F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   2   3   4   5   6   7   8   9   ...   13

16 

 

faunasında  olan  quşların  fotoları  və  əl  işləri  nümayiş  olunur.  



Əvvəlcə  kitabxanaçı  sərgi  qarşısında    bu  tarixin  yaranması 

haqqında  oxuculara məlumat verir. Sərgiyə baxış keçiriləndən 

sonra  fəal  oxuculara  quş  yuvalarının  hazırlanması,  müxtəlif 

rəngli  kağızlardan  quş  formalarının  düzəldilməsi  tapşırığı 

verilir. Oxucular da bu işin öhdəsindən məharətlə gəlirlər. Onlar 

hazırladıqları  quş  yuvalarını  yaxınlıqdakı  parklarda,  istirahət 

yerlərində olan ağaclardan asmağa başlayırlar. Tədbirin sonunda 

uşaqların düzəltdikləri quş formaları və ağ göyərçinlər havaya 

uçurulur.  

Beynəlxalq Quşlar günü ilə əlaqədar F.Köçərli adına Respublika 

Uşaq  Kitabxanasında  “Planetin  qəribə  quşları”  adlı  kitabın 

təqdimatını keçirmək olar.  

                                        

 

Kitab  Qanun  nəşriyyatı  tərəfindən  2013-cü  ildə  nəşr 



olunmuşdur.  Kitab  əsasən  məktəb  yaşlı  kiçik  uşaqlar  üçün 

nəzərdə  tutulmuşdur.  Kitabın    içərisində  “Hansı  quş  ən 

böyükdür?”,  “Hansı  quş  daha  sürətlə  uçur?”,  “Hansı  quş  ən 

kiçikdir?”, “Hansı  quşların ayaqlarında barmaq var?” və s. bu 

kimi  suallara  cavab  tapmaq  olar.  Kitabda  bütöv  növ  quşların 

şəkilləri  və  onlar  haqqında  məlumatlar  verilmişdir.  Tədbirin 

sonunda oxucular “Səhər nəfəsli quşlar” adlı əl işləri ilə tanış 

olurlar.   




17 

 

 



 

 

Sərgiyə  baxışdan  sonra  kiçik  yaşlı  uşaqlar  Hüseyn  Arifin 



“Quşlar” şeirini söyləyirlər.  


18 

 

 



Yenə qonub budağa, 

Ötür qabaq-qabağa. 

Şirin nəfəsli quşlar

Sübhün gözü durulur. 

Ağacda toy qurulur 

Oxuyur səsli quşlar

Biri göy, biri sarı, 

Oyadır yatanları 

Səhər nəfəsli quşlar.  

 

Həmçinin “Beynəlxalq Quşlar günü” ilə bağlı dünya faunasında 



olan  müxtəlif  cür  quşlar  və  onların  yaşayış  tərzləri  haqqında 

oxuculara geniş məlumatlar verilir.  

 

Flaminqo:

 

 

 

 



 

 

 



 

 

Qəribə 



dimdikli,  uzun  ayaqlı  bu  quş  flaminqodur. 

Təəccüblənməyin,  axı  bu  quş  yalnız  ağ  rəngdə  olmur,  çəhrayı 

rəngləri də var. Çəhrayı rəngi isə onun yediyi xərçənglərdəndir. 

Xərçəngin  tərkibində  olan  karotinoid  onun  rənginə  çəhrayılıq 




19 

 

verir. Bu maddə az olduqda o, ag rəngdə qalır. Bu quşların hər 



bir  şəraitə  uyğunlaşması  onların  dünyanın  çox  yerlərində 

yayılmasına səbəb olub.  5 növü olan flaminqonun ən kiçik və 

nadir  növləri  –And  və  Ceyms  flaminqoları-And  dağlarında 

3500-5000 m hündürlükdə yaşayırlar. Plankton, balıq, xərçəng, 

molyuska  və  kiçik  su  heyvanları  ilə  qidalanan  flaminqoların 

Xəzərdə qışlayanları da var. Bu quşların ən maraqlı xüsusiyyəti 

isə  odur  ki,  onların  körpələrinə  xüsusi  tərbiyəçi  quşlar  qulluq 

göstərir.  



Ovçu qartal: 

 

 



 

 

 



 

Qartal  çöx  dəqiq  və  bacarıqlı  ovçudur.  Onun  gözü  insan 

gözündən dəfələrlə  güclü görmə qabiliyyətinə malikdir.  Göy 

üzündə kiçik nöqtə kimi görünən qartal yerdə sıçanın hərəkətini 

seçə bilir. Qartalın hənirini hiss edən tısbağa bir andaca qınına 

çəkilir. Elə bilirsiniz canını bununla qurtara bilir? Ay qurtardı 

ha! Qartal onu caynağına alıb göyün üzünə qaldırır və oradan 

sərt  qayaların  üzərinə  buraxır.  Yazıq  tısbağanın  nə  günə 

qaldığını  təsəvvür  etmək,  məncə,  çox  da  çətin  deyil.  Bundan 

sonra  qartal  yerə  enir  və  onun  parçalanmış  çanağının  altından 

ətləri qoparıb yeməyə başlayır.  



20 

 

Tropik  meşələrdə  meymunların  ən  çox  ehtiyat  etdikləri  ovçu 



qartallardır.  Meşənin  açıq  yerində  oynaşan  meymunları  görən 

qartal ildırım kimi şığıyaraq caynağına keçirdiyi meymunu bir 

neçə dimdik zərbəsi ilə öldürür və götürüb aparır.  

 

 

 

Göyərçinlər 

 

 

 



 

 

 



Göyərçinlərin mülayim və tropik qurşaqda 255 növü məlumdur. 

Azərbaycanda  isə  dörd  növü  yaşayır:  çöl  göyərçini,  meşə 

göyərçini,  alabaxta,  qumru.  Onların  rəngi  müxtəlifdir.  Qumru 

köçəri,  qalanı  isə  oturaqdır.  Göyərçin  ildə  2,  bəzən  4-5  dəfə 

yumurtlayır.  Ağac  koğuşunda,  kol  və  uçurumlarda  düzəltdiyi 

yuvaya 2 ağ yumurta qoyur. Toxum və meyvə ilə qidalanır. Ev 

göyərçininin əcdadı olan çöl göyərçini daha geniş yayılmışdır. 

Üç  qrupa  bölünür:  poçt  göyərçini,  dekorativ  göyərçin,  ətlik 

göyərçin.  Poçt  göyərçininin  əhəmiyyəti  azdır.  Yalnız  idman 

işlərində  istifadə  olunur.  Dekorativ  göyərçin  lələklərinin 

gözəlliyinə, ətlik göyərçin isə ətinə görə yetişdirilir. Çəkisi 600-

900 qramdır.  



Göyərçinlərin  növləri:  Alabaxta,  Meşə  göyərçini,  Çöl 

göyərçini, Qumru. 

 


21 

 

                           Səyahətçi Albatros 



 

 

 

 



 

 

Albatros  əsl  dəniz  səyahətçisidir.  Qanadlarının  uzunluğu  3 



metrdən  çox  olan  bu  quş  həyatının  xeyli  hissəsini  okeanda 

keçirir.  O,  yalnız  ildə  üç  dəfə  bala  çıxarmaq  üçün  insan 

yaşamayan  tənha  adaya  çıxır.  Quruda  albatros  çox  çətinliklə 

hərəkət  edir,  demək  olar  ki,  sürünür.  Bu  quş  hətta  sakit  dəniz 

sularının üzərində də özünü narahat hiss edir. Axı belə halda o 

uçmaqdan  məhrumdur.  Lakin  külək  dəniz  üzərində  dalğa 

yaradan kimi böyük qanadlar sanki daimi uçuşa açılır. Albatros 

əla uçur və məharətlə küləyin hər bir istiqamətini tuta bilir.  



Torağaylar: 

 

 

 

 

 

 

 


Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə