilir.  

 

“O yanı qaya, bu yanı qaya, içində sarı maya” 



 

 

 


54 

 

Sərgi  qarşısında  kiçik  yaçlı  oxucular  yumurta  ilə  bağlı 



tapmacalar söyləyirlər.  

Balaca quyu,



 

İçində suyu, 

Ağcadan agdı, 

Sarıdan sarı. 



Açması: Yumurta  

O nədir ki? O yanı qaya.  

Bu yanı qaya , 

İçində sarı maya 



Açması: Yumurta  

                    Morj Günü (24.11.2008) 

 

 

 

 

 

 

 

2008-ci  ildə  Ümumdünya  Vəhşi  Təbiət  Fondunun 

(WWF)  və  Dəniz  Məməliləri  üzrə  Şuranın  təşəbbüsü  ilə  Morj 

Günü  təsis  olunmuşdur.  Bu  heyvanlar  –  planetimizin  şimal 




55 

 

yarımkürəsində  məskunlaşmış  nəhəng  kürəkayaqlılardır.  Bu 



bayram təsadüfən noyabrın 24-ə salınmamışdır. Morjlar payızın 

son günlərində Çukot dənizinin arktik sahillərini tərk edirlər və 

qışlamaq üçün Berinq boğazına gedirlər. Bu yerdəyişmə zamanı 

onlar  xüsusilə  zəif  və  müdafiəyə  möhtac  olurlar.  Təbiəti 

qoruyanlar  bu  bayramı  elan  etməklə  ictimaiyyətin  diqqətini 

morjların  problemlərinə  cəlb  etməyə  çalışmışlar.  Ən  əsas 

problem  ekoloji  problemdir.  İqlimin  istiləşməyə  doğru 

dəyişməsi  Yer  kürəsində  buz  örtüyünün  azalmasına  gətirib 

çıxarmışdır. Nəticədə morjlar buzdan quruya keçməyə və burada 

özlərinə yeni yataqlar yaratmağa məcbur olurlar. Bu heyvanların 

belə yataqlarda kütləvi toplanması gənc morjların tələf olmasına 

səbəb  olur.  Morjların  ikinci  problemi  insanların  onların 

ərazilərinə nüfuz etmələridir. Şimal Buzlu okeanının  şelfindəki 

qiymətli  karbohidrogen  yataqlarının  insanlar  tərəfindən 

mənimsənilməsi,  gəmilərin  hərəkəti  morjların  məhvinə  səbəb 

olur.  Ümumdünya  Vəhşi  Təbiət  Fondunun  nümayəndələri 

insanları  okeanın  sakinlərinə  qayğı  ilə  yanaşmağa,  onların 

problemlərinə biganə qalmamağa çağırır.   

Morj  çox  tənbəl  heyvandır,  saatlarla  bir  yerdə  uzanıb 

qalır. Gündüzlər suya girir. Yalnız burnunu sudan çıxarıb nəfəs 

alır.  Gecə  sahilə  yaxınlaşır,  yosun  və  ot  yeyir.  Morj  təzə 

doğduğu  balasını  birinci  günlər  sinəsinə  sıxıb  üzür.  Morju 

dərisinə,  piyinə,  ağ  dişinə  görə  ovlayırıar.  Morjun  uzunluğu 

yeddi metrə qədər olur.  

 

 

 



 

 

 




Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə