22
Azərbaycanda torağayların 10 növü (dünyada 70-dək növü var)
bəzən oturaq, bəzən də köçəri halda yaşayır. Qızılğac,
Türyançay, Zaqatala qoruqlarında çöl torağayı, tarla torağayı,
kəkilli torağay, kiçik torağay və s. olur.
Torağayların bəziləri 2400 metrədək yüksəklikdə qayalı-çınqıllı
subalp və alp qurşaqlarında məskən salırlar.
Torağay boyca balacadır, tünd-boz rəngi və çilləri var.
Torağay yerə endikdə bu rəng ona düşmənlərdən qorunmaqda
kömək edir. Torağay yerdə yaşayır, burada özünə qida tapır və
yuva tikir. Yuvasının içərisinə quru ot döşəyir. O, belə bir şəraitə
çox gözəl uyğunlaşir: uzun və düz pəncələri sayəsində torağay
otların üstündə rahatca gəzir.
Meşə həkimi-Ağacdələn
Yəqin ki, ağacdələnlərin “meşə həkimi” olduğunu hamınız
eşitmisiniz. Bəs necə? Axı o, ağacları zərərli həşəratlardan,
cücülərdən təmizləyir, onları xəstəliklərdən xilas edir, vaxtından
əvvəl qurumadan qoruyur. Bəs bu quş haqqında daha nə demək
olar? Ağacdələn dırmananlar sinfinə aid olan meşə quşudur.
Onun uzun, düz, iskənəyəbənzər dimdiyi, nazik və xeyli uzağa
hərəkət edə bilən dili var. Dilin belə hərəkətli olmasina səbəb
23
dilaltı sümüyün çox inkişaf etməsidir. Ağacdələn əla dırmanma
qabiliyyətinə malikdir. Lakin yerdə yalnız yöndəmsiz şəkildə
tullanmaqla hərəkət edə bilir. Qanadlarını örtən lələklər qısadır.
Ağacdələn, əsasən, həşəratlarla qidalanır. Bəzi növləri isə toxum
və giləmeyvə də yeyir. Bu quş öz yuvasını ağacların gövdəsində
qurur. Çoxalma zamanı dişi, yuvaya 3-8 ədəd ağ, şəffaf yumurta
qoyur. Onlar üçün döşəkcə rolunu isə tikanlar oynayır.
Yumurtaların üzərində dişi və erkək növbə ilə otururlar. Adi
vaxtlarda isə ağacdələn təkliyi sevir. Bu quşun 350 növü
məlumdur. Onlar Avstraliya və Madaqaskardan savayı, demək
olar ki, dünyanın hər yerində yaşayırlar.
Leylək
Yəqin ki, hamınız onun haqqında nağıl da eşitmisiniz,
mahnı da, şeir də. Bu böyük ağ quş kəndlərin yaxınlığında
çəmənlikdə gəzişir, bəzən yuvasını lap kənd evlərinin damında
qurur. Çox faydalı quşdur. Bu quşa hacıleylək də deyirlər. Bir
çox ölkələrdə, o cümlədən Azərbaycanda müqəddəs quş hesab
edilir. Leyləklər insanlarla çoxdan dostlaşıblar, onlardan
qorxmurlar. İnsanlar isə bu dostluğu yüksək qiymətləndirir və
səbirsizliklə gözləyirlər ki, leylək onların da damında yuva
24
qursun. Axı belə bir inam var ki, bu gözəl quşlar ev sahiblərinə
xoşbəxtlik gətirir. Əgər leylək bir evin damında yuva qurubsa,
hər bahar öz köhnə yuvasına qayıdacaq. Yenə də yuvada
uzunqıç leylək balaları bütün günü öz ata- analarının ovdan
qayıtmasını gözləyəcəklər. Ata-ana isə öz balalarına yem
daşıyacaq. Axı balalar hələ uça bilmirlər, onlar valideynlərinin
gətirdikləri qurbağaları, siçanları, kərtənkələri və başqa cücüləri
yeyirlər. Aprelin əvvəlində leyləklər üç-beş ağ yumurta qoyur.
Yumurtadan çıxan balalar payıza qədər böyüyüb qüvvətli
quşlara çevriləcək və isti yerlərə uçub gedəcəklər. İnsanlar isə
yenə də hər bahar öz vəfalı dostlarını gözləyəcəklər.
Leyləklər sakit və ehtiyatla tərpənən quşlardır. Onlar bir-biri ilə
dimdiklərini şaqqıldatmaqla “danışırlar”. Ag leyləklərin yaxın
qohumları olan qara leyləklər yalnız sıx meşələrdə yaşayırlar.
Sayları azdır. Qara leyləklər mühafizə edilir. Onun adı
Azərbaycanın “Qırmizi kitab”ına salınmışdır.
Durnalar qatar-qatar...
Durnalar köç edərkən V hərfi şəkilində qatarlanırlar. Elm
adamları bunun səbəblərini araşdırmış və bəzi maraqlı nəticələrə
25
gəlmişlər. Məlum olmuşdur ki, dəstənin başında gedən durna
uçarkən hava müqaviməti ilə çox üzləşir. Bu səbəbdən
başqalarına nisbətən daha tez yorulur. Yorulan quş lap arxaya
keçir və bu dəfə qatarın başına cərgədə ondan sonrakı durna
gəlir. Bu qayda ilə liderlik növbə ilə bütün durnalara ötürülür.
Beləcə, hər bir durna qatarın bütün nöqtələrində yer almış olur.
Bundan başqa, hər quş qanad çalarkən özündən sonrakı quş üçün
onu qaldıran hava axını yaradır. V şəklində uçan durna qatarı
yaranmış hava axınının hesabına güclərini 70%-ni mühafizə
edirlər. Başqa sözlə, təkbaşına gedə biləcəkləri ən uzaq yolu
dəstə halında uçarkən iki dəfə artıra bilirlər.
Durnalar haqqında bir çox mahnı və şeirlər yazılmışdır
ki, bunlardan ən məşhuru Molla Pənah Vaqifin “Durnalar” adlı
şeiridir. Bu şeirə C.Cahangirov musiqi də bəstələmişdir. Mahnı
Azərbaycanın ən məşhur müğənnilərinin ifasında səslənmişdir.
(Şövkət Ələkbərova, Akif İslamzadə, Gülüstan Əliyeva)
Bir zaman havada qanad saхlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Bir хəbər vеrsəniz bizə, durnalar!
Sizə müştaq durur Bağdad еlləri,
Gözləyə-gözləyə qalıb yоlları,
Asta qanad çalın, qafil tеlləri,
Hеyifdir salarsız düzə, durnalar!
Хеyli vaхtdır yarın fərağındayam,
Pərvanə tək hüsnün çırağındayam,
Bir ala gözlünün sоrağındayam,
Görünürmü görün gözə, durnalar!
Dostları ilə paylaş: |