13
Beynəlxalq Quşlar Günü (01.04.1894)
1 aprel dünyada təkcə gülüş günü kimi deyil, həm də Beynəlxalq
quşlar günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların
mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Bu gündə
məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem
təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən
tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar. Beynəlxalq
statistikaya görə, dünyada 100 mindən çox quş növü var.
Azərbaycanda isə 363-dən çox quş növü qeydə alınıb.
Azərbaycan Ornitoloji Cəmiyyətdən verilən məlumata görə,
ölkəmizdə qeydə alınan növlər 17 dəstə və 60 fəsiləyə
mənsubdur. Bunların 40% -i oturaq növ olmaqla,
Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan
və 10% - dən çoxu köç vaxtı qeydə alınan növlərdir.
Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya
yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və
Şərqi Afrikaya, Cənub - Qərbi Asiyaya və əksinə milyonlarla
quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20
milyon təkcə su - bataqlıq quşu keçir, istirahət və
yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.
Respublikamızda yaşayan 36 növ quş Azərbaycanın “Qırmızı
Kitabı”na daxil edilib. Azərbaycan ornitofaunasından 23 növ
quş “Dünya Qırmızı Kitabı”na daxil edilib. Azərbaycan
14
Ornitoloji Cəmiyyətdən bildirilib ki, ölkəmizdə quşlar üçün əsas
təhlükə onların yaşayış yerlərinin azalması, meşələrin qırılması,
su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların
qanunsuz ovlanması, adalardakı yuvalama düşərgələrindən
yumurtaların yığılması, narahatçılıq amilləridir (intensiv mal-
qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti
və s.). Bundan başqa, dənizdə neft çıxarılması və daşınması,
elektirik xətlərinin çoxalması da quşlara təhlükə mənbələri
sayılır. Dünya faunasinda 9 minə qədər quş növü məlumdur.
Azərbaycan faunasında isə quşların 357 növü var. Onlar yer
kürəsinin hər yerinə yayılmışlar. Quşlar ən çox yaşamaları üçün
zəruri iqlim şəraiti və qida olan yerlərdə-meşələrdə, bağlarda,
çəmənlik və bataqlıqlarda, çöllük, tundra və səhralara, dəniz və
okeanların sahələrində məskən salırlar. Onların bəziləri
ömrünün çox hissəsini açıq dənizdə keçirir.
Quşlarla müxtəlif sənət sahibləri-balıqçılar, ovçular, alimlər,
gənc təbiətçilər, kənd və meşə təsərrüfatı işçiləri, təbiəti sevən,
onun rəngarəngliyinə heyran qalan hər bir adam maraqlanır.
Quşlar heyvanlar aləminin ali qruplarından biridir. Onların
insanların həyatında, xalq təsərrüfatında, həm də elmi cəhətdən
böyük əhəmiyyəti var. Onlar insanlara öz gözəl görkəmləri,
“danışıqları” oxumaları, “oynamaqları” ilə də zovq verirlər. Ta
qədimdən bəri insanlar təbiətin onlara bəxş etdiyi quşların
adından istifadə etmiş, qızlarını, oğlanlarını onlara oxşatmış,
övladlarını quş adları ilə adlandırmışlar: Bülbül, Kəklik, Turac,
Qumru, Göyərçin, Sona, Şahin, Durna, Laçın və s. Quşların
içində “sanitarlar” da var. Onlardan ağacdələni, sərçəni,
sağsağanı, qarğanı göstərmək olar. Ağacdələnlər ağacları
müalicə edir, yəni, onlara ziyan vuran cücüləri qurdları yeyir,
onları zədələməkdən qoruyurlar. Sərçələr də zərərverən
cücülərin artmasına mane olur və kənd təsərrüfatına böyük xeyir
verirlər.
15
Bəzən görürsən ki, camışın, kəlin, öküzün və s. heyvanların
otladığı və göldə uzandığı yerdə üstlərinə sağsağan, qarğa və
başqa quşlar qonur. Bəs nə üçün heyvanlar bu quşları başı və
quyruğu ilə qovmur, əksinə, daha da xoşhallanırlar. Ona görə ki,
həmin quşlar onların dərilərinə yapışan cücünü, qurdu yeməklə
dərilərini təmizləyirlər. Quzğunlar, qartallar və başqa quşlar da
meşənin sanitarlarıdır. Onlar leş, cəmdək yeməklə bir növ təbiəti
təmizləyirlər. Sərçəkimilər dəstəsindən sayılan alacəhrələr,
arıquşular, bayquşların bəzi növləri də kənd təsərrüfatına
zərərverən siçanabənzər gəmiriciləri, xırda sürünənləri, cücüləri
məhv etdiyinə görə xeyirli quşlardır. Şahin, qızılquş, berkut da
ov etmək üçün faydalıdır. Ovçular bu quşlardan ov vaxtı istifadə
edərkən ayağına uzun bir ip bağlayır, başını papaqla örtür və
onun dalinca buraxırlar. Bülbülləri, tutuquşuları evlərdə qəfəsdə
saxlayırlar. Onların cəh-cəh vurması, “danışması” adama zövq
verir. Elə quşlar var ki, onlara “güləyən” deyirlər. Məsələn,
dənizin üzərində uçaraq özlərinə yem axtaran qağayılar, bəzən
də qanad çalaraq yorulub sakit dənizin üzərinə qonur, yaxud da
sahildə cərgə ilə düzülərək “qəhqəhə” çəkirlər. Bu vaxt onların
səsi gülüşü xatırladır. Elə quşlar da var ki, onlara sirkdə təlim
keçir və oynamaq öyrədirlər. Məsələn, dəvəquşulara,
göyərçinlərə təlim keçmək daha asandır. Minlərlə tamaşaçı
tutuquşuların, ev quşlarının, və indi adını çəkdiyimiz quşların
“oyunundan” böyük zövq alır. Təbiətin gözəlliklərindən biri
sayılan quşları qorumaq lazımdır. Onları görəndə vurmaq,
yumurtasını sındırmaq, yuvalarını dağıtmaq olmaz. Elə quşlar
var ki, sayı azaldığına görə onların adını “Qırmizi kitab”a daxil
etmişlər.
“Beynəlxalq Quşlar günü” ilə bağlı F. Köçərli adına Respublika
Uşaq Kitabxanasında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə
tutulmuşdur. Belə tədbirlərdən biri də sərgidir. Sərgidə dünya