F. Köçərli adına Respublika Uşaq Kitabxanası


Beynəlxalq Quşlar Günü (01.04.1894)



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   2   3   4   5   6   7   8   9   ...   13

13 

 

     Beynəlxalq Quşlar Günü (01.04.1894) 



 

 

 



 

 

1 aprel dünyada təkcə gülüş günü kimi deyil, həm də Beynəlxalq 



quşlar  günü  kimi  qeyd  edilir.  1906-cı  il  aprelin  1-də  quşların 

mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Bu gündə 

məktəblilər  və  quş  həvəskarları  bağlarda  və  parklarda  yem 

təknələri  və  yuvalar  asır,  quş  yuvalarını  yeniləmək  və  təzədən 

tikməklə  quşların  köçüb  gəlməsinə  hazırlaşırlar.  Beynəlxalq 

statistikaya  görə,  dünyada  100  mindən  çox  quş  növü  var.  

Azərbaycanda  isə  363-dən  çox  quş  növü  qeydə  alınıb.    

Azərbaycan  Ornitoloji  Cəmiyyətdən  verilən  məlumata  görə, 

ölkəmizdə  qeydə  alınan  növlər  17  dəstə  və  60  fəsiləyə 

mənsubdur.    Bunların    40%  -i  oturaq  növ  olmaqla, 

Azərbaycanda   il   boyu  müşahidə  edilirlər,  27%-i  qışlayan  

və  10%  -  dən  çoxu  köç  vaxtı  qeydə  alınan  növlərdir.  

Azərbaycan  ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya 

yollardan biri keçir. Şərqi  Avropa və Qərbi  Sibirdən  cənuba və 

Şərqi  Afrikaya, Cənub - Qərbi  Asiyaya  və  əksinə  milyonlarla 

quş  köç  edir.  Hər il  Azərbaycan  ərazisindən  təqribən  20 

milyon    təkcə    su  -  bataqlıq    quşu      keçir,  istirahət      və  

yemlənmək    üçün  dayanacaq  kimi  buradan  istifadə  edir. 

Respublikamızda  yaşayan  36  növ  quş  Azərbaycanın  “Qırmızı 

Kitabı”na  daxil  edilib.  Azərbaycan  ornitofaunasından  23  növ 

quş  “Dünya  Qırmızı  Kitabı”na  daxil  edilib.  Azərbaycan 



14 

 

Ornitoloji Cəmiyyətdən bildirilib ki, ölkəmizdə quşlar üçün əsas 



təhlükə onların yaşayış yerlərinin azalması, meşələrin qırılması, 

su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların 

qanunsuz  ovlanması,  adalardakı  yuvalama  düşərgələrindən 

yumurtaların  yığılması,  narahatçılıq  amilləridir  (intensiv  mal-

qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti 

və  s.).  Bundan  başqa,  dənizdə  neft  çıxarılması  və  daşınması, 

elektirik  xətlərinin  çoxalması  da  quşlara  təhlükə  mənbələri 

sayılır.  Dünya  faunasinda  9  minə  qədər  quş  növü  məlumdur. 

Azərbaycan  faunasında  isə  quşların  357  növü  var.  Onlar  yer 

kürəsinin hər yerinə yayılmışlar. Quşlar ən çox yaşamaları üçün 

zəruri  iqlim  şəraiti  və  qida  olan  yerlərdə-meşələrdə,  bağlarda, 

çəmənlik və bataqlıqlarda, çöllük, tundra və səhralara, dəniz və 

okeanların  sahələrində  məskən  salırlar.  Onların  bəziləri 

ömrünün çox hissəsini açıq dənizdə keçirir.  

Quşlarla  müxtəlif  sənət  sahibləri-balıqçılar,  ovçular,  alimlər, 

gənc təbiətçilər, kənd və meşə təsərrüfatı işçiləri, təbiəti sevən, 

onun rəngarəngliyinə heyran qalan hər bir adam maraqlanır.  

Quşlar  heyvanlar  aləminin  ali  qruplarından  biridir.  Onların 

insanların həyatında, xalq təsərrüfatında, həm də elmi cəhətdən 

böyük  əhəmiyyəti  var.  Onlar  insanlara  öz  gözəl  görkəmləri, 

“danışıqları” oxumaları, “oynamaqları” ilə də zovq verirlər. Ta 

qədimdən  bəri  insanlar  təbiətin  onlara  bəxş  etdiyi  quşların 

adından  istifadə  etmiş,  qızlarını,  oğlanlarını  onlara  oxşatmış, 

övladlarını quş adları ilə adlandırmışlar: Bülbül, Kəklik, Turac, 

Qumru,  Göyərçin,  Sona,  Şahin,  Durna,  Laçın  və  s.  Quşların 

içində  “sanitarlar”  da  var.  Onlardan  ağacdələni,  sərçəni, 

sağsağanı,  qarğanı  göstərmək  olar.  Ağacdələnlər  ağacları 

müalicə  edir,  yəni,  onlara  ziyan  vuran  cücüləri  qurdları  yeyir, 

onları  zədələməkdən  qoruyurlar.  Sərçələr  də  zərərverən  

cücülərin artmasına mane olur və kənd təsərrüfatına böyük xeyir 

verirlər.  



15 

 

Bəzən  görürsən  ki,  camışın,  kəlin,  öküzün  və  s.  heyvanların 



otladığı  və  göldə  uzandığı  yerdə  üstlərinə  sağsağan,  qarğa  və 

başqa quşlar qonur. Bəs nə üçün heyvanlar bu quşları  başı  və 

quyruğu ilə qovmur, əksinə, daha da xoşhallanırlar. Ona görə ki, 

həmin quşlar onların dərilərinə yapışan cücünü, qurdu yeməklə 

dərilərini təmizləyirlər. Quzğunlar, qartallar və başqa quşlar da 

meşənin sanitarlarıdır. Onlar leş, cəmdək yeməklə bir növ təbiəti 

təmizləyirlər.  Sərçəkimilər  dəstəsindən  sayılan  alacəhrələr, 

arıquşular,  bayquşların  bəzi  növləri  də  kənd  təsərrüfatına 

zərərverən siçanabənzər gəmiriciləri, xırda sürünənləri, cücüləri 

məhv etdiyinə görə xeyirli quşlardır. Şahin, qızılquş, berkut da 

ov etmək üçün faydalıdır. Ovçular bu quşlardan ov vaxtı istifadə 

edərkən  ayağına uzun bir ip bağlayır, başını papaqla örtür  və 

onun dalinca buraxırlar. Bülbülləri,  tutuquşuları evlərdə qəfəsdə 

saxlayırlar. Onların cəh-cəh vurması, “danışması” adama zövq 

verir.  Elə  quşlar  var  ki,  onlara  “güləyən”  deyirlər.  Məsələn, 

dənizin üzərində uçaraq özlərinə  yem axtaran qağayılar, bəzən 

də qanad çalaraq yorulub sakit dənizin üzərinə qonur, yaxud da 

sahildə cərgə ilə düzülərək “qəhqəhə” çəkirlər. Bu vaxt onların 

səsi  gülüşü xatırladır.  Elə  quşlar da var ki,  onlara sirkdə  təlim 

keçir  və  oynamaq  öyrədirlər.  Məsələn,  dəvəquşulara, 

göyərçinlərə  təlim  keçmək  daha  asandır.  Minlərlə  tamaşaçı 

tutuquşuların,  ev  quşlarının,  və  indi  adını  çəkdiyimiz  quşların 

“oyunundan”  böyük  zövq  alır.  Təbiətin  gözəlliklərindən  biri 

sayılan  quşları  qorumaq  lazımdır.  Onları  görəndə  vurmaq, 

yumurtasını  sındırmaq,  yuvalarını  dağıtmaq  olmaz.  Elə  quşlar 

var ki, sayı azaldığına görə onların adını “Qırmizi kitab”a daxil 

etmişlər.   

 

“Beynəlxalq Quşlar günü” ilə bağlı F. Köçərli adına Respublika 



Uşaq  Kitabxanasında  müxtəlif  tədbirlərin  keçirilməsi  nəzərdə 

tutulmuşdur.  Belə  tədbirlərdən  biri  də  sərgidir.  Sərgidə  dünya 




Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə