F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   ...   5   6   7   8   9   10   11   12   13

30 

 

Bahar  fəsli  idi.  Çöllər,  çəmənlər  yaşıl  don  geyinmişdi.  Qış 



yuxusundan ayılmış güllər, çiçəklər min rəngə çalırdı. Lalə elə 

qızarmışdı ki, elə bil bağrına dağ çəkmişdilər. Nərgizgülü bağa 

girən  kimi  ətrafına  baxıb  özünü  itirdi.  Bənövşə  aciz-aciz 

boynunu  əyib  durmuşdu.  Qönçələrin  açıldığını  görən  şeyda 

bülbül sevinir, qızılgülə baxıb ah-naləyə başlayırdı. Çəmənlərdə 

yasəmənlərin    xöş  rəngi,  ətri,  gözəlliyi  qəlbə  fərəh  verirdi. 

Təbiətin belə gözəl çağında, meyvələrin dilini bilən bir nəfər arif 

adam bağa gəzməyə gəldi. O, bağa girən kimi meyvələrin fəxr 

edib  öyündüklərini  gördü.

 

Fıstıq,  İydə,  Şabalıd,  Fındıq,  Tut, 



Albalı, Əncir, Zoğal, Qoz, Lumu sözə başlayıb hərəsi özündən 

bir əfsanə danışdı. 

 

Şaftalı  deyirdi  padşaham.  Fıstıq  deyirdi  ki,  ulduzlar  içində 



Ayam.  Qoz  deyirdi  mən  şaham.  Fındıq  deyirdi  şahənşaham. 

Lumu  deyirdi  mən  bu  bağın  sevimlisiyəm.  Şabalıd  deyirdi 

pəhləvanam.  Əncir  deyirdi  dünyada  məşhuram.  İnnab  deyirdi 

gözələm. Zoğal deyirdi...Albalı da özünü tərifə başladı, Tut da 

tuti kimi dil-dil ötdü.  

Dincəlib  ləzzət  almaq  üçün  bağa  səyahətə  gəlmiş  arif 

adam  bu  səs-küyü  eşidib  orada  qalmaq  istəmədi,  evinə 

qayıdarkən  yolu  bostana  düşdü.  O,  bostanı  elə  bir  vəziyyətdə 

gördü ki, az qaldı bağrı çatlasın. Burada Xiyar özünü tərifləyir, 

təcrübə və bacarığından danışıb deyirdi:  

-Mən  ürək  yanğısının  dərmanıyam,  məni  yeyənlərin  ürəyini 

sərinlədirəm.  

Bunu eşidən Gərmək üzünü Xiyara tutub dedi: 

-Ay,  zalim,  bu  tərif  nədir  eləyirsən?  Sənin  bircə  quru  addan 

başqa nəyin var? Camış əti səndən dadlıdır. Tərifə mən layiqəm 

ki, həm xəstələrə şəfa, həm də ürəklərə şəfa verirəm! 

Gərməyin tərifini eşidən Qarpz elə nərə çəkdi ki, dəniz kimi cuşə 

gəldi. O dedi:  




31 

 

-Məgər bu xasiyyət məndə yoxdur? Mən dərdlərə şəfa, gözlərə 



işıq  verirəm.  Qızdırma  və  başağrısının  dərmanıyam.  Rəngim 

qırmizı, suyum saf və şirindir.  

Bunları  eşidən  Qovun  hiddətləndi.  Qarpıza  verdiyi  vəzirliyi, 

Gərməyə  verdiyi  vəkillik  mənsəbini  əlindən  aldı.  Xiyarı 

mülazim,  Şamamanı  xadim  rütbəsindən  qovdu  və  bostançıya 

əmr etdi ki, bunların cəzasini versin. Xiyarın qabığını soydurub, 

ixtiyarını  əlindən  aldı.  Gərməyə  bir  neçə  yerdən  yara  vurub 

parçalatdı.  Qarpızı  ortadan  böldü,  Şamamanı  bir  kənara  atıb 

dedi: 

-Bu  bostanda  sizin  şahınız  mənəm!  Ətrimin,  dadımın  tayı-



bərabəri yoxdur! 

Xülasə,  Qovun  özünü  o  qədər  təriflədi  ki.  axırda  özü-özünə 

hirslənib  başını  yardı.  Bunu  görən  səyyah  bostanda  qalmaq 

istəmədi.  Bu  dünyanın  işlərinə  heyran  edib,  lovğalananlara 

gülüb yoluna düzəldi.  

 

“Dünyanın  ən  şirin  və  dadlı  qarpızı”  adlı  sərgidə  qarpız 

üzərində müxtəlif oyma işlərinin  nümunəsini sizlər üçün təqdim 

edirik.   

 

Sərgi  qarşısında  oxucular  qarpız  haqqında  tapmacalar 



söyləyirlər. 

Yastı tağım var, 

Al otağım var. 

Göy paltarımda 

Boz qurşağım var.  

Açması: Qarpız 

 

 



 

 



32 

 

 



                  “Dünyanın ən şirin və dadlı Qarpızı” 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



33 

 

  



 


34 

 

           



Ümumdünya balina və delfinlər günü (23.07.1986) 

 

 



1986-cı 

ildə 


Beynəlxalq 

Balinaovlama 

Komissiyası 

(International  Whaling  Comission:  IWC)  bu  heyvanların  200 

illik  amansız  şəkildə  qırılmasından  sonra  balina  sənayesinə 

qadağa  qoymuşdur.  Bu  qadağa  indi  də  qüvvədədir  və  bütün 

dünyada balinaların ovlanması, o cümlədən balina ətinin ticarəti 

qadağan olunmuşdur. Lakin balina sənayesi bu heyvanlar üçün 

yeganə  təhlükə  deyil.  Balinaların,  delfinlərin  və  digər  dəniz 

məməlilərinin  yox  olmasının  daha  bir  səbəbi  –  onların  delfi 

narilər,  okeanariumlar  və  sirklər  üçün  tutulmasıdır.  Buna  görə 

də  bu  gün  yalnız  balinaların  deyil,  bütün  dəniz  məməlilərinin 

qorunması  günü  hesab  olunur.  Beynəlxalq  Delfin  ovlama 

Komissiyası  balinaların  ovlanmasına  qadağa  tətbiq  etdikdən 

sonra Yaponiya sanksiyalardan çəkinərək bu sazişə qoşulmağa 

məcbur olmuşdur. Lakin balinaların elmi məqsədlərlə ovlanması 

hüququ  vardır.  2007-ci  ildə  balinaların  ovlanma  kvotası  950 

balina təşkil edirdi. Həmin kvotaya görə, hər il Yaponiya ancaq 

üçə qədər balina ovlayırdı. Lakin həmin il yapon “Nissin-maru” 



35 

 

balina  ovlama  donanmasında  yanğın  baş  verir  və  “tədqiqat” 



üçün  508  heyvan  öldürülür.  Elmi  işlər  başa  çatdıqdan  sonra 

heyvanların  əti  əsasən  yapon  restoranlarında  istifadə  olunur. 

Beynəlxalq Balinaovlama Komissiyasının qadağası 19 fevralda 

qüvvəyə minmişdir. 

 Hər  il  fevralın  19-da  daha  bir  bayram  –  Beynəlxalq 

Balinalar  Günü  qeyd  olunur.  Bəzən  müxtəlif  ölkələrin  ekoloji 

təşkilatları  bu  günü  birlikdə  məhvolma  təhlükəsi  qarşısında 

qalan hər bir növ dəniz məməlisinin müdafiəsinə həsr edirlər.  

Delfinlər 

məməli 


dəniz 

heyvanlarıdır.  Balıqla 

qidalanırlar.  Delfinlər  asanlıqla  təlim  edilirlər.  Sirk  və  parklar 

üçün delfin qiymətli heyvandır. Delfinlər şən və məzəli səslər 

çıxararaq  uşaqları  əyləndirir,  onların  sevimlisinə  çevrilirlər. 

1960-cı  ildən  bəri  delfinləri  Amerika  ordusuna  daxil  edirlər. 

Burada  delfinlərdən  ibarət  sualtı  komanda  təşkil  olunur, 

delfinlərin  bəziləri  sualtı  müdafiə,  bəziləri  də  bomba 

zərərsizləşdirici kimi yetişdirilir.  

Delfinlərin eşitmə qabiliyyəti çox yaxşı inkişaf etmişdir. 

Delfinlər həm də çox şəndirlər. Beş-on delfin yığışaraq birlikdə 

üzür  və  dalğalar  qoynunda  sıçrayaraq  şənlik  edirlər.  Yüzlərlə 

kilometr məsafəni gəmilərin dövrəsində üzür, gəmi ilə yarışır və 

ən sürətli texnikanı belə ötürlər.  



 

 

 

 

 

 


Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə