5
adlandırırlar. Yerin ekoloji sistemləri və atmosfer arasında
karbon qazı mübadiləsi prosesində meşələr mühüm yer tutur.
Dünyadakı meşələrin 13 faizi xüsusi qorunan təbii ərazilərə
aiddir. Son illərdə meşələrin qırılması, deqradasiya və yanğınlar
nəticəsində Yer kürəsində meşələrin təhlükəli dərəcədə azalması
meylləri bütün beynəlxalq birliyi ciddi narahat edir.
Yaşıllıqlar-yaşıl libaslı örtüklər evlərimizə, həyət-
bacalarımıza oldugu kimi, şəhərlərimizə, kəndlərimizə, küçə və
meydanlarımıza, bag və parklarımıza da xüsusu gözəllik verir.
Yaşıllıq göz işığı oldugundan əhval-ruhiyyəmizin yüksək olması
da müəyyən dərəcədə bu amildən asılıdır. Nahaq demirlər ki,
insan təbiətlə sıx təmasdadır. Yaşıllıq saglamlıq, gümrahlıq
rəmzi olmaqla bərabər, onun başlıca amilidir. İnsan orqanizmi
üçün lazım olan təmiz havanı-oksigeni məhz bu mənbədən
alırıq. Ağ ciyərlərimizin normal və saglam fəaliyyəti də əsasən
bu mənbədən qidalanır.
Alimlərin hesablamalarına görə, bir çınar ağacı gündə
200 kubmetr su buxarlandırır. Həmin ağac 10 saat ərzində 20,5
kiloqram karbon qazı mənimsəyir. 12 kiloqram isə oksigen
buraxır. Bir ağacın bir gündə buraxdığı oksigen həmin vaxt
ərzində 58 adama kifayət edir. Təbii ki, şəhərlərin yaşıl örtüyə
ehtiyacları daha çoxdur. Təkcə o mənada yox ki, sənaye
müəssələri, ocaqxana və qazanxanalar atmosferə müəyyən
ziyanlar vurur, zəhərlər ötürür. Həm də o mənada ki, bu iri
yaşayış məskənlərində adambaşına düşən yaşıl aləm azlıq təşkil
edir. Nahaq deməyiblər: “Agacı çox olan yerin məzarı az olar”.
Meşə müxtəlif növ ağaclar, otlar, yabanı meyvələr, cürbəcür
təbiət mənzərələri, heyvanat aləmi, ümumiyyətlə zəngin flora,
fauna və sularla zəngin olduğu üçün, həm də, insanlar üçün ən
zəngin estetik zövq mənbəyidir. Meşənin təkcə mənzərəsi, bitki
örtüyü və heyvanlar aləmi deyil, onun oksigenlə zəngin olan
təmiz havası da insana xoş təsir göstərir.
6
Azərbaycan meşəsi az olan ölkələr siyahısındadır. Onun
ərazisinin cəmi 11, 4 faizi meşə ilə örtülüdür. Ölkə ərazisində
meşələr pərakəndə yayılmışdır. Ümumi ərazimizin 57 faizi
düzənliklərdən ibarət olduğundan, burada meşə örtüyünün
sahəsi 5-6 faizə bərabərdir. Meşələrimizin qalan 94-95 faizi
isə daglıq və dağətəyi bölgələrdə yerləşir.
Daşıdıqları funksiyalara görə, meşələrimiz 1-ci qrupa aiddir.
Yəni, onlar sırf torpaq qoruyucusu, su saxlayıcısı, iqlim
tənzimləyicisi və s. kimi xeyirli funksiyalar yerinə yetirir. Bu
səbəbdən də meşələrimizdə sənaye əhəmiyyətli qırıntılar
aparılması qadağan edilmişdir. Meşələrdə, yalnız məhsuldarlığı
artırmaq, cins tərkibini yaxşılaşdırmaq, qoruyucu funksiyaları
yüksəltmək məqsədilə hər il xidməti qırıntılar aparılır və yeni
meşəliklər salınır.
Məlum səbəblərə görə, biz iyirmi beş ildən çoxdur ki,
işğal altında olan ərazilərdən və Daglıq Qarabağ bölgəsindəki
meşələrimizdən ayri düşmüşük. Vaxtilə bir armud ağacının
kəsilməsi ilə kəskinləşən münaqişə işğal altında olan 260 min
hektarlıq
meşələrimizin
faciəsinə
çevrilmişdir.
Bu,
respublikamızın ümumi meşə ərazisinin 20 faizini təşkil edir.
Agdam, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Qubadlı, Kəlbəcər,
Xankəndi,
Xocavənd,
Şuşa və Ağdərə rayonlarının
7
ərazilərindəki meşələrdə dag palıdı, fıstıq, vələs, ağcaqayın, adi
qoz, şərq çinarı, araz palıdı, qaraçöhrə, ayı fındığı və s. kimi
qiymətli ağac növləri yetişirdi. Respublikamızın işğal altında
olan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri
müəyyənləşdirən operativ mərkəzin hesabatında qeyd edilir ki,
ermənilər və onların xarici ölkələrindəki himayədarları
tərəfindən meşələrimizə divan tutulur. Nadir meşələrimiz
səhralıqlara və bozqırlıqlara çevrilir. Azərbaycanın meşə ərazisi
Ermənistanın meşə ərazisindən təqribən 3 dəfəyə yaxın çoxdur.
Lakin buna baxmayaraq, Ermənistan Respublikası işğal altında
olan meşələrimizin dağıdılıb talan edilməsi hesabına, mebel
istehsalı sahəsində Müstəqil Dövlətlər Birliyinə daxil olan
ölkələr arasında birinci yerdə gedir.
Beynəlxalq
informasiya
agentliklərinin
verdikləri
məlumatlara, xarici ölkələrin jurnalistlərinin dərc etdirdikləri
yazılara əsasən deyə bilərik ki, Zəngilan rayonu ərazisindəki
Bəsitçayın hövzəsində 240 hektar sahədə yetişdirilmiş, dünyada
analoqu olmayan endemik Şərq çinarı meşəsi vəhşicəsinə
qırılaraq mebel istehsalı üçün xarici ölkəyə satılır. Möhtəşəm
çətir xüsusiyyətinə malik Araz palıdı və Laçın rayonu ərazisində
geniş yayılan qırmızı palıd növləri də qırılıb-çatılmaqdadır. Bu
palıd ağacı yüksək dağ palıdının qiymətli növü olmaqla yanaşı,
oduncağının qırmızılığına görə şərab, konyak çəlləklərinin
istehsalında geniş istifadə edilir. Həmin palıddan hazırlanmış
çəlləklərdə saxlanılan konyak içkiləri yüksək keyfiyyətliliyi ilə
seçilir.
Ermənilər Laçın rayonunda olan adi qoz, Kəlbəcər
rayonunda yetişən ayı fındığı, həmçinin fıstıq, vələs, qaraçöhrə
və s. ağacları sistemli şəkildə, heç bir meşəçilik qaydasına əməl
etmədən kəsərək mebel istehsalına göndərirlər. Unutmaq olmaz
ki, onların bu vəhşiliyi beynəlxalq konvensiyaların, o cümlədən,
Birləşmiş Millətlər Təşkilatının Dünya İqliminin Dəyişməsi