F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   ...   5   6   7   8   9   10   11   12   13

45 

 

ələmətdar  günlə bağlı kitabxanada əl işlərinin sərgisi ilə  yanaşı, 



foto  sərgi  də    nümayiş  olunur.  Sərgidə  əsasən  dovşanların 

müxtəlif növlərinin fotosu və oxucuların əl işləri sərgilənir.  

 

 

 



 

Sərgi  qarşısında kiçik  yaşlı oxucular Abdulla Şaiqin “Uşaq və 

Dovşan” şeirini söyləyirlər.  

 

 



 

 



46 

 

Uşaq: Dovşan, dovşan, a dovşan! 

 

Qaçma dayan, a dovşan! 



 

Qaçma səni sevəndən 

 

Can kimi bəsləyəndən. 



Dovşan: Dura bilmərəm, dadaş, 

 

   Yanında var alabaş



 

    Xəbərdaram işindən 

 

   Qurtarmaram dişindən.  



Beynəlxalq  Dovşanlar  Günü  ilə  bağlı  F.Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanasının  nağıl  otağında  yazıçı 

Xanimana Əlibəylinin “Dovşanın ad günü” əsəri  səhnələşdirilib 

oxuculara  təqdim  olunur.  Nağıl  bitdikdən  sonra  kiçik  yaşlı 

uşaqlar dovşan haqqında tapmacalar söyləyirlər.  

Tapmacalar: 

Kolları gəzər pusa-pusa 

Qıçları uzun, qolu qısa 

Açması: Dövşan 

 

O nədir ki, əyri ayaq, çəpbəl qulaq



Dodağı mırıq, ağzı cırıq? 

Açması: Dovşan 

 


47 

 

       Ümumdünya Düyü Günü (20.09.2004) 



 

 

Düyü haqqında bilmədiklərimiz 

Dənli  bitkilər  arasında  düyü  xüsusi  olaraq  fərqlənir.  İnsan 

bədənin vitamin B1 ehtiyacını ödəyən bu qida növü insana enerji 

verməkdə,  bağırsaqları  yaxşılaşdırmaqda,  qanda  olan  şəkəri 

təmizləməkdə,  yaşlanma  müddətini  azaltmaqda  köməkçi  olur. 

İnsani  mədə  xəstəliklərindən  qoruyur.  Düyüdə  orqanizm  üçün 

qiymətli  olan  amin  turşusu,  nişasta,  D  vitamini,  kalsium,  lif, 

dəmir  və  riboflavin  var.  Sağlam  immunitet  sistemi  üçün  bu 

vitamuinlər  təsirlidir.  Nişasta  baxımından  zəngin  olan  düyü, 

insanı  enerji  ilə  təmin  edən  qidalardan  biridir.  Həmçinin 

vitaminlər baxımından olduqca qiymətlidir. Düyüdə B1, B2, C, 

E  vitaminləri;  natrium,  maqnezium,  kalium,  kalsium,  dəmir, 

fosfor  mineralları  var.  Bütün  bunların  sayəsində  düyü  bədən 

inkişafını dəstəkləyir, bədənə enerji və qüvvət  verir. Düyü bir 

çox ölkələrin əsil qidasını təşkil edir.  

Düyünün faydaları aşağıdakılardır: 

-Doyurucudur  və  zehni  fəaliyyətə  kömək  edir:  düyünün 

tərkibində  karbohidrat  olduğu  üçün  ondan  bədənin  enerjisini 

təmin  etməkdə  istifadə  olunur.  Düyü  beynin  fəaliyyətinə  də 

yardım edir.  

-Həzmi  asanlaşdırır,  düyü  iştahanı 

artırır,  mədə  xəstəliklərini 

müalicə edir.  Düyünün kəpəyi dizinteriya xəstəliklərinə qarşı ən 

yaxşı dərmandır.  

-Bağırsaqlar  üçün  faydalıdır:  düyünün  tərkibində  möhkəm 

nişasta vardır ki, mədədə həzm olunmur və bağırsağa keçəcək 

faydalı  bakteriyaların  yaranmasına  yardım  edır.  Düyünün 

tərkibində olan həzm olunmayan liflər rahat şəkildə bağırsaqlara 

daxil olur. Qəhvəyi düyünün tərkibində bu liflərin miqdarı daha 

çoxdur.  Qandan  xolestrol  nisbətini  azaldaraq  ürək-damar 

xəstəliklərinə  yaxşı  təsir  göstərir.  Düyü  kəpəyinin  yağı 



48 

 

antioksidan  xasiyyətə  malikdir.  Düyünün  tərkibində  bədənə 



ziyan  vuran  xolesterin  yoxdur  və  bədəndə  xolestrenin 

səviyyəsini azaldır, ürək-damar sağlamlığını təmin edir.  

-Bədəndə  olan  suyu  çəkərək  toksin  maddələri  uzaqlaşdırmağa 

kömək edir.  

-Dəri sağlamlığına faydalıdır. 

-Böyrəklərə faydalı düyü kəpəyi sidikqovucudur. 

-Yüksək təzyiqi salır.  

“Ümumdünya  Düyü  Günü”  ilə  əlaqədar    F.Köçərli  adına 

Respublika 

Uşaq 


Kitabxanasında 

Milli 


Kulinariya 

Assosiasiyasının  prezidenti  Tahir  Əmiraslanovla  bağlı  görüş 

təşkil  etmək  olar.  Kitabxanaçı  təbbirə  müxtəlif  rayonlardan 

qonaq qismində iştirakçılar dəvət edə bilər. İştirakçılar müxtəlif 

bölgələrdə  düyüdən  hazırlanan  yeməklərin  hazırlanma 

qaydasından  qonaqlara  məlumatlar  verirlər.  Daha  sonra  söz 

Tahir  müəllimə  verilir.  Tahir  müəllim  Azərbaycan  milli 

mətbəxində hazırlanan milli plovlarımız haqqında qonqlara və 

oxuculara  dolğun  məlumatlar  verir.    Daha  sonra  qonaqlar 

Düyüdən hazırlanmış yeməklərin sərgisi ilə tanış olurlar.  

 

 



49 

 

Ağca qız suda,  



Fəni fənnicə, 

Burnu əyricə 



Açması: Düyü 

Ağca fərə suda oynar, 

 Zəmzəmnən belə oynar 

Açması: Düyü 

4 Oktyabr - Ümumdünya Heyvanları Müdafiə Günü, (1931) 

 



50 

 

     



Yaşadığımız  dünya  bizimlə  eyni  planetdə  həyat  sürən 

heyvanların da evidir. Lakin insan fəaliyyəti nəticəsində onların 

yaşaması,  atrtması  üçün  bir  çox  çətinliklər  ortaya  çıxır. 

Müəyyən  olunmuşdur  ki,  hər  milyon  ildən  bir  bütün  bioloji 

növlərin  9  faizi  məhvolur.  Başqa  sözlə  desək,  hər  il  canlı 

varlıqların 1-dən 5-ə qədər növü yox olur. Yer kürəsinin bütün 

tarixi boyu yoxolma sürəti beş dəfə artmışdır. Sonuncu dəfə tam 

kütləvi məhvolma 65 milyon il əvvəl, bütün dinozavrların nəsli 

kəsilərkən baş vermişdir.  

      Biz  insanlar  heyvanların  dostu  və  qonşusu  kimi  onları 

qorumağa borcluyuq. İlk dəfə Ümumdünya Heyvanları Müdafiə 

Gününü 1931-ci ildə nəsli kəsilməkdə olan növlərin acınacaqlı 

vəziyyətinə  diqqəti  cəlb  etmək  məqsədi  ilə  qeyd  etməyə 

başlamışlar. 

Həmin 

vaxtdan 


başlayaraq, 

milli 


mənsubiyyətindən,  dilindən,  dinindən  asılı  olmayaraq,  hər  kəs 

tərəfindən  oktyabrın  4-ü  dünyada  yaşayan  heyvanların  günü 

kimi qeyd olunur. Bu gün hər hansı insan, təşkilat və ya aksiya 

ilə  bağlı  deyil.  Bu  gün  -  planetdə  yan-yana  yaşayan  bütün 

insanların və heyvanların günüdür. Bu gün, heyvanların mövcud 

problemləri  haqqında  insanların  məlumatlandırılması,  onların 

qorunması üçün maarifləndirilməsi və səylərinin birləşdirilməsi 

üçün çox önəmli bir gündür. Heyvanların qorunması işində hər 

bir insan iştirak etməlidir.  

Ümumdünya Heyvanları müdafiə günü ilə bağlı F. Köçərli adına 

Respublika Uşaq Kitabxanasının oxu zalında ev heyvanlarının 

foto sərgisi təşkil olunur. Sərgi qarşısında kitabxanaçı oxuculara 

“Heyvanlar  haqqında  infoqrafika”  və  “Heyvanlar  aləminin 

ensiklopediyası”  adlı  kitabları  nümayiş  etdirir  və  bu  kitablar 

haqqında oxuculara məlumat verir.  

Kitablar əsasən heyvanlar aləminin ensiklopediyasının mətn və 

şəkilləri əsasında hazırlanmışdır.  

Heyvanlar haqqında infoqrafika adlı kitab 2014-cü ildə Böyük 

Britaniyanın    “Capstone  Global  Library”  nəşriyyatı  tərəfindən 

“Raintree”  əmtəə  nişanı  altında  “Animal  Infographics”  adı  ilə 




Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə