F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Üzrə Çərçivə Konvensiyasının, Biomüxtəlifliyin Qorunması və 



Səhralaşmaya Qarşı konvensiyaların tələblərinə tam ziddir.  

Deyirlər ki, hər ağac torpağa əkiləndə, onun becərilməsi 

təşkil ediləndə onu əkənin, becərənin  də ömrü düz bir il artar. 

Bəli,  “Hərəyə  bir  ağac  əkək”  adlı  layihə  Azərbaycanın  hər  bir 

bolgəsində,  hər  bir  təhsil  ocaqları  və  müəssələrində  həvəslə 

yerinə  yetirilir.  Hər  il  demək  olar  ki,  Bakı  və  Bakı  ətrafı 

bölgələrdə yüzlərlə, minlərlə agac əkmə kompaniyası keçirilir.   

Beynəlxalq  Meşə  Günü  ilə  bağlı  F.  Köçərli  adına  Respublika 

Uşaq  Kitabxanasında  bir  sıra  tədbirlərin  keçirilməsi  nəzərdə 

tutulmuşdur.  Belə  tədbirlərin  maraqlı  və  yaddaqalan  keçməsi 

üçün  kitabxananın  nağıl  otağında  kiçik  yaşlı  oxucular  üçün 

“Nağıl saatı” keçirilir. Nağıl saatında uşaqlar üçün “Meşə Kralı” 

adlı təmsil səhnələşdirilib göstərilir.  

 

 



MEŞƏ KRALI 

(təmsil) 

 

Biri vardı, biri yoxdu, bir şir vardı. Bu şir hamıdan güclü idi. 



Ona  meşənin  kralı  deyirdilər.  O  hər  səhər  heyvanları  yığıb 


 

əmrlər verirdi.  Vay o heyvanın  halına ki,  kralın  əmrini  yerinə 



yetirməyəydi. 

Şir çox qəddar idi. Heyvanlara göz verib işıq vermirdi. Onun 

sözündən  çıxanları  amansız  cəza  gözləyirdi.  Meşənin  bütün 

sakinləri kraldan qorxurdu və heç kim onu sevmirdi. 

Bir gün səhər meşə sakinləri, həmişəki kimi, talada toplaşıb 

kralı gözləyirdilər. Ancaq şir gəlib çıxmaq bilmirdi ki, bilmirdi. 

Gözləməkdən yorulan çaqqal dedi: 

–  Kral  səhər  yığıncağına  gecikən  deyildi.  Yəqin,  nə  isə  baş 

verib. Gəlin birimiz gedək, ondan bir xəbər bilək. 

Meşə sakinləri belə qərara gəldilər ki, meymunu kralın yanına 

göndərsinlər. 

Şiri öz yuvasında halsız görən meymun soruşdu: 

– Ey böyük kral, sənə nə olub? Yoxsa yaralanmısan?! 

-  Xəstələnmişəm,  –  deyə  şir  cavab  verdi.  –  Ayaq  üstə  dura 

bilmirəm. Dünəndən bəri dilimə bir şey dəyməyib. Mənə yemək 

tapın. 


Meymun “baş üstə” deyib bayıra çıxdı. Xəbəri meşədəkilərə 

çatdırdı. Bunu eşidən tülkü dedi: 

– Lap yaxşı oldu. Onu görüm həmişə yataqda qalsın. Qoy öz 

yuvasında acından ölsün. Sağalsa, yenə bizə zülm edəcək. 

Hamı tülkü ilə razılaşdı. 

Günlər  keçir,  heç  kim  şirə  baş  çəkmirdi.  Meşə  kralı  günü-

gündən  zəifləyirdi.  O  öz-özünə  düşünürdü:  “Əlbəttə,  heç  kim 

mənə kömək etməyəcək… 

Nağılın  sonunda  kitabxanaçı  uşaqlara  hər  zaman  yaxşılıq 

etməyi,  heç  kimi  incitməməyi  tapşırır  və  bildirir  ki,  əgər  şir 

vaxtında  meşədə  olan  heyvanlara  yaxşı  davransa  idi,  həmin 

heyvanlar da onun qayğısına qalardı. Biz hamımız bu nağıldan 

ibrət götürməlik.  

Beynəlxalq  Meşə  Günü  ilə  bağlı  F.  Köçərli  adına  Respublika 

Uşaq  Kitabxanasında  şeir  müsabiqəsinin  keçirilməsi  də 

vacibdir. Şeir müsabiqəsini orta yas qrub oxucularla keçirmək 




10 

 

daha 



məqsədəuyğundur. 

Oxucular 

Tofiq 

Mahmudun 



“Azərbaycan meşələri” adlı şeirini soyləyirlər.  

 

Balaca dost! Gəl səni 



Meşələrə aparım. 

İlk dəfə görəcəyin  

Guşələrə aparım. 

Sevinib güləcəksən 

Meşəni görən kimi

Bir muzey biləcəksən 

Meşəyə girən kimi. 

Ağaca bax...Nəhəngdir 

Bu meşənin cökəsi. 

Sanki, nəhəng çiçəkdir, 

Özü boyda kölgəsi. 

Cığırla qalxacaqsan, 

Qalxacaqsan yuxarı, 

Hər yana baxacaqsan, 

Əyərək budaqları. 

Bax ağacın başına 

Gəz çiçək dərə-dərə

Çıxacaqdır qarşına 

Birdən böyük bir dərə. 

Keçmə, dayan... o tərəf 

Uçurum, yarğan, yamac... 

Yenə düzülüb səf-səf, 

Ətraf ağacdır, ağac. 

Hər yan gözəllik dolu, 

Cənnətdir hər guşəsi. 

Günəşə qalxır yolu, 

Gözəldir dağ meşəsi. 

Ağaclar tutur mamır, 




11 

 

Qayalar tutur mamır, 



Yarpaqlardan yağışın  

Suları yenə damır. 

Sən çiçəklər görərsən, 

Ağ, sarı, göy, qırmızı. 

Göbələklər görərsən 

Ağ, sarı, göy, qırmızı. 

Marallardır, marallar 

Meşənin gözəlləri. 

Xalılardır, xalılar 

Yüz illik xəzəlləri. 

Çatmaq üçün yuxarı, 

Balaca dost! Tələs sən! 

Görərsən ağacları; 

Palıd, fıstıq, vələs, sən. 

Görsən sərin bir bulaq

Dayanıb dincini al.  

Bura, əyilib budaq, 

Burdan su içir maral. 

Nələr çıxar qarşına, 

Ürəyin gələr dilə. 

Çatarsan dağ başına, 

Meşə qurtarmaz hələ. 

Qalıb yaraşığında  

Yenə uzanar  meşə, 

Günəşin işığında 

Parlayıb yanar meşə. 

Balaca dost! Gəl səni 

Tanış olasan deyə, 

Görüb duyasan deyə 

Apardım bir meşəyə. 

Belə gözəl meşələr 



12 

 

Nə qədərdir, nə qədər! 



Düşsən bu təbiətə 

Səyyahlıq həvəsinə, 

Gəl, aparım səni mən 

Bizim doğma torpağın  

Ən gözəl guşəsinə, 

Batabat meşəsinə, 

Talıstan meşəsinə, 

Şabalıd meşəsinə 

İlusu meşəsinə. 

Hər meşə-bu torpağın 

Yaşıl nəğməsi, səsi, 

Gözəldən də gözəldir 

Cəngi Leşkər meşəsi, 

Qarayazı meşəsi, 

Topçu, Fil-fil meşəsi. 

Meşə-Azərbaycanın 

Təbiətin əsəri 

Oxu, öyrən indidən 

Bu əsər-meşələri! 

Tədbirin sonunda kiçik yaşlı uşaqlar təbiət və ağaclar haqqında 

tapmacalar söyləyirlər.  

Uzanar, ha uzanar 

Qollarınan balalar                           Açması: Ağaclar 

Əyri-üyrü boy atar

Ayağı yerə batar. 

Salxım-salxım sallanar 

Altında sarvan yatar                       Açması: Söyüd ağacı 

 



Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə