F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   2   3   4   5   6   7   8   9   ...   18

 

xüsusiyyətlər hamısı  Xalq  yazıçısı Elçin Əfəndiyevdə var.  Bu 



böyük yazıçının bədii təsvir vasitələri elədir ki, onun əsərlərini 

oxuduqda, elə bil, mahir bir rəssamın fırçası ilə canlandırılmış 

tablolara tamaşa edirsən. 

Elçin  Əfəndiyevin  adı  60-cı  illərin  ideoloji  qəliblərinə 

sığmayan  üslubda  yazıb-yaratmış  və  ədəbiyyatımızın  yeni 

mərhələsini  formalaşdırmış  nasirlər  arasında  daim  hörmətlə 

çəkilir.  Yazıçı  təkcə  Azərbaycanda  deyil,  onun  hüdudlarından 

çox-çox  uzaqlarda  tanınan,  sevilən  yazıçılardandır.  Həmişə 

ziyalılar  mühitində  olan,  ömrü-günü  kitablar  arasında  keçən 

Elçin  Əfəndiyev  daim  oxumuş,  öyrənmiş,  dünyanın  ən  böyük 

yazıçılarının  əsərləri  onun  üçün  ədəbi  meyara  çevrilmişdir. 

Azərbaycan  nəsrini,  müasir  ədəbi  tənqid  zirvəsini  araşdıran 

Elçin  Əfəndiyev  öz  yaradıcılığına  da  çox  ciddi  yanaşmış, 

dərindən  öyrəndiyi,  müşahidə  etdiyi  personajların  həyatını 

yüksək  sənətkarlıqla  əks  etdirməyi  bacarmışdır.  Yazıçının  

yaradıcılığının  çoxşaxəli  olmağı  bəzən  onun  tədqiqatçılarını 

çıxılmaz  vəziyyətdə  qoyur:  nasir,  dramaturq,  tərcüməçi, 

publisist, esseist, ədəbi, psixoloji və dramatik talelər, portretlər 

silsiləsini  yaradan,  tənqidçi,  ədəbiyyatşünas,  kinossenarist, 

sevən və sevilən övlad, ictimai xadim, dövlət xadimi...  

     “Vətən” cəmiyyətinin sədri kimi Elçin Əfəndiyev böyük işlər 

görmüş,  ilk  dəfə  dünyanın  bir  sıra  ölkələrinə  səpələnmiş 

azərbaycanlıların dayağına, pənahına çevrilmişdir. 

     Elçin Əfəndiyevi  bir yazıçı, dövlət xadimi, ziyalı, ata kimi 

həmişə  uşaqların  həyatı,  onların  təlim-tərbiyə  məsələləri,  uşaq 

ədəbiyyatı və onun problemləri maraqlandırmışdır. 1980-ci ildə 

“Aysunun, Humayın, Günayın, Yalçının və  Nigarın nağılları”,  

“Səlimin  hekayələri”  göstərdi  ki,  yazıçı  uşaq  ədəbiyyatına 

barmaqarası baxmır, öz balaca qəhrəmanlarının daxili dünyasına 

nüfuz etməyi bacarır.        




 

     Yazıçının  bədii  əsərləri  dünyanın  bir  sıra  dillərinə  tərcümə 



olunmuş, kitab şəklində buraxılmışdır. Çağdaş milli nəsrimizin 

və  dramaturgiyamızın  banilərindən  biri,  şöhrətli  yazıçı  İlyas 

Əfəndiyevin  ailəsində  dünyaya  göz  açan  yazıçının    əsərləri  – 

hekayə,  povest,  roman,  publisistika,  ədəbi  qeydlər  və  hətta 

fundamental  elmi  məqalələri,  tədqiqatları  işıq  üzü  gördüyü 

vaxtdan  dərhal  sonra,  öncə  öz  vətənində,  eyni  zamanda  digər 

yaxın və uzaq ölkələrdə sürətlə yayılmış, sevilə-sevilə oxunmuş, 

daxili  bir  təlabatla  neçə-neçə  oxucu  nəsli  arasında  əldən-ələ, 

zövqdən-zövqə ötürülərək davamlı bədii dəyərə malik olduğunu 

təsdiqləmişdir.  İndinin  özündə  onun  yaradıcılığı,  onun           

araya-ərsəyə  gətirdiyi  ədəbi  sərvət  zamanın  sınağından 

çıxmışdır. Elçin Əfəndiyevin yaratdığı Söz sınanmış Sözdür! 

     Son  50  ildə  Azərbaycan  mədəniyyətinin,  Azərbaycandakı 

yeni estetik düşüncənin inkişafında hələ ki, yeganə dövr olaraq 

fərqləndirilən  60-cı  illər  nəslinin  öncüllərindən  olan  Elçin 

Əfəndiyev elə bir sənətkardır ki, qələmə sarıldığı ilk çağdan, az 

qala  əlli  il  ərzində  heç  zaman  yazıçı  ovqatından,  üzərinə 

götürdüyü missiyadan, başqa sözlə, yaradıcı prosesdən heç bir 

miqyasda iraq düşməmiş, sirli-sehrli yazı masasının başını bir an 

da olsun tərk etməmiş  və  elə  buna görə  də ədəbi varlığının  ən 

yetkin  məqamına  yetişdiyi  indiki  günlərimizdə  heyrətamiz 

dərəcədə zəngin ədəbi-bədii irs yaratmağa nail olmuşdur. 

     Kimsə  hərdən bir  adiyə  bədii obraz pasportu  verəndə  Elçin 

Əfəndiyev  bu  adi  insanları  əsərlərinə  dəstə-dəstə  gətirdi. 

Adiliyin  estetikasını  özününküləşdirdi.  Adiliyin  fəlsəfəsini 

oxudu və üzə çıxardı, adiliyin poeziyasını duydu və qələmə aldı. 

Nəticədə, adilik təməlində qeyri-adi ədəbiyyat yaratdı. Bu, Elçin  

Əfəndiyevin  zəngin  üslub  cizgilərindən  biri  oldu.  Yazıçı  bu 

yolda  xüsusi  istedad  göstərdi.  “Baladadaşın  ilk  məhəbbəti”, 

“Baladadaşın  toy  hamamı”  və  Abşeronun,  Bakı  kəndlərinin 

mənzərəsini  canlandıran  neçə-neçə  belə  hekayə  və  povestləri 



10 

 

son 50 illik ədəbiyyatımızın həmişəyaşarlıq fondunun vəsiqəsini 



almışdır.    

    İstedadlı tənqidçi Q.Yaşar yazır:  Elçin Əfəndiyev “gözəllik 

uzaqda  deyil,  həyatımızda,  məişətimizdədir”  –  prinsipi  ilə 

hərəkət edərək adi adamların daxilən gizlədib xəlvətdə saxladığı 

mənəvi  keyfiyyətləri  hamımız  üçün  estetik  sərvətə  çevirir.  Bu 

ədalətli qiymətə belə bir fikir də əlavə etmək olar ki, yazıçı bu 

adi adamların heç birinin tərəfində dayanmır, onların həyatını, 

mübarizəsini təsvir etdikcə bu adamların daxilində gizlənən və 

qətrə-qətrə  üzə  çıxan  bütövlükdə;  –  İnsan  gözəldir!    Təbiətin 

yaratdığı  ən  gözəl  varlıq  insandır!  –  fəlsəfəsinin  ifadəsinə 

çevrilir. Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi  həyat  yolları 

keçən adamların mənəvi aləminə eyni səviyyədə dərindən nüfuz 

etmək  qabiliyyəti  onun  yazıçılıq  istedadının  ən  qüvvətli 

amillərindəndir.  

    Elçin Əfəndiyev uzun illər boyu Azərbaycan ədəbiyyatının ən 

müxtəlif problemləri barədə keçmiş ittifaq mətbuatında çıxışlar 

etmiş və bu professional səviyyəli yazıları ilə milli ədəbiyyatın 

uğur və problemlərini işıqlandırmağa nail olmuşdur. Onun  həm 

bədii,  həm  də  elmi-tənqidi  yazılarında  əsas  özül  sabitlikdir.                   

Ədəbiyyat elminin bu və ya digər sahəsi ilə, milli mədəniyyət və 

mənəviyyatın ayrı-ayrı  problemləri ilə bağlı fikir və qənaətlərin 

sabitliyi, daha artıq dərəcədə qəlbən və ağlın gücü və işığı ilə 

inandığı,  tanındığı  həqiqətlərdən  üz  çevirməmək,  onları  hər 

şeydən qabaq milli mənəviyyatla bağlamaq, araşdırıb öyrənmək 

adəti. Yazıçının  bir çox tənqidi məqalələri dünya ədəbiyyatı və 

mədəniyyəti  kontekstini  əhatə  edir.  Bu  tipli  yazıları  diqqətlə 

nəzərdən keçirdikdən sonra dərk  edirsən ki,  əsas  məqsəd  yenə 

də  məhz  milli  ədəbiyyatın  indiyə  kimi  gün  işığı  düşməyən, 

kölgədə  qalan  cəhətlərini  öyrənməkdir.  Elçin  müəllim  təsvir 

etdiyi  obrazları  içinəcən,  daxili  aləminin  bütün  çalarlarınacan 

görməyi  bacarır,  bu  görüntülərdə  ən  dəqiq,  ən  səciyyəvi  olan 



Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə